Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti Fakültə


Cədvəl 3 Azərbaycan Respublikasının maliyyə sistemi



Yüklə 163,42 Kb.
səhifə6/8
tarix11.04.2022
ölçüsü163,42 Kb.
#115230
1   2   3   4   5   6   7   8
Elnur-maliyyə siyasəti (1) (1)[1](AvtoBərpaEdilmiş)

Cədvəl 3 Azərbaycan Respublikasının maliyyə sistemi

Hər bir dövlətin iqtisadi vəzifələrinin həyata keçirilməsinin maddi əsasını döv-lət büdcəsi təşkil edir. İqtisadi münasibətlərin mühüm tərkib hissəsi sayılan maliy-yə münasibətləri sistemində dövlət maliyyəsi adlanan dairədə dövlət büdcəsi əhə-miyyətli yer tutur.

Məlumdur ki, dövlət bir sıra iqtisadi vəzifələri yerinə yetirir, onun iqtisadi, sosial, siyasi və s. sahələrdə çoxsaylı, çoxşaxəli işləri yerinə yetirməsindən ötrü maliyyə vəsaiti tələb olunur. Elə bu məqsədlə dövlət pul vəsaitləri fondlarını yarat-maq məcburiyyətində qalır və əvvəl göstərdiyimiz dairələrdə lazımi işləri aparmaqdan ötrü pul vəsaitləri fondlarından istifadə etməli olur. Bu mənada dövlət büdcəsi dövlətin dayağı, möhkəm təminatı, müdafiəçisi və etibarlı söykənəciyidir. Aydın məsələdir ki, əksər problemlərin həlli, toplanan pul vəsaitlərinin qədərindən asılı-dır. Belə ki, iqtisadiyyatın inkişafı və tərəqqisi bununla şərtləşir, nəticə etibarilə ondan asılıdır .Maddi imkan olmadan cəmiyyət öz qarşısında qoyduğu ən adi məsə-ləni həll edə bilmir. İqtisadiyyatın iqtisadi cəhətdən tənzimlənməsi mexanizmi halqası sayılan dövlət büdcəsi əslində hökumətin sərəncamında olan iri mərkəzləş-dirilmiş pul fondu kassasından başqa bir şey deyildir.

Dövlət büdcəsi iqtisadiyyatda fəaliyyət göstərən bir sıra iqtisadi qanunlar, iqti-sadi kateqoriyalarla yanaşı, birgə qarşılıqlı əlaqə, təsir və asılılıq şəklində fəaliyyət göstərir. O, iqtisadi münasibətlərin bir hissəsi olan maliyyə münasibətlərinin müəy-yən tərəfini ifadə edir. Cari halda biz bu münasibətləri hər şeydən əvvəl dövlət büdcə-sindəki gəlirlər və xərclər arasındakı nisbətdə və əlaqələrdə görürük. Büdcə münasibətləri dövlətlə müxtəlif müəssisələr, idarə və təşkilatlar, əhali və s. arasındakı əlaqələri ifadə edir və həmin münasibətlərin məcmusudur. Məsələ bununla bitmir. İş ondadır ki, dövlət büdcəsinin rolu əvvəl deyilənlərlə məhdudlaşmır, o ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsündə iştirak edir. Büdcə sistemi olduqca mürəkkəb mexanizmdir. Üstəlik ölkənin iqtisadiyyatının tənzimlənməsində qüdrətli alət və vasitədir. Dövlət büdcəsi hər bir ölkədə dövlətin maliyyə planı və proqramı deməkdir.

Büdcə-vergi siyasəti Azərbaycan Respublikasının orta müddətli maliyyə siya-sətinin tərkib hissəsi olmaqla, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və proqnoz göstəricilərin, “Azərbaycan Respublikası regionlarının sosial- iqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci illər)”, antiinflyasiya tədbirlərinin gücləndirilməsi, ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun, sahibkarlığın inkişafını təmin edən və digər dövlət proqramlarına uyğun olaraq hazırlanmışdır.

Büdcə-vergi siyasətini istiqamətləndirən makroiqtisadi göstəricilər daha sürətli iqtisadi artımın əldə edilməsini, büdcəyə əlavə daxilolma mənbələrinin müəyyən edilməsini, iqtisadiyyatın tənzimlənməsində büdcənin birbaşa iştirakının və təsiri-nin artırılmasını, maliyyə intizamının gücləndirilməsi və şəffaflığının təmin edil-məsini, yoxsulluğun azaldılmasını, ünvanlı sosial yardımın tətbiqinin təkmilləş-dirilməsini sahibkarlığın və regionların inkişafı üçün maliyyə imkanlarının yaradılmasını özündə əks etdirir.

Büdcə-vergi siyasətində əsas məqsədlərdən biri də əhalinin maddi-rifah halının yaxşılaşdırılması, əhalinin gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsi, ölkə iqtisadiyyatının idarə olunması və onun dinamik inkişafının stimullaşdırılması üçün dövlət büdcəsini əsas maliyyə mənbəyinə və iqtisadi alətə çevirməkdir.

Ölkədaxili istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturların yaradılmasına maliyyə təminatı vermək, iqtisadiyyata cəlb oluna-caq sərmayələrdə ölkənin daxili resurslarının payını artırmaq, vəsaitlərin ortamüd-dətli proqramlar vasitəsilə bölgüsünə mərhələlərlə keçmək mümkün olacaqdır.

Beynəlxalq təcrübəyə uyğun olaraq vergi güzəştlərinin minimuma endirilməsi, vergi ödəyicilərinin dairəsinin genişləndirilməsi əsas məqsədlərdən biridir.Bazar iqtisadiyyatına keçid şəraitində büdcə sisteminin tənzimlənməsi iki istiqamətdə aparılmalıdır: birinci növbədə dövlət büdcəsi tarazlaşdırılmalı; ikincisi, büdcənin gəlir və xərcləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılmalıdır. Bütün deyilənləri nəzərə alaraq, həyata keçiriləcək büdcə siyasəti respublikada son 15 ildə bərqərar olmuş maliyyə sabitliyinin saxlanılmasını, inflyasiyanın tədricən aşağı salınmasını təmin etməklə, genişlənməkdə olan islahatların sürətlənməsinə təkan verir. Bu zaman islahatların ilkin nəticəsi kimi əhalinin aztəminatlı təbə-qələrinin sosial müdafiəsi təmin olunmalıdır. Azərbaycan Respublikasının büdcə-vergi siyasətində mühüm istiqamətlərdən biri də minimum yaşayış həddinin tələblərini gözləməklə ayrı-ayrı sferalarda əmək haqları arasında olan fərqin tədri-cən aradan qaldırılmasına, regionlarda əmək ehtiyatlarından, təbii və iqtisadi poten-sialdan səmərəli istifadə etməklə regionların iqtisadi tarazlığının təmin edilməsinə nail olmaq, onların iqtisadi gücünü artırmaq və sosial problemlərinin həllini sürətləndirməkdir.


  1. Yüklə 163,42 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin