Nümunə 10. “Anasına bax qızını al, atasına bax vecinə alma”.
Eyni vəziyyəti digər nümunədə də (Nümunə 10.) müşahidə edirik. Azərbaycanlılar arasında çox məşhur olan “anasına bax qızını al, qırağına bax, bezini al” ifadəsi tamamilə yeni bir formada “redaktə” olunmuşdur. Bu eyni zamanda, bütün adət və ənənələrə, deyim və ifadələrə triksterik planda yanaşmanın, başqa şəkildə desək, ələsalmanın təcəssümüdür ki, yeni folklor yaradıcılığı prosesində bu cür tendensiya özünü ciddi şəkildə hiss elətdirməkdədir. Xüsusi ilə cəmiyyətdə stereotipləşmiş, keçmiş adət-ənənələrə və inanc sisteminə söykənən davranışlar müasir həyatın ritminə və axarına uyğunlaşa bilmədiyindən, həmçinin bir sıra digər səbəblərdən yeni folklorun gülüş (tənqid) obyektinə çevrilir. Ümumiyyətlə, virtual folklor nümunələrində ənənəvi folklordakı keçmişi ideallaşdırma, keçmişə kult kimi yanaşmadan fərqli olaraq sakraldan profana doğru (desakralizasiya) tendensiya aydın şəkildə hiss olunmaqadır.
Diqqəti cəlb edən mühüm faktlardan biri də Eynşteynin özü-özünü təkzib etməsi, sanki virtual folklor obrazı ilə real tarixi kimliyini bir araya gətirərək müqayisə aparmasıdır. Bu məqamda da o milli koloritini qoruyur:
Dostları ilə paylaş: |