Mühazirə 15. Fövqəladə hallarda nəqliyyatda təhlükəsizlik



Yüklə 32,3 Kb.
səhifə1/2
tarix26.11.2023
ölçüsü32,3 Kb.
#135695
növüMühazirə
  1   2
Mühazirə 15.



Mühazirə 15.
Fövqəladə hallarda nəqliyyatda təhlükəsizlik
Nəqliyyatda həyat fəaliyyətinin təhlükəsizliyinə ancaq təbii və texnoqen faktorlar təsir etmir, həm də qeyri-hərbi fövqəladə hallar da təsir göstərir. Fövqəladə hadisə- müəyyən ərazidə qəza nəticəsində, təbii fəlakətin baş verdiyi hallarda, faciəli vəziyyətdə, qarşısı alına bilməyən hadisələr və s. hallarında, insanların kütləvi məhvi və sağlamlığa əks təsirin yarandığı, ətraf mühitə dağıdıcı təsir hallarına səbəb olan hadisələrin baş verdiyi və bu kimi şərait başa düşülür.
Nəqliyyat müəssisələrində istehsalat qəzalarının baş verməsi fövqəladə hal hesab olunur və belə hadisələrin yaranmasına əsasən obyektlərdəki işin texnoloji xarakteri, nəqliyyat vasitələrinin texniki vəziyyəti, işçilərin psixoloji dayanıqsızlığı, peşəkarlıq dərəcəsinin az olması, müəssisənin yerləşdirilməsində normativlərin pozulması(sosilməişət və yaşayış zonası arasındakı məsafələrin normalara uyğun olmaması), mühafizə qurğularının olmaması səbəb olur.
Fövqəladə hallar müxtəlif cür olur: baş vermə səbəblərinə görə- təbii, texnogen, hərbi, sosial və siyasi fövqəladə hallar; əhatə dairəsinə görə - dövlətlərarası (qlobal ), ölkə daxilində ( milli ), yerli və obyektlərarası fövqəladə hallar ; nəticəsinin ağırlığına görə - strateji və lokal fövqəladə hallar ( məsələn, Çernobıl atom elektrik stansiyasındakı qəza strateji fövqəladə hala, neftlə yüklənmiş tankerin sahil yaxınlığında qəzası isə lokal fövqəladə hala aid edilə bilər ); dəyən itkinin (zərərin) ölçü və görünüşünə görə- insan ölümünə, ekoloji zərərə, material itkisinə səbəb olan fövqəladə hallar ( məsələn, sərnişin qatarı, avtomobil və aviasiya qəzaları, insan ölümü ilə nəticələnən gəmi qəzaları ); itkinin (zərərin) xarakterinə görə - birbaşa və dolayı yolla təsir edən fövqəladi hallar (birbaşa təsir edən FH- obyektlərin məhvedilməsinə və ya material dəyərlərinin itkisinə səbəb olur, aviareyslərin dəyişdirilməsi və ya təxirə salınması( məs.,terroristlərin basqını) zamanı insan stres keçirir, sağlamlığına zərər dəyir və vaxt itirir ki, bu da dolayı təsirli fövqəladə hal adlanır); əhatəetmə (yayılma) sürətinə görə - gözlənilmədən, tələsik, mülayim və səlis baş verən fövqəladə hallar olurlar.
Dövlətlərarası fövqəladə hallar bir neçə dövlət ərazisində yayılır, burada əsasən dövlətlərarası hərbi konfliktlər baş verir , ölkə daxilindəki FH bütün ölkəni əhatə edir, buna səbəb münaqişəli ərazi sahəsi, müxtəlif etnik çəkişmələr və ya siyasi partiyalar vəqrupların hakimiyyətə keçmək uğrundakı mübarizələridir, yerli FH şəhər və ya yaşayış məntəqəsinin ərazisini əhatə edir, bu əsasən zəlzələ, suyun basması və qasırğa zamanı müşahidə olunur, belə FH texnogen qəzalar, dəmir yolu ilə təhlükəli kimyəvi yüklərin daşınması zamanı dəmir yolunun dağılması hallarında (evakuasiya lazım gəldiyi halda) müşahidə olunur,obyektlərarası FH isə konkret obyektlərdə baş verir. Nəqliyyat qəzaları, stasionar mənbələrdəki partlayışlar və s.- gözlənilməyən FH-dir. Yanğının baş verməsi və yayılması, hidrodinamik qəzalar və s.-tələsik baş verən FHdir(burada insan və xüsusi materialların ani vaxtda xilası əhəmiyyət kəsb edir). Mülayim FH-lər tədricən təsir etdiyindən onu proqnozlaşdırmaq və nəzarətdə saxlamaq olur(məs., suyun basması, vulkan püskürməsi,daşqın hallarında). Quraqlıq, epidemiyanın yayılması, təmizləyici qurğuların qəzası və s. ətraf mühütə tədricən zərər verdiyindən səlis FH –yə aid edilir.
Ölkəmizdə müəyyən dövrlərdə fövqəladə hadisələrin sayı artmışdı (ittifaq dövrləri ilə müqayisədə). Ona görə də dövlət səviyyəsində FH – in qarşısının alınması məqsədi ilə xüsusi xidmət təşkilatının yaranmasına ehtiyac yarandı. FH-in xəbərdarlığı məqsədi ilə yaradılmış Dövlət sisteminin qarşısında aşağıdakı məqsədlər qoyuldu: fövqəladə hallarda bütün ölkə ərazisində insanların sağlamığı və həyatının, maddi dəyərlərin və ətraf mühitin mühafizəsi üçün iqtisadi və hüquqi cəhətdən təmin edəcək siyasətinin həyata keçirilməsi; ümumdövlət və ərazi üçün uzunmüddətli-məqsədli proqramın işlənməsi və həyata keçirilməsinin təmin edilməsi; təbiət hadisələri və təhlükəli obyektlərin vəziyyətinə etibarlı nəzarətin təmini; müxtəlif fəlakətlərin baş verməsi mümkünlüyünün və təhlükəli obyektlərin üzə çıxarılması və proqnozlaşdırılması; təhlükəsizlik normalarına cavab verməyən istehsalat sahələrinin yenidən bərpası(işlənməsi) və ya bağlanması üçün lazımi ölçünün götürülməsi; fövqəladə hallara təsir edə biləcək vasitə, güc vəidarə sisteminin yüksək hazırlığının təmini; fövqəladə halların aradan qaldırılması üzrə axtarış- xilasetmə, qəza-bərpaedici və s. təxirəsalınmaz işlərin həyata keçirilməsi. Ən təhlükəli hesab olunan nəqliyyat obyektləri komplekslərində fövqəladə hallardan yan keçmək məqsədi ilə aşağıdakı profilaktik tədbirlər həyata keçirilir:

  • Nəqliyyat Nazirliyinin vəzifəli şəxsləri tərəfindən təhlükəli maddələrin istifadəsi, nəqlolunması, uçotu və saxlanmasının təşkilinin vaxtaşırı yoxlanması;

  • uzun illərin müşahidələri və statistik məlumatlar əsasında fövqəladə halların baş verməsi və miqyasının proqnozlaşdırılması;

  • nəqliyyatda işləyənlərin fövqəladə hallarda hərəkət etmə və tədbirlərə hazırlığının səviyyəsinin yoxlanması üzrə təlimlərin keçirilməsi və belə hallarda onların hərəkət etmə vərdişlərinin yaranması üçün öyrədilməsi və s.

Respublikamızın nəqliyyat sistemində qəza, bədbəxt hadisələr və fəlakətlərin statistik uçotu və təhlili aparılır. Nəqliyyatda əsasən aşağıdakı fövqəladə hallarbaş verir: nəqliyyat hadisələri; nəqliyyat qəzaları; neft məhsulları və təhlükəli kimyəvi maddələrin yanğını; partlayışlar; nəqliyyat vasitələrinin radioaktiv çirklənməsi; terrorist aktları; yaradıcılığa qeyri-qanuni müdaxilə; nəqliyyat təşkilatları ərazisini suyun basması; nəqliyyat infrastrukturu və xidmət sahələrindəki qəzalar; təbii fəlakət; hərəkət təhlükəsizliyi insanların xilası məqsədilə nəqliyyat təşkilatı fəaliyyətinin dayandırılması və s.
1960 – 1980- ci illərdə ölkəmizdə terrorizm yox dərəcəsində idi. 1988-ci ildən etibarən ermənilərin siyasi ambisiyası və ərazi zəbt etmək xülyası nəticəsində Respublikamızda terrorizm hadisələri geniş vüsət aldı, qanunsuz silahlanma, qeyri- qanuni silahlı dəstələr yarandı, oğurluq, quldurluq hadisələri baş verdi. Xarici ölkələrdən resursunu başa vurmuş avtomillər axını ölkəyə daxil oldu, avtomobil qəzalarının sayı artı, ölən və yaralananlaın sayı intensiv olaraq artdı. Dini-sektant qruplar, fundamentalist meyllər təzahür etdi, öldürmə, qəsd etmə halları, metroda və avtobuslarda partlayışlar və bu kimi hadisələr adi hala çevrildi.
1999-cu ildən etibarən terrorçuluğa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunları ( 18 iyun 1999-cu ildən başlayaraq) qəbul olundu, terrorizmə qarşı Beynəlxalq sazişlərə qoşulduq və s. Terrorizmin müxtəlif növləri arasında nəqliyyat terrorizmi də xüsusi yer tutur. Dəmir yolu, təyyarə və avtomobillərdə partlayıcı qurğular yerləşdirilməsi, qaz və neft qovşaqlarında partlayışlar törədilməsi, məqsədli diversiya (təxribat ) halları baş verir. Nəqliyyat obyektlərinin əksəriyyəti terrorist və təxribatçılar üçün strateji vacib və potensial təhlükəli sahələr hesab olunur. Nəqliyyat daşımalarında təhlükəli yüklərin daşınması da terrorizmdən mühafizə olunmalıdır. Dünyada piratçılıq ( dəniz quldurluğu ) və gəmilərin zəbt olunması hallarına qarşı mübarizə ən çətin məsələlərdəndir və onunla mübarizə ölkələr üçün böyük problem sayılır. Piratçılıq ən çox 1991- 2001- ci illərdə baş vermişdir.
Aviasiyada terrorizm hadisələri daha çox olur, təkcə 2001-ci ildə Rusiyada 180 belə ( hava nəqliyyatında ) aktlar baş vermişdir. Təyyarələrin qaçırılmasında iştirak edən terroristlərin cəzalandırılması kəskinlik dərəcəsinə görə müxtəlif ölkələrdə müxtəlifdir, məsələn, Fransa, İsveç, Hollandiya və Almaniyada 10 ildən çox , ABŞ-da 20 il, Kanadada isə ömürlük həbs nəzərdə tutulur.19 yanvar 2003-cü ildən Avropa ölkələrində aviasiyada təhlükəsizlik üzrə Avropa sisteminin ümumi Qanununun yeni reqlamenti (2320/2002) fəaliyyətdədir. 2001-ci ildə dünya aviasiyası kompaniyasının ümumi itkisi 11 milyard dollar, 2002 -ci ildə isə 7-8 milyard dollar olmuşdur. 2001-ci ildə ( 11 sentyabr 2001 –ci il hadisəsinə görə ) Amerika aviasiya kompaniyasının itkisi 8 milyard dollar olmuşdur. ABŞ milli aviasiyasındakı krizis ümummilli problem kimi hələ də qalmaqdadır.
Avtomobil nəqliyyatındakı terrorizm təhlükəsi əsasən sərnişin daşıması obyektlərində gözlənilir : avtovağzal, avtostansiya, dayanacaq məntəqələri və bu kimi əhalinin sıx olduğu yerlərdə gözlənilir. Bununla əlaqədar olaraq hər bir avtonəqliyyat texnoloji məntəqəsində ( avtomobilin yola salınması, salonun yığışdırılması, yuyulması, mühafizəsi, xəttə buraxılması və s.- də ) məsul şəxs olmalıdır. Nəqliyyatda işləyən sürücü, kondukror, dispetçer, nəzarət – buraxma məntəqəsi mexaniki və digərləri xüsusi təlim keçməli və nəzarəti gücləndirməlidir. Avtomobil dayanacaqları və doldurma məntəqələri tam işıqlı olmalıdır. Müəssisədə yanğından mühafizə drujinası olmalıdır, avtomobildəki yanğından mühafizə vasitələrinin sazlığı yoxlanmalıdır. Nəqliyyat Nazirliyindəki federal xidmət qrupu müəssisəni yeni təlimatlarla təmin etməli və vaxtaşırı nəzarət keçirməlidir.
Avtonəqliyyatda da kriminal hadisələr çoxalmışdır – sürücülərə xətər yetirilir, avtomobillər qaçırılır,avtomobillərlə narkotik maddələr daşınır, avtomobillər oğurlanır, onların aqreqat və hissələri sökülərək satılır və s.Avtomobilin qaçırılmasına görə həbs müddəti 3 – 6 aydan 3 – 5 ilə qədər nəzərdə tulur və artırılacağı da gözlənilir. Qrup şəklində xəta törədilməsi ilə baş vermiş qaçırılma hallarında 3-7 il müddətinə həbs cəzası müəyyən olunmuşdur , xətanın dərəcəsindən aslı olaraq bu müddət 6 – 12 il də ola bilər.

Yüklə 32,3 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin