Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud


Nümunə 15. “O arxada danışan məndən çox bilir?” Nümunə 16



Yüklə 1,81 Mb.
səhifə112/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   108   109   110   111   112   113   114   115   ...   188
Nümunə 15. “O arxada danışan məndən çox bilir?”

Nümunə 16. “Dur çıx çölə, bir də mənim dərsimə girmə”

Nümunə 17. “Kim gəlmiyibsə deyin, qayıb yazıram. Vaxtında yatın, vaxtında durun gəlin”

Bu nümunələrdə deyilən ifadə və fikirlər hər bir azərbaycanlı üçün çox tanış və doğma ifadələrdir. Demək olar ki, hər bir şəxsin yaşadığı, eşitdiyi, qarşılaşdığı bu si­tuasiyaların folklorik mahiyyəti məhz onun milli koloritə və davranışlara əsaslan­masıdır. Xüsusilə də məktəb illərində hər bir şagirdin qarşılaşdığı bu ifadələr, hələ İnternetin meydana gəlməsindən xeyli əvvəllərdən ictimaiyyət arasında popul­yarlıq qazanmışdır. Demək olar ki, istənilən bir şəxs bu deyimlərin hansı situasiya ilə bağlı olduğunu və ya hansı məqamda deyildiyini dəqiq bilir. Belə bir ifadələrin və komik situasiyaların virtual məkanda məhz Eynşteynlə əlaqələn­diril­məsi tamamilə yeni effekt yaradır.



Təbii ki, təhlil etdiyimiz bu nümunələrin sayını kifayət qədər artırmaq müm­kün­dür. Çünki bütün dünyada olduğu kimi, Azərbaycandilli virtual mühitdə də folklor prosesləri çox sürətlə və fasiləsiz şəkildə gedir. Albert Eynşteyn obrazı üzərində apardığımız təhlillərdən aydın olur ki, hazırda bir tərəfdən ənənəvi folklor nümunələrinin İnternet mühitində rəqəmsallaşması, müəyyən bir sözlü mətn, şəkil, karikatür, xüsusi proqram vasitəsilə dəyişdirilmiş foto formasında və formatında kommunikativ prosesə daxil olması prosesi gedirsə, digər tərəfdən də virtual folklor ənənələrinin və nümunələrinin meydana çıxması tendensiyası açıq-aydın şəkildə müşahidə olunur. Özü də bu proses texnoloji mənşəli mühitdə getsə də, funksional strukturu və semantikası baxımından texnokulturoloji səciyyəyə malikdir. Bütün bunları ümumiləşdirərək aşağıdakıları qeyd edə bilərik:

  • Qloballaşma, qlobal informasiya mühitinin meydana gəlməsi və bir sıra digər faktorların təsiri ilə folklor prosesləri həm mahiyyəti, həm də funksiyası baxımından yeni mərhələyə qədəm qoymuşdur;

  • Birbaşa olaraq insanın mədəni mövcudluğu ilə şərtlənən folklor müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları hesabına qlobal reaksiya və ünsiyyət fenomeninə çevrilmişdir;

  • İnternetin meydana çıxmasına qədərki mərhələdə lokal coğrafi sərhədlər daxilində aktuallaşan folklor, informasiyanın sərhədsizliyi şəraitində yeni bir mərhələyə qədəm qoymuşdur ki, bu da qlobal folklor proseslərinin yaranmasına səbəb olmuşdur;

  • İnternetin interaktiv kommunikasiya imkanları (xüsusilə sosial şəbəkə, forum və bloqlar timsalında) onun birbaşa olaraq fasiləsiz folklor proseslərinin baş verdiyi mühitə çevrilməsinə səbəb olmuşdur;

  • Sosial medianın birbaşa təsiri hesabına dünyanın ən müxtəlif yerlərində baş verən hadisələrin ictimailəşməsi, məsələlərə çevik kollektiv reaksiya şəraitinin yaranması yeni folklor proseslərinin zəngin faktoloji bazasının ortaya çıxmasını təmin etmişdir;


  • Yüklə 1,81 Mb.

    Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin