Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə213/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   209   210   211   212   213   214   215   216   ...   300
5. DONUM, AŞ YE
Bəhlul həmməşə nimdaş paltar geyinərmiş. Bəhlulun qardaşı da hökmdarıymış da. Həmişə qonaxlıx olanda Bəhlulu yuxarı başda oturdarmış. Bəhlul da çox bilihli adam oluf da. Qardaşı bir gün Allaha and verir:

– Qardaş, səni and verirəm babamın cıkqasına, mənim məcli­simə gələndə əynaa paltar gey. Özü də o qamışı minmə. At min gəl, əynaa da paltar gey, gəl.

Qardaşı and verdiyinə görə, atı minir, əyninə də bir qəşəh li­bas geyir. Durur gedir. Əvvəllər bu libas geymiyəndə qonaxlar Bəh­lula demirmişlər keç yuxarı başa. Elə gəlib məclisin qırağında oturuf, yeyif, içif, çıxıf gedirmiş. Bu dəfə qonaxlar Bəhlulu belə geyimli görəndə hamı duruf ayağa deyif ki, bura keç, ora keç. Gedif başda oturuf. Qabağa taam – yəni yeməh gəlir. Qardaşının da gözü Bəhluldadı ki, bir söz deməsin. Bilir ki, Bəhlul bu məclisdə mütləq söz deməlidi. Çox qorxur. Bəhlula deyif ki, qardaş, bildiyin sözlərdən demə da. Məni qonaxlarımın yanında pərt eləmə, səni ba­bamın cıkqasına and verirəm. Bəhlul da ona həmməşə deyir ki, heş nə demərəm, arxayın ol. Nəysə, yeməh məclisə düzülür. Hamısı da tanınmış adamlar, bəylər, hökümdarrar oturuflar. Bəhlul Danən­də əynin paltarını belə tutuf deyir ki, donum, aş ye, donum, aş ye. Bı məclis hamısı dönüf bına baxır ki, bu nə deməhdi. Qardaşı Bəhlula göz-qaş eliyir ki, ay qardaş, saa demişəm axı, özüü ağıllı apar. Heş kəs əlini tama uzatmır. Deyillər ki, bının mənasını deməsən, əlimizi tama uzatmıyejih. Niyə deyirsən, donum aş ye, paltar aş yeyə bilər?

Deyir ki, bilirsiniz ki, mən bı hökmdarın qardaşıyam. Bütün məclislərə də mən gəlirəm. Hər dəfə gələndə mən məclisin ayağın­da otururam. Çünki mənim əynimdə təzə libas olmur. Geyinif gəl­mirdim, elə-belə gəlirdim. Onda məni niyə yuxarı başa keçirmir­siniz? İndi məni yox, mənim paltarımı yuxarı başa keçirirsiniz. Ona görə da deyirəm ki, donum, aş ye, donum, aş ye. Deməli, bı məc­lisdə mənim donum qiymətdidi, mən yox.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin