1995
|
2000
|
2005
|
2010
|
2012
|
2013
|
2014
|
2015
|
Cəmi
O cümlədən
|
198.3
|
198.9
|
206.8
|
483.9
|
513.2
|
496.3
|
449.2
|
427.3
|
Dəmir yolu
|
266.5
|
363.4
|
363.0
|
365.3
|
365.0
|
369.1
|
353.3
|
355.3
|
Dəniz
|
757.0
|
591.4
|
549.8
|
510.7
|
468.0
|
414.8
|
414.9
|
409.2
|
Aviasiya
|
1965.5
|
2756.8
|
4189.2
|
3000.0
|
3448.3
|
3475.0
|
4392.2
|
4353.7
|
Avtomobil
|
37.6
|
86.9
|
108.4
|
113.0
|
112.8
|
113.4
|
112.6
|
112.7
|
Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları
Cədvəl 2.3-dən göründüyü kimi bir ton yükün orta daşınma məsafəsində 2005-2009-cu illər üzrə artım müşahidə edilməsinə baxmayraq, 2012-ci ildə bu məsafə ötən ilin müvafiq dövrünə nisbətən 21.9 km və ya 4.9% azalmışdır. Bu müddət ərzində yük vaqonlarının orta texniki sürəti 40 km/saatdan 45 km/ saata qədər yüksəlmişdir.
Faktiki məlumatlara əsasən qeyd edə bilərik ki, ən az nəqletmə müddətinə gün ərzində böyük sürətlə 550-660 km. məsafə qət edən yüklər, bundan bir qədər az marşurut (550 km/gün), sonra vaqon (420 km/gün) və nəhayət kiçik məhsul-göndərmələr (330 km/gün) malikdir.Məhsulgöndərmələrin ton/gün hesabı ilə uçota alınması göstərir ki, ölkəmizdə dəmir yolu nəqliyyatında orta nəqletmə müddəti 2015-ci ildə 230 km/gün və ya 9.6 km/saat təşkil etmişdir. Daha doğrusu, nəqlet-mənin kommersiya sürəti mövcud 10 km/saatı keçməmişdir. Bu isə öz növbəsində vaqonların dövriyyə müddətinin mövcud strukturu ilə izah edilir: dövriyyə vaxtının təqribən 31%-i vaqonların yüklənməsi və boşaldılmasına, 21% marşurut üzrə hərə-kətlərə, vaxtın qalan 48%-isə vaqonların hərəkət yolu boyu dəmir yolu qovşaqla-rında, stansiyalarındakı dayanacaqlarda qalmasına sərf edilir (6).
Avtomobil nəqliyyatı ilə bir ton yükün orta daşınma məsafəsinin 1995-ci il ilə müqayisədə 2012-ci ildə 75.1 km (və ya 3.0 d), yük dövriyyəsinin isə 3.8 dəfə artmasına baxmayaraq, bu müddət ərzində avtomobil nəqliyyatı ilə məhsulların nəqledilməsinin kommersiya sürəti 6% qalxaraq ümumi halda 19-20 km/saat təşkil etmişdir. Bu isə şərtsiz olaraq yolda olan məhsulların həcminin artmasına gətirib çıxarır.
Nəqletmə müddətinin qısaldılması, yüklərin təyinat məntəqəsinə kəmiyyət və keyfiyyət parametrləri qorunub saxlanılmaqla çatıdırılması təbii ki, nəqliyyat parkının mövcud vəziyyətindən birbaşa asılıdır. Dövlət Statistika Komitəsinin mövcud məlumatları,eləcə də dünya maliyyə böhranı və buna uyğun olaraq nəqliy-yat aktivliyinin aşağı düşməsi hallarını uçota almaqla 2014-cü il üçün ölkəmizdə nəqliyyat parkının struktur təhlili aparılmışdır (cədvəl 2.4).
Ümumi istifadədə olan avtomobil yollarının uzunluğunun artması nəticə-sində son illərdə respublikanın avtomobil parkı 1.5 dəfə artmış və hal-hazırda yük avtomobillərinin sayı 141126 min ədədə çatdırılmışdır. Təkcə, 2014-ci idə ölkədə mövcud avtomobillərin sayı 2010-cu ilə nisbətən 1.2 dəfə artmışdır.Bu avtomobillərin yalnız 11.5%-i yük avtomobillərindən ibarətdir. Ümumi formada ölkənin malik olduğu yük avtomobillərinin beşdə biri 10 ildən artıqdır ki, fəaliyyət göstərir və avtomobil parkının strukturu bazarın tələblərinə uyğun gəlmir. Maşınların 70%-dən çoxu 4 tondan 10 tona qədər yükgötürmə qabiliyyətinə malikdir. Lakin nəzərə almalıyıq ki, ABŞ-da az yükgötürmə qabiliyyətinə malik maşınlar ümumi avtomobil parkının 88%-i təşkil edir [16].
Cədvəl 2.4
Azərbaycan Respublikasında nəqliyyat parkının monitorinqi və say tərkibinin proqnozlaşdırılması
Dostları ilə paylaş: |