Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə48/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   44   45   46   47   48   49   50   51   ...   188
Ключевые слова: новые жанры, не исполняемые фольклорные образцы, политико-идео­ло­­гическая надстройка
Bir neçə söz

Elm xidmət üçündür. İnsana, millətə, vətənə, dövlətə və nəhayət Tanrıya xid­mətdir. Sosial elmlər həm də siyasidir, ideolojidir. Folklor bir elm sahəsi kimi ya­ran­dığı ilk gündən mövcud siyasi-ideoloji üstquruma xidmət etmişdir. Bizdə türko­lo­gi­ya­nın və həm də folklor elminin qurucuları olan Radlov, Verbitski, Potanin, Sero­şev­skiy, Malov, Katanov, Ksenofontov və başqaları da siyasi-ideoloji struktura xidmət etmiş­lər. Ancaq onlar bir elm adamları kimi öz işlərini vicdanla görmüş, siyasi-ideoloji də­yər­ləndirməni isə başqa qurumlar yerinə yetirmişlər. Sovet dövründə həm elmlə, həm də siyasətlə folklorçular özləri məşğul olmuşlar. Bu halda təbii ki, sosial elmlər zəif­ləmiş, məqsəd və vəzifəsindən uzaq düşmüşdür. Əslində sosial elm adamı, ona dik­­tə edi­­ləni deyil, vacib bildiyini, doğru bildiyini etməli, məsələnin siyasi-ideo­loji tə­rəf­lə­rini isə başqaları icra etməlidirlər. Sovet dövründə folklor elminin zəif­ləməsinin, dün­ya folklor nəzəriyyəsindən geridə qalmasının, yeni araşdırma sahə­lə­ri­nin yaran­ma­masının, qadağaların, yasaqların hökm sürməsinin başlıca səbəbi folklor­çunun partiya üzvü olmasına, bir siyasətçi kimi hərəkət etməsinə görə idi.

Elm hakimiyyət uğrunda mübarizə aparan partiyalılıqdan, hakimiyyətdə qalma­ğa can atan siyasətdən üstdə olmalıdır. Əks halda o nə siyasətin yerini tuta bilər, nə də elmdə irəliləyiş əldə edə bilər. Yoxsa nə Avropada, nə Amerikada folklor elmi siyasi-ideoloji üstqurumdan kənar­dadır demirik, sadəcə onlar siyasi-ideoloji üstqu­rum üçün bazis hazırlayırlar, yəni öz işlərini görürlər, nə demokratdırlar, nə respubli­kaçı, nə libe­raldırlar, nə yaşıllardandırlar, nə mühafi­zəkar, sadəcə olaraq elm adamı­dırlar, siya­sə­tin, ideologiyanın, partiyaların üstündədirlər. Ona görə də zamanın də­yiş­məsi, kü­rə­səlləşmə, dünya konjonktürü, insanın diqqət mərkəzinə qoyul­ma­sı, elmə yüksək hör­mət nəticədə çağdaş nəzəriyyələrin yaranmasına səbəb olur. Sadəcə fol­klor­la bağlı nəzəriyyələrin hamısına yaxınının Avropada və Amerikada yaran­masını xatır­lat­maq kifayətdir.

Folklor təbiəti etibarı ilə çağdaşdır, bizimlə müasirdir. Folklor söyləndiyi, icra edildiyi anda folklordur, yazıya keçirilməklə intonasiya, danışıq dilinin artikulya­siyası, etnoqrafiyası, səs, ritm, mimika, varsa musiqi, hərəkət, bir sözlə folklorun aributları daşlaşır, deməkdir. Onda bu qədər nağılın, dastanın, əfsanə və bayatının, hədis və rə­va­yətin yazılıb çap olunmasının nə mənası var. Mənası var, ancaq söhbət şifahi (sözlü) mədəniyyətdən gedirsə, söhbət sözün texnologiyasından gedirsə onda kitablaşan nü­mu­nələr mövzusuna, variantlığına, poetikasına görə folklordur.



Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin