Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci IL 14 sentyabr tarixli 275s nömrəli sərəncamı ilə verilmiş səlahiyyət çərçivəsində 2011-ci IL sentyabrın 22-də



Yüklə 110,01 Kb.
tarix21.12.2018
ölçüsü110,01 Kb.
#86385

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 sentyabr tarixli 275s nömrəli sərəncamı ilə verilmiş səlahiyyət çərçivəsində 2011-ci il sentyabrın 22-də
Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Beynəlxalq
Yenidənqurma və İnkişaf Bankı arasında Kredit Sazişi (Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi)” təsdiq edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

SƏRƏNCAM

 

307s



 

Bakı şəhəri, 11 oktyabr 2011-ci il

 

“Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.11-ci bəndinə uyğun olaraq:



1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 sentyabr tarixli 275s nömrəli sərəncamı ilə verilmiş səlahiyyət çərçivəsində 2011-ci il sentyabrın 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında Kredit Sazişi (Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi)” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən Sazişin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti üzrə lazımi tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, “Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 368 nömrəli Fərmanının 1.15-ci bəndinin icrasını təmin etmək məqsədi ilə kreditin istifadəsinə dair hesabatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 oktyabr tarixli 263s nömrəli sərəncamı ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına müvafiq bildiriş göndərsin.

5. Bu sərəncamın icrasına nəzarət Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə həvalə edilsin.

6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

 



 

 

KREDİTİN NÖMRƏSİ 8024-AZ

 

 

 



 

 

AZƏRBAYCAN RESPUBLİKASI

 

 

ilə



 

 

BEYNƏLXALQ YENİDƏNQURMA VƏ



İNKİŞAF BANKI

 

arasında

 

 

 



Kredit Sazişi

 

 



(Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi)

 

 



Tarix ,2011

 

 



 

 

 



 

 

 



KREDİT SAZİŞİ

 

Bu Saziş __________2011-ci il tarixində AZƏRBAYCAN RESPUBLİKASI ("Borcalan") ilə BEYNƏLXALQ YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI ("Bank") arasında bağlanmışdır.



Borcalan və Bank aşağıdakılar barədə razılığa gəldilər:

 

MADDƏ I - ÜMUMİ ŞƏRTLƏR; ANLAYIŞLAR

 

1.01. Ümumi Şərtlər (Bu Sazişin Qoşmasında müəyyən olunduğu kimi) bu Sazişin ayrılmaz hissəsini təşkil edir.



1.02. Kontekstə əsasən başqa cür tələb olunduğu hallar istisna olmaqla, bu Sazişdə baş hərflərlə göstərilmiş terminlər Ümumi Şərtlərdə və ya bu Sazişin Qoşmasında onlara verilmiş anlama malikdir.

 

MADDƏ II – KREDİT

 

2.01. Bank bu Sazişin 1-ci Cədvəlində təsvir olunmuş layihənin (“Layihə”) maliyyələşdirilməsinə yardım göstərmək məqsədilə Borcalana bu Sazişdə müəyyənləşdirilmiş və ya istinad olunmuş şərt və müddətlər əsasında on iki milyon ABŞ dolları (12 000 000 ABŞ dolları) məbləğində vəsaiti borc (“Kredit”) verməyə razılaşır və bu məbləğ bu Sazişin 2.07-ci bəndinə uyğun olaraq Valyuta Konvertasiyası yolu ilə vaxtaşırı bir valyutadan digərinə keçirilə bilər.



2.02. Borcalan bu Kreditin vəsaitlərini bu Sazişin 2-ci Cədvəlinin IV Bölməsinə uyğun olaraq istifadə edə bilər.

2.03. Borcalan tərəfindən ödənilməli olan Vəsaitin Ayrılması üçün Komissiya Haqqı Kreditin məbləğinin sıfır tam yüzdə iyirmi beş faizinə (0,25%) bərabərdir.

2.04. Borcalan tərəfindən hər bir Faiz Dövründə ödənilən faiz dərəcəsi Kreditin Valyutası üzrə İstinad dərəcəsi üstəgəl Sabit Spredə bərabərdir; bir şərtlə ki, Kreditin əsas məbləği tam şəkildə və ya qismən Konvertasiya olunarsa, o zaman Konvertasiya Dövründə həmin məbləğ üzərinə Borcalan tərəfindən ödənilən faiz Ümumi Şərtlərin IV Maddəsinin müddəalarına uyğun şəkildə müəyyənləşdirilir. Bu deyilənlərdən asılı olmayaraq, Kreditin Çıxarılmış Qalığının hər hansı məbləği vaxtında ödənilməzsə və belə ödəməmə otuz gündən artıq müddətdə davam edərsə, o zaman Borcalan tərəfindən ödənilən faiz həmin Maddədə deyil, Ümumi Şərtlərin 3.02 (e) bəndində göstərilmiş şəkildə hesablanır.

2.05. Ödəniş Tarixləri hər ilin 15 iyun və 15 dekabr tarixləridir.

2.06. Kreditin əsas məbləği bu Sazişin 3-cü Cədvəlində göstərilmiş ödəniş cədvəlinə uyğun şəkildə geri qaytarılır.

2.07. (a) Borcalan öz borcunu ehtiyatla idarə etmək məqsədilə istənilən zaman Kreditin şərtlərinə aşağıdakı Konvertasiyalardan hər hansı birini etməyi xahiş edə bilər: (i) Kreditin əsas məbləğinin (çıxarılmış və ya çıxarılmamış) Valyutasının tam həcmdə və ya qismən digər Təsdiq edilmiş Valyutaya keçirilməsini; (ii) Kreditin əsas hissəsinin tam həcminə və ya bir qisminə tətbiq olunan faiz dərəcəsi bazasının Dəyişən Dərəcədən Sabit Dərəcəyə və ya əksinə keçirilməsini; və (iii) Dəyişən faiz dərəcəsinin ən yuxarı və ya ən aşağı limitini təyin etməklə Kreditin çıxarılmış və ya çıxarılmamış əsas hissəsinin tam həcminə və ya bir qisminə tətbiq olunan Dəyişən Dərəcənin dəhlizini müəyyənləşdirməyi.

(b) Bu bəndin (a) yarımbəndinə uyğun olaraq xahiş edilmiş və Bank tərəfindən qəbul edilmiş hər hansı dəyişiklik Ümumi Şərtlərdə anlayışı verilmiş “Konvertasiya” kimi nəzərdən keçirilir və Ümumi Şərtlərin IV Maddəsinin və Konvertasiya haqqında Təlimatın müddəalarına uyğun şəkildə həyata keçirilir.

(c) Borcalanın müraciəti əsasında faiz dərəcəsinin aşağı və ya yuxarı həddinin təyin olunmasının İcra Tarixindən dərhal sonra, Bank Kredit vəsaiti hesabına ödənilməli olan premiumu Borcalanın adından Kredit Hesabından çıxarır və Ümumi Şərtlərin 4.05 (c) Bölməsinə uyğun olaraq premiumun ödənilməsi üçün tələb olunan məbləği, bu Sazişin 2-ci Cədvəlinin IV Bölməsindəki cədvəlin məqsədləri üçün arabir ayrılan məbləğədək, özünə ödəyir.

 

MADDƏ III – LAYİHƏ

 

3.1. Borcalan Layihənin məqsədlərinə sadiqliyini bəyan edir. Bununla bağlı olaraq, Borcalan Layihənin QKDK tərəfindən Ümumi Şərtlərin V Maddəsinin müddəalarına uyğun şəkildə həyata keçirilməsini təmin edir.



3.2. Bu Sazişin 3.01-ci bəndinin müddəalarını məhdudlaşdırmadan və Borcalan və Bank arasında başqa cür razılaşdırılmış hallan istisna etməklə, Borcalan Layihənin bu Sazişin 2-ci Cədvəlinin müddəalarına uyğun şəkildə həyata keçirilməsini təmin edir.

 

MADDƏ IV - BANKIN TƏSİR VASİTƏLƏRİ

 

4.01. Kreditin dayandırılması üçün Əlavə Tədbir aşağıdakından ibarətdir: Bankın ilkin razılığı olmadan Layihə Əməliyyatı Təlimatının dəyişdirilməsi, dayandırılması, etibarsız hesab olunması, ləğv olunması və ya tətbiqində istisnalar edilməsi.



 

MADDƏ V –XİTAM

 

5.01. Layihənin qüvvəyə minməsi üçün son tarix bu Sazişin imzalanmasından sonra doxsan (90) gündür.



 

MADDƏ VI - NÜMAYƏNDƏLƏR; ÜNVANLAR

 

6.1.             Borcalanın Nümayəndəsi Maliyyə Naziridir.



6.2.             Borcalanın ünvanı:

 

Maliyyə Nazirliyi



Azərbaycan Respublikası

 

Bakı, AZ1022



Səməd Vurğun küçəsi 83

 

Teleks: Faks:



 

142116 BNKSL 99412 4044720

99412 4044721

 

6.03. Bankın ünvanı:



 

International Bank for Reconstruction and Development

1818 H Street, N.W.

Washington, D.C. 20433

United States of America

 

Teleqram ünvanı: Teleks: Faksimil:



 

INTBAFRAD 248423(MCI) or 1-202-477-6391

Washington, D.C. 64145(MCI)

 

RAZILAŞDIRILMIŞDIR __________________,____________, tarixində.



 

AZƏRBAYCAN RESPUBLİKASI

 

Səlahiyyətli nümayəndə



 

BEYNƏLXALQ YENİDƏNQURMA

VƏ İNKİŞAF BANKI

 

Səlahiyyətli nümayəndə



 

 

CƏDVƏL 1



Layihənin təsviri

 

Layihənin məqsədi səmərəli kapital bazarlarının tənzimləyici çərçivəsi və infrastrukturunun qəbulu vasitəsilə səhmdar kapital və korporativ borcun maliyyələşdirmə və/və ya investisiya alətləri rolunun artırılmasında Borcalana yardım edilməsi.



Layihə aşağıdakı hissələrdən ibarətdir:

Hissə A: Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması

1.                   Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə kapitalı bazarı iştirakçısı olan məsləhətçi qruplarının yaradılmasının dəstəklənməsi.

2.                   Əmtəə və xidmət sistemlərinin təmin olunması vasitəsilə Azərbaycanda bütün növ qiymətli kağız əməliyyatları üçün birmərkəzli müstəqil depozitar və mərkəzləşdirilmiş klirinq və hesablaşma sistemlərinin yaradılması.

3.                   Malların və məsləhət xidmətlərinin təmin olunması vasitəsilə broker-diler iştirakçılarla yanaşı, kastodianlara giriş imkanı verən iştirakçı strukturlar üçün yeni qayda və prosedurların hazırlanması və buraxılması yolu ilə milli depozitar xidmətə çıxış imkanının və onun funksionallığının genişləndirilməsi.

4.                   Malların və məsləhət xidmətlərinin təmin olunması vasitəsilə müasir və səmərəli ticarət, risklərin idarə olunması, klirinq, hesablaşma və depozitar sistemləri qəbul etməklə kapital bazarının avtomatlaşdırılmasının artırılması.

5.                   Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə alqı-satqıların mütəmadi klirinq və hesablaşmalarının həyata keçirilməsi məqsədilə müvafiq kapital bazarı zəmanəti mexanizminin yaradılması.

6.                   Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə bazardan kənar əməliyyatların azaldılması məqsədilə milli depozitar xidmətlərin idarə olunması qaydalarına yenidən baxılması.

Hissə B: Hüquqi və Tənzimləyici Çərçivənin Yenilənməsi və Gücləndirilməsi

1. Məsləhət xidmətlərinin təmin edilməsi vasitəsilə kapital bazarı üzrə mövcud hüquqi və tənzimləyici çərçivə üçün təfsilatlı baxışın həyata keçirilməsi və yeni kapital bazarı qanununun hazırlanması.

2.                  Məsləhət xidmətlərinin təmin edilməsi vasitəsilə yeni kapital bazarı qanunu üçün icra qaydalarının və fond birjası, mərkəzi depozitar və klirinq mərkəzi üçün fəaliyyət qaydalarının hazırlanması.

3.                  Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə kapital bazarı iştirakçıları üçün yeni kapital bazarı qanununa uyğun olaraq yeni lisenziyalaşdırma rejimlərinin qəbul olunması.

4.                  Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə kapital bazarı iştirakçıları və məsləhətçilərin cəlb edilməsi məqsədilə münasib vergi mühiti üzrə strategiyanın hazırlanmasında QKDK və vergi orqanlarının dəstəklənməsi.

5.                  Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə sığorta şirkətlərindən istifadə etməklə kollektiv investisiyalara imkan yaratmaq məqsədilə strategiyanın və tənzimləyici çərçivənin hazırlanmasında QKDK və müvafiq səlahiyyətli orqanların dəstəklənməsi.

6.                  Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə kapital bazarı iştirakçıları üçün müvafiq kapital bazarı adekvatlığının və risk qiymətləndirmə metodlarının təqdim olunması.

Hissə C: Təklifin Stimullaşdırılması

1.                  Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə Bakı Fond Birjasındakı siyahıya yerli və xarici emitentlərin cəlb olunması modallığı üzrə strateji qiymətləndirmənin həyata keçirilməsi.

2.                  Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə dövlət qiymətli kağızlar bazarının yaradılmasında QKDK və Maliyyə Nazirliyinin dəstəklənməsi.

3.                  Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə korporativ borc bazarının təkmilləşdirilməsi məqsədilə strategiyanın və tənzimləyici çərçivənin hazırlanması.

4.                  Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə Azərbaycanın kapital bazarında maliyyə vəsaitlərinin artırılmasının biznes üstünlükləri üzrə korporativ tədris və sosial-orientasiya proqramının hazırlanmasında QKDK-nın dəstəklənməsi.

5.                  Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə kapital bazarında birja investisiya fondlarının və yeni maliyyə alətlərinin təqdim olunması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması.

6.                  Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə aşağıdakıların həyata keçirilməsi: (a) kapital bazarındakı problemlərin və iri maliyyə infrastrukturu layihələrinin maliyyələşdirilməsi məqsədilə dövlət-özəl tərəfdaşlıqların təqdim olunması üçün tələbatların qiymətləndirilməsi; və (b) qiymətli kağızlar üzrə təklif olunan qiymətlər və səhm satışları üzrə tərtib olunmuş mexanizmlərin təmin olunması vasitəsilə Azərbaycan kapital bazarının özəlləşdirməyə yardım yollarının təhlil olunması.

Hissə D: Potensialın Yaradılması

1.                   Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə QKDK-nın işçi heyətinin potensialının gücləndirilməsi, eləcə də QKDK üçün biliyin idarə olunması sisteminin hazırlanması məqsədilə təlim ehtiyaclarının qiymətləndirilməsi və təlim proqramının hazırlanması və Təlim keçirilməsi.

2.                   Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə yeni kapital bazarı qanunu çərçivəsində QKDK-nın daxili sistemlərinə, strategiyalarına, strukturlarına və prosedurlarına yenidən baxılması, həmçinin QKDK sistemlərinin və əməliyyatlarının gücləndirilməsi üçün fəaliyyət planının qəbul olunması.

3.                   Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə QKDK-nın nəzarət, tətbiq və hesabat sistemlərinin gücləndirilməsi.

4.                   Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə investorların cəlb edilməsi üçün ölkə və beynəlxalq səviyyəli investisiya konfranslarının keçirilməsində QKDK-nın dəstəklənməsi.

5.                   Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə ölkə üzrə kapital bazarı ilə bağlı ictimai məlumatlılıq kampaniyasının həyata keçirilməsi.

6.                   Məsləhət xidmətlərinin təmin olunması vasitəsilə QKDK-nın işçi heyəti və lisenziyalaşdırılmış kapital bazarı iştirakçıları üçün davamlı peşəkar təlimin keçirilməsi məqsədilə kapital bazarı təlim mərkəzinin yaradılması və Təlimin keçirilməsi.

 

 



CƏDVƏL 2

 

Layihənin İcrası

 

Bölmə I. İcra Mexanizmləri

 

A. İnstitusional Mexanizmlər

 

1.                  Borcalan layihənin icrası üzrə cavabdehliyi və bu Sazişə və Layihə Əməliyyatı Təlimatına uyğun olaraq Layihənin həyata keçirilməsini QKDK-ya həvalə edir. Bankın öncədən yazılı razılığı olmadan Borcalan qeyd olunan Təlimatın hər hansı müddəasını dəyişdirə, dayandıra, etibarsız hesab edə, ləğv edə və ya tətbiqində istisnalar edə bilməz.



2.                  Borcalan, 30 aprel 2011-ci il tarixindən gec olmayaraq, LİQ-i formalaşdırır və Layihə sona çatanadək Bank üçün qənaətbəxş olan işçi heyəti, resurslar və texniki tapşırığa malik olan LİQ-in QKDK-nın nəzdində fəaliyyət göstərməsini təmin edir. LİQ-in funksiyaları digər məsələlərlə yanaşı satınalma prosesi, maliyyə idarəetməsi və vəsaitlərin çıxarılması üçün sifarişlərin hazırlanmasını əhatə edir.

3.                  Borcalan, 31 mart 2011-ci il tarixindən gec olmayaraq, Bank üçün qənaətbəxş olan monitorinq və qiymətləndirilmə sistemini formalaşdırır. QKDK-nın daxili audit departamenti Bankla razılaşdırılmış göstəricilər əsasında Layihənin icrasının monitorinq və qiymətləndirilməsinə görə cavabdehlik daşıyır.

 

B. Antikorrupsiya

 

Borcalan bu Kredit çərçivəsində maliyyələşdirilən bütün Layihə fəaliyyətlərinin Antikorrupsiya Təlimatının müddəalarına uyğun şəkildə həyata keçirilməsini təmin edir.



 

Bölmə II. Layihənin monitorinqi, hesabatvermə, qiymətləndirmə

 

A. Layihə hesabatları

 

1. Borcalan Layihənin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirir və Ümumi Şərtlərin 5.08-ci bəndinə uyğun olaraq və Bankla razılaşdırılmış göstəricilər əsasında Layihə Hesabatlarını hazırlayır. Hər bir belə Layihə Hesabatı altı təqvim ayını əhatə edir və hər bir hesabat dövrünün başa çatmasından sonra ən geci bir ay ərzində Banka təqdim edilir.



 

B. Maliyyə idarəetməsi, maliyyə hesabatları və auditlər

 

1.                  Borcalan Ümumi Şərtlərin 5.09-cu bəndinin müddəalarına uyğun olaraq maliyyə menecmenti sisteminə malik olmalı və ya belə sistemin mövcudluğunu təmin etməlidir.



2.                  Borcalan hər bir təqvim rübünün başa çatmasından sonra qırx beş (45) gündən gec olmamaqla həmin rübü əhatə edən dövr üçün Layihənin audit yoxlamasından keçməmiş aralıq maliyyə hesabatlarının forma və məzmunca Bank üçün məqbul qaydada hazırlanmasını və Banka təqdim edilməsini təmin edir.

3.                  Ümumi Şərtlərin 5.09 (b) bəndinə uyğun olaraq, Borcalan öz Maliyyə Hesabatlarının audit yoxlamasından keçirməsini təmin edir. Maliyyə Hesabatlarının hər bir auditi Borcalanın bir maliyyə ilini əhatə edir. Hər bir belə hesabat dövrü üçün audit yoxlamasından keçmiş Maliyyə Hesabatları hesabat dövrünün başa çatmasından sonra altı aydan gec olmamaqla Banka təqdim edilməlidir.

 

Bölmə III. Satınalma

 

A. Ümumi



 

1.                  Mallar. Layihə üçün tələb olunan və bu Kredit vasitəsilə maliyyələşdirilən bütün mallar Satınalmalar haqqında Təlimatın I bölməsində və bu Cədvəldə müəyyənləşdirilmiş və ya istinad olunmuş tələblərə uyğun şəkildə satın alınır.

2.                  Məsləhət xidmətləri. Layihə üçün tələb olunan və bu Kredit vasitəsilə maliyyələşdirilən bütün məsləhətçi xidmətləri Məsləhətçilər haqqında Təlimatın I və IV bölmələrində və bu Cədvəldə müəyyənləşdirilmiş və ya istinad olunmuş tələblərə uyğun şəkildə satın alınır.

3.                  Anlayışlar. Bu Bölmədə satınalmanın xüsusi metodlarını və ya Bank tərəfindən məxsusi kontraktların baxılması metodlarını təsvir etmək üçün istifadə edilən baş hərflərlə göstərilmiş terminlər Satınalmalar haqqında Təlimatda və ya Məsləhətçilər haqqında Təlimatda müəyyənləşdirilmiş anlama malikdir.

 

B. Malların satın alınmasının xüsusi metodları

 

1.                   Beynəlxalq Müsabiqəli Tender. Aşağıdakı 2-ci bənddə başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, mallar Beynəlxalq Müsabiqəli Tender prosedurları əsasında bağlanan kontraktlar əsasında satın alınır.



2.                   Malların satın alınmasının digər metodları. Aşağıdakı cədvəldə malların satın alınması üçün Beynəlxalq Müsabiqəli Tenderdən başqa istifadə edilə bilən digər satınalma metodları göstərilmişdir. Satınalma Planında bu metodlardan istifadə edilməsinə icazə verilən hallar göstərilməlidir:

 


Satınalma metodu

(a) Milli Müsabiqəli Tender - aşağıdakı əlavə müddəalar nəzərə alınmaqla:

 

(i) Tender iştirakçısının milliyyəti ilə bağlı heç bir məhdudiyyət tətbiq olunmur;



(ii) Dövlətin və ya dövlət rəsmisinin istənilən həcmdə paya malik olduğu qurumlar Hökumət üçün tenderdə iştirak etməyə dəvət olunmurlar, yalnız onların hüquqi və maliyyə baxımından müstəqil olduğu və kommersiya hüququ əsasında fəaliyyət göstərdiyi sübut oluna bildiyi hallar istisna olunur;

(iii) Məhsulların və ya əmək qüvvəsinin mənşəyi əsasında heç bir milli preferensiyaya yol verilmir;

(iv) Birgə müəssisədə iştirak edən tərəfdaşlar öz öhdəlikləri üzrə birgə və ayrı-ayrılıqda məsuliyyət daşıyırlar;

(v) Tender sənədlərinin alınması üçün iddiaçılardan “iştirak haqqı” tələb olunmur. Tətbiq oluna bilən yeganə haqq tender sənədlərinin surətinin çıxarılması xərclərinə bərabərdir;

(vi) Tender təkliflərinin qiymətləndirilməsi zamanı təkliflərin dəyəri satınalan təşkilat tərəfindən hesablanmış qiymətlərdən əhəmiyyətli dərəcədə fərqlənərsə, bu təkliflər rədd oluna bilməz; təklifin dəyərinin mövcud büdcəni aşdığı hallar istisna təşkil edir;

(vii) Bankın öncədən razılığı olmadığı təqdirdə tender yenidən keçirilə bilməz;

(viii) Müddəti 18 aydan artıq olan iş kontraktlarında qiymətlərin müvafiq tənzimlənməsi mexanizmi göstərilməlidir;

(ix) İcra zamanı kontraktın əhatə dairəsinə və şərtlərinə hər hansı dəyişikliyin edilməsi üçün Bankın öncədən icazəsi alınmalıdır; və

(x) Bank tərəfindən təsdiq edilmiş standart tender sənədlərindən istifadə edilməlidir.

 


(b) Məhdud Beynəlxalq Tender

(c) Şoppinq

(d) Birbaşa müqavilə

(e) Bank üçün məqbul olan kommersiya təcrübələri

 

C. Məsləhətçi xidmətlərinin satın alınmasının xüsusi metodları

 

1. Keyfiyyət və Dəyər Əsasında Seçim. Aşağıdakı 2-ci bənddə göstərilən hallar istisna olmaqla məsləhət xidmətləri Keyfiyyət və Dəyər Əsasında Seçim metodu ilə bağlanan kontraktlar əsasında satın alınır.

 

2. Məsləhət xidmətlərinin satın alınmasının digər metodları. Aşağıdakı cədvəldə məsləhət xidmətləri üçün Keyfiyyət və Dəyər əsasında Seçim metodundan başqa istifadə edilə bilən digər satınalma metodları göstərilmişdir. Satınalma Planında bu metodlardan istifadə edilməsinə icazə verilən hallar göstərilməlidir:

 


Satınalma Metodu

(b) Ən aşağı dəyər əsasında seçim

(c) Məsləhətçinin ixtisası əsasında seçim

(d) Yeganə mənbədən seçmə

(e) Fərdi məsləhətçilərin seçilməsi üçün Məsləhətçilər haqqında Təlimatın 5.2-5.4 bəndlərində təyin olunmuş prosedurlar

 

D. Satınalma qərarlarına Bank tərəfindən baxılması

 

Satınalma Planında Bankın öncədən təhlilinə məruz qalacaq kontraktlar göstərilir. Bütün digər kontraktlar Bank tərəfindən müqavilə bağlandıqdan sonra nəzərdən keçirilir.



 

Bölmə IV. Kredit vəsaitlərinin çıxarılması

 

A. Ümumi

 

1.                  Borcalan aşağıdakı 2-ci bənddəki cədvəldə qeyd edilmiş Təyinatlı Xərcləri maliyyələşdirmək üçün Kredit vəsaitlərini Ümumi Şərtlərin II Maddəsinin, bu Bölmənin və Bankın Borcalana bildirişlə müəyyənləşdirəcəyi əlavə göstərişlər (o cümlədən, 2006-cı ilin mayında təsdiq olunmuş “Dünya Bankının Layihələr üçün Vəsaitin İstifadəsi Təlimatı” daxil olmaqla; bu Təlimata arabir Bank tərəfindən yenidən baxıla və Bankın verəcəyi əlavə göstərişlərdə həmin Təlimatın bu Sazişə də tətbiq edilə biləcəyi göstərilə bilər) əsasında çıxara bilər.



2.                  Aşağıdakı cədvəldə Kredit vəsaitləri hesabına maliyyələşdirilə bilən Təyinatlı Xərclərin kateqoriyaları, hər bir kateqoriya üzrə Kreditdən ayrılmış məbləğ və hər bir kateqoriya üzrə Təyinatlı Xərclərin maliyyələşdirmə faizi göstərilmişdir.

 


Kateqoriya

Kreditdən ayrılmış vəsaitin məbləği

(ABŞ dolları ilə ifadə olunmuşdur)

Xərclərin maliyyələşdirilən hissəsi (ƏDV-siz)

(l) Mallar

4,300,000

100%

(2) Audit daxil olmaqla Məsləhət xidmətləri və Təlim

7,600,000

100%

(3) Artan əməliyyat xərcləri

70,000

100%

(4) Vəsaitin ayrılması üçün komissiya haqqı

30,000

Ümumi Şərtlərin 2.07 (b) bəndinə müvafiq qaydada bu Sazişin 2.03-cü bəndinə uyğun olaraq ödənilməli məbləğ

(5) Faiz dərəcəsinin ən yuxarı və ən aşağı limitlərinin təyin olunması üçün premium

0

Bu Sazişin 2.07 (c) bəndinə uyğun olaraq ödənilə biləcək məbləğ

CƏMİ

12,000,000

 

 

B. Vəsaitin çıxarılma şərtləri; Vəsaitin çıxarılma dövrləri

 

1.                       Bu Bölmənin A Hissəsinin müddəalarından asılı olmayaraq, bu Sazişin imzalanma tarixindən əvvəl edilmiş xərclər üçün vəsaitin istifadəsinə icazə verilmir, lakin müstəsna hal olaraq, Kateqoriya (2) çərçivəsində Təyinatlı Xərclər üzrə 15 mart 2011-ci il tarixinədək həyata keçirilən (həmin tarixdən və ya ondan sonrakı tarixdə edilən ödənişlərə şamil edilmir) ödənişlərə görə cəmi məbləği 150,000 ABŞ dolları ekvivalentindən çox olmayan vəsaitlərin çıxarılmasına icazə verilir.



2.                       Bağlanma tarixi 31 dekabr 2015-ci ildir.

 

CƏDVƏL 3

 

Amortizasiya Cədvəli

 

1.                  Bu Cədvəlin 2-ci bəndinin müddəalarına müvafiq olaraq, Borcalan Kreditin istifadə olunan məbləğini yarımillik hissələrlə 15 iyun və 15 dekabr tarixlərində İstifadə Olunan Məbləğ üzrə Sabit Ödəniş tarixindən sonrakı yeddinci (7-ci) Faiz Ödənişi Tarixində başlamaqla, İstifadə Olunan Məbləğ üzrə Sabit Ödəniş tarixindən sonrakı otuzuncu (30-cu) Faiz Ödənişi Tarixində başa çatdırmaqla ödəyir. Sonuncu istisna olmaqla, ödəniləcək hər bir hissə İstifadə Olunan Məbləğin iyirmi dörddə biri (1/24) həcmində olur. Son hissə isə İstifadə Olunan Məbləğin qalan ödənilməyən məbləğinə bərabər olur.



2.                  Bu Cədvəlin 1-ci bəndinin müddəalarına uyğun olaraq, Kreditin İstifadə Olunan Məbləğinin əsas hissəsinin hər hansı bir və ya daha çox hissəsi 15 dekabr, 2029-cu il tarixindən sonra ödənilməli olarsa, Borcalan, həmçinin həmin tarixdə bu cür hissələr üzrə toplanmış məbləğləri də ödəməlidir.

3.                  Bank Kredit Tərəflərini İstifadə Olunan Məbləğ üzrə Sabit Ödəniş Tarixindən dərhal sonra hər bir İstifadə Olunan Məbləğ üzrə Amortizasiya Cədvəli ilə bağlı məlumatlandırmalıdır.

4.                  Bu Cədvəlin 1-3-cü bəndlərinin müddəalarından asılı olmayaraq, Kreditin İstifadə Olunan Məbləğinin tam və ya hər hansı bir hissəsinin Təsdiq edilmiş valyutaya Konvertasiya olunması zamanı, Konvertasiya dövrünə təsadüf edən hər hansı Əsas Ödəniş Tarixində ödənilməli olan konvertasiya edilmiş məbləğ Bank tərəfindən həmin məbləğin konvertasiyadan əvvəl ifadə edildiyi valyutada: (i) Bank tərəfindən Konvertasiya ilə bağlı Valyuta Hedcinqi əməliyyatı çərçivəsində Təsdiq edilmiş Valyuta üçün etdiyi ödənişi əks etdirən mübadilə məzənnəsinə; yaxud da (ii) Bank belə müəyyənləşdirərsə, Konvertasiya Təlimatına uyğun olaraq nominal məzənnəyə vurulmaqla təyin olunur.

5.                  Əgər Kreditin çıxarılmış qalığı bir valyutadan daha artıq sayda valyuta ilə ifadə olunmuşsa, bu Cədvəlin müddəaları hər bir kredit valyutasında ifadə edilmiş məbləğlərə ayrılıqda tətbiq olunur və hər bir məbləğ üçün ayrıca qaytarma cədvəli hazırlanır.

 

 

QOŞMA



 

Bölmə I. Anlayışlar

 

1.                  “Antikorrupsiya Təlimatı” dedikdə, 15 oktyabr 2006-cı il tarixində dərc olunmuş və 2011-ci ilin yanvar ayında düzəlişlər edilmiş “BYİB Borcları və BİA Kreditləri hesabına maliyyələşdirilən Layihələrdə saxtakarlıq və korrupsiyanın qarşısının alınması və onlarla mübarizə haqqında Təlimat” nəzərdə tutulur.



2.                  “Kateqoriya” dedikdə, bu Sazişin 4-cü Cədvəlinin IV Bölməsindəki cədvəldə göstərilmiş kateqoriya nəzərdə tutulur.

3. “Məsləhətçilər haqqında Təlimat” dedikdə, Dünya Bankı tərəfindən 2010-cu ilin mayında dərc olunmuş BYİB Borcları və BİA Kreditləri və Qrantları çərçivəsində Dünya Bankının Borcalanları tərəfindən Məsləhətçilərin Seçilməsi və Cəlb Olunması haqqında Təlimat” nəzərdə tutulur.

4.                  “Ümumi Şərtlər” dedikdə, 31 iyul 2010-cu il tarixli “Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının Kreditləri üzrə Ümumi Şərtlər” nəzərdə tutulur.

5.                  “Artan Əməliyyat Xərcləri” dedikdə, Layihənin icrası, idarə edilməsi və monitorinqi üçün LİQ tərəfindən çəkilmiş xərclər, o cümlədən, ofis ləvazimatı, ezamiyyət və əmək haqqı (dövlət qulluqçularının əmək haqqı istisna olmaqla), habelə Bankla razılaşdırılmış digər xərclər nəzərdə tutulur.

6.                  “Maliyyə Nazirliyi” dedikdə, Borcalanın Maliyyə Nazirliyi və ya onun hüquqi varisi və ya varisləri nəzərdə tutulur.

7.                  “LİQ” dedikdə, bu Sazişinin 2-ci Cədvəlinin I.A.2 bəndinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən Layihə İcra Qrupu nəzərdə tutulur.

8.                  “Satınalmalar haqqında Təlimat” dedikdə, Dünya Bankının Borcalanları tərəfindən 2010-cu ilin mayında dərc olunmuş “BYİB Borcları və BİA Kreditləri və Qrantları çərçivəsində “Əmtəə, Xidmət və Qeyri-Məsləhət Xidmətlərinin Satınalması haqqında Təlimat” nəzərdə tutulur.

9.                  “Satınalma Planı” dedikdə, Satınalmalar haqqında Təlimatın 1.16-cı bəndində, Məsləhətçilər haqqında Təlimatın 1.24-cü bəndində istinad olunmuş Borcalanın 10 fevral 2011-ci il tarixli Layihə üzrə Satınalma Planı nəzərdə tutulur. Bu Plan həmin bəndlərin müddəalarına uyğun olaraq vaxtaşırı yeniləşdirilməlidir.

10.              “Layihə Əməliyyatı Təlimatı” dedikdə, Borcalan və QKDK tərəfindən təsdiq olunmuş və Bank üçün məqbul olan Layihəsinin icrası üçün institusional, vəsaitin istifadəsi, ekoloji və sosial idarəetmə məsələlərini əks etdirən əməliyyat təlimatı nəzərdə tutulur. Bu təlimata Bankın razılığı ilə arabir düzəlişlər edilə bilər. Bu terminə Layihə Əməliyyatı Təlimatının əlavələri də aiddir.

11. “QKDK” dedikdə, Borcalan tərəfinin Prezidentin 30 dekabr 1998-ci il tarixli 58 saylı Fərmanı ilə yaradılan və Prezidentin status və təşkilati strukturunu təsdiqləyən 19 noyabr 2008-ci il tarixli 52 saylı Sərəncamı və 5 mart 2009-cu il tarixli 70 saylı Fərmanı ilə strukturu yenidən formalaşdırılan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzərdə tutulur.



12. “Təlim” dedikdə, Layihə ilə əlaqədar təlim materiallarının xərcləri, yer və avadanlıq icarəsi, təlim iştirakçıları və təlimçilərin səfər və gündəlik xərcləri daxil olmaqla, əmtəə və xidmət təchizatçıları ilə müqavilələrin əhatə etmədiyi təlim kursları, seminarlar, tədqiqat səfərləri və digər təlim fəaliyyətləri üzrə xərclər nəzərdə tutulur.

 
Yüklə 110,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin