AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Yüklə 3,8 Mb.
səhifə10/44
tarix14.01.2017
ölçüsü3,8 Mb.
#48
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

Gəncə Şəddadilərin paytaxtı olduqdan sonra səlcuq əmirləri ilə Azərbaycan Atabəylərin iqamətgahları olması ilə seçilir. Hələ Şəddadilər dövründə gəncə ətrafına möhkəm qala divarları çəkilmişdir. Keçmiş Gəncə qalasının salınma yerindən bilirik ki, gəncənin müdafiə sistemi həmişə möhkəm olmuşdur. 1122-ci il zəlzələsi Gəncəni darmadağın etdi. Zəlzələdən sonra yekun olaraq Gəncə qalasının divarları möhkəmləndirilmişdir. Gəncə şəhər qalası XII əsrdə gəncə çayının kəsib keçdiyi 2 qabarlı hissədən ibarət idi.

XI-XII əsrlərdə Şirvan şəhərinin bir çoxu böyüyüb inkişaff etmiş vəzilərinin müdafiə tikililəri yenidən qurulmuşdu. 1045 ildə Şirvanşah Qubad (1043-1049) Şamaxıya yonulmuş daşdan möhkəm qala divarları çəkdirmiş, dəmir qapılar qoydurmuşdur. (Bala qala) Bu dövrdə Şamaxı Ic qalasında Şirvanşahların yeni saray kompleksi tikilmişdi. Şamaxının 2 qalası Şulistan qalasıdır.

XI əsrdə Şirvanşahların paytaxtı Bakı olmuşdur. Bakının qala divarlarını III Mönuşöhr (1120-1160) tikdirmişdir.

Tikietisi 1230 ildə başa çatmış Bayıl qəsri Bakı körfəzində kiçik bir adada uzanırdı və bu qala limanının həmin dövrdə Bakının müdafiə msistemində oynadığı rol Şamaxıda Gülüstan qalasına bəənzəyirdi.

Möminə xatun türbəsi - Atabəylər memarlıq ansamblından indiyə qədər qalan Möminə xatundur. Ağabəy günbəzi adı tanınan bu türbə əsəri Əbubəkr tərəfindən ucaldılmışdır. Ə.Ələskərzadə türbənin 1186 ildə tikildiyini göstərir.

Xudafərin körpüləri - Araz çayı üzərində çoxlu körpülər salınsa da onların ən yaxşısı Xudafərin körpüləridir.
Azərbaycan Atabəylər dövləti

Şəmsəddin Eldəniz əvvəl qul olmuşdur. Sultan Mahmuddan sonra II Toğrulun hakimiyyəti illərində (1132-1135) Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi və vəzifədən vəzifəyə keçməyə başladı. Sultan Eldənizə əmir rütbəsi verdi. Sonra isə II Toğrul azyaşlı oğlu Arslan şaha Eldənizi atabəy təyin etdi.

sultan Məsud dövründə isə (1135-1152) Eldənizi II Toğrulun dul qadını Möminə xatuna evləndirdi. 11376-da məsud Aranı Eldənizə iqta torpağı verdi. Burada möhkəmlənərkən Eldəniz sultan asılılığından çıxdı. Yavaş-yavaş Azərbaycana yiyələndi.

1160 ildə atabəy Eldəniz 20 minlik ordu ilə Arslan şahla Həmədana gəldi. Burada Arslan şaha tac qoyuldu. Eldəniz Böyük Atabəy adlandı və Eldənizin böyük oğlu Pəvləvan əmir-hacib, Qızıl Arslan isə sultan ordularının baş komandanı oldu. Dövlətdə əsas işləri Eldəniz görürdü. Arslan şah formal olaraq dövlətin başında dayanmışdı. Lakin nə xəlifə, nə də başqa əmirlər (Rey zakimi Inanc) sultanı qəbul etmək istəmədilər. Buna görə də 1161-də Eldəniz Reyi tutdu və oranı oğlu Cahan Pəhləvana verdi. Inanc qızı INac xatunu Cahan pəhləvana ərə verdi və vassal asılılığını qəbul etdi. Başqa bütün düşmənlərinə qalib gəldi.

Beləliklə, atabəy Eldəniz Qafqaz dağlarınan Iran körfəzinə qədər uzanan nəəhəng bir ərazini öz hakimiyyətinə tabe etdirdi. Eldənizin hakimiyyətində olan ərazi Tiflis qapılarından Məkranədək uzanırdı. O Azərbaycan, Arran, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, Isfahan və Reyə yiyələnmişdi. Mosul, Kirman və Pars atabəyləri, Şirvan, Xuzistan, Xilab, Ərzəm ər rum və Marağa hakimləri Eldənizin adına pul kəsdilər, xübbə oxutdururdular. Əmrləri o verir, torpaqlarını paylayır, dövlət xəzinəsinə nəzarət edirdi, sultan Arslan şahın isə adı vardı.

Eldənizin rəqibi monqol işğallarına qədər gürcüstan idi. 1161 ildə gürcü qoşunları çar III georginin (1156-1184) başçılığında Azərbaycana hücum edib Arranın Ani şəhərini tutdu. Bir qədər sonra gürcü qoşunu hücum edib Dəbili tutdu. Sonra yenə də hücum edərək Gəncəyə soxuldular. Gəncədən çoxlu qənimət əldə etdilər.

1163-cü ilin yanvarında Eldənizin 50 minlik qoşunu Gürcüstana hücuma keçdi. 1163 ilin iyulunda növbəti hərbi əməliyyatlar oldu. Eldəniz yandırılmıl Dəbili gürcülərdən geri aldı və III Georgini məğlub etdi. Bu məğlubiyyətə baxmayaraq 1164 apreldə gürcülər yenə də Ani şəhərinə hücum etdilər. Belə hücumlar sonrakı illərdə də çox oldu. Hər dəfə Eldəniz yenidən hücum edərək torpaqları yenidəən bərpa edirdi. 1175 ildə Eldəniz, sultan Arslan şah, xilaf Makbəni şah - ərmən və Diyarbərk hakimiyytəinin qoşunu Cahan Pəhləvanın başçılığı ilə gürcülərə qarşı qoşun çıxartdılar. Gürcülərə qalib gəldilər.

Şərq sərhəddində isə Eldəniz Xarəzmşahlarla qarşılaşmaqdan çəkinirdi. Nəhayət, 1174 ilin noyabrında Eldəniz vəfat etdi. Arslan şah da bir ay sonra vəfat etdi ölkənin idarəsini Cahan Pəhləvana tapşırdı. Beləliklə, atabəy Cahan pəhləvan sultan taxtına Arslan şahın 7 yaşlı oğlu III Toğrulu çıxarır, eyni zamanda onun atabəyi olur.

Qardaşı Qızıl Arslanı Azərbaycan və Arranın canişini təyin edir. Atabəy Cahan Pəhləvan müvəffəqiyyətli xarici siyasət aparır, xarəzmşahlar və xəlifə ilə yaxşı dolanırdı. Onun əsas uğurlarından biri də Təbrizin onun hakimiyyətinə birləşdirilməsi olmuşdur. Təbriz Marağa hakimiyyətinin əlində idi. Pəhləvan Təbrizə sahib olur və Təbrizi iqta səfəvilə qardaşına verir.

Cahan Pəhləvanın qərb sərhədləri sabit deyildi və Atabəylər üçün tez-tez təhlükələr törədirdi. Həmin vilayətlərdə (əl-cəzirə və Şərqi Anatomiya) Misir və suriyanın hakimi Səlahəddin Yusif (1169-1193) fəaliyyət göstərirdi. Lain Yusiflə məsələlər həll olunmamış Cahan Pəhləvan vəfat edir (1186). Böyük bir dövlətin idarə olunmasına təkbaşına nəzarət edən cahan pəhləvanın ölümü çaşqınlığa səbəb oldu.

Qeyd: Cahan Pəhləvan məmlüklər vasitəsilə ilə dövləti idarə etmək üçün xüsusi sistem yaratmaqda öz şəxsi qullarının yardımına arxalanmış, eyni zamanda məmlük yuxarı təbəqəsinin əsasını qoymuşdur. Məmlüklər öz iqta torpaqlaırnı istədikləri kimi özbaşına idarə edir, sikkə kəsir, hamilik etdikləri vilayətdə öz adlarına xübbə oxutdururdular.

Cahan Pəhləvan, atası kimi sutanla razılaşmırdı. Lakin o sultan devirmirdi.

Cahan Pəhləvandan sonra hakimiyyətə qardaşı qızıl Arslan gəldi. Ümumiyyətlə, XII əsrin 80-cı ilinin sonu - 90-cı illəri - atabəy qızıl Arslan və səlcuq sultanı III Toğrulun hakimiyyəti dövrüdür.

Pəhləvanın 4 oğlu, 1 qızı vardı. Onun ölümündən sonra Xarəzmşah və xəlifə ən-Nasir sultanlığın torpaqlarını ələ keçirməyə can atırlar. Lakin buna nail ola bilmirlər. III Toğrul Qızıl Arslanı da tam hakim tanımağa məcbur olur. Arslan Azərbaycanın, Arranın, Həmədanın, Isfahanın, Reyin hakimi olur. lakin Arslan şah çox vaxtını kef məclislərində keçirdiyindən ona qarşı qurulan tələlərdən, narazılıqdan xəbəri yox idi. Pəhləvanın dul arvadı Inanc xatun da Qızıl Arslanın və III Toğrulun ölümünə tərəfdar idi. Belləiklə, 1191 ildə Arslan ölür. Cahan Pəhləvanın dul arvadı Qüteydə Qızıl Arslanın barmağından sultan ünvanı və nişanı olan üzüyü çıxarıb oğlu Əbubəkrə verir. Əbu bəkr Azərbaycanı və Aranı tutur. Həmədan və ətraf vilayətlərdə hakimiyyət Inac xatunun oğlanları Fəxrəddin Qutluq Inanc Mahmud və Əmir Əmiran Öməri cəlb edir. Inanc xatun özü Reyddə qalıır. Beləliklə, Atabəylər dövləti bölünür. (Bu vaxt III Toğrul həbsxanada idi).

Toğrul 1192 ildə həbsxanadan çıxır və beş yüz suvari ilə Təbrizə hücum edir. Əbu Bəkr Təbrizin köməyinə gəlir və Tbğrul geri çəkilərək Iraqa gedir. 1192 ildə Qəzvin yaxınlığında Toğrul və Qutluq Inanc Mahmud arasında döyüş olur. Toğrul qalib gələrək Həmədana daxil olur və sultan taxtına yiyələnir. Qutluq Inanc Reyə - anasının yanına naçır. Buradan xarəzmşah Təkişə xəbər göndərir. Inanc xatun III Toğrulu ələ almaq üçün onunla evlənməyi təklif edir. Toğrul bu təklifə razı olur. Lakin sonra iNanc xatunun hiyləgərliyini öyrənərək ona hazırlanmış zəhəri arvadına içizdirir. Inanc xatun ölür. Bu hadisədən sonra Qutluq Inanc Azərbaycana, qardaşı Əmir Əmiran Ömərin yanına gəlir. 2 qardaş birləşərək ögey qardaşları Əbu bəkrə qarşı çıxırlar. Əbu bəkr tərəfindən məğlub edildikdən sonra Qutluq Inanc Zəncana, Ömər isə Şirvana qaçır. Beləliklə, Qutluq Inanca Xarəzmşahlar yer verməklə həm də III Toğrula qarşı birləşməyə başlayırlar. 1194.4.III. Xarəzmşahlar (Qutluq Inanc da qoşunlara başçılıq edirdi) və III Toğrul arasıında döyüş olur. Toğrul məğlub olaraq öldürülür. Toğrulun ölümü ilə səlcuq səltənəti həmişəlik məhv oldu. Döyüşdən sonra 1194 ildə iyul ayında Xarəzmşah Təxiş Həmədan və Fars Iraqı şəhərinin bir hissəsini tutur. Isfahanı Qutluq Inanca verir. Xəlifəyə isə heç bir torpaq verilmədiyinjən xəlifə Iran Iraqının işğalına başlayır. Xarəzmşahda xəlifənin hərəkətlərindən narazı qaldığını bildirir. Inanc xəlifəyə qarşı çıxanda ona qarşı xəlifənin vəziri Ibn əl-Qəssab hücum edir. Inanc qaçaraq canını qurtarır. 1196 ildə Xarəzmşah Təkiş, xəlifənin qoşununu məğlubiyyətə uğradır. 1196 ildə Qutluq Inac III Toğrulun qızının hiyləsi nəticəsində öldürülür.

Azərbaycan - 1192 il qardaşlar arasındakı o döyüşdən sonra yuxarıda qeyd etdiyimiz kimi Qutluq Inanc Xarəzmşahın yanına, Ömər isə Şirvana qaçmışdı. Onu Axsitan (1160-1196) qarşılayır. Hətta öz qızını ona verir, onu qoşunla təmin edir. Həmin qoşunla Ömər gürcü ordusu ilə də birləşməyə çalışır. Çariça Tamara Əbu Bəkrə qarşı mübarizədə özünə müttəfiq taparaq, Arran və Azərbaycana hücum etmək üçün qoşun topladı. Şirvanşah I Axsitana məktub göndərdi. Bu vaxt I Axsitan gürcülərin tabeliyində idi və onlara xərac verirdt. Birləşmiş gürcü - Şirvan qoşunları 1194 il iyunun 1-də Şamxor ətrafındakı vuruşda atabəy Əbu bəkr məğlub olur. Şam və ətraf şəhər və qalalar Əmir Əmiran Ömərin hakimiyyətinə tabe edilir. Onlar arasındakı növbəti Beyləqan vuruşmasında Əbu bəkr yenə də məğlub olur. Gəncə tutulur. Sonra isə gürcülərin Dvini ttuduğunu bilən və onların ölkəənin içərilərinə soxulacağından qorxan Əbu Bəkr Naxçıvandan Təbrizə yola düşür. Burada Xarəzmşah Təbrizin Iraqı tərk edərək, ölkənin idarə olunmasını Əbu Bəkrə tapşırmaq qərarı haqqında məktubunu ona çatdırırlar. Iran Iraqında Cahan Pəhləvanın ölümündən qabaq ölkənin vilayətlərini iqta sifəti ilə paylanmış məmlükləri hakimiyyət sürürdü və xarəşmşah Əbu bəkri onlara qarşı yönəltmək istəyirdi. Lakin Əbu Bəkr qardaşı Özbəyi onun yanına göndərir. Özbək Həmədana gəlir. Xarəzmşah Təkəş onu böyük hörmətlə qəbul edib, hakimiyyəti ona tapşırır.

1195 ildə Təkiş Xarəzm şah devrildikdən sonra Cahan Pəhləvanın məmlükləri Iraq əmirlərinin bəziləri saziş bağlayır və Xarəzmşahla mübarizədə girişmək qərarına gəlirlər. Məmlüklər Reyn və ətrafları tutduqdan sonra xəlifə əl Nazirin qoşunları da məqsədi xarəzmləri bu ərazidən çıxartmaq olduğundan hər ikisi birləşərək Iran Iraqın bütövlükdə ələ keçirirlər. Rey, Səva, Qum, Kəşan, Isfahan, Həmədan, Zəncan və Qəzvin xəlifənin hakimiyyəti altına keçir.

Xəlifə əl Nazir Özbək və onun atasının keçmiş qulamı Gögçə arasındakı münasibətlərin gərginliyindən istifadə edərək, Özbəyi güzəştlər hesabına da olsa öz tərəfinə çəkmək qərarına gəlir. Bu zaman təkiş ödlür və xarəzmşahlar taxtına Ələddin Məhəmməd (1200-1220) çıxır. Yeni xarəzmşah ölkənin daxili işləri ilə məşğul olmasından istifadə edən Iraq əmirləri xarəzm qoşun dəstələri üzərinə hücum edir, onları ölkədən qovurlar. Bu işdə özbək və Gögçə xüsusi fəalllıq göstərirlər. Sonra Azərbaycandan bura Əbu bəkr də gəlir. O Həmədanı Özbəyə, Isfahanı isə öz ərazisinə qatır. Reyni nahiyələri ilə birlikdə Gögçəyə verir və beləliklə Iran Iraqının torpaqlarının rəsmi paylanmasını qəniniləşdirir. (Gögçə məmlük olur). Bir müddətdən sonra Gögçə daha da güclənərək atabəy Əbu Bəkrin dövlətə rəhbərlikdə zəifliyindən istifadə edərək Əbu bəkri Həmədandan Isfahana köçürür v ə Gögçə Həmədana daxil olur. Sonra isə ümumiyyətlə Əbu Bəkr Azərbaycana çəkilir. Bu dövrdə hakimiyyət uğrunda mübarizədə daha bir məmlük əmiri Aydoğmuş qoşulur. Aydoğmuş tərəfindən Gögçə öldürüldü. 1204-1205 illərdə gürcülər yenidən Azərbaycana soxuldular. 1206 ildə gürcülərin yeni başqanı oldu.

1210-28. VI -1211-14.VI gürcülər Azərbaycana ən böyük yürüş edirlər. I Naxçıvana basqın edir, oranı tuta bilməyib Culfaya tərəf üz tutur və Dərədüz dərəsi ilə Mərəndə yanaşırlar. Mərəndi qarət etdikdən sonra Təbrizi mühasirəyə alırlar. Təbrizi Cahan Pəhləvanın arvadı Zahirə zanım çoxlu pul verməklə əhalini qarətdən qurtarır. Sonra gürcülər Zəncana və daha başqa ərazilərə basqınlar edir, çoxlu qarətlər törədilər. Bu basqınların heç birinə Əbu Bəkr cavab vermədi. Lakin Xarəzmşah təkişin oğlu Tacəddin Əli şahın hücumu zamanı Əli şah Əbu Bəkr tərəfindən öldürüldü.

Atabəy Əbu Bəkrin 25.VI.1210-14.VI.12111 ölümündən sonra ona tabe olan torpaqlar qardaşı Müzəfərəddin Özbəyin ixtiyarına keçir.

Özbəyin dövründə ölkə xarəzmlərdən asılı vəziyyətə düşür. Gürcülərin basqını Özbəyi Xarəzmşaha bildirmək məcburiyyətində qoyur. Gürcülər geri oturdular.

AZƏRBAYCAN XIII – XIV ƏSRLƏRDƏ

MONQOL İŞĞALLARI

P L A N


  1. Monqollar haqqında ümumi məlumat

  2. Monqolların Azərbaycana birinci yürüşü. Azərbaycan Xarəzmşah Cəlaləddinin hakimiyyəti altında.

  3. Monqolların Azərbaycana ikinci yürüşü və Azərbaycanda monqol ağalığı

  4. Hülakülərin və Cəlairilərin Azərbaycanı işğal etməsi. Monqol əsarətinin sonu

  5. Monqolların idarəçilik sistemi

ƏDƏBİYYAT



  1. Azərbaycan tarixi. 7 cildlik. II cild. Bakı, 1998, s.389-500; III cild. Bakı, 1999, s.14-75.

  2. Azərbaycan tarixi. Z.Bünyadov və Y.Yusifovun redaktəsi ilə. Bakı, 1994.

  3. Azərbaycan tarixi. BDU-nun nəşri. Bakı, 1996, s.271-300.

  4. Сара Ашурбейли. Государство Ширваншахов. Б., 1983, с.114-172.

  5. Məmmədov Rauf. Naxçıvan şəhərinin tarixi oçerki. B., 1977, s.44- 77.

  6. Azərbaycan tarixi. B.,1961.

  7. ASE. VIII tom. B.,1984, s.374.

  8. Əlibyzadə Elməddin. Ədəbi şəxsiyyət və dil, 1982.

  9. Əbdülvahab Salamzadə Rəhim oğlu. Əcəmi Əbubəkir oğlu və Naxçıvanın memarlıq abidələri. B., 1976.

  10. Əhmədov Qara Məmməd oğlu. Orta əsr Beyləqan şəhəri.B., 1979

  11. Babayev İlyas, Əhmədov Qara. Qəbələ. B., 1981.

  12. Əliyev İqrar, Qədirov Firudin. Qəbələ. B., 1985.

  13. Salamzadə Əbdülvahab, Məmmədzadə Kamil. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri. B., 1985

  14. Hüseyn Cavid. “Xəyyam”. Dram əsərləri. B., 1975, s.427 -543.

  15. S. Onullahi. “XIII – XVII əsrlərdə Təbriz şəhərinin tarixi”. B., 1982.

  16. Ализаде А.А. Социально-экономическая история Азербайджана XIII-XIV вв.Баку, 1956.

  17. Bünyadov Z.M. Azərbaycan Atabəyləri dövləti. Bakı, 1986.

  18. Гейдаров М.Х. Социально-экономическая отнощения в ремесленные организации в городах Азербайджана в XIII-XVIII вв. Баку, 1987.

  19. Джидди Г.А. Средневековый город Шемаха IX-XVIII вв. Баку, 1981.

  20. Əbu Bəkr əl-Qütbi əl-Əhəri. Tarix-e Şeyx Üveys. Bakı, 1984.

  21. Zeyn-əd-din Qəzvini. Zeyl-e tarix-e qozide (Seçilmiş tarixə əlavə). Bakı, 1989.

  22. Nemətova M.S. Şirvanın XIV-XVI əsrlər tarixinin öyrənilməsinə dair. Bakı, 1959.

  23. Рашид-ад-дин Фазлуллах. Джами ат-Таварих. III. Баку, 1957.

  24. Рашид-ад-дин Фазлуллах. Огуз-наме. Баку, 1987.

  25. Сейфеддини М.А. Монетное дело и денежное обращение в Азербайджане XII-XV вв. Баку, 1978.

  26. Сейфеддини М.А. Монеты Ил-ханов XIV века. Баку.

  27. Piriyev V.Z. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316-1360-cı illər). Bakı, 1978.

  28. Piriyev V.Z. Naxçıvan tarixindən səhifələr. Bakı, 2004.

1.Monqollar haqqında ümumi məlumat

Birinci sualı cavablandırmazdan əvvəl tələbələrə monqolların kimliyi, harada və necə yaşamaları haqda məlumat vermək lazımdır. Müəllim qeyd etməlidir ki, monqolların ulu babaları türklərlə qohumdilli olub, bir kökdən üç qola bölünmüşdür: türk, monqol və tunquz-mancur.

Xəritədə göstərməklə tələbələrə bildiriməlidir ki, XII əsrdə monqollar Kulun-Bugir gölündən Altay dağlarına, şimalda Baykal gölünə, cənubda Qobi səhrasının o tayında, Böyük Çin səddi yaxınlığında yaşayırdılar. Onların əsas hissəsi çöllərdə maldarlıqla məşğul olurdu. Monqolların sərvəti böyük at ilxılarından, qoyun sürülərindən və qaramal naxırlarından ibvrət idi. Monqol tayfalarının içərisində sayca və hərbi qüvvəcə fərqlənənlər var idi ki, bunlar da tatarlar, naymanlar, kereitlərdən ibarət idi. Şimalda-tayqalarda «meşə», düzən yerlərdə isə «çöl» monqolları tayfalar halında yaşayırdılar.

XII əsrdə monqollarda qan qohumluğu əlaqəsi çox güclü idi. Lakin qəbilə münasibətlərində tədricən dağılma prosesi gedirdi. Onun yerini feodal münasibətləri tuturdu. Qəbilələr dağıldıqca birləşmələr və ya ordalar meydana gəlir, müxtəlif qəbilələrdən olanlar hissələri bu birləşmələrə daxil olurdu. Həmin birləşmələrin başında ən iri maldarlardan seçilən hərbi rəislər – xanlar, noyonlar və bahadırlar dururdu. Onların öz atlı dəstələri var idi. «Monqolların nəsli haqqında qiymətli rəvayət»də deyildiyi kimi, bu dəstələr rəislərin köməkçisi və əlaltısı olur, yaxşı ox atır, atın yüyənindən tutur, qolu üstündə quş saxlayır və ov itlərini tərk qayışlarına bağlayıb aparırdılar. Ağalar həlak olduqda nökərləri də ölməli idi.

Tələbələrin diqqəti belə bir mühüm məsələyə yönəldilməlidir ki, monqoların ilk siyasi birləşmələri bir qədər əvvələ təsadüf etsə də, XIII əsrin əvvəllərində bu proses daha da güclənir. Bu birləşmələrin mərkəzi Kerulen və Onon çaylarının vadiləri, vahid monqol dövlətinin yaradıcısı isə məşhur sərkərdə Temuçin olur.

Rəşid-əd-din öz əsərində aşağıdakı 40-dan artıq monqol tayfasının adını qeyd edir: - kerait, konqait, mərkit, tayciut, tatar, nayman, kətəkin, səlciut, durban, cəcirat, kunqirat, ikiras, kuralas, alçı-tatar, çaqan-tatar, onqut, cəlair, sünit, xuşin, manqut, olkunut, konkotan, sulduz, baarin, barulas, hədərkin, üryənküt, qiyat, ürüt, bəyaut, ərulət, yoin, siciut, kingit, nukuz, uxar-mərkit, tanqut, nuyagin, nirun, dərləkin və s. O, göstərir ki, Çingiz xanın 5-ci babasının adı Bəysunqur, 4-cü Tümbinə xan, 3-cü Kabul xan, 2-ci Bartan Bahadur, Çingiz xanın atası isə Yesugey Bahadur olmuşdur. Çingiz xanın anası Selun əkə idi. Çingizin qardaşlarından birinin adı Cuçi-Kasar («Kasar» - yırtıcı, vəhşi deməkdir) olub və onun 40-a yaxın övladı var idi.

Tələbələrə monqol dövlətinin qurucusunun şəxsiyyəti və hakimiyyətə yiyələnmək yolları şərh edilərək bildirilməlidir ki, 1155-ci ildə doğulmuş Temuçin Baykal ətrafında yaşayan kereitlər tayfasının xanı Toğrul ilə ittifaq bağlayaraq öz tayfa düşmənləri olan tatarları darmadağın etmiş və qonşu tayfaların birləşdirilməsi üçün müvəffəqiyyətli müharibələr aparmışdır. Tumuçinin monqol tayfaları içərisindən çıxmış Camuqa adlı digər bir rəqibi də var idi. Hər iki xan arasında şiddətli müharibə Temuçinlə Toğrulun arasındakı münasibətlər pozulduqdan sonra başlayır. Toğrulla birlikdə Camuqa 1203-cü ildə Temuçinə qarşı müharibəyə başlayırlar. Döyüş nəticəsində kareitlər tayfası tamamilə darmadağın eldilir, Toğrul və Camuqa öldürülür. Beləliklə, Temuçin tatarların yeganə hökmdarı olur.

Tələbələr bilməlidir ki, 1206-cı ildə Onon çayı sahilində monqol noyonlarının qurultayı Temuçini monqol tayfalarının böyük xanı (xaqanı) elan edir. Çin adətinə görə yeni seçilən hakim öz adını dəyişməli idi. Odur ki, Temuçin yeni ad - Çingiz xan (türkcə tengiz-dəniz, okean) adı ilə tanınmağa başlayır.

Rəşid-əd-din qeyd edir ki, Çingiz xanın 500-ə yaxın arvadı və kənizi olmuşdur. Çingiz xan onlardan 5-ni sevimli qadın adlandırırdı. Onun hər tayfadan evləndiyi qadın var idi. Lakin onların içərisində ən böyüyü və fəxrisi sayılan kunqirat tayfasından olan Börtə-Fucin idi. «Fucin» kitay dilində «qadın» deməkdir. Çingiz xanın bu qadından 4 oğlu və 5 qızı olmuşdur. Oğlanları – Cuçi, Çağatay, Ugedey, Tuluy, qızları – Fucin bəyi, Ciciğan, Alaqay bəyi, Tüməlün, Altəlün.

Onun ikinci arvadı Kulan-Xatundan Kulkan adlı, üçüncü arvadı, tatar tayfasından olan Yesukətdən Caur adlı oğlanları olmuşdu. Dördüncü arvadı-Çin hakiminin qızı Kuncu-Xatun və beşinci arvadı tatar tayfasından olan Yesukətin bacısı Yesülünün övladları haqqında Rəşid-əd-din heç bir məlumat vermir.

Tələbələrə bildirmək lazımdır ki, Çingiz xan gələcəkdə monqol hakimiyyətində ara müharibələri olmasın deyə göstərmişdi ki, mənim ölumümdən sonra hakimiyyətə ancaq Börtə-Fucindən olan oğlanlarım-Cuçi, Çağatay, Ugedey və Tuluy yiyələnə bilər. Çingiz xan və Cuçi hər ikisi 1227-ci ildə vəfat etdiyindən böyük xan vəzifəsinə Çingiz xanın üçüncü oğlu Ugedey seçilmişdir. Cuçinin ölümündən sonra isə ona məxsus olan torpaqlar oğlu Batı xanın ixtiyarına keçmişdir. Çingiz xanın dövründə təşkil edilmiş monqol dövlətinin paytaxtı Orxon çayının sahilində yerləşən Qaraqorum şəhəri idi.

Monqol tayfalarını birləşdirmək və mərkəzi hakimiyyəti möhkəmlətmək siyasəti yeridən Çingiz xan hələ 1206-cı ildə noyonların aratlar (kəndlilər) üzərində ağalığını təsbit edən Köyük Yasa (qanunlar məcəlləsi) elan etmiş, monqol tayfalarını hərbi-inzibati vahidlərə-minliklərə (bu vahidlər xanın tələbi ilə 1000 süvari əsgər verməli idilər) bölmüş, dövlətdə baş verə biləcək iğtişaşları yatırmaq üçün 10 minlik şəxsi qvardiya (keşik) yaratmışdı. Çingiz xan dəqiq bölgü-onluq, yüzlük, minlik, tümən (on minlik) və iri mərkəzləşdirilmiş idarə sisteminə malik güclü ordu yaratmış, müharibə aparılması və hərbi xidmətin təşkil olunması qaydalarını işləyib hazırlamışdı.

Dəqiq kəşfiyyat məlumatlar toplamaq, düşmənin qüvvələrini parçalamaq, çoxsaylı süvari qüvvələri ilə qəflətən hücuma keçmək Çingiz xan strategiya və taktikasının səciyyəvi xüsusiyyətləri idi.

Tələbələrə fəsilin sonunda bildirmək lazımdır ki, yuxarıda göstərilənlərdən sonra monqol dövləti az bir zamanda mərkəzləşərək böyük imperiyaya çevrilir və monqolların böyük işğalları başlayır.

Tələbələrə çatdırmaq lazımdır ki, 1211-ci ilədək Cuçi Sibirdə yaşayan xalqları Çingiz xana tabe etdirir. Yuxarı Yenisey tərəflərdə yaşayan qırğızlar və başqa tayfalar, Baykal ətrafında yaşayan buryatlar və yakutlar itaət altına alınırlar. Şimal qərbdə Sibir torpağına qədər, yəni Tobol çayının İrtış çayına töküldüyü yerə qədər olan ərazilər monqol imperiyasının tərkibinə qatılır. Mərkəzi Asiyada, Çinin şimalında yaşayan uyğur türkləri də Çingiz xana tabe olurlar.

Monqollar 1211-ci ildə Çinin şimal əyalətlərinə girərək soxulurlar və 1215-ci ildə Pekini tuturlar. Çingiz xanın hakimiyyətinin sonuna kimi Pekin şəhəri də daxil olmaqla, Şimali Çin ərazisi monqol dövlətinə tabe edilir. Bundan sonra Şərqi Türkustan işğala məruz qalır.

1219-cu ildə Orta Asiyaya hücum başlayır. Həmin ilin payızında monqol qoşunları Otrar şəhərini mühasirəyə alırlar. Çingiz xan öz oğullarını burada qoyub, 1220-ci ilin fevralında Buxaraya yaxınlaşır. Qarnizon rəisi şəhəri başlı başına qoyub qaçır. Buxara təslim olur. Mart ayında Səmərqənd təslim olur. Əhalinin əksəriyyəti qılıncdan keçirilir. Altı ay müqavimətdən sonra Otrar da süqut edir. Xarəzmşah Məhəmməd qaçıb Xəzər dənizində bir adada gizlənir, çox keçmədən burada vəfat etir.

Orta Asiyada baş verən siyasi hadisələrdən danışarkən yaxşı olar ki, Ziya Bünyadovun Xarəzmşahlar dövləti haqqında olan əsərlərindən misal gətirilsin, rəngli və qrafik fotolardan istifadə edilsin.

Məhəmmədin ölümündən sonra oğlu Cəlaləddin Xarəzmşah elan edilir. Lakin hərbi rəislərin ona qarşı qəsd hazırladığını bilən kimi, o, Xarəzmdən çıxıb getməyə məcbur oldu. Elə həmin ildə bir-birinin ardınca Ürgənc və Mərv şəhərləri də monqollara təslim olur.

Beləliklə, monqollar qısa müddət içərisində bütün Orta Asiyaya sahib olurlar.

Xarəzmşah Məhəmməd qaçan zaman Çingiz xan onun arxasınca Cəbə noyon və Sübutay bahadurun başçılığı altında otuz minlik qoşun göndərir. Həmin qoşunun məqsədi həm də Yaxın Şərq və Şərqi Avropa ölkələrinə kəşfiyyatdan ibarət olmuşdu.




  1. Monqolların Azərbaycana birinci yürüşü. Azərbaycan Xarəzmşah Cəlaləddinin hakimiyyəti altında

Monqolların Azərbaycana birinci yürüşü haqqında danışarkən tələbələrə bildirmək lazımdır ki, monqollar bu vaxtadək Azərbaycanda olmamışdılar və onların bu yürüşləri həm də kəşfiyyat xarakteri daşıyırdı.

Xəritədən istifadə etməklə tələbələrə göstərmək lazımdı ki, Cəbə və Sübutayın qoşunları bütün Xorasan və Fars İraqının ərazisindən keçərək, yurdları dağıda-dağıda, əllərinə keçəni qarət edə-edə 1221-ci ilin yanvar ayında Azərbaycana soxulurlar. Ölkənin bir sıra yaşayış məskənlərini viran edib Təbrizə yaxınlaşırlar. O zaman Atabəy Özbək Təbrizdə otururdu və mənbələrin verdiyi məlumata görə o, gecə və gündüz sərxoşluqla məşğul idi.


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin