Azərbaycan döVLƏt pedaqoji universiteti Müəllim: Gülnar Muxtarzadə Fənn: Azərbaycan dili və nitq mədəniyyəti


Monoloji nitq iki formada olur. Birincisi, təşkil olunmuş nitq, ikincisi isə spontan, yəni təşkil olunmamış nitq



Yüklə 1,85 Mb.
səhifə15/27
tarix14.01.2022
ölçüsü1,85 Mb.
#113789
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
Nitqin formaları, növləri, tipləri və tərzi

Monoloji nitq iki formada olur. Birincisi, təşkil olunmuş nitq, ikincisi isə spontan, yəni təşkil olunmamış nitq.

Monoloji nitq iki formada olur. Birincisi, təşkil olunmuş nitq, ikincisi isə spontan, yəni təşkil olunmamış nitq.

Təşkil olunmuş nitq. Təşkil olunmuş nitq əvvəlcədən planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir. Bu cür təşkil olunmuş nitqdə aşağıdakılar nəzərə alınmalıdır:

 a) söhbətə maraqlı, cəlbedici, yığcam giriş verə bilmək; b) məzmun ilə bağlı faktlar, misallar, nümunələr toplamaq, onları nitqdə məqamına görə işlətmək; c) nitqin məzmununu yazmaq; ç) nitqi yaddaşına köçürmək, dəfələrlə məşq edib, söyləmək; d) mövzunu dinləyicilərin qarşısında şərh etmək. Natiq öz əməli fəaliyyətində “nəyi demək?”, “harda demək?”, “necə demək?” suallarına cavab tapmağa çalışmalıdır. Təşkil olunmuş danışığı (eləcə də yazını) təkcə monoloji nitqlə əlaqələndirmək düzgün olmaz. Nitqin situasiyasından, təşkili formasından asılı olaraq dialoji nitqə də hazırlıq görülür. Natiq radio və televiziya verilişlərinə, digər rəsmi yerlərə, dəyirmi masalara hər hansı bir mövzu ətrafında fikir mübadiləsi, müzakirə məqsədilə dəvət olunursa, o, qoyulan problemi dərindən öyrənilməli, özünün verəcəyi sualları müəyyənləşdirməli, müsahibinin ehtimal olunan sualları ətrafında fikirləşməli, onlara məntiqi cəhətdən düzgün, məzmunca bitkin cavablar hazırlamalıdır.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin