“Azərbaycan Hava Yolları” qsc



Yüklə 0,89 Mb.
səhifə8/13
tarix10.01.2022
ölçüsü0,89 Mb.
#106518
1   ...   5   6   7   8   9   10   11   12   13
Hidroqrafiya

Kür çökəkliyi vilayətinin çayları tranzitdir (yəni başqa ərazilərdə formalaşır). Vilayətin daxilində daimi axarlı çay formalaşmır. Əsas çayları Kür, Araz və onların qollarıdır. Artezian ( Azərbaycanda 1-ci yer) və qrunt suları ilə zəngindir. Suvarma kanallarının sayı çoxdur (Yuxarı Şirvan kanalının uzunluğu 122.9 km-dir.Yuxarı Qarabağ kanalının uzunluğu 172km-dir).

Gölləri – Acınohur, Mehman, Ağgöl, Hacıqabul, Sarısu, Candargöl və s. Su anbarları – Mingəçevir, Varvara, Şəmkir, Bəhramtəpə, Cavanşir, Ağstafa, Coğaz və s.

Su kanalları – Yuxarı Şirvan, Yuxarı Qarabağ, Baş Mil, Baş Muğan, Sabir, Əzizbəyov və s.

Sabirabad rayonunun əsas çayı rayon ərazisindən keçən Kürdür. Kür çayı öz başlanğıcını Türkiyənin Qızıl-gədik dağlarının şimal- şərq yamacından 2740 metr mütləq yüksəkliyə malik sahədən götürür. Uzunluğu 1515 km-dir. Kür çayı 200 km Türkiyədən, 335 km Gürcüstandan, 980 km isə Azərbaycandan keçərək Xəzər dənizinə tökülür. Kürü adətən üç hissəyə bölürlər: yuxarı hissə (mənbəyindən Barjomi dərəsinə kimi), orta (Mingəçevir su anbarına kimi) və aşağı (Xəzər dənizinə tökülənə kimi).

Kürün su tutumu sahəsi 188 min km2- dır. Kürün 65% sahəsi (122 min km2) dənizdən 500 m hündürlükdə yerləşir və çayın təminatını və nəqlini yerinə yetirir. 35% isə (65.8 min km2 ) onun itirilməsinə və yenidən formalaşmasını əmələ gətirir. Kür çayından əlavə rayon ərazisində Sarısı göllərinin də bir hissəsi yerləşir.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin