Mövzu: 12. Xarici ölkələrin vergi sistemləri plan inkişaf etmiş ölkələrdə vergi siyasəti



Yüklə 22,71 Kb.
səhifə1/3
tarix26.12.2022
ölçüsü22,71 Kb.
#121830
  1   2   3
Mövzu 12-2


Mövzu: 12. Xarici ölkələrin vergi sistemləri
PLAN

  1. İnkişaf etmiş ölkələrdə vergi siyasəti.

  2. İnkişaf etmiş ölkələrin vergi sistemləri.

  3. Beynəlxalq ikiqat vergitutma və onun tənzimlənməsi üsulları.

  4. Beynəlxalq vergi sazişləri.

  5. Beynəlxalq vergitutmada ofşor mexanizmlərin tətbiqi.



  1. İnkişaf etmiş ölkələrdə vergi siyasəti

Müasir dövlətlər üçün ən xarakterik cəhət iqtisadi həyatın müxtəlif sahələrinə dövlət müdaxiləsinin səviyyəsidir (aşağı, orta, yüksək).
Dövlət müdaxiləsinin əsas məqsədi iqtisadiyyatın tənzimlənməsidir. Dövlət tənzimlənməsinin vasitələri:

  • Vergi siyasəti;

  • Azad sahibkarlığa maliyyə təsiri.

İnkişaf etmiş ölkələrdə vergi siyasəti iqtisadiyyatda baş verən böhran halları ilə vergi dərəcələrini radikal şəkildə aşağı salmaq ideyasını irəli sürən təklif iqtisadiyyatının postulatlarına əsaslanır. Bu zaman dövlətin vergi siyasəti ölkədə əlverişli vergi mühitinin formalaşmasına, investisiyaların təşviqinə yönəlməlidir. Daha dəqiqi vergilər onu ödəyənlər üçün boyunduruğa çevrilməməli, milli iqtisadiyyatın inkişafı üçün stimul rolunu oynamalıdır.
Vergitutma səviyyəsinin yüksək olması ölkədən kapital axını yaradır. Misal, 1994-cü ildə Fransadan kapital axını 50 milyard ABŞ dollarından çox olmuşdur.
Vergi yükünün səviyyəsinə görə dünya ölkələrini şərti olaraq 2 qrupa ayıtmaq olar:

  1. yüksək vergi rejimli yurisdiksiyalar;

  2. liberal vergi rejimli yurisdiksiyalar.

İqtisadi cəhətdən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əksəriyyəti yüksək vergi rejimli yurisdiksiyalara aiddirlər. Bu ölkələrdə korporasiyaların mənfəət və fərdi gəlir vergisi 30-60 faizdir.
Həmin ölkələrdə

  • şirkətlərin yaradılması şərtləri və maliyyə hesabatlarına nəzarət kifayət qədər şərtidir.

  • vergi qanunvericiliyinin pozulmasına görə ağır cərimə və cinayət sanksiyaları tətbiq olunmur.

Liberal vergitutma rejimli yurisdiksiyalar isə 3 qrupa bölünür:

  • hüquqi və fiziki şəxslərin gəlirlərinə birbaşa vergilərin olmadığı yurisdiksiyalar;

  • birbaşa vergilərin səviyyəsinin aşağı olduğu yurisdiksiyalar;

  • yüksək vergi dərəcəli yurisdiksiyalar.



  1. Yüklə 22,71 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin