Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 74.48 Kb.
tarix09.06.2018
ölçüsü74.48 Kb.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyası



Fakültə: İnzibati idarəetmə

İxtisas: İqtisadiyyat

Kurs: II kurs

Qrup: İ-161

Predmet: Dünya İqtisadiyyatı

Tələbə: Cəfərov Coşqun

Elmi Rəhbər: Abdullayeva Xumar

Mövzu: Qərbi Avropa ölkələri dünya iqtisadiyyatında

Giriş

Dünya iqtisadiyyatında özünəməxsus yer tutan regionlardan biri Qərbi Avropa adlanan regiondur. Özünəməxsusluğun birinci əlaməti ondadır ki, bu regionda irili-xırdalı 25 ölkə təmsil olunsa da dünya iqtisadiyyatında Qərbi Avropa çox zaman vahid bir struktıır kimi göstərilir. Dünya əhalisinin 7%-ni özündə cəmləşdirən region dünyada istehsal olunan ÜDM-un 23%-ni verir. Fərqləndirici xüsusiyyətlərdən biri də Qərbi Avropa ölkələrinin daha sivil qanun-qaydalarla əməkdaşlıq etmələridir. Hələ 1957-ci ildə onlar birlik nümayiş etdirib Avropa iqtisadi birliyini yaratdılar. Sonradan 1960-cı ildə Qərbi Avropa ölkələrinin mütləq əksəriyyəti (19 ölkə) Azad ticarət üzrə Avropa Assosiasiyası yaratdılar. Bu sənədə görə onu imzalayanlar sənaye mallarının azad ticarəti haqqında öhdəliklər qəbul etdilər. 1992-ci ildə bu ölkələr Avropa iqtisadi məkanı haqqında razılığa gəldilər və bununla da Qərbi Avropada azad ticarət və regional iqtisadi kompleks formalaşmağa başlandı. Hazırda bu ölkələr arasında əmtəələrin, xidmətlərin, kapitalın və insanların sərbəst hərəkəti demək olar ki, təmin olunub və 380 mln. nəfərin tələbatlarını ödəyə bilən bazar formalaşdırılmışdır. Burada dünya ticarətinin təxminən yarısı baş verir. Beləliklə, Qərbi Avropanın vahid təsərrüfat kompleksi kimi formalaşması sürətlə baş verməkdədir.Bu gün Qərbi Avropa ABŞ və Yaponiya ilə birlikdə dünya təsərrüfat sisteminin "üç güc" mərkəzlərindən birinə çevrilmişdir.

Qərbi Avropaya daxil olan ölkələr iqtisadi potensialına, ərazisinə, sosial şəraitinə və sair cəhətlərinə görə bir-birindən kəskin şəkildə fərqlənirlər. Bu regionun əsas iqtisadi gücü sənaye cəhətdən yüksək dərəcədə inkişaf etmiş dörd ölkənin AFR, Fransanın, İtaliyanın və Böyük Britaniyanın üzərinə düşür. Bu ölkələrdə yaşayanlar region əhalisinin 50%-ni, istehsal olunan ümumi daxili məhsulun isə 70%-ni təşkil edir. Əslində bu dörd dövlət Qərbi Avropanın təsərrüfatca və sosial- iqtisadi inkişaf baxımdan inkişafının başlıca prinsiplərini və istiqamətlərini təyin edirlər.

Qərbi Avropanın digər ölkələri sənaye cəhətdən inkişaf etmiş, kiçik dövlətlərdir. Bu ölkələr texniki cəhətdən çox mürəkkəb istehsallar üzrə ixtisaslaşmışlar və yüksək keyfiyyətli məhsul istehsal edirlər. ÜDM-un həcminə görə bu ölkələr bir-birindən köklü surətdə fərqlənirlər. Birinci qrupa İspaniya, Niderland, İsveç, Belçika, İsveçrə daxil edilir. Bunlar iqtisadi güclərinə görə iri ölkələrdən 4-5 dəfə geri qalırlar və biriikdə regionun ÜDM-nun 20%-ni verirlər. İkinci qrupa daxil olan ölkələrin (Avstriya, Danimarka, Norveç, İsveçrə, Finlandıya) isə regionun ÜDM-dakı xüsusi çəkisi 8,1%-dir. Portuqaliya, İrlandiya, Lüksemburq, İslandiya, Kipr və Malta kimi ölkələri üçüııcü qrupa daxil edirlər. Onların da UDM-nun xüsusi çəkisi çox azdır (cəmi 2%-ə qədər). "Cırtdan dövlətlər" adlanan qrupa isə Monako, San-Marino, Andorra, Lintenşteyn kimi çox kiçik dövlətlər daxil edilir.

Qərbi Avropanın iqtisadi inkişafının hərəkətverici qüvvələri: Qərbi Avropada müxtəlif dövlətlər fəaliyyət göstərir. Yuxarıdakı şərhimizdən də göründüyü kimi region dövlətlərinin müxtəlifliyi öz əksini ərazinin ölçülərində, əhalisinin sayında iqtisadi və hərbi gücündə tapir. Lakin buna baxmayaraq bu ölkələr öz aralarında birlik yaratmağa, sərhədlərini şəfaf saxlamağa, ürnumi bazar yaratmağa, bir-birinin həmişə qayğısına qalmağa nail olublar. Bunları qeyd etməkdə məqsəd regionun həm region və həm də dünya iqtisadiyyatına təsirini göstərməkdir. Əslində Qərbi Avropa regionunun yüksək inkişaf etmiş regionlar qrupuna daxil olmasının birinci hərəkətverici qüvvəsi də məhz bundadır. Bir region daxilində qonşu dövlətlərin mühüm məsələlərdə həmrəy olması, azad ticarət etməsi, iqtisadi əməkdaşlıq etməsi bütün ölkələrin xeyrinədir və məhz bu amil və şərtlər QƏRBI AVROPA-nı inkişaf etmiş regiona çevirmişdir. Bu gün Qərbi Avropa region ölkələri arasında yaranmış dostluq və əməkdaşlığa görə bütün dünyaya nümunə ola bilər.

Qərbi Avropa ölkələri uzun illər boyu özlərinin sağlam düşüncələri, bir-birlərinə sağlam münasibət bəsləmələri nəticəsində regionda səmərəli, müasir və ilk növbədə insana xidmət etməyə qadir olan, onların tələbatlarına uyğun gələn iqtisadi sistem yarada bilmişlər. Buna görə də, Qərbi Avropa iqtisadiyyatının ikinci hərəkətverici qüvvəsi regionda formalaşdırılmış azad sahibkarlıq, sağlam rəqbət, inteqrasiya prosesləri, məqsədyönlü, ağıllı, sosial yönümlü dövlət tənzimləməsidir. Ancaq bu cür amil və şərtlər daxilində müharibələrin ağır nəticələrinə məruz qalmış Qərbi Avropa kimi region qısa müddətdə böyük iqtisadi nailiyyətlər əldə edə bildi.

Qərbi Avropa-nın iqtisadi inkişafının növbəti hərəkətverici qüvvəsi regionda bərqərar olmuş demokratiya və hüquqi tənzimləmə mexanizmləridir. Qərbi Avropa demokratiyasının və hüquqi tənzimləmələrinin bir ali məqsədi var: insanın real azadlığını və suverenliyini təmin etmək, insani dəyərləri qorumaq. Beləliklə də insan amili Qərbi Avropa ölkələrinin iqtisadi inkişafına çox güclü təsir göstərir və xüsusən ikinci dünya müharibəsindən sonrakı dövrlərdə iqtisadi inkişafın əsl hərəkətverici qüvvəsinə çevrilmişdir. Əslində hər şey elə insan amilindən başlayır. Axı yüksək texnika da, texnologiya da, keyfıyyətli məhsul da son nəticədə insanlar və onların rifah halının yaxşılaşması üçün yaradılır. İnsan sonradan istehsal vasitələrindən istifadə edib maddi nemətlər yaradır. Lakin əgər istehsal vasitələri və yaradılmış məhsul insanin özündən (əməkdən) ayrı düşürsə, insana ikinci, üçüncü dərəcəli münasibət bəslənirsə, insanın özü həm istehsalın və həm də inkişafın və səmərəliliyin yüksəldilməsi tormozuna çevrilir. Bu keçmiş SSRİ adlarının imperiyanın - Rusiyanın təcrübəsində isbat edilmişdir. Təbii resurslar cəhətdən kifayət qədər zəngin olan nəhəng Rusiyada səmərəli iqtisadiyyatın formalaşmamasının başlıca səbəbi bu ölkədə insan amilinə lazımi diqqətin yetirilməməsi olmuşdur VƏ çox təəssüflər olsun ki, bu meyl indi də qalmaqdadır. Qərbi Avropa ölkələri isə uzun illərdir ki, insan amilini əsas tutaraq, insana hörmət edərək, onun tələbatlarının hərtərəfli ödənilməsi qayğısına qalaraq böyuk sosial-iqtisadi nailiyyətlər əldə edə bilmişlər.

Növbəti hərəkətverici qüvvə Qərbi Avropa-da iqtisadiyyatının açıqlılıq səviyyəsinin həmişə yüksək olmasıdır. Məhz bu cəhət imkan verirdi ki, ABŞ regiona "Marşall planı" çərçivəsində külli miqdarda maliyyə köməyi göstərsin və birbaşa investisiya formasında Qərbi Avropa ölkələrinə xüsusi kapital axınını təşkil edə bilsin.

Qərbi Avropa regionları yuxarıda qeyd edildiyi kimi bir-birindən kəskin fərqlənir.Qərbi Avropanın iqtisadiyyatında aparıcı rola mailk olan əsas dövlətlər AFR, Böyük Britaniya və Fransadır.Bu ölkələr yüksək keyfiyyətli məhsul istehsal etməklə Qərbi Avropa iqtisadiyyatının nüvəsini təşkil edirlər.

Almaniya Federativ Respublikası

Almaniya Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikasıdır. Tərkibində 16 müttəfiq torpaq (əyalət) mövcuddur. Ərazisi 357 021 kv. km. təşkil edir. Təbiəti kifayət qədər mülayimdir. Əhalisinin sayı 82 milyon olan Almaniya Avropa Birliyinin ən çox insan yaşayan ölkəsidir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir. Paytaxtı və ən böyük şəhəri Berlindir. Ən çox insan yaşayan bölgəsi əsas mərkəzləri Dortmund və Essen şəhərləri olan Rur bölgəsidir. Digər böyük şəhərləri Hamburq, Münxen, Köln, Frankfurt, Ştutqart, Düseldorf, Leypsiq, Bremen, Drezden, Hannover və Nürnberq şəhərləridir. Şimalda Şimal dənizi, Danimarka və Baltik dənizi, şərqdə Polşa və Çex Respublikası, cənubda Avstriya və İsveçrə, qərbdə isə Fransa, Lüksemburq, Belçika və Hollandiya ilə həmsərhəddir.



Almaniya iqtisadiyyatı Avropada ən böyük, 2008-ci ildə Ümumi Daxili Məhsula görə dünyada dördüncü ən böyük iqtisadiyyatdır. Almaniya 2009-cu ildə (Avrozona ölkələri daxil olmaqla) ixrac edilən 1,120 $ trilyon məhsul ilə dünyanın böyüklüyünə görə ikinci ixracatçısıdır. İxracatlar milli hasilatın üçdə birinə bərabərdir. 2009-cu il məlumatlarına görə Almaniyanın xarici valyuta ehtiyatları 185 milyard, xarici borcu isə 5.2 trilyon ABŞ dollarıdır.

Avropa iqtisadiyyatının sürətli inkişafına səbəb olan Sənaye inqilabı Almaniyaya inqilabın birinci başladığı Böyük Britaniyadan xeyli sonra gəlib çatıb. Buna konfederasiyada olan alman dövlətlərinin sənaye müəssisələrinin yaradılması üçün böyük təşəbbüs göstərməsi, yaxud artıq mövcud olan sənaye müəssisələrinə subsidiyalar səbəb olmuşdur. Prussiya və digər alman dövlətlərinin güclü dəstəyi nəticəsində 19-cu əsrdə yeni yaranan alman sənayesi sürətlə inkişaf etməyə başladı. Şimali Almaniyada yerləşən alman dövlətləri cənubdakılara nisbətən iqtisadi resurslarla daha zəngin idilər. Qərbdə Şlezviq-Holşteyndə, şərqdə isə Prussiyada yerləşən münbit torpaqlar kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradırdı. Həmçinin Rur vadisində yerləşən zəngin dəmir filizi və daş kömür yataqları da şimal ərazilərdə idi. Şimali Almaniyadan fərqli olaraq cənubda yerləşən alman dövlətləri təbii sərvətlərlə zəngin deyildilər və iqtisadi inkişaf cəhətdən daha geridə qalırdılar. Cənubi Almaniyada əsasən yüngül sənaye və kiçik müəssisələr inkişaf edirdi. Lakin Almaniya iqtisadiyyatının inkişafında başlıca rolu alman bankları oynayırdılar. Almaniyadakı banklar effektiv işləməklə bərabər, həm də kartellər şəklində birləşərək öz güclərini artırırdılar.Almaniya İmperiyasının yaranması ilə Almaniya torpaqlarında daha sürətli iqtisadi inkişaf prosesi başlandı. Alman aristokratları, bankirləri, mülkədarları və müəssisə sahibləri həmin dövrdə ilk iqtisadi alman möcüzəsini həyata keçirdilər. Almaniyada İkinci Sənaye İnqilabı baş verdi. Otto fon Bismarkın hakimiyyəti dövründə Almaniya imperiyasının iqtisadi inkişafı sosial yönümlü idi. Almaniyada orta sinif güclənməyə başlayırdı, bu təbəqəyə aid olan insanlar mərkəzi hakimiyyəti və onun ambisiyalarını dəstəkləyirdilər. Lakin imperator I Vilhelmin dövründə Almaniya onun üçün fəlakətli nəticələr doğuran Birinci dünya müharibəsinə qoşuldu. Bu müharibə nəinki Almaniya imperiyasının iqtisadiyyatını, həmçinin onun varisi olan Veymar Respublikasının iqtisadiyyatını da dağıtdı. Almaniya böyük borclanmaya girdi. 1918-ci ildə 1 ABŞ dolları 8.9 alman markası dəyərində idisə, 1923-cü ildə 1 ABŞ dolları 4.2 trilyon alman markasına bərabər olmuşdu. Veymar Respublikası dövründə alman iqtisadiyyatının tənəzzüldə olması onun dağılmasına gətirib çıxardı. Ölkədə işsizlik səviyyəsi 30% civarında idi.Lakin 1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsi nəticəsində Almaniya iqtisadiyyatı sürətlə dirçəlməyə başladı. Hitler dövründə Almaniya höküməti ölkəni hərbi cəhətdən gücləndirə bilən və Almaniyanın digər ölkələrdən iqtisadi asılılığını azaldan sənaye sahələrinə subsidiyalar ayırmaqla onların güclənməsinə çalışırdı. Bu dövrdə Almaniya iqtisadiyyatı yenidən Avropada ən güclü iqtisadiyyat adını aldı. Lakin İkinci dünya müharibəsi almanlar üçün daha fəlakətli oldu. Almaniyanın demək olar ki, bütün iqtisadiyyatı dağıdıldı.

Ən inkişaf etmiş sənaye xalqlarından biri olan Almaniya, bu gün ABŞ, Çin və Yaponiyadan sonra ən böyük milli iqtisadiyyat mövqesindədir. 82,5 milyonluq əhalisiylə də Avropa Birliyinin ən böyük və ən əhəmiyyətli bazarı mövqesindədir. 2004-cü ildə Almaniya 2,216 milyard Avroluq Ümum Milli Məhsul rəqəminə çataraq adam başına düşən milli gəlir 26.856 Avronu tapdı. İqtisadiyyatdakı bu performans xüsusilə xarici ticarət sayəsində əldə edildi. 734 milyard Avroluq ixracat həcmiylə (2004) Almaniya, dünyanın mal ixracatında ən yüksək rəqəmlərə çataraq "dünya ixracat çempionu" oldu. Bu yüksək ixracat performansının dinamikası ixrac edilən malların 84%-ni (2004) təmin edən sənaye sektoru oldu. Bu rəqəmlər, Almaniyanın günümüzün iqtisadi reallığı olan qlobal ticarətə özünü digər bütün ölkələrdən daha sıx bir şəkildə hazırladığını göstərir. Ölkənin ən əhəmiyyətli iqtisadi mərkəzləri (keçmişin ağır sənaye bölgəsi olan, daha sonra zamanın şərtlərinə uyğunlaşaraq irəli texnologiya və xidmət sektoru mərkəzlərinə çevrilmə müvəffəqiyyəti göstərən) Rur Bölgəsinin yanında, Münhen və Ştuttqart metropolunun bölgələri (yüksək texnologiya, avtomobil), Frankfurt am Mayn (maliyyə), Köln, Hamburg (liman, Airbus təsisləri, media) və Leipziqdir. Beynəlxalq müqayisəyə görə, Almaniyanın həyat standartları çox yüksəkdir. Ödənişli bir işçinin aylıq ortalama gəliri 2500 Avro, maaşlı çalışanlarınsa 3400 Avro səviyyəsindədir. Almaniya, qiymət sabitliyiylə də tanınmışdır - 2004 ili inflyasiyası 1,7% səviyyəsində qalmışdır. Alman iqtisadiyyatı indiki vaxtda xüsusilə məşğulluq bazarı və ictimai təhlükəsizlik sistemindəki strukturca problemləri həll etməyə çalışmaqdadır. İşsizlik nisbəti 2005-ci il sonunda Qərbdə 9,4% və beş Şərq əyalətində 17% səviyyəsində oldu. Bunun yanında Almaniyanın yenidən birləşməsi də illik 80 milyard Avroya çatan transfer xərcləmələriylə iqtisadiyyata çox böyük bir yük gətirməkdədir. Buna görə də keçdiyimiz illərdə iqtisadiyyatın böyümə həcmi ildə 1% ətrafında olmuşdur. Almaniyanın rəqabət gücünün açıq bir göstəricisi, 1991-ci ildən bəri, istehsal içindəki ixracat payında görülən davamlı artımdır. Yalnız maşın sənayesinin reallaşdırdığı ixracat 1991-2001 illəri arasında cəmi maşın istehsalının 52%-dən təxminən 69%-ə çıxmış, kimya sənayesində 50%-dən 70%-ə, avtomobil istehsalında 43%-dən 69%-ə, elektrotexnikada isə 31%-dən 42%-ə yüksəlmişdir. Cəmi sənaye istehsalındakı ixracatın payı 33%-dür. Dünya ticarətində Almaniyanın payı isə 10% ətrafındadır.

Almaniya torpağı təbii ehtiyatlarla nisbətən kasad sayılır. Böyük həcmdə rast gəlinən ehtiyatlara yalnız qonur kömür və duz ehtiyatları aiddir. Neft, təbii qaz və digər vacib xammal məhsulları Almaniyaya digər ölkələrdən idxal olunur.Almaniyanın duz ehtiyatları 250 milyon il əvvəl formalaşmış süxurlarda tapılır. Əsasən ölkənin şimal hissəsində hasil olunur. Ölkənin daş kömür ehtiyatları isə 300 milyon il əvvəl mövcud olmuş bataqlıqların ərazilərində formalaşıb. Həmin ərazilər müasir dövrdə Cənubi İngiltərədən Polşaya qədər uzanır. Almaniyada daha çox tapılan qonur kömür ehtiyatları da eyni proses nəticəsində formalaşıb, lakin onların formalaşması daha gec, təxminən 65 milyon il əvvəl başlayıb. Bu qonur kömürdə olan ağac hissələri tam olaraq çürümədiyindən qonur kömürün yanarkən verdiyi istilik daş kömürün verdiyi istilikdən daha azdır. Qonur kömür istehsalına görə Almaniya dünyada birinci yeri tutur. Əsas qonur kömür ehtiyatları ölkənin ucqar şərq və qərb bölgələrində istehsal olunur. Qonur kömürün başqa yerə nəql olunması iqtisadi cəhətdən sərfəli olmadığından hasilat rayonlarının yaxınlığında qonur kömürlə işləyən İstilik Elektrik stansiyaları tikilmişdir. Hasil olunan məhsul həmin stansiyalarda elektrik istehsal olunması üçün sərf olunur.

Almaniyanın kənd təsərrüfatı da yüksək inkişaf səviyyəsinə malikdir.Almaniyanın kənd təsərrüfatı yüksək intensiv istehsalatdır. Burada hər hektara İngiltərədən, Fransadan və ABŞ-dan çox gübrə səpilir. Ölkənin buğda istehsalı tələbatın 80 faizini, şəkər istehsalı 85 faizini, ət istehsalı 90 faizini, südə olan tələbatını 100 faiz ödəyir. Xüsusilə heyvandarlıq inkişaf etmişdir, o bütün kənd təsərrüfatı məhsullarının 80 faizini təşkil edir. Hər yerdə donuzçuluq yayılmışdır, donuzların sayına görə ölkə Avropada birinci yeri tutur. Bitkiçilik heyvandarlığın yardımçı sahəsidir, burada çovdar, yulaf, kartof, yem bitkiləri becərilir, biçənəklərin və otlaqların payına isə bütün kənd təsərrüfatı sahələrinin 40 faizi düşür. Şəhərətrafı zonalarda tərəvəzçilik inkişaf etmişdir, cənubda və cənub- qərbdə çoxlu sayda meyvə bağları salınmışdır. Almaniyanın kənd təsərrüfatının fəal inkişafına baxmayaraq, burada da problemlər az deyil. Almaniyada təsərrüfatların orta torpaq sahəsi cəmi 15 hektardır. “Ümumi bazar”ın ekspertləri isə hesab edirlər ki, yalnız torpaq sahəsi 80 hektar, 40 inəyi və 10 min quşu olan iri müasir təsərrüfatlar rəqabətli mübarizə apara bilər. Əsasən daha çox orta torpaq sahəsi 5 – 6 hektar olan, cənub-qərbin dağlıq rayonlarının təsərrüfatları zərər çəkir. Buna görə də, Avropa İttifaqı tərəfindən taxıla, donuz ətinə, mal ətinə, quş ətinə vahid qiymətlərin tətbiq edilməsindən sonra, Almaniya hökuməti fermer təsərrüfatlarının sayının azaldılması siyasətini həyata keçirməyə başlamışdır. Almaniyanın yeni torpaqlarında kənd təsərrüfatı da yetəri qədər yaxşı inkişaf etmişdir. Şəkər, cənub meyvələri, tezyetişən tərəvəzlər və çörək taxılının bəzi hissəsi istisna olmaqla, əhalinin əsas qida məhsulları ilə təminatı daxili kənd təsərrüfatı məhsulları istehsalı hesabına təmin edilir. Əhalini təzə tez xarab olan məhsullarla (meyvə, tərəvəz, süd, ət) təmin etmək məqsədilə iri şəhərlərin ətrafında bostan-bağ qurşaqları formalaşdırılmışdır, məhsuldarlığı gündə 500 min yumurta təşkil edən şəhərətrafı quşçuluq fermaları, 20 min iribuynuzlu mal-qaranın və donuzların yerləşdirilməsinə hesablanmış fermalar inşa edilmişdir Südün, donuz ətinin və quş ətinin istehsalı heyvandarlığın əsas sahələridir. Bitkiçiliyin strukturunda yem bitkilərinin payı artır, silos üçün qarğıdalı, kökümeyvəlilər, yemlik arpa, kartof, yulaf becərilir. Əsas dənli bitki buğdadır. Almaniya kənd təsərrüfatı məhsullarının istehsalı üzrə Fransadan sonra Avropada ikinci yeri tutur. Heyvandarlıq əmtəə məhsullarının 80 faizini istehsal edir, onun ehtiyacları üçün bitkiçilik inkişaf etdirilmişdir, əkin sahələrinin ərzaq bitkiləri üçün ayrılmış hissəsindən daha böyük hissəsi yemlik bitkilər üçün ayrılmışdır. Lakin, buna baxmayaraq yem taxılı- xüsusilə də qarğıdalı xeyli miqdarda idxal edilir.

Fransa Respublikası

Fransa Avropa İttifaqının qurucu üzvüdür. Rusiya və Türkiyədən sonra ərazicə Avropanın ən böyük üçüncü ölkəsidir. Fransanın böyük bir hissəsi Qərbi Avropada yerəlşir.Onun materik hissəsi şimal-şərqdə Belçika,Lüksemburq ve Almaniya,şərqdə-Isveçrə,cənub-şərqdə-Monako və Italiya,cənub-qərbdə-Ispanya və Andorra ilə sərhəddir.Fransanın sahili 4 su hövzəsi ilə yuyulur(La-Manş,Atlantik okeanı,Şimal dənizi və Araliq dənizi).Ölkənin qərb və şimal sahilləri Atlantik dənizi ilə(Biskay körfəzi və La-Manş boğazı),cənub sahili isə -Araliq dənizi(Lion körfəzi və Liquriy dənizi) ilə yuyulur.Dəniz sərhədlərinin uzunluğu 5500 kilometrdir.Fransa Qərbi Avropa ərazisində yerləşən ən böyük ölkədir.Fransa demək olar ki, Avropa İttifaqınin ərazisinin beşdə birini tutur.Həmçinin Aralıq dənizində yerləşən Korsika adası ve iyirmiden çox asılı ərazilərdə bu dovlətin tərkibinə daxildir.Ölkənin ümumi sahəsi 547.030 kvadrat kilometrdir.Аvrоpаnın qərbində yеrləşir; Fransanın ərаzisi 551,6 min kv. km,əhalisi 65.8 mln nəfərdir.Tərkibinə Aralıq dənizindəki Korsika adası və bir sırа kiçik sahil adaları daxildir. Fransa ilə qonşuluqda Almaniya, ltaliya, Belçika,İsveçrə ,İspaniya kimi inkişaf etmiş ölkələr və оnlаrın ən mühüm sənaye rаyоnlаrı yеrləşir. Ölkənin qərb sərhəddinin xeyli hissəsi təbii sədlər boyunca keçir.Pireney dağları Fransanı İspaniyadan ayırır,cənub-şərqdə İtalya və İsveçrə ilə sərhəddi Alp və Yura dağları boyuncadır.Fransa-Almaniya sərhəddinin xeyli hissəsi Reyn çayı boyuncadır.Yalnız şimalda Fransa-Belçika sərhəddi ovalıqdan keçir.Ölkənin ümumi sərhədlərinin 2/3-si dəniz sərhədlərinin(3120 km) payına düşür.Fransanın sərhədlərində mikrodövlətlər yerləşir.Bunlar Mavi sahil bölgəsində Monako,Pireney dağları ilə sərhəddə isə Andorradır.Ölkənin coğrafi mövqeyinin xüsusiyyətlərinə Atlantik okeanı ilə Aralıq dənizi arasında yerləşməsi;iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdə qonşu olması;Afrikanın qərb ölkələrinə yaxınlığı ;Belçika və İsveçrənin fransız dilli əhalisinin yaşadığı bölgələrdə həmsərhəd olması,sualtı La-Manş tuneli vasitəsilə Böyük Britaniya ilə rahat qonşuluq əlaqələrinin olması və s. aiddir.Ölkə ərazisində 3 təbii-coğrafi bölgə ayrılır. Ölkənin сənub - şərq və сənub - qərb sərhəddi boyunса уüksək Alp və Рirеnеу, orta hündürlüklü Yura dağları uzanır. Təxmini olaraq Fransa əhalisi 67 milyondur,əhalinin 64,8 milyonu böyük şəhərlərdə məskunlaşmışdır.Fransa əhali sıxlığına görə dünyada 20-ci,Avropada isə,3-cü yerdədir.Fransa Avropa İttifaqı əhali sıxlığına görə Almanyadan sonra 2-ci yerdədir.

Fransa yüksək inkişaf etmiş dövlətdir.İqtisadi potensialına görə Avropada Almaniyadan sonra 3-cü yerdədir.Fransa iqtisadiyyatının ənənəvi xüsusiyyəti burada təsərrüfatın mühüm sahələrinə nəzarət edən ümumilli proqramlaşdırmanı fəal tətbiq edən iri dövlət sektorunun olmasıdır.Ölkədə iqtisadi inkişafın planlaşdırılması ümumavropa miqyasında strateji səciyyə daşıyır.Fransada emal sənayesi 5 ana bölgədə sıxlaşıb.Paris və çevrəsinə çox çeşidi sənaye sahələri ,Lyon çevrəsi və Saint Etienne-de kimya sənayesi,tarixi kömürə və toxumacılığa əsaslanan Nord-Pas-de-Calais bölgəsində aliminium,polad və motorlu nəqliyyat vasitələri,Tuluza və çevrəsində kosmos və havaçılıq sənayesi məskunlaşmışdır.Fransa iqtisadiyyatında öz aralarında və xarici kapitalla sıx əlaqədar olan onlarla sənaye korporasiyaları və banklar fəaliyyət göstərir .Bunlar "Elf-Akiten"(neft sənayesi),"Pejo-Sitroen" və "Renault"(avtomobil sənayesi),"Tomson"və "Alkatel"(elektronika),"Peşine-Yujin-Külman"(aliminium sənayesi),"Ron-Pulenk" və "Mişlen"(kimya sənayesi),"L`Oreal","Ywes Rocher"(kosmetika),"Karfurr"(ərzaq məhzulları ticarəti),banklar "Kredi Leonne","Pariba" və başqalarıdır.İqtisadiyyatın bəzi sahələrində(kənd təsərrüfatı,yüngül,yeyinti,ticarət və s.) kiçik sahibkarlıq mövcuddur.İstehsalın mərkəzləşmə səviyyəsinə görə AFR və Böyük Britaniyadan geri qalsa da,iqtisadiyyatında dövlət sektorunun əhəmiyyətinə görə irəlidədir.Sənaye sahələrinin 1/4-i dövlətə məxsus müəssisələri təşkil edir.Ölkə sənayedən sonrakı inkişaf mərhələindədir.Sənaye,kənd təsərrüfatında çalışanların sayı azalır.Əmək qabiliyyətli əhalinin yarıdan çoxu xidmət sahələrində çalışır.Xidmətin bir çox növlərinə görə (maliyyə,nəqliyyat,turizm,elmi və texniki əməkdaşlıq) dünyada lider dövlətlərdəndir.Fransa iri hərbi qüvvəyə və atom silahına malikdir. Əmək qabiliyyətli əhalinin təqribən 25%-i sənayedə çalışır.Ən mühüm sahələri energetika,maşınqayırma və kimyadır.Hasilat sənayesində daş kömür,dəmir filizi,boksit çıxarılması xeyli azalmışdır.Mərkəzi massivdə uran,cənub-qərbdə təbii qaz çıxarılır.Fransa mineral xammal idxalçısına çevrilmişdir.Ona görə də energetika sənayesində AES-lərin rolu getdikcə artır.AES-lər yerli xammal və Afrika ölkələrindən idxal olunan uran filizi əsasında fəaliyyət göstərir.Mərkəzi  massivdə hər il 2-3 min ton uran filizi çıxarılır.Elektrik enerjii istehsalında AES-lərin payı  80%-dən  çoxdur.Bu göstəriciyə görə dünyada birincidir.Uran filizindən istifadə zaanı tullantıların bir hissəsi Almaniyada anbarlara yığılır.2010-cu ilin noyabr ayında Almaniyada əhslinin etiraz nümayişi də buna qarşı yönəlmişdirElektrik enerjisi istehsalında SES-lərin rolu da vardır.2015-ci ildə Fransa  avropa ölkələri arasında elektrik enerjisi istehsalına görə Norveç və İsveçdən sonra 3-cü oldu.Energetikanın inkişafı planlarında enerji daşıyıcılarının idxalının azaldılması və alternativ vasitələrdən(günəş,külək,dəniz qabaraları enerjisi) istifadə olunması göstərilir.

Emaledici sənayedə metal və enerji tutumlu sahələrin payı azalmış ,maşınqayırma və kimyanın mövqeyi artmışdır.Qara metallurgiya idxal olunan xammala(zavodları Dünkerk,Fosdadır),əlvan metallurgiya həm yerli ,həm də idxal olunan xammala,ucuz elektrik enerjisinə  əsaslanır.Əlvan metallurgiya müəssisələri Saboye dağlıq rayonunda ,Mərkəzi Massivdə ,Pireneydə SES-lərin yaxınlığında fəaliyyət göstərir.

Maşınqayırma kompleksinin strukturunda  avtomobilqayırma və  nəqliyyat vasitələri istehsalı 1-ci yerdədir.Fransa dünya bazarında avtomobil ,avia-kosmik avadanlıq və gəmilər istehsalına görə rəqabət aparır.Ölkənin "Reno","Pejo" avtomobil şirkətləri;"Aerospasyal","Avon Marsel Dasso Breqe" aviakosmik şirkəti dünya miqyasında ən iri istehsalçılardır.Ölkədə elektrotexnika sənayesi yüksək inkişaf etmişdir.Bu sahədə elektrik kabelləri,elektrik stansiyaları(o,cümlədən atom) üçün avadanlıq,elektron hesablama maşınları və s. istehsal olunur.Maşınqayırmanın mühüm mərkəzləri  Paris,Lion bölgələri daxilində,həm də ölkənin şimalında (gəmiqayırma istisna olmaqla) yerləşir.Maşınqayırma məhzullarının 40%-i ixrac olunur.Aviaraket sənayesinin inkişafına görə Avropada liderdir.Sərnişin və hərbi təyyarə,helikopter,raket istehsal edir."Arean" fransız raketlərindən bir sıra dövlətlər peyk buraxılmasnda istifadə edir.Ölkəyə məxsus  Kuru kosmodromu Fransa Qvianasında yerləşir(Latın Amerikası).Ölkənin aviasiya müəssisələri Paris,Tuluza şəhərlərindədir və bunlar dövlətə məxsusdur.Aviasiya sənayesinin digər mərkəzləri Bordo,Rurj,Marinyandadır.Sənауе istehsalının strukturunda maşınqayırmadan sоnrа 2-ci уеrdə kimya sənayesidir. Kimya sanayesi minеrаl gübrə, sintetik kauçuk və plastik  kütlə, zərif  kimya (раrfümeriya, əczaçılıq, kosmetika) üzra ixtisaslaşmışdır. Rezin sənayesi (avtomobil təkərləri istehsalı) inkişaf etmişdir.Kimya sənауе müəssisələri Paris, Lion Ьölgələri və ölkənin сənubundadır.Sənaye istehsalının strukturunda 3-cü yerdə yüngül sənayedir.Yüngül sənayenin mühüm sahəsi toxuculuqdur.Fransa parça və paltar istehsalına görə dünyada məşhurdur.Bu sahədə yun və pambıqdan daha çox istifadə olunur.Toxuculuq sənayesinin mərkəzləri ölkənin şimalında(yun ,kətan,cut fabrikləri) ,Elzasda və Vogez dağları ətəklərində(pambıq parça),Lionda(təbii və süni ipək parça) cəmlənmişdir.Tikiş sənayesinin mühüm mərkəzi Parisdir.O,moda mərkəzi kimi dünyada məşhurdur və bu sahədə liderliyini saxlayır.İstehsal məhzullarının həcmi və müxtəlifliyinə görə ölkədə yeyinti sənayesi xüsusi əhəmiyyət kəsb edir. Bu sаhədə şərabçılıq, şirniyyat və рendir, kоnsеrv və şirələr istehsalı xüsusilə seçilir. Yeyinti sənауеsinin müəssisələri ölkənin əksər şəhərlərində уауılmışdır. Frаnsа аqrоsənауе kompleksinin inkişafına görə dünyada араrıсı mövqе tutur. Ölkənin kənd təsərrufatındа сəmi 1 mln əhаliçalışır. О, ət, süd, taxıl, şəkər çuğunduru istehsalına görə Qərbi Avropada 1-ci, pendir istehsalına görə dünyada 2-ci, üzüm yetişdirilməsinə görə Avropada 2-ci (ltaliyadan sоnrа) уеrdədir. Fransanın Aralıq dənizi sаhilləri meyvəçiliyin müхtəlifliуinə görə seçilir (şaftalı, ərik, badam, zeytun, sitrus mеуvələri). Aqrar bölmələrdаə kiçik və orta təsərrüfаtlаrdа iri əmtəəlik müəssisеlər hakim mövqе tutur. Frаnsа kənd təsərrüfаt məhzulları istehalına görə dünyada 3-cü (АВŞ və Каnаdаdаn sonra), Qərbi Аvrораdа l-ci уеrdədir.Kənd təsərrüfаtı məhzullarınn yarıdan çoxu hеyvandarlığın payına düşür. Əsаsən iri buynuzlu mаl-qаrа bəslənilir və о, mаl-qаrаnın sayına görə Qərbi Avropada l-ci уеrdədir. İri buynuzlu mаl-qаrа ölkənin təbii оtlаqlаr оlаn şimal-qərbində, həmçinin Мərkəzi Massivdə saxlanılır. Heyvandarlıq intensiv inkişaf etdirilir, əsаsən südlük-ətlik istiqаmətindədir. Bu sаhədə kərə yağı, mаl əti, pendir, süd istehsalı inkişaf etmişdir.

Bitkiçilikdə taxıl əkinləri (хüsusilə buğda), üzümçülük,tərəvəzçilik və bağçılıq aparıcı yer tutur.Taxıl bitkiləri(buğda ,qarğıdalı,arpa)əsasən Şimali Fransa,Akvitan ovalığında becərilir.Bu sahədə orta məhzuldarlıq hər hektara 70sentnerdir.Qarğıdalı cənub-qərbdə;arpa,çovdar Mərkəzi Massivdə;çəltik Rona çayı deltasında əkilir.Texniki bitkilərdən kartof və şəkər çuğunduru əkinləri də geniş ərazi tutur.(Şimali Fransa ovalığında).Üzüçülük üzrə ixtisaslaşan rayon Langedokdur(üzüm bağlarının 40%-i).Üzüm həmçinin Haronna,Dordoni,Şaranti çayları vadisində də becərilir.Keyfiyyətli üzüm şərabı istehsalına görə Fransa dünyada 1-ci yerdədir."Şampan","Konyak","Kaqor" içki markaları dünyada məşhurdur.Bordo,Şampan,Elzas,Burqundiya bölgələri,Luara çayı vadisində əla markalı şərab istehsal olunur.Tərəvəzçilik və meyvəçilik üzrə bir çox kiçik bölgələr ixtisaslaşmışdır.Bu sahənin məhzulları iri şəhərləri (ilk növbədə Parisi)təmin edir.Ölkənin şimal-qərbində alma,armud,ərik bağları ,Aralıq dənizi sahillərində gavalı,sitrus meyvə bağları yayılmışdır.Fransa həmçinin yüksək inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Ölkədə nəqliyyat şəbəkəsi radial konfiqurasiyaya malikdir.Belə ki,əsas dəmir yolları,avtomobil magistralları,daxili su yolları,hava xəttləri paytaxt Parisdən başlayır.Sərnişin və yük daşımalarda əsas rolu avtomobil nəqliyyat oynayır.Fransa Avropada inkişaf etmiş dəmir yolu şəbəkəsinə malikdir.Ölkənin ən mühüm mərkəzləri arasındakı əlaqə yüksək sürətli və elektrikləşdirilmiş dəmir yolları vasitəsilə əlaqə saxlanır .Yüksək sürətli magistralların tətbiqi sahəsinə görə Fransa Avropa ölkələri arasında liderdir.O,bir sıra ölkələrdə o cümlədən ABŞ-da yüksək sürətli magistrallar layihəsində iştirak edir.Paris-Lion-Marsel;Paris-Tur-Bordo;Paris-Lemoj-Tuluza mühüm dəmir yol magistrallarıdır.Yük daşımalarında boru kəmərləri və daxili su nəqliyyatından geniş istifadə olunur.Neft və neft məhzulları əsasən Marsel-Lion-Strasburq,Havr-Paris kəmərləri ilə daşınır.Yük daşımalarında Sena çayından istifadə olunur.Paris,Strasburq,Ruan mühüm çay limanlarıdır.Xarici iqtisаdi əlаqаlərində dəniz naqliyyatı mühüm rol oynayır. Ən mühüm dəniz limаnlаrı Marsel, Наvr, Dünkerk, Nant, Bordo,Ruandır.Yük dövriyyəsinin həcminə görə Marsel Qərbi Avropada 3-cü yerdədir.O,Fransanı Hind və Sakit okeanla əlaqələndirir.Havr və Ruan Parisin dəniz avanportudur.Dünkürk portu Şimal sənaye bölgəsinin dəniz qapısıdır. Nəqliyyat əlаqələrində La-Маnş boğzından 1994-cü ildə çəkilmiş sualtı tunеldən geniş istifаdə оlunur. Hava nəqliyyatı ilə dаşımаlаrı dövlətə məхsus "Еуr-Frаns", "Еуr-lntеrn" şirkətləri vаsitəsilə həyata keçirilir.Frаnsа dünyada turist qəbulunа görə liderdir (76,8 mln. nafər). Turizmdən əldə olunan gəlir 46,3 mlrd. dоllаr təşkil edir. Ölkəуə turistləri сəlb еdən Раrisin zəngin tаriхi-mədəni аbidələri, Disneylend əуlənсə parkı, Aralıq dənizi və Atlantik оkеanının çimərlikləri,istirаhət mərkəzləri və s.-dir.

Böyük Britaniya

Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığı dünyanın ən inkişaf etmiş ölkələrindəndir. Sahəsi (Böyük Britaniya adası, Irlandiya adası şimali –şərq hissəsi, Men adası və Normand adaları) 244 min kvadrat km-dir. Əhalisi 56,1 milyon nəfərdir. Əhalinin 80%-i ingilislər, 15%-i şotland­lar, uelslilər və irlandiyalılardır. Dövlət Britaniya adalarında (Böyük Britaniya, İrlandiya adasının şimal-şərq hissəsi,həmçinin kiçik adalarvə arxipelaqlar:Hebrid,Orkney və Şetland adaları, Anqlsi, Arran, Uayt) Atlantik okeanda yerləşir. Şimali, İrlandiya,Kelts və Hebrid dənizləri ilə yuyulur.Cənub-şərq sahili ilə Fransanın şimal sahili arasinda yalniz 35 km məsafə var.Iki dövləti bi-birindən La-Manş boğazı ayırır.Böyük Britaniyanın sahəsi-244 820 km².1993-cü ilin məlumatına görə,torpaq sahəsinin 10%-i meşə ilə örtülü idi,46%-i otlaq üçün istifadə edilmişdir,və 25%-i kənd təsərrüfatında istifadə edilmişdir.Sahil uzunluğu 17.820 km-dir.Cənub sahil Avropa kontinenti ilə uzunluğu 50 km olan(38 km su altında olmaqla) avrotunel vasitəsilə birləşir. Bu, dünyada ən uzun sualtı tuneldir. İrlandiyanın Şimali İrlandiya Respublikası ilə 360 kilometrlik quru sərhədi var və bu,Böyük Britaniyanın yeganə quru sərhədidir.İngiltərə,Böyük Britaniyanın yarısından çox ərazisini əhatə edir(130.395 kvadrat kilometr) Bunun böyük bir hissəsi ovalığlardan ibarətdir.Yüksəkliklər əsasən ərazinin şimal (Pennins) və şimal-qərbində (Kamberlend) cəmlənmişdir.Ən uzun çayları Temza, Severn və Humberdir.Şotlandiya Böyük Britaniyanın 78.772 kvadrat kilometr əhatə edir.Şotlandiyanın ərazisinə əsasən qərb və şimal hissələrində yerləşən səkkiz ada daxildir(Hebrid, Orkney,Şetland və başqa adalar).Şotlandiya iki tamamilə müxtəlif regionlardan ibarətdir:şimal-qərb hissədə yerləşən Şimali-Şotlandiya dağlıq ərazi(Haylend) və cənub-şərq hissədə yerləşən Loulend.Haylendə demək olar ki Şotlandiyanın bütün dağlıq ərazisini əhatə edir(Ben Nevis 1343 metr hündürlüyü ilə Britaniya adalarının ən yüksək zirvəsi hesab olunur).Uels Böyük Britaniyanın 20.779 kvadrat kilometr əhatə edir.Uels- əsasən dağlıq ölkədir. əsas əhali və sənaye sahələri Cardiff, Swansea və Newport sahil şəhərlərində, o cümlədən dəqiq Cənubi Uels yerləşir.(Snoudon dağı-1085 m) Uelsin ən yüksək dağları Snoudonda yerləşir(Snoudon dağı-1085 m).Şimali İrlandiya yalnız 13.843 kvadrat kilometr əhatə edir və əsasən dağlıq ərazidir.Şimali İrlandiyaın ən yüksək nöqtəsi 852 m hündürlüyü olan Sliv-Donard zirvəsi hesab olunur.

Britaniya İmperiyası bir vaxtlar dünyanın yeganə supergücü sayılırdı. Lakin ardıcıl dünya muharibələri və XX əsrin ikinci yarısından imperiayada başlayan tənəzzül prosesi onun süqutuna gətirib çıxardı. Bununla belə Britaniya müasir dünyanın əhəmiyyətli siyasi, mədəni, iqtisadi nüvə-hərbi gücü kimi qalmaqdadır. Britaniya Birləşmiş Millətlər Təşkilatı yanında Təhlükəsizlik Şurasının daimi üzvü, Böyük Səkkizlərin və Avropa Birliyinin, Britaniya Millətlər Birliyinin üzv dövləti və İkinci dünya müharibəsinin keçmiş səkkiz qalib dövlətlərindən biridir. XIX əsrin axırlarınadək Böyük Britaniya dünya təsərrüfatında ağalıq etmişdir. Bunun başlıca səbəbi Böyük Britaniyanın kapitalizmin vətəni, sənaye çevrilişinin beşiyi olması ilə, "dünyanın sənaye emalatxanasına" çevrilməsi ilə izah olunur. Bununla yanaşı, olduqca iri müstəmləkələrə malik Böyük Britaniya, bu müstəmləkələrin istismar edilməsindən böyük gəlir götürürdü. Nəhayət, La-Manş və Pa-de-Kale boğazlarından keçən mühüm dəniz ticarət yollarında əlverişli coğrafi mövqeyi ölkəyə Yer kürəsinin bütün regionları ilə əlaqə yaratmağa imkan verirdi. Böyük Britaniyanın iqtisadiyyatının sürətli inkişafına ölkə ərazisində müxtəlif faydalı qazıntı yataqlarının, xüsusilə dəmir filizi və daş kömür hövzələrinin bir-birinə yaxın yerləşməsi çox böyük təsir göstərmişdir. Belə amil metallurgiyanın güclü inkişafına, metallurgiya isə müstəmləkələrin ələ keçirilməsində və Dünya Okeanında hökmranlıq edilməsində mühüm rol oynayan güclü dəniz donanmasının yaradılmasına imkan vermişdir. Keçmiş mövqeyini itirməsinə baxmayaraq Böyük Britaniya indi də dünyanın yüksək inkişaf etmiş sənayeyə malik başlıca ölkələrindən biridir. Böyük Britaniya İnkişaf Etmiş Ölkələr arasında kapital ixracatına görə yalnız ABŞ və Yaponiyadan geri qalır. XX əsrin 80-ci illərindən başlayaraq neft hasilatının sürətlə artması onun iqtisadi strukturunun yenidən qurulmasına, iqtisadiyyatın inkişafına imkan yaratmışdır. Bununla yanaşı Böyük Britaniya, əvvəllər Britaniya imperiyasına daxil olan ölkələrin Birliyini yaratmış və ona rəhbərlik edir. Bu, keçmiş müstəmləkə ölkələri ilə əlaqələri tənzimləyən özünəməxsus iqtisadi birlik formasıdır.Böyük Britaniya sənayesinin strukturu digər başlıca İEÖ-i xatırladır. Mürəkkəb və çoxsahəli maşınqayırma mühüm rol oynayır. Elektrotexnika, elektronika, aviakosmik sənayenin, cihazqayırma və avtomobilqayırmanın inkişafına görə London, Birmingem-Koventri rayonları, dəzgahqayırma və avtomobilqayırmaya görə Birmingem, toxuculuq maşınqayırmasına görə Mançester, gəmiqayırmaya görə Qlazqo, idxal xammala əsaslanan metallurgiyanın inkişafına görə Şeffild, Kardiff və dəniz sahili şəhərlər fərqlənir. Kimya sənayesi Şimal dənizinin dayazlıqlarından çıxarılan neft və təbii qaza əsaslanır.Böyük Britaniyanın intensiv inkişaf etmiş kənd təsərrüfatında heyvandarlıq üstünlük təşkil edir. Ölkənin şimal və qərbində günəşli günlərin məhdudluğu taxıl bitkilərinin yetişdirilməsinə imkan vermir. Rütubətli okean iqlimində otlaq və çəmənliklər mal-qaranı yaşıl otla yaxşı təmin edir. Böyük Britaniyanın kənd təsərrüfatı əhalinin ərzağa olan tələbatını təmin etmir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1.A.ƏLİYEV A.ŞƏKƏRƏLİYEV İ.DADAŞOV -DÜNYA İQTİSADİYYATI MÜASİR DÖVRÜN PROBLEMLƏRİ-Bakı-2003

2. Ə.M.BƏDƏLOV A.M.AĞAYEV S.J.TAĞIZADƏ- DÜNYA İQTİSADİYYATI



3.https://az.wikipedia.org/

4. https://kayzen.az/

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə