Big Data texnologiyalarının aktual elmi-nəzəri problemləri, emalı, saxlanılması, analitikası, vizuallaşdırılmasına mövcud yanaşmalar tədqiq olunmuş, dövlətlərin Big Data strategiyaları araşdırılmışdır.
Viki-mühitdə Big Data texnologiyalarının tətbiqi problemləri araşdırılmış və onların həlli yolları göstərilmişdir.
Neft-qaz sənayesi üçün Big Data analitikanın Cloud Computing platformasında Analytics-as-a-Service xidməti kimi reallaşdırılma imkanları tədqiq edilmiş və tövsiyələr işlənmişdir.
E-dövlət sistemində Big Data texnologiyalarının tətbiqi imkanları və perspektivləri araşdırılmışdır.
Data mining
Mətnlərin referatlaşdırılmasında üç mühüm kriteriyanı (relevantlıq – referat, mətnin əsas məzmununu özündə əks etdirən cümlələrdən ibarət olmalıdır, izafilik – referatda eyni məzmuna malik cümlələr olmamalıdır, yəni referatda informasiyanın təkrarçılığına yol vermək olmaz və həcm – referatın həcmi əvvəlcədən müəyyən edilmiş limit qiyməti aşmalı deyil) balanslaşdırmaq üçün optimallaşdırma modeli təklif edilmiş və optimallaşdırma məsələsinin həlli üçün alqoritm işlənmişdir.
Mətnlərin avtomatik referatlaşdırılması məqsədilə mətndən semantik yükə malik cümlələrin seçilməsi üçün çoxkriteriyalı optimallaşdırma modeli təklif edilmişdir.
Mətnlərin avtomatik referatlaşdırılması üçün cümlələrin klasterləşdirilməsinə və optimallaşdırılmasına əsaslanan iki mərhələli model təklif edilmişdir.
Linqvistik biliklərdən və sözlərin məzmun genişlənməsindən istifadə etməklə istifadəçiyönümlü (sorğu əsasında) referatların yaradılması üçün metod təklif edilmişdir.
Mətnlərin semantik yaxınlığını hesablamaq üçün yeni ölçü daxil edilmişdir.
E-dövlət mühitində terrorizmlə əlaqəli məqalələrin aşkarlanması üçün text mining texnologiyasına əsaslanan metod təklif olunmuşdur.
Mətnlərin klassifikasiyası üçün yeni metod təklif edilmişdir.
İntellektual təhsil sistemlərində tələbələrin referatlarının avtomatik qiymətləndirilməsi üçün semantik və sintaktik informasiyanın kombinasiyasına əsaslanan metod təklif edilmişdir.
Plagiatlıqla mübarizə texnolo-giyalarının elmi-nəzəri əsasları sistemli şəkildə şərh edilmiş, cəmiyyətdə plagiatlığın baş vermə prosesi tarixi-xronoloji ardıcıllıqla şərh edilmiş, plagiatlıq halları müəyyənləşdirilmə səviyyələrinə görə ranqlaşdırılmış, mövcud antiplagiat sistemlərinin əsas xarakteristikaları və onların müsbət və mənfi cəhətləri analiz edilmişdir.
Sözlər arasında semantik münasibətlər və cümlənin sintaktik quruluşundan istifadə etməklə müxtəlif növ mətn plagiatlığını aşkarlamaq üçün metod təklif edilmişdir.