Həmin dövrdə Dənizkənarı park yenidən qurulmuş, fəvvarələr meydanı yaradılmışdı. 70-ci illərdə Bakı Dəniz vağzalı, Respublika sarayı, Gülüstan sarayı, Velotren tikildi.
Həmin illərdə əhalinin içməli su ilə təminatı yaxşılaşdırılaraq, Kür su kəməri tikildi. Lakin göstərmək lazımdır ki, sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti inkişaf etdikcə, təhlükəsizlik texnologiyasına ciddi əməl olunmaması, təmizləyici qurğulardan istifadə edilməməsi, respublikada ekoloci mühitin gündən-günə pozulmasına gətirib çıxardı.
Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı şəhərləri ekoloci cəhətdən çirkab sularının dənizə axıdılması nəticəsində Xəzər dənizi həddən çox çirklənmişdi. Kimya zavodları Sumqayıt şəhərini «Ölü şəhərə» çevirmişdi. Qonşu respublikalardan Kür və Araz çaylarının çirkab və zəhərli maddələrin axıdılması böyük problem yaradırdı.
70-80-ci illərdə əhalinin sayı 5 milyon nəfərdən, 7,1 milyona çatmışdı. Hər min nəfərə görə təbii artım 20 faizə çatmışdı. Şəhər əhalisi 53,8 faiz təşkil edirdi.
Əhalinin sosial-sinfi strukturu da yeniləşmişdi. 1989-cu ildə əhalinin 86,8 faizini fəhlə və qulluqçular, 12,7 faizini kolxozçular təşkil edirdi.
Əhalinin milli tərkibində də mühüm dəyişikliklər baş vermişdi. 1989-cu il siyahıya alınmasına görə 7 milyondan çox əhalinin 6 milyonunu Azərbaycan türkləri, 392,3 min nəfərini ruslar, 390,5 min nəfərini ermənilər, 171,4 min nəfərini ləzgilər, 44,1 min nəfərini avarlar, 30,8 min nəfərini yəhudilər və sairə təşkil edirdi. Ümumiyyətlə respublikada 82 xalqın nümayəndəsi məskunlaşmışdı.
Beləliklə, 70-80-ci illərdə respublika əhalisinin sosial-siyasi, milli strukturunda, məişətində, rifahında mühüm dəyişikliklər baş vermişdi.
Bütün bunlarla yanaşı, əhalinin istehlak tələbləri lazımınca ödənilmirdi, xidmətlərin səivyyəsi xüsusən kənd yerlərində hələ aşağı idi. Ekoloci mühit çirklənirdi və s.
70-80-ci illər Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi həyatında mühüm irəliləmələr dövrü olmuşdur. Uşaq müəssisələrinin, məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, tədrisin səviyyəli xeyli yüksəlmişdi.
Bu illərdə respublikada 101 min nəfərin məktəbəqədər uşaq müəssisəsi tikilib istifadəyə verilmişdi.
Həmin dövrdə 703 min yerlik 1058 ümumtəhsil məktəb binası tikilib istifadəyə verilmişdi. Ümumtəhsil məktəblərinin sayı 4356-ya çatdırılmışdı və bu məktəblərdə 1,4 milyona qədər şagird təhsil alırdı. Bu məktəblərdə müəllimlərin sayı 132 min nəfərə qədər artmışdı.
Məktəblərin 98 faizində fənn kabinələri, emalatxanalar fəaliyyət göstərirdi.
Azərbaycanda milli hərbi kadrlar yetişdirilməsini təmin etmək məqsədilə H.Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına Bakı ibtidai hərbi məktəbi təşkil olundu.
80-ci illərin sonunda Azərbaycanda 2185 məktəbdənkənar uşaq müəssisələri, o cümlədən 91 pioner və məktəblilər sarayı, 1593 pioner düşərgəsi, 240-dan çox uşaq idman məktəbi, 210 musiqi məktəbi fəaliyyət göstərirdi.
Peşə təhsili sistemi inkişaf edirdi. 70-80-ci illərdə respublikada 100 yeni texniki-peşə məktəbi təşkil edilmişdi. 1990-cı ildə 176 belə məktəbdə 83 minə qədər şagird təhsil alırdı. Həmin şagirdlər sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, məişət xidməti və başqa sahələr üzrə peşəyə yiyələnirdilər.
Təsərrüfat, maarif, mədəniyyət, səhiyyə və başqa sahələr üzrə orta ixtisaslı kadrlar hazırlayan 78 məktəbdə hər il 60-70 min tələbə təhsil alırdı. Bu illərdə Bakı kitabxanaçılıq texnikumunun, Bakı Plan İqtisad, Gəncə tikinti-inşaat texnikumları, Şuşa pedaqoci məktəbinin Mingəçevir və Naxçıvan politexnikumlarının, Səki pedaqoci məktəbinin yeni tədris binaları və yataqxanaları tikilərkən istifadəyə verildi. Bu illərdə tələbələrin təqaüdü 3 dəfə artdı.
70-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil ocaqları fəaliyyətə başladı. 1971-ci ildə rus dili və ədəbiyyatı (Slavyan universiteti) və Pedaqoci Xarici Dillər İnstitutları yarandı. Azərbaycan Dövlət Pedaqoci İnstitutunun filialları əsasında 1972-ci ildə Naxçıvan, 1973-cü ildə Xankəndi Pedaqoci institutları, 1976-cı ildə İnşaat mühəndisləri institutu, 1981-ci ildə Gəncə texnologiya institutu təşkil edildi.
1980-ci illərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi. Bu ali məktəblərdə 80-ci illərin axırlarında 8500 nəfər, o cümlədən 612 professor, akademik, 3021 nəfəri dosent dərs deyirdi. Ali məktəblərdə hər il 100 min nəfər tələbə təhsil alırdı. Təkcə Bakı Dövlət Universitetində 13 min tələbə oxuyurdu.
Məktəblərdə tədrisin məzmununda müəyyən dəyişikliklər baş verdi. «Azərbaycan tarixi»nin tədrisi artırıldı. 1988-ci ildən bütün ali və orta ixtisas məktəblərində bu fənn tədris olunmağa başlanıldı. 80-ci illlərin sonlarında hər 1000 nəfər əhalinin 129-u ali, 146-sı orta ixtisas, 425-i ümumi orta, 190-ı natamam orta təhsilli idi.
İnsanların biliyinin, mədəni səviyyəsinin yüksəlməsində mədəni-maarif müəssisələri və kütləvi informasiya vasitələri mühüm rol oynayırdı.
70-80-ci illərdə respublikamızın şəhər və kəndlərində 220 min yerlik 1066 klub və mədəniyyət evi, 3 kinoteatr istifadəyə verilmişdi.
Kütləvi kitabxanalar şəbəkəsi genişlənmiş, oradakı kitab və curnalların sayı 45,3 milyon nüsxəyə çatdırılmışdı. Hər 1000 nəfərə 6,4 min nüsxə kitab və curnal düşürdü.
Respublikada 87 yeni muzey – 1972-ci ildə «Azərbaycan xalçası və tətbiqi sənət muzeyi», Sergey Yeseninin xatirə muzeyi, 1975-ci ildə Ü.Hacıbəyovun və S.Vurğunun, 1981-ci ildə Naxçıvanda H.Cavidin, 1982-ci ildə Bakıda C.Cabbarlının, Bülbülün ev muzeyləri, rayonlarda onlarla tarix-diyarşünaslıq muzeyləri təşkil olundu.
Həmin dövrdə Gəncədə «Nizami» təsviri sənət qalereyası, «Nizami dövrü və yaradıcılığı muzeyi» açıldı.
70-80-ci illərdə respublikada 8 yeni dövlət teatrı açıldı və onların sayı 20-yə qədər olmuşdu.
Kütləvi informasiya vasitələri şəbəkəsi artmaqda idi. 1990-ci ildə 259 qəzet, curnal və məcmuə çap olunurdu. Dövri nəsrlərin illik tiracı 49 milyon nüsxədən çox idi.
1976-87-ci illərdə 10 cildlik «Azərbaycan Sovet Ensiklopediyası» çapdan çıxdı. Bu dövrdə 20 cildlik «Azərbaycan ədəbityyatı kitabxanası» 50 cildlik «Dünya Uşaq ədəbiyyatı Kitabxanası», 100 cildlik «Dünya Ədəbiyyatı kitabxanası», Molla Nəsrəddin 12 cildlik toplusu nəşr edildi. (1-ci cild).
70-80-ci illərdə Azərbaycan elminin inkişafında mühüm nailiyyətlər əldə olunmuşdu. Elmi müəssisələrin sayı 151-ə, o cümlədən elmi-tədqiqat institutlarının sayı 85-ə çatmışdı. Elmi tədqiqatla məşğul olan işçilərin sayı 32,3 nəfərədək artmışdı.
1972-ci ildə Elmlər Akademiyasının Naxçıvanda Elmi Mərkəzi fəaliyyətə başladı. 1975-ci ildən «Xəzər» elmi mərkəzində respublikanın təbii ehtiyatlarının kosmik tədqiqi aparılırdı. 1978-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi fəaliyyətə başladı.
1970-ci ildə Elmlər Akademiyasında 30 elmi müəssisə, 3300 elmi işçi fəaliyyət göstərirdi.
Bakı həmin dövrdə «Neft Akademiyası» adlanırdı. Bu sahədə görkəmli alimlərdən Mirəli Qaşqay, Şəfaət Mehtiyev, Əli Əlizadə, Əzəl Sultanov və başqaları görkəmli araşdırmalar aparırdılar. O dövrdə Fərman Salmanovun rəhbərliyi altında Qərbi Sibirin neft və qaz yataqdarı kəşf olunmuşdu.
Humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdu. Z.Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Mahmud İsmayılov, Fuad Əfəndiyev, Tofiq Köçərli kimi tarixçilər ubu elmin inkişafında mühüm rol oynamışdılar. Ədəbiyyatın inkişafında çox böyük irəliləyişlər olmuşdu. M.Dilbazi, Nəbi Xəzri, İslam Səfərli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza bədii ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışdılar.
Bədii nəşrin görkəmli nümayəndələri Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, İsa Hüseynov, Ələviyyə Babayevanın əsərləri çox maraqla oxunulurdu.
Xalqda milli şüurun oyanmasında Cənubi Azərbaycan mövzusunda yazılmış əsərlərin xüsusi əhəmiyyəti var idi. Mirzə İbrazimovun «Pərvanə», «Cənub hekayələri» maraqla qarşılanırdı.
Respublikada musiqi, ifaçılıq, teatr və kino sənəti sahəsində də mühüm irəliləyişlər baş verdi.
Fikrət Əmirovun «1001 gecə», Aqşin Əlizadənin «Babək» baletləri musiqi sənətinin ən mühüm nailiyyətləri idi. Şərqdə ilk olaraq bir qadın kimi Şəfiqə Axundova «Gəlin qayası» operasını yazdı.
Azərbaycan kinosu böyük inkişaf yolu keçdi. «Azərbaycanfilm kinostudiyasında «Şərikli çörək», «Yeddi oğul istərəm», «Ulduzlar sönmür», «Babək», «Tütək səsi», «İstintaq», «Axırıncı aşırım», «Dədə Qorqud» və başqa filmlər çəkildi.
Beləliklə, 70-80-ci illər Azərbaycan mədəniyyətinin inkişafında mühüm dövr oldu. H.Əliyevin milli oyanış siyasəti sayəsində təhsil, elm, mətbuat, ədəbiyyat və incəsənətin tərəqqisi üçün əlverişli imkanlar açıldı. Respublikanın mənəvi sərvətləri, kadr potensialı daha da artdı. Xalqın mədəni irsinin, tarixinin, dilinin öyrənilməsi və təbliği genişləndi.
IX MÖVZU: MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI
PLAN:
1.SSRİ-nin dağılması. Azərbaycan yeni siyasi sistemə keçid dövründə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası.
2. Ermənistanın Azərbaycana təcavüzü, onun nəticələri.
3. Azərbaycanda siyasi sabitliyin bərpası. Sosial, iqtisadi, mədəni sahədə 1993-cü ildən sonra aparılan işlər və onların nəticələri.
4. Müsir dövrdə Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri.
ƏDƏBİYYAT
1. Əliyev H.Ə. Müstəqilliyimiz əbədididir. Bakı,1997.
2. Abdullazadə F. Heydər Əliyev. Siyasi portret.Bakı, 1998.
3. Prezident İlham Əliyev. Bakı.2004.
4. Həsənov Ə. Azərbaycan xarici siyasəti. Avropa dovlətləri və ABŞ.(1991-1996). Bakı,1998.
5. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı,2005.
6. Həsənov Ə. Azərbaycan və ATƏT: Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi ümumavrropa təhlükəsizliyi fonunda. Bakı, 1997.
7. Qafarov T. AZərbaycan tarixi. (XX əsrin 80-90-cı illəri). Bakı, 1998.
8. Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001.
9. Lissabon sammiti-1996.Bakı,1997.
10. İsmayılov M.Qarabağın tarixi. Bakı,1999.
11. Qasımov M. Azərbaycan beynəlxalq münasibərlər sistemində (1991-1995)
Bakı, 1996.
12. Quluzadə V. Gələcəyin üfüqləri (AZərbaycan respublikasının xarici siyasəti barədə mülahizələr, müsahibələr, şərhlər). Bakı, 1999.
13. Əhmədov M. Azərbaycan: yeni neft erası və beynəlxalq siyasət.Bakı.1997.
14.Mirzəyev R. “Əsrin müqaviləsi”ndən başlanan yol. Bakı.2000.
15. Nəsibli N. Azərbaycann geopolitikası və neft.Bakı.2000.
17. Şahbazov E. Heydər Əliyev və Azərbaycan neftinin inkişafı.Bakı.1997.
18. Böyük ipək yolu: dünəni, bu günü, sabahı. Bakı.1998.
19. Azərbaycan –Türkiyə münasibətləri. Bakı.1997.
20. Sultanov Z. Qarabağ gündəliyi. Bakı.1991.
21. Abdullayev V. Azərbaycan yeni diplomatiya məkanında. Bakı.2000
1980-cı illərin ortalarından başlayaraq SSRİ iqtisadi-siyasi böhran və tənəzzül mərhələsinə daxil oldu. 80-cı illərin ikinci yarısından ölkədə gedən ictima-siyasi proseslər, əmək intizamının zəifləməsi, istehsal səviyyəsinin aşağı düşməsi bu iqtisadi-siyasi böhranı daha da dərinləşdirmişdi. SSRİ-nin mövcud olduğu yetmiş ildən çox dövr ərzində imperiyada yaşayan xalqlara hər zaman istehsal vasitələrinin və istehsal edilən məhsulların ümumxalq malı olduğu fikri təlqin edilirdi. Əslində isə SSRİ-yə daxil edilmiş 15 respublikanın yeraltı və yerüstü sərvətlərindən gələn bütün gəlirlərin əsas hissəsinə Rusiya yiyələnirdi. Bu kapitalın böyük hissəsi hərbi sənayeyə qoyulurdu və yalnız hərbi güc göstərməklə SSRİ bütün dünya dövlətlərinə meydan oxuyu bilirdu. Xalqın maddi rifahının yaxşılaşdırılmasına isə kifayət qədsər vəsait ayrılmırdı və maddi rifah baxımından SSRİ əhalisi Avropa və Amerikadan xeyli geridə qalırdı.
Əməyi müqabilində kifayət qədər əmək haqqı almayan əhali maddi marağı olmadığı üçün həvəssiz və məsuliyyətsiz çalışırdı. Xüsusi mülkiyyətin qadağan edildiyi sovet quruluşunda əhali “birgə ictimai mülkiyyətdə”- ümumxalq mlkiyyəti sayılan xalq təsərrüfatında çalışırdı. Maddi maraq prinsipinin pozulduğu sovet təsərrüfatında nəinki məhsul bolluğu yaratmaq, hətta məhsul istehsalını sabit saxlamaq imkanı belə çətinləşirdi. Sovet hökuməti yarandığı ilk dövrdən etibarən vaxtaşırı “Hərbi kommunizm”, “Yeni iqtisadi siyasət”, “Sosializm quruculuğu proramı” vəs. bu kimi müxtəlif iqtisadi proqramlar qəbul etməklə və ya struktur dəyişiklikləri yolu ilə mövcud siyasi sistemi qoruyub saxlamağa çalışırdı. Belə proqramlardan biri, həm də ən sonuncusu “1985-1986-cı illərdə Yenidənqurma proqramı” oldu. Lakin iqtisadi və siyasi böhranın son dağılma mərhələsini yaşayan SSRİ-ni bu islahatlar proqramı da qurtara bilmədi, əksinə bu prosesi daha da tezləşdirdi.
1990-cı il ərəfəsində SSRİ və onun sosialist bloku çox gərgin bir böhranla üzləşdi. İqtisadi, siyasi, sosial həyat həm SSRİ, həm də onun müttəfiqlərinin inkişaf potensialını tükətmiş və Qərb ölkələri ilə yarışmada tam məğlub vəziyyətə salmışdı. Dövlət idarəçiliyi, daxili siyasət, dövlət-vətəndaş münasibətləri iflasa uğrayırdı. Ölkə vətəndaşları, milli, dini, ictimai, siyasi təşkilatlar kütləvi hərəkata başlamışdılar.
ABŞ və onun Qərb müttəfiqləri isə SSRİ-nin zəifləməsindən istifadə edərək tədricən onun təsir dairəsində olan ölkələrə və bölgələrə daxil olmağa başladılar. Sosialist yönlü ölkələr bir-birinin ardınca Baltikyanı ölkələrdə, Şərqi Avropada SSRİ-yə - sosializm quruluşuna qarşı hərəkatlara başladılar. Tezliklkə sosialist ölkələri Qərbə döğu meylləndilər. Bunun ardınca ADR və AFR-in tarixi birləşməsi baş verdi və sovet qoşunlarının Avropadan çıxarılması prosesi başladı.
Nəhayət 1991-ci ildə Avropada sosializmin son nəhəngi SSRİ dağıldığını elan etdi. Beləliklə, 80-90-cı illərin əvvəllərində bütün sovet İttifaqını və sosialist blokunu bürüyən iqtisadi-siyasi tənəzzül, ağır sosial böhran sovet imperiyasının çökməsilə nəticələndi.
XX əsrin sonunda SSRİ-nin dağılması ilə müşayət olunan bir çox qlobal proseslər, xüsusən də Varşava müqaviləsi Təçkilatının ləğv edilməsi, “soyuq müharibə”nin başa çatması, dünya sosializm blokunun dağılması və dünyanın siyasi mühitinin dəyişməsinə, yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında bir-birinin ardınca yeni müstəqil dövlətlər meydana çıxmağa başladı.
SSRİ-nin dağılması ərəfəsində çox təəsüf ki, Azərbaycan hökuməti dünyada və SSRİ-də gedən ictimai-siyasi prosesləri nəzərə almadan bütün mümkün vasitələrlə Sovet hökumətini qoruyub saxlamağa çalışanlarla bir sırada dayanır və respublikanın bu qurumun tərkibindən ayrılmasına yol verməməyə səy göstərirdi. Bu məqsədlə hətta SSRİ-nin dağılmasına bir neçə ay qalmış Sovet İttifaqının saxlanması haqqında Moskvanın təşkıl etdiyi referendumu (mart,1991) Azərbaycanda da keçirərək səsvermədə iştiraqk edənlərin guya 93%-nin SSRİ-nin saxlanmasına tərəfdar olması haqqında mərkəzə saxta məlumat da vermişdi. Mərkəzi hakimiyyətin əksinə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi isə o zaman Naxçıvan ərazisində belə referendumun keçirilməsindən imtina edərək əhalinin müstəqillik əzmini nümayiş etdirmişdi.
Əslində xalqın təzyiqi və o zamankı ictimai-siyasi proseslərin təsiri ilə qəbul edilmiş 30 avqust 1991-ci il “Müstəqillik haqqında Bəyannamə” və 18 oktyabr 1991-ci il “Müstəqillik haqqında Konstitusiya Aktı” da SSRİ-nin tam dağılmasını təsdiqləyən 8 dekabr 1991-ci il tarixli Belovejsk sazişinə qədər hüquqi sənəd qüvvəsinə mindirilməmişdi. Bu sənədlərin hüquqi qüvvəyə minməsini təsdiqləyəcək “Müstəqillik haqqında” referendum yalnız 1991-ci il dekabrın 29-da keçirildi. Bütün bunlar göstərir ki, Azərbaycan hökuməti o dövrdə nəinki müstəqil siyasət yeritmirdi, əksinə respublikanın o zamankı müstəqillik imkanlarına hər vasitə ilə mane olmağa çalışırdı.
SSRİ dağıldıqdan sonra və Azərbaycan müstəqilk dövlət statusu aıdıqdan sonra belə mövcud hökumət yalnız Rusiya ilə münasibətlərə üstünlük verirdi. Bu da sözsüz ki, həmin dövr üçün nə Azərbaycanın iqtisadi, siyasi maraqlarını əks etdirir, nə də onun müstəqilliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün, suveren dövlət hüquqlarının qorunması və beynəlxalq təminatına cavab verirdi.
Azərbaycan Respublikası müstəqillik dövrünün ilk illərində keçmiş sovet rejimindən miras qalmış bir sıra problem və cətinliklərlə üz-üzə qalmışdı. 1990-cı illə müqayisədə istehsalın bütün sahələrində artım sürəti hər il azı 25%-30% aşağı düşürdü. Bu mərhələdə respublika iqtisadiyyatının inkişafına mənfi təair göstərən bir çox güclü amilər var idi:
-
Respublika iqtisadiyyatına mənfi təsir göstərən ən güclü amil Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi idi.
-
Azərbaycan keçmiş SSRİ-nin müxtəlif bölgələrində etibarlı xammal bazalarını və məhsul satışı bazalarını tamamilə və ya qismən itirmişdi.Buna görə də sənaye müəssisələrinin əksəriyyəti dayanmış və xarici əlaqələr pozulmuşdu.
-
90-cı illərin əvvəllərində Respublikada mürəkkəb siyasi vəziyyət yaranmışdı. Azərbaycanda mövcud olan siyasi hökumət Azərbaycanın iqtisadi, siyasi maraqlarını əks etsirən, onun müstəqilliyinin, təklükəsizliyinin, ərazi bütövlüyünün, suveren dövlət hüquqlarının qorunması və beynəlxalq təminatına cavab verən siyasət yürütmürdü.
Nəticədə Azərbaycanın siyasi hakimiyyətində dəyişiklik baş verdi. Lakin 1992-ci ilin mart ayından 1993-cü ilin iyun ayına qədərki dövrdə fəaliyyət göstərən yeni hökumət dövlətimizin qarşısında duran strateji məqsədlərə nail olmaq baxımından əvvəlki hökumətdən uzağa gedə bilmədi. 1992-93-cü illərdə Azərbaycanda dövlət quruculuğu sahəsində hərc-mərclik , özbaşınalıq baş alıb gedirdi. Obyektiv və subyektiv səbəblər üzündən 90-cı illərin əvvəllərində Azərbaycan Respublikasının ictimai-iqtisadi həyatının bütün sferalarında ciddi böhran müşahidə olunurdu. Bu dövrdə Azərbaycan iqtisadiyyatının ən mühüm problemi istehsalın, investisiya qoyuluşunun aşağı düşməsi idi. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə təkcə 1992-1993-cü illər ərzində ümumi daxili məhsul və sənaye məhsulu istehsalı 2 dəfə, kənd təsərrüfatı məhsulu 35%, əsaslı vəsait qoyuluşu 64%, yük daşınması 66 %, mal dövriyyəsi 56% azlmışdı.
Azərbaycan müstəqilliyini ilk illərindən xarici valyutaların tam təsiri altında olduğundan ciddi iqtisadi, siyasi, maliyyə-kredit böhranı ilə də üzləşmişdi. Buna görə də hökumət yenicə dövriyyəyə buraxdığı manatın sabit kursunu təmin edə bilmədi. Bundan başqa qeyri-profesional kredit, investisiya və pul siyasəti ölkəni xarici kapitalın (rubl və dolların) təsiri altına salmışdı. Qısa müddətdə inflyasiya sürətlə artmışdı. İstehlak mallarının qiyməti 124 dəfə bahalaşmışdı.
1992-1993-cü illərdə Azərbaycan hökuməti xarici siyasət sahəsində də bir sıra səhvlərə yol vermişdi:
- respublikanın ətrafında yaranmış regional və beynəlxalq münasibətlərin xarakterini, əsas tendensiyalarını müəyyən edə bilməmişdi;
- ayrı-ayrı region dövlətlərinin Azərbaycanda kəsişən və toqquşan təsir və nüfuz dairələrini qiymətləndirə bilmədi və müvafiq olaraq səhv addımlar atdı;
- həmin dövr üçün Azərbaycanın geostrateji əhəmiyyətini və dünya dövlətlərinin mənafe müstəvisində yerini düzgün qiymətləndirməməsi və düşünülməmiş addımlar atması;
Bütün bunlar nəticədə Azərbaycan Respublikasını çox ağır vəziyyətə saldı. Bir tərəfdən region dövlətləri ilə münasibətlər kəskinləşdi, digər tərəfdən isə beynəlxalq himayəyə olan inam itdi və bu himayəni təmin edə biləcək dövlətlərlə münasibətlər sərinləşdi. Azərbaycan beynəlxalq aləmdə təkləndi.
Bütün bunlar Azərbaycanda dövlət quruculuğu sahəsində baş alıb gedən hərc-mərclik, özbaşınalıq, ayrı-ayrı dövlətlər və siyasi dairələr tərəfindən dəstəklənən etnik seperatizm, silahlı qüvvələrin hakimiyyət uğrunda mübarizəsi ilə müşayət olunurdu. Nəticədə 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi qaçılmaz böhran və məhvolma təhlükəsi ilə qarşı-qarşıya qaldı. Beləliklə, müstəqilliyinin ilk illərində Azərbaycan hökuməti zamanın sınağından çıxa bilmədi.
Ermənistanın Azərbaycana təcavüzü. Tarixi kökləri. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirərərk “Böyük Ermənistan” yaratmaqdan ibarət idi.
XIX əsrin 20-ci illərinin sonundan etibarən Azərbaycanda Çar Rusiyasının müstəmləkəçilik siyasətinin yeni mərhələsi başlamışdı. XIX əsrin əvvəllərində Rusiya ilə İran arasında Azərbaycan torpaqlarının bölüşdürülməsinə dair bağlanan 1828-ci il Türkmənçay müqaviləsindən sonra rus çarizmi Azərbaycanın strateji baxımdan böyük əhəmiyyət daşıyan Qarabağ bögəsində xristianların sayını artırmaqla reqionda möhkəmlənməyə çalışırdı. Məhz bu dövrdən etibarən ermənilərin Qarabağ bölgəsinə axını gücləndi. Rus çar məmurlarının da etiraf etdiyi kimi, Rusiya keçmişdə yaşadıqları ərazilərdə (İran, Tükiyə) arzuedilməz ünsürlər sayılan erməniləri Tiflis və Yelizavetpl quberniyalarında ən yaxşı torpaqlarda yerləşdirdi və onlara müxtəliff imtiyazlar verdi.
Beləliklə, 1804-1813-cü və 1826-1828-ci illər Rusiya-İran müharibələrinin gedişində və bütün XIX əsr boyu ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsi nəticəsində bu bölgədə ermənilərin sayı sürətlə artmağa başladı. Təkcə 1828-1830-cu illər ərzində Dağlıq Qarabağa rəsmən 124 min, qeyri-rəsmi olaraq isə daha çox-200 min erməni köçürülmüşdü. Bu köçürmə siyasəti sonrakı illərdə də XIX əsrin sonu - XX əsrin əvvəllərində də davam etdirilirdi. 1896-1908-ci illər boyu cəmi 13 il ərzində Cənubi Qafqaza 400 min erməni köçürülmüşdü. Ermənilərin bu ərazilərə gəlmə olduğunu N.N.Şavrov da təsdiq edərək yazırdı ki, “Hal-hazırda Zaqafqaziyada yaşayan 1milyon 300 min ermənidən 1milyon nəfəri diyarın köklü sakinləri deyillər. Onları bura biz köçürmüşük”. Beləliklə, ermənilərin Azərbaycan ərazisinə kütləvi şəkildə köçürülməsi Qarabağın dağlıq hissəsində demoqrafik vəziyyətə ciddi təsir göstərdi və onların gələcək ərazi iddiasının baş qaldırmasına səbəb oldu.
“Böyük Ermənistan” xəyalı ilə yaşayan erməni millətçiləri 1905-1906-cı illərdə azərbaycanlılara qarşı Bakıda, Şuşada, İrəvanda, Naxçıvanda, Gəncədə, Zəngəzurda, Qazaxda, Tiflisdə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər.
Ermənilər Birinci Dünya müharibəsi, eyni zamanda Rusiyada baş vermmiş 1917-ci il fevral burjua və oktyabr bölşevik inqilabından məharətlə istifadə edərək öz iddialarını artıq bolşevik bayrağı altında davam etdirməyə nail oldular. 1918-ci il martın 30-u, 31-i və aprelin 1-də bölşevik qiyafəsinə bürünən ermənilər bu dəfə Sovet Rusiyasının yardımı ilə soyqırım törədərək 15 min azərbaycanlını qətlə yetirdilər. Həmin ilin aprel-may aylarında ermənilər Şamaxıda, Qubada, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törədərək 50 mindən artıq azərbaycanlını qətlə yetirmişdilər.
1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Dağlıq Qarabağda məskunlaşan ermənilər Azərbaycan Xalq Cumhuriyyətini tanımaqdan imtina etdilər. Azərbaycan Xalq Cumhuriyyəti mövcud olduğu dövrdə də ermənilər diplomatik və hərbi (1918-1920) cəhdlər göstərərk Azərbaycanın ərazi bütövlüyünü pozmağa çalışdılar.
1920-ci ildə Sovet Rusiyasının Qafqazı yenidən işğal etməsi ilə bölgədə sosialist respublikalarının elan edilməsi sərhəd məsələlərinin qoyuluşunu mənasız etdi. Lakin Cənubi Qafqazda sovet hakimiyyətinin qurulması da Qarabağ məsələsini gündəlikdən çıxartmadı. Çünki göründüyü kimi, Sovet Rusiyası çarizmin erməni siyasətini davam etdirmək niyyətində idi. Elə sovetləşmənin ilk illərində Sovet Rusiyasının bu mövqeyi özünü göstərməkdə gecikmədi. 1920-ci illərin sonunda Zəngəzur və digər Azərbaycan torpaqları Emənistan SSR-nin ərazisi elan edildi. Sonralar isə erməni millətçiləri bu ərazilərdəki azərbaycanlıları öz ata yurdlarından deportasiya edilməsinə də nail oldular. 1923-cü ildə erməni-rus ittifaqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə muxtar vilayət statusu verilməsinə nail oldu. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması sovet Rusiyasının məqsədyönlü siyasətinin nəticəsi idi və ermənilərin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün bir zəmin idi.
Sovet hakimiyyətinin sonrakı illərində də ermənilər Rusiyanın himayədarləğı ilə Azərbaycan torpaqlarına yiyələnməkdə davam edirdilər. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçular və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərar qəbul edildi. Bu qərara əsasən 1948-1953-cü illərdə 150 minədək azərbaycanlı öz tarixi torpaqlarından kütləvi şəkildə dövlət səviyyəsində deportasya edildi.
Dostları ilə paylaş: |