Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,1 Mb.
səhifə9/9
tarix22.01.2018
ölçüsü1,1 Mb.
#39821
1   2   3   4   5   6   7   8   9

Hayla söyləmək. Rəqslər haylasız oynanılardı, ancaq mu­siqi çalınardı. Hay­la demək üçün ayrıca musiqilər çalınardı. Hayla demək sanki yarışa bən­zə­yər­di. Biri hayla deməyə başlayardı, o bi­risi də o biri tərəfdən cavab qaytarardı. Be­lə­lik­lə, sıra ilə ora top­laşan qadınların demək olar ki, hamısı deyərdi. Və təbii ki, hayla deməkdə xüsusi fərqlənən adamlar vardı ki, bu gün də onlarla bağlı xa­tirələr Ba­la­kən camaatının yaddaşlarında yaşayır. Hayla deməyə əvvəlcə qızlar baş­layardılar, sonra kişilər də yarışa qo­şu­lardılar. Haylanı deyən­lər həm də əl­lə­rin­dəki işi gö­rər­dilər. Yəni eyni zamanda həm hayla deyər, həm də tütün düzər, yun didər, qar­ğı­dalı ovar, fındığı qərzəyindən ayırar, barama təmizləyərdilər və s.

Balakəndə Haylaçı Sənəmə aid olduğu deyilən xeyli hayla dolaşmaq­da­dır. Onların arasında daha çox diqqətimizi çəkən aşağıdakı nəqarətli hayla oldu. Bu hayla bir qədər həzin səslə oxunarmış. Söyləyicinin dediyinə görə, haylalar xorla oxunmazdı. Haylanı deyən qız dayanar, növbəti haylanı digər qız başlayar, eyni nəqarətlə davam edərdi.

Gələn Sənəmdimi aman, aman yarım,

Gözündə çinəmdimi nazik bədən.

Görənlərdən soruşuram aman,

Aman yarım Sənəm ol, Sənəm.

Deyilmi nazik bədən?
Nəqarət:

Ay nazik bədən,

Səndən ayrılmışam gözəlim.

Demədimmi...

Balakənlilər arasında yalnız Haylaçı Sənəmin deyil, digər ustad haylaçı və dambırçıların haylaları da məşhurdur. Belə haylaların bir qismi də Qiriskom Əliyə aid olduğu söylənilən haylalardır:

Alma-Ata şəhərdi,

Ata qoyan yəhərdi.

Zumrat, oğlum, biləydim,

Xidmətin nə təhərdi?
Əl-əyağın üyüşdü,

Balaca ürək şişdi.

Mən qocalan vaxtımda,

İki balam ayrı düşdü.


Altda qızıl taxt deyil,

Çardaxdakı qax deyil.

Siz böyüklük edəsi,

Qızım, hələ vaxt deyil.


Boşalan çanax dolmaz,

Yalanın sonu olmaz.

Məktub yazdım sizlərə,

Məktubun cavabı olmaz.

Söyləyicilər bəzi haylaların yaranma səbəbini izah edən əhvalatlar da da­nışırdılar. 1966-cı ildə Balakən rayonunun Tülü kəndində doğulan Padarov İlqar Əsildər oğlu bizə belə əhvalatlardan bir neçəsini danışdı: “Bizdə bir dənə İska Ramazan diyə bir kişi vardı. Bu, dambur-zad çalmazdı, amma hər sözü qoş­may­nan, bayatıynan diyərdi. Kolxozda dispeçir işdiyirdi. O vaxt benzini, salyarkanı gedib Yevlaxdan gətirərdilər. Bir az üstü-başı çirkli, mazuttu olurdu. Şofirnən gələllər Naib bulağına1. Naib bulağda çörək yiməyə oturallar. Orda adam çox olar, kilent çox olar. Ona aparallar yemək, buna aparallar, bulara baxmazdar. Bir qədər diyanar İska Ramazan, görər ə, bulara baxan yoxdu, orda bir salfetkanı gö­türüb üstünə yazar:

Bulağın adı Nayıf,

Gəlmişdik sizi sayıf.

Elədiyiniz xidmətə görə,

Olsun sizə yekə ayıf.

Gedəllər maşına minməyə, afisant gəlib birdən gözü sataşar, oxuyar, görər belə bir şey yazıfdı. Elə bilər jurnalistdi. Dalınnan qaçar, can dayı, aman dayı, getmiyin amandı, getmiyin gəlin, getmiyin. Ə, diyir, üstümüzü unnu görüb bizi dəyirmançımı çağırırdınız diyir. Onnan sora ona böyük xidmət eliyəllər”, yaxud “O vaxdı doxtur Hacı İsa varıydı. Bularda günorta abeddi. Mən də get­mi­şəm Bilalı görməyə. Gördüm damburu Bilalın orda. Götürüb damburu deyib, ...balası bir-iki dənə de, könlüm açılsın. Götürüb damburu deyib, sanıa hansı doxdur baxıb? Deyib, Hacı İsa baxıb. Deyib:

Cibimə qoydum kisə,

Məni çağırdı İsə,

Habı Bilala yaxşı baxginan,

Ay doxdur Hacı İsə”.

Dambır ifaçılığı bu gün bu bölgədə də, təəssüf ki, zəifləməkdədir. Hal-hazırda bölgədə dambır çalanların və yaxşı hayla deyənlərin sayı azalmışdır. Dambır ifaçılarının əksəriyyəti dambır havalarının adlarını saya bilsələr də, bir çox hallarda saydıqları bütün havaları çalmaqda çətinlik çəkirlər. Həmçinin ənənə­vi dambırlar indi yavaş-yavaş əlavə simlər artırılmış, mikrafon taxan yer qoyulmuş müasir dambırlarla əvəzlənməkdədir.
QAYNAQLAR
1. Ləman Vaqifqızı (Süleymanova). Şəki folklor mühiti. Bakı, “Elm və təhsil”, 2012

2. Ergin Metin. Hakas hayçıları və hayçılık sanatı. Milli Folklor, 3-9 Cüz, 1993

3. Bayramova Tahirə İsmayıl qızı (Tahirə Sultan). 1962-ci ildə Balakən ra­yo­­nunun Tülü kəndində doğulub. İxtisasca jurnalistdir. Milliyyətcə Azərbaycan türküdür.

4. Bayramov Cəbrayıl Əbdülfəttah oğlu. 1936-cı ildə Balakən rayonunun Tülü kəndində doğulub. Ali təhsillidir. Milliyyətcə Azərbaycan türküdür.

5. Dabaxov Nizam İsmayıl oğlu. 1963-cü ildə Balakən rayonunun Tülü kən­dində doğulub. Orta təhsillidir. Dambır ifaçısıdır. Milliyyətcə Azərbaycan türküdür.

6. Əhmədova Səyyarə Molla qızı. 1939-cu ildə Balakən şəhərində doğu­lub. Dil-ədəbiyyat müəllimidir. Milliyyətcə Azərbaycan türküdür.

7. Qarayev İbadullah Zeynalabdin oğlu. 1950-ci ildə Balakən rayonunun Tülü kəndində doğulub. İxtisasca mexanizator idi. Eyni zamanda yaxşı dambır ifaçısı idi. 2016-cı ildə dünyasını dəyişib. Milliyyətcə Azərbaycan türküdür.

8. Qaralov Əli Həybullah oğlu. 1941-ci ildə Balakən rayonunun Şambul kəndində doğulub. 7-ci sinfədək oxuyub. Milliyyətcə avardır.

9. Hacıyev Ərəbiddin Molla Teyyub oğlu. 1939-cu ildə Balakən rayo­nu­nun Qazma kəndində doğulub. Təsərrüfatda çalışır və dambır ifa edir. Milliy­yətcə Azərbaycan türküdür.

10. Mirəliyev Xəlfə Molla Musa oğlu. 1948-ci ildə Balakən rayonunun Qazma kəndində doğulub. İxtisasca tarix müəllimidir. Milliyyətcə Azərbaycan türküdür.

8. Muradov Abduləli Rahmat oğlu. 1961-ci ildə Balakən şəhərində doğu­lub. Orta-ixtisas təhsili alıb. Hal-hazırda Qabaqçöldə yerləşən musiqi məktə­binin direktoru vəzifəsində çalışır. Milliyyətcə Azərbaycan türküdür.

9. Rəhmanov Əfqan Zeybəddin oğlu. 1982-ci ildə Balakən rayonunun Hənifə kəndində doğulub. Orta təhsillidir. Yaşının az olmasına baxmayaraq, gözəl dambır ifaçısıdır. Milliyyətcə Azərbaycan türküdür.

10. Padarov İlqar Əsildar oğlu. 1966-cı ildə Balakən rayonunun Tülü kəndində doğulub. Rejissordur.

11. Osbanov Hacı Nurmahama oğlu. 1951-ci ildə Meşəşambul kəndində doğulub. Ali təhsillidir. Əvvəllər kolxoz sədri işləyib. Milliyyətcə avardır.



Redaksiyaya təqdim olunan məqalələrin normativ qaydaları
1. Jurnalımız folklorun müxtəlif elmi-nəzəri məsələlərini əhatə edən, heç yerdə çap olunmamış yüksək elmi səviyyəli araşdırmaları çapa qəbul edir.

2. Məqalələr Azərbaycan dilində qəbul olunur.

3. Redaksiyaya təqdim olunan məqalələrin həcmi 20 səhifədən artıq olmamalıdır.

4. Redaksiyaya təqdim olunan məqalələrdə müəllifin adı, soyadı, iş yeri və e-mail ünvanı göstərilməli, xülasə və açar sözlər (Azərbaycan, ingilis və rus dillərində) verilməlidir.

5. Xülasə 100, açar sözlər 10 sözü keçməməlidir.

6. Sonda göstərilən qaynaqlar məqalənin içərisində kodlaşdırıl­malıdır. Məsələn, məqalənin içərisində (Təhmasib: 1972, 85), qaynaqlarda isə (Təhmasib: 1972 – Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər) Bakı, Elm, 1972, 398 s.) şəklində olmalıdır.

7. Məqalələr, xülasə və açar sözlər Winword proqramında, Times New Roman şrifti, 12 punto böyüklüyündə, 1,5 aralıq yazı tipi ilə yazılaraq diskdə və A4 vərəqində təqdim olunmalıdır.

ARXETİP

Bakı, «Elm», 2016



Nəşriyyat direktoru:

Nadir Məmmədli
Nəşriyyat redaktoru:

Qumru ŞƏHRİYAR
Ədəbi işçilər:

Aynur Hüseynova

Şəhla Hüseynli

Nurlana Məmmədova

Fatimə Bağırova

Kompyuterdə yığdı:

Kəmalə Zeynalova

Kompyuter tərtibçisi:

Ruhəngiz Əlihüseynova

Kağız formatı: 60/84 32/1

Mətbəə kağızı: №1

Həcmi: 142 səh.



AMEA Folklor İnstitutunun Kompüter mərkəzində yığılmış, səhi­fə­lən­miş, «Elm» NPM-də ofset üsulu ilə hazır diopozitivlərdən çap edilmişdir.


* Mixail Alekseyevski – «Strelka» şəhər antropologiya mərkəzinin rəhbəri. 2005-ci ildə «XIX-XX əsrlərdə Rusiyanın şimalındakı mərasimlərdə və mərasim folklorunda içki məclisi (yas mə­rasimləri və ağılar əsasında)” mövzusunda fəlsəfə doktorluğunu müdafiə etmişdir. Məqalə müəl­lifin özünün tərtibçisi olduğu «Folklor: mətn və kontekst» (М.: ГРЦРФ, 2010) toplusu üçün ha­zırlanmış, amma texniki səbəblər üzündən ora daxil edilməmişdir. Daha sonra Rusiya Dövlət Humanitar Universitetinin «Xəbərlər»ində (Вестник РГГУ. Серия «Филологические науки. Литературоведение и фольклористика», 2011, №9) çap olunmuşdur.

1 Arxetip – hərfi tərcüməsi əski, ilkin obraz, dünyanın ən qədim obrazı, yaxud bədii yaradıcılığa qədərki obraz deməkdir.

1 RƏF, M.F. Axundovun arxivi, 120 saylı sənəd.

1 Assosiasiya – şüurda ayrı-ayrı təsəvvürlər arasında əlaqə deməkdir.

1 Bölgədə tənbura dambır deyildiyi üçün biz də yazıda tənbur əvəzinə dambır ifadəsini işlətməyi məqsədəuyğun saydıq.

1 Qarayev Zeynalabid. II Dünya Savaşından serjant rütbəsi ilə qayıtdığı üçün el arasında Serjant ləqəbi ilə məşhur ol­­muşdur.

2 Deyilənlərə görə, onu tez-tez festivallara aparırmışlar.

3 Serjant Zeynalabidin oğludur. 2015-ci ildə dünyasını dəyişib. Qazmalı Yetim Ərəbiddinlə deyişmələrinin dəfə­lər­lə­ şahidi olmuşuq.

4 Dabax Mehralının arvadı idi.

5 II Dünya Müharibəsinin iştirakçılarından biri olub. Moca gürcü dilində qurtardı deməkdir. Bu sözü tez-tez işlətdiyindən ləqəbinə çevrilib. Bir haylasını toplaya bildik.

1 Balakəndə yastı balabana mey deyirlər.

2 Maxara – südlə un çalınar, sacın üstünə tökülərək bişirilərdi.

3 Əsl adı Murtuzəlidir. Kənd komitəsinə (kristiyanskiy komitet) rəhbərlik etdiyi üçün Kriskom Əli kimi tanınıb.

4 Həsrətəli müəllimin anasıdır.

5 Hal-hazırda yaşayır. Olduqca gözəl təbə və mülayim xasiyyətə malik sənətkardır.

6 Xipi – Balakənlilər suvaq çəkən malaya xipi də deyirlər. Səkinənin mənsub olduğu nəsil Balakəndə Xipilər adı ilə məşhurdur.

7 Hal-hazırda yaşayır. Gənc olmasına baxmayaraq gözəl hayla demək bacarığı ilə məşhurdur. Dambır da ifa edir.

8 Hal-hazırda sağdır.

1 Sini – məcməyi

2 Buna el arasında ramka deyərdilər.

1 Söyləyicinin valideynləri Balakənə Qaxın İlisu kəndindən köçüblər.

1 Mey çalanlar – balabançılar

2 Üz görümlüyü – gəlinin üzə çıxarılma məclisi. Toyun üçüncü günü keçirilərdi.

1 Kaş – Balakənlilər supa kaş deyirlər.

2 Şən hava – oynaq hava

3 Aşa – Ayişə adının Balakən variantıdır.

1 Pəhlivan deyəndə ipdə oynayan kəndirbaz nəzərdə tutulur.

1 Naib bulaq – Zaqatala rayonunda yerləşən yeməkxananın adıdır.


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin