Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ



Yüklə 1,24 Mb.
səhifə14/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   10   11   12   13   14   15   16   17   ...   58
İKİNCİ FƏSİL
ƏBÜLQAZİ «OĞUZNAMƏ»SİNDƏ

TARİXİ DÜŞÜNCƏ KODU
§ 1. XVII əsr tarixi düşüncə koduna

çöldən – XX əsrdən baxış
XVII əsr müəllifi Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə» («Türkmənlərin şəcərəsi») əsəri qədim oğuzların mif və riuallarının öyrənilməsi baxımından qiymətli mən­bələrdən biridir. Abidənin başlıca struktur dəyəri ondadır ki, o, bütün semantikası ilə «Oğuz mifinin transformativ para­diqmalar sis­temi olan» Oğuznamə eposunu «tarix» kodu ilə reallaşdırır.

Əbülqazi Bahadır xanın «Şəcəreyi-tərakimə» əsərində təqdim olunan «Oğuznamə» eposu burada tarixi-xronoloji statusdadır. Heç təsadüfi deyildir ki, oğuz-türk tarixinə dair aparılmış tədqiqatlarda «Şəcəreyi-tərakimə» əsərindən mö­təbər tarixi mənbə kimi istifadə olunmuşdur70.

F.Bayatın ümumiləşdirdiyi çox geniş materialdan görün­dü­yü kimi, oğuznamələr mətnin tipi baxımından iki yerə ayrılır:

1. Tarixi-xronoloji oğuznamələr;

2. Ədəbi oğuznamələr71.

Əlbəttə, istər «tarixi-xronoloji», istərsə də «ədəbi» oğuz­namələr mifik-genealoji informasiya kimi öz «tarixilik» sta­tusunu bütün hallarda saxlayır. Bu halda «tarixi-xronoloji» və «ədəbi» təsnifatı mətnin tipinə münasibətdə özünü doğruldur.

«Şəcəreyi-tərakimə» əsərindən oğuz ritual-mifoloji dün­ya modelinin bərpası dünya modelini gerçəkləşdirən mifoloji-epik informasiyaya müəllif subyektinin (Əbülqazi Bahadır xanın) münasibətini aydınlaşdırmağı tələb edir. Əbülqazi Ba­hadır xan orta əsrlər tarixçisi idi və bu baxımdan, onun «Oğuz­namə» informasiyasına münasibəti Əbülqazi Bahadır xanın düşüncəsinin simasında ritual-mifoloji informasiyanın oğuz tarixi düşüncə strukturundakı yerinə və roluna nəzər salmağa imkan verir.

«Şəcəreyi-tərakimə»nin yeddi nüsxəsi əsasında onu çapa hazırlamış A.N.Kononov Əbülqazinin istifadə etdiyi mənbə­lər sırasında onun epik informasiyaya münasibətini belə sə­ciyyələndirmişdir: «...Əbülqazi xalq əfsanələrini, türkmənlər arasında geniş yayılmış soy kitablarını əla bilirdi, bu sırada epik dastanları, birinci növbədə bunlara şəksiz təsiri olan, oğuzların əfsanəvi Atası «Dədə Qorqud»un adı ilə bağlı olan­ları da göstərmək olar»72.




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin