Azərbaycan Memarlıq və İnşaat Universiteti Təqdim Etdi: Fakultə: st və mks ixtisas: Elektirik və Elektronika Qurup: 40a2 Kurs: Fənn: Müəllim: Sərbəst İş



Yüklə 1,31 Mb.
tarix19.10.2022
ölçüsü1,31 Mb.
#118418
sxemotexnika

Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakultə:ST və MKS İxtisas:Elektirik və Elektronika Qurup:340a2 Kurs:3 Fənn:sxemotexnikan əsasları Müəllim:m.məryəm Sərbəst İş:Tranzistorlar təqdim etdi:i.nurlan,X.xəlil,i.xalis,i.elcan,v.rəvan

Tranzistorlar

Günümüzdə kompüterlərin bu qədər kiçilməsində tranzistorların rolu çox böyükdür. İlk kompüterlərdə tranzistorların yerinə Vacume Tube (lampa içində vakumlanmış diot) deyilen qurğulardan istifadə edilirdi lakin bunlar həm özünü tez sıradan çıxarırdı, məhv olurdu həm də həddən artıq yer tuturdu və eyni zamanda həddən artıq elektrik israf edirdi.İlk kompüterlər bir otaq boyda hətta bir bina qədər olsalar da tranzistorların bu qədər kiçilməsi sayəsində artıq telefon ölçülərinə qədər kiçilib.

Tranzistor nədir?

Gələn cərəyanı idarə edən və cərəyanı artıran yarımkeçirici qurğudur.Slikon maddəsindən ibarətdir. Slikon əslində yarımkeçiricidir ancaq bunu tempuraturnu artırdığımız zaman keçirici hala gəlir. Hamımızın eşitdiyi Slikon Vadisinin də adını İntelin qurucuları bu hadisədən sonra vermişdir.

Tranzistor necə işləyir?

Tranzistor 3 ayaqdan ibarətdir. Sağ və soldakı ayaqlardan cərəyan keçir və ortadakı ayaq isə cərəyanın keçib keçməməsinə qərar verir.

Tranzistorların növləri

-Belə ki, NPN tipli tranzistorlarda çalışma mexanizmi beledir: Collectordan gələn əsas cərəyan axımı yani input, Base-də kontrol edir və artırıb azaldıb Emitter-ə ötürülür bu da outputu əmələ gətirir. -Bunun tərsi isə Emitterdən Collectora ötürülür və yenə eyni qaydada base-də kontrol edilir. Bu da PNP növlü tranzistorlarda baş verir.

Daha sadələşdirək:

Collector ana xətdən gələn su olduğunu düşünək kran isə basedir. Collectordan gələn suyu basdə azaldıb artırıb emitterə ötürürük.

Bipolyar tranzistorlar

Ən geniş yayılmış tranzistorlar bipolyar tranzistorlardır. Bipolyar tranzistor – bir–birilə qarşılıqlı təsirdə olan iki p­-n keçidi və üç çıхışı olan yarımkeçirici cihazdır. 

Qoşulma sxemləri:

Bipolyar tranzistorların ÜB (a), ÜE (b) və ÜK (c) qoşulma sхemləri


ÜB sхemində emitter dövrəsi giriş, kollektor dövrəsi çıхış dövrəsidir. ÜE sхemində baza dövrəsi giriş, kollektolr dövrəsi çıхış dövrəsi sayılır. ÜK sхemində baza giriş, emitter isə çıхış dövrələridir. ÜE sхemində hər üç parametrə görə güclənmə var. ÜK sхemində gücə və cərəyana görə güclənmə mövcuddur. Teхnikada ən çoх ÜE qoşulma sхemindən istifadə olunur.

Unipolyar tranzistorlar

İş prinsipi yalnız bir işarəli yükdaşıyıcılarm (elektronların və ya deşiklərin) istifadə olunmasına əsaslanan tranzistorlara unipolyar tranzistorlar deyilir. Bu tranzistorlarda cərəyan həmin cərəyanın axdığı kanalın keçiriciliyinin elektrik sahəsi vasitəsi ilə dəyişdirilməsi yolu ilə idarə olunur. Məhz buna görə bu tranzistorları həm də sahə təsirli tranzistorlar adlandırırlar. Bipolyar tranzistorlara nisbətən bu cihazların hazırlanma texnologiyası daha mükəmməldir, ayrı-ayrı nüsxələrinin parametrləri biri-birinə daha yaxın olur və dəyəri də kiçikdir. Bu tranzistorlar yüksək giriş müqavimətinə malik olurlar.

Sahə tranzistorlarının xüsusiyyətləri və bipolyar tranzistorlardan fərqləndirici cəhətləri

Sahə tranzistorların əsas xüsusiyyəti böyük giriş müqavimətinin (cərəyan ilə Ug-ie arasındakı münasibətlə təyin olunan) olmasıdır. Sahə tranzistorları gərginliklə, bipolyar tranzistorları isə cərəyanla idarə olunurlar.

- Sahə tranzistorlarında idarə cərəyanı sərf olunmur, bu da idarəolnmada itkilərin, küylərin və artıq yüklənmələrin azalmasına səbəb olur.

- Bipolyar tranzistorlarlardan fərqli olaraq daha yaxşı tezlik xarakteristikalarına malikdir.

- Bipolyar tranzistorlarlardan fərqli olaraq gücə və cəryana görə gclənmə daha cox olur.

- Temperatur dəyişmələrinə stabildirlər, kiçik güc sərfiyyatı ilə f.i.ə. artır.

- Sahə tranzistorlarının girişində idarəedici dövrə girişə nəzərən izolə olunduğundan onların işinin keyfiyyəti daha yüksək olur.

- Sahə tranzistorları açıq vəziyyətdə kanalda müqavimət çox olduğundan gərginlik düşgüsü bipolyar tranzistorlara nisbətən çox olur.

Birdən Artıq Tranzistor:

Bir tranzistorun qarşısına daha bir tranzistor yerləşdirsək nələr olacaq? Base(3-cü ayaq deyək) yeni bir tranzsitor yerləşdirsək artıq bu əvvəlki tranzistora cərəyanın getməsinə yeni tranzistor qərar verəcəkdir. Tranzistorları beləcə müəyyən şəkillərdə yerləşdirsək məntiq əməliyyatlarını cərəyan yolu ilə qəbul edirik. Məntiqi əməliyyatlar artıq elektrikli mühitə keçmiş oldu.

Diqqətiniz üçün təşəkkürlər!


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin