Şəkil 2.2. Ümumi radiasiyanın miqdarı
Cədvəl 2.2.
Ay
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
İllik
|
kkal/sm2
|
5.0
|
6.5
|
8.6
|
11.0
|
15.1
|
17.6
|
18.4
|
16.3
|
11.7
|
9.7
|
6.0
|
4.6
|
130.5
|
Ümumi günəş radiasiyaının miqdarı
Sabirabad şəhərində ümumi günəş radiasiyasının orta illik miqdarı 130.5kkal/sm2 təşkil edir. Ümumi günəş radiasiyasının ən yüksək orta qiyməti iyul ayında (18,74kkal/sm2), ən alçaq orta qiyməti isə dekabr ayında (4.6 kkal/sm2) müşahidə olunur (Cədvəl 2.2).
2.2. Havanın və torpağın temperaturu
Havanın temperaturu vacib meteoroloji elementlərdən olub, atmosferin istilik vəziyyətini xarakterizə edir və atmosferin tərkib hissəsi olan atom və molekulların hərəkətinin orta kinetik enerji ölçüsüdür. Normal şəraitdə havanın temperaturu hündürlükdən asılı olaraq azalır.Coğrafi rayonda temperaturun paylanması rayonun relyef xüsusiyyətlərindən asılıdır. Ərazi üzrə havanın temperaturunun dəyişkənliyi yerli atmosfer dövranı və sinoptik şəraitdən asılıdır və onun illik gedişinə təsir edən amillərdən biri hesab olunur.
Sabirabad rayonu yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimində yerləşir. Bu iqlim tipində yay isti, uzun, qış mülayim keçir, olduqca böyük termik ehtiyatlara malikdir. Sabirabad ərazisində ilin ən soyuq ayı yanvar ayıdır. Belə ki, ərazi üzrə illik minimum temperatur (-1.8ºC) bu ayda qeydə alınır. İlin ən isti ayı isə iyul ayıdır. Bu ayda temperatur 26.5ºC-ə qədər artaraq illik maksimum temperatura malik olur. Havanın orta illik temperatur amplitudu 28.3ºC olur. Sabirabad rayonu üçün havanın orta çoxillik temperaturu 14.2ºC-dir.
Dostları ilə paylaş: |