Azərbaycan Hava Yolları” qsc milli Aviasiya Akademiyası Fakültə: İqtisadiyyat və hüquq



Yüklə 48,69 Kb.
səhifə1/9
tarix11.01.2022
ölçüsü48,69 Kb.
#110874
  1   2   3   4   5   6   7   8   9

Azərbaycan Hava Yolları” QSC



Milli Aviasiya Akademiyası

Fakültə: İqtisadiyyat və hüquq
Kafedra: Menecment


Kurs İşi

Mövzu: Aviadaşımaların satışı və bronlaşdırılması üzrə

kompüter sistemləri

Fənn: HNKİ


Tələbə: Ruslan Kərimov

Qrup: 367 a

Rəhbər: Süleymanlı Yetər
Bakı-2010
Plan

Giriş


Fəsil I. Aviaşirkətlərin satış sistemləri

    1. Sərbəst satış

    2. Agent vasitəsi ilə satış

Fəsil II. Bronlaşdırma üzrə dünya paylaşdırıcı sistemləri

2.1. Avropa, ABŞ və Asiya paylaşdırıcı sistemləri

Fəsil III. Aviaşirkətlərin paylaşdırıcı sistemləri

Nəticə.


Giriş
Bildiyimiz kimi bütün nəqliyyat sistemlərinin əsasını daşımalar təşkil edir. Aviasiya sahəsinin də daşımalrın çəkisinə görə nəqliyyat sistemində xüsusi rola malikdir. Aviasiya sahəsində daşımalar yük və sərnişin formasında həyata keçirilir. Təbii ki, daşımaların həyata keçirilməsi üçün satış siyasətindən istifadə olunur.

Satış siyasəti xarici dövlətlərin aviasiya idarələrindən öz reyslərinə xüsusi satış və bronlaşdırma hüququnu almaq üçün işlərin səmərəliyinin artırılmasından ibarətdir. Ümumi şəkildə kommersiya siyasəti digər ölkələrin ərazisində qəyyumluqdan azad olmağa yönəldilməlidir. Bu azadlıq hətta öz agentlərini təyin etmək və reyslərə xüsusi xidmət etməyə qədər geniş ola bilər. Son illərdə satış siyasəti bronlaşdırmanın geniş yayılması ilə inkişaf etməkdədir.

İlk dəfə “Kompüter Bronlaşdırma Sistemi” Avropa və ABŞ-da 60-cı illərdə yaranıb. O illərdə mülki aviasiya fəal inkişaf dövründə idi. Aviasiya agentliklərində bronlaşdırmanın “telefon” texnologiyası və aviakompaniyalar tərəfindən reyslərin idarə edilməsində kağız txnalogiyası artan sərnişin axınının xidmətinə müqavimət göstərə bilmədi və bu da işlərin avtomatlaşdırılmasına təlabat yaratdı.

Əvvəl KSB ayrı-ayrı şirkətlər tərəfindən yaradıldı və yalnız şəxsi aviasiya agntliklərinin maraqlarına xidmət edirdi. Bir müddət keçdikdən sonra bu ona gətirib çıxartdı ki, bir tərəfdən fəal işləyən viasiya agentliklərində KBS-nın bir neçə terminalı yarandı ki, bunlar da müxtəlif aviakompaniyalara məxsus idi. O biri tərəfdən, aviakompaniyalar KSB-nın inkişafına daha çox vəsait sərf etməli olurdular. Belə vəziyyətdə məntiqi qərar ondan ibarət oldu ki, KSB-nın bazarda inkişafı üçün aviakompaniyalar öz səylərini birləşdirdilər.

1960-ci ildə İBM və Amrican Airlines aviakompaniyası Sabre sistemini işləyib hazırlayanda çoxları onları dəli hesab etdi. American Airlines bu sistemin yaranmasına 150 milyon dollar xərclədi.

Sabre sisteminin yaradılması ideyası 6 il əvvəl təyyarədə yaranmışdı. American Airlines şirkətinin geniral direktoru K.Smitin və İBM şirkətinin direktoru B.Simitin təsadüfi görüşü zamanı Nyu-Yorkdan Los Anlesə qayıdarkən yolda söhbətləri nəticəsində İBM və American Airlines-in biletlərin ehtiyatda saxlanılması işinin tədqiqinə gətirib çıxartdı. 1954-cü ildə başlanan işin məqsədi ehtiyat sisteminin avtomatlaşdırılmasının yaranması idi.

1960-cı ilin əvvəlində American Airlinesin sərəncamında yarımavtomatlaşdırılmış Reservisor sistemi var idi, lakin agentlər işlərinin çoxunu əllə etməli olur, sifarişləri telefonla alır, məlumatları telefonla göndərir və kağız sənədləri doldurarkən çoxlu vaxt sərf etməli olurdular. Bu isə proses zamanı çoxlu səhvlərin orataya çıxmasına səbəs olurdu. İllər keçdikcə bronlaşdırma sistemi təkmilləşdirildi. Bu inteqrasiyanın nəticəsi olaraq 4 qlobal ehtiyyat sistemi (Global Distirbution System GDS) yarandı. Hal-hazırda bronlaşdırmanın 4 sistemi bunlardır: Amadeos, Galileo, Sabre və Worldspan.

Fəsil I. Aviaşirkətlərin satış sistəmləri

1.1. Sərbəst satış
Sərbəst satış – bu proses aviaşirkətlər, sərnişinlər və yükgöndərənlər arasında həyata keçirilir. Sərbəst satış öz növbəsində iki hissəyə ayrıla bilər, aviaşirkətin öz satışı və baş agent vasitəsilə həyata keçerilən satış. Bu satış aviaşirkətin heyəti tərəfindən sərbəst şəkildə həm ölkə ərazisində, həm də xarici dövlət ərazisində həyata keçirilir. Aviaşirkətlərin nümayəndəlikləri vasitəsilə xüsusi daşımaların satışı öz tarif siyasətini həyata keçirməyə, komission ödəmələrində qənaət etmək, valyuta gəlirləri əldə etməyə imkan verir və bu qarşılıqlı hesablaşmalar olmadan da mümkündür.

Aviaşirkət şəbəkəsi yolu ilə satış – baş agentlər o ölkəlrdə təyin olunur ki, hansı ki, həmin ölkə ərazisində aviaşirkətə azad satış hüququ verilmir. Bu proses zamanı bir ölkənin milli aviaşirkəti, xarici aviaşirkətin baş agenti seçilir və onun reysi üzrə daşımaların satışını öz satış məntəqəsi yolu ilə həyata keçirir. Tərəflərdən hər biri üzərinə digər tərəfə kommersiya xidmətləri təqdim etmək məsuliyyətini götürür. Bu xidmətlər ondan ibarətdir ki, daşıyıcının reyslərindən mümkün qədər səmərəli istifadə etmək, onun dövlət və ictimai orqanlarla, mətbuat, satış üzrə agentlər və ictimaiyyətlə münasibətlərdə nüfuzunu artırmaq və s.

Baş agent məsuliyyət götürür ki, müntəzəm və qeyri müntəzəm xətlərdə beynəlxalq sərnişin və yük daşımalarında daşıyıcını təmsil etsin, özüdə ki, baş agent daşıyıcını öz ərazisində tam həcmdə təmsil etməyə razılıq verir. Bu isə o deməkdir ki, o üzərinə öz ölkəsinin müvafiq aviasiya idarələri ilə danışıqlar aparmaq (tariflər üzrə), öz aviabiletlərini vermək, yük qaimələrini vermək, bronlaşdırmanı aparmaq və s. Məsuliyyətini götürür.

Baş agentin ərazisində bütün gördüyü işlərə görə daşıyıcı standart komissionlar ödəməyə məsuliyyət götürür, o cümlədən sərnişin daşımalarının satışına görə 3%, yük və çarterə görə 2,5% .

Reallıqda, baş agent və daşıyıcı biri-birinə bilavasitə rəqib olaraq ilk növbədə öz reyslərini yükləməyə çalışırlar və partnyorun reysinə yükləmənin qalmaması ilə hesablaşmırlar.

Buna görə də böyük transmilli və ya regional aviakompaniyalar milli aviakompaniyalarla baş agent haqqında sazişin bağlanmasından yayınmağa çalışır və yerli rəhbərlikdən həmin ölkənin ərazisində satış və bronlaşdırma ixtiyarını almağa meyil göstərirlər. Bu zaman komission ödənişlərə qənaət olunur, yükləməni onlar özləri təmin edir və həmin ölkənin bazarında rəqabət aparmağa imkanı əldə olunur. Lakin, dövlətlər öz aviakompaniyalarının maraqlarını müdafiə edərək bu kimi hüquqları başqa ölkələrin kompaniyalarına müstəsna hallarda verir.


1.2. Agent vasitəsi ilə satış

Agentlər baynəlxalq hava daşımasında sərnişin və yük agentlətri kimi ortaya çıxırlar. Agentlər vasitəsi ilə satışlar komission əsaslarla həyata keçirilir. Agentlər kimi həm firmalar, həm də şəxslər çıxış edə bilərlər. Sərnişin agentləri kimi turist firmaları, reklam-informasiya agentlikləri, bank korparasiyaları və digər firmalar çıxış edə bilər. B agentlər daşımaların satışı üzrə ixtisaslaşa bilərlər, ya da ki, satışlar onlar üçün diversiya biznesidir.

Yük agentləri kimi yükgöndərən və ya birləşmiş firmalar, müxtəlif maşın şöbələri, gəmiçilik və dəmiryol kompaniyaları çıxış edə bilərlər.

Beynəlxalq hava xətlərində daşımalrı həyata keçirən əksər sərnişin və yük agentləri beynəlxalq hava nəqliyyatı assosiyasında qeydiyyatdan keçib və İATA-nın rəsmi agentləri sayılırlar.

Lakin, aviaşirkətlər tez-tez İATA-nın rəsmi agentləri olmayan turfirmalar və şirkətləri öz daşıma agentləri seçirlər. Agentlər arasında yüksək komossioanlar əldə etmək uğrunda güclü rəqabət gedir. Aviadaşımalrın satışı yetərincə gəlirli bir sahəyə çevrilmişdir.

Qeyd etmək lazımdır ki, bir çox agentlərin müxtəlif şəhər və ölkələrdə öz filialları vaedır. Nəhəng avaiaşirkətlərin agentləri dünya üzrə aviadaşımaların satış bazarına təsir edə bilirlər. Amerikan Airlines, Delta, SAS, Lüftqanza, Air Frans kimi dünyanın nəhəng aviaşirkətləri GDS vasitəsilə demeək olar ki, dünyanın bütün regiaon və ölkələrində agentlər şəbəkəsinə malikdirlər.

Aviaşirkət özünün hər agenti ilə aviadaşımaların rəsmiləşdirilməsi haqqında standart razılıqlar imzalayır. Bu razılıq imazalanarkən agentə bank qarantiyası verilməlidir, əsasən de o halda ki, o İATA-nın rəsmi agenti sayılmır.

Agentlər vasitəsi ilə aviadaşımaların satışı, aviaşirkətlərin satış sistemində əhəmiyyətli rol oynayır. Agentlər şəbəkəsi nə qədər geniş olarsa, sərnişinlər və yükgöndərənlər bu aviaşirkət haqqında çox məulmat əldə edir. Öz növbəsində vasitəçi rolunu oynayan turfirmalar və agentlər aviaşirkətlərdən daşımaları topdan şəkildə, güzəştli qiymətlərlə alır və öz şəxsi alıcılarına rəsmi qiymətə sataraq qazanc əldə edirlər. Agent biznesi daha çox ABŞ-da yayılmışdır. Burada 10000 turist firmaları və agentlər sərbəst şəkildə aviaşirkətlərlə çalışır. Bunu da qeyd etmək lazımdır ki, bəzən daha yüksək gəlir əldə etmək arzusunda olan aviaşirkətlər böyük turist furmalarının səhmlərini idarə etməyə çalışır, bəzən də səhmləri tamamilə alırlar.

Beynəlxalq avidaşıma satışı təşkilatı beynəlxalq hava daşımasında kommersiya işinin əsas forması sayılır. O öz daxilində bu sistemləri birləşdirir:



  • öz ölkəsi ərazisində daşımaların satışı;

  • aviaşirkətin uçduğu ölkələrə daşımaların satışı;

  • aviaşirkətin uçmadığı ölkələrə daçımaların satışı.

Agentlər vasitəsi ilə aviadaşımaların satışı çox effektlidir. Beləki, bu proses əhəmiyyətli dərəcədə xərclər tələb etmir, əksinə olaraq əhəmiyyətli dərəcədə iqtisadi fayda verir. Satışın bu tipi son illərdə inkişaf edir və mükəmməlləşir.

Fəsil II. Bronlaşdırma üzrə dünya paylaşdırıcı sistemləri


2.1. Avropa, ABŞ və Asiya paylaşdırıcı sistemləri

Dünya hava nəqliyyatı sistemi özündə milli və regional hava nəqliyyatı sistemini birləşdirib. Bildiyimiz kimi aviasiya nəqliyyatı idarələri (aviaşirkətlər) dünya hava nəqliyyatı sisteminin əsasını təşkil edir. Beynəlxalq Mülki Aviasiya təşkilatı (ICAO) elmi-analitik tədqiqatlar aparmaq üçün ölkələri, Beynəlxalq Hava Nəqliyyatı Assosasiyası (İATA) aviaşirkətləri regionlara bölüb. Bu regionlar öz xüsusiyyətləri və inkişafına görə bir-birindən çox fərqlənir. Ən çox inkişaf etmiş region Avropa, Şimali Amerika, Asiya və Sakit okean hövzəsi regionu hesab edilir. Məlumdur ki, inkişaf etmiş bu regionların aviaşirkətləri də aviadaşımaların həyata keçirilməsində çox böyük rol oynayır. Bildiyimiz kimi, aviaşirkətlərin vəzifəsi uçuşu təşkil etmək və onu həyata keçirməkdən ibarətdir. Uçuşu təşkil etmək, ilk növbədə bilet satışından və sərnişinlər üçün qabaqcadan bilet sifariş verməkdən ibarətdir. Avişirkətlər bilet satışını müxtəlif forma və metodlarla həyata keçirirlər: şəxsi satış, agentlər vasitəsilə satış (rəsmi və qeyri və rəsmi agentlər), internet vasitəsilə, BSP vasitəsilə satış və Ərazi Zonal Hesablama mərkəzləri vasitəsilə satış və s. Bütün bunlar isə avtomatlaşdırılmış bronlaşdırma sistemləri (ABS) vasitəsilə həyata keçirilir. Yuxarıda qeyd etdiyimiz kimi ABS-lər ilk dəfə olaraq ABŞ-da yaradılıb. Qərbi Avropa aviaşirkətləri isə 1980-ci illərdə ABŞ sistemlərinə cavab olaraq rəqabətə dözmək özlərinin «Avropa» blokunu yaratdılar. Aviaşirkətlərin öz aralarında olan çəkişmələr nəticəsində onlar 2 qrupa bölündülər. Bir qrup 1987-ci ilin iyun ayında «Amadeus» avtomatlaşdırılmış bronlaşdırma sistemini yaratdılar. Buna cavab olaraq isə digər aviaşirkətlər qrupu iyul ayında «Qalileyus» sistemini yaratmağa nail oldular.




Yüklə 48,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin