Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə101/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   97   98   99   100   101   102   103   104   ...   167
16 Təsviri incəsənət-kurikulum

Perspektiv  planlaşdırma.  Bildiyimiz  kimi,  tədris  prosesində  uğurlu  və 
nəticəyönümlü  təlim  əvvəlcədən  mükəmməl  hazırlanmış  planlaşdırmadan 
asılıdır.  
Perspektiv  planlaşdırma  hazırlamaq  üçün  müəllimdə  bir  neçə  bacarığın 
olması vacibdir. Tədris vahidi və mövzuların ardıcıllığının düzgün müəyyənləş-
dirilməsi  mühüm bacarıqlardan biridir. Müəllim bu ardıcıllığı  müəyyənləşdirər-
kən  bir  neçə  prinsipial  məsələləri  nəzərə  almalıdır:  bunlardan  ən  mühümü 
məzmun  ardıcıllığında  sadədən  mürəkkəbə,  asandan  çətinə  doğru  getməkdir. 
Əvvəlcə  elə  anlayışlar,  bilik  və  bacarıqlar  öyrədilməlidir  ki,  sonra  öyrəniləcək 
məsələlərdə şagird onlardan istifadə edilə bilsin. 
Hər  hansı  təlim  nəticəsinin  əldə  edilməsində  təlim  nəticələrinin  təqdim 
olunan ardıcıllığı tədris prosesi üçün mütləq deyil. Müəllim ayrılan vaxt ərzində, 
proqram  materiallarının  tədris  edilməsindəki  ardıcıllığa  əməl  etməkdə  mövcud 
vəziyyət nəzərə alınmaqla sərbəst ola bilər. 
 
 Bu  baxımdan  müəllim  tədris  vahidlərini  (dərslər  bloku)  və  mövzuların 
ardıcıllığını planlaşdırarkən aşağıdakıları nəzərə almalıdır: 

 
fəndaxili inteqrasiyanı; 

 
fənlərarası inteqrasiyanı;  

 
ardıcıllığın qurulması prinsiplərini.  
Bura daxildir: 
     1. məntiqi ardıcıllıq; 
     2.  psixoloji  ardıcıllıq  (sadədən  mürəkkəbə  doğru,  istiqamət,  tətbiqetmə, 
yaxından uzağa prinsipi); 
     3. xronoloji ardıcıllıq (tarixi ardıcıllıq); 
     4. tematik ardıcıllıq (səbəb-nəticə əlaqələri). 

   hər sinif üzrə tədris vahidlərinin (dərslər blokunun) ümumtəlim nəticələri 
əsasında tərtib edilməsi; 

 
Tədris və təlim prinsipləri: 
1. şagirdyönümlülük; 
2. inkişafyönümlülük;  


75 
 
3. aktiv, müstəqil və birgə təlim üçün imkanların yaradılması; 
4. məqsədyönümlülük;  
5. məktəbdənkənar və ictimaiyyətlə bağlı fəaliyyətlərlə əlaqəlilik. 

 
il ərzində keçiriləcək kiçik summativ qiymətləndirmələrin vaxtının müəy-
yənləşdirilməsi.        
Planlaşdırma  aparmaq  üçün  müəllimə  lazım  olan  çox  mühüm 
bacarıqlardan biri də mövzuların tədrisi zamanı inteqrasiya imkanlarını müəyyən 
etməkdir. Qeyd etmək lazımdır ki, təsviri incəsənət fənninin müxtəlif siniflərdə 
tədris  olunan  bir  çox  fənlərlə  əlaqəsi,  inteqrasiyası  mümkündür.  Təsviri  incə-
sənət  müəllimi  illik  planlaşdırma  hazırlayarkən  müxtəlif  fənlər  üzrə  reallaş-
dırılan  məzmun  standartları  və  fənlər  üzrə  dərslikdə  verilmiş  mövzularla  tanış 
olmalıdır,  bütün  bunlar  fənlərarası  inteqrasiyanı  nəzərə  almaqda  ona  yol 
göstərəcəkdir.  Bu  məqsədlə  təsviri  incəsənət  müəllimi  planlaşdırma  apararkən 
tədris  etdiyi  mövzunun  digər  fənlərdəki  bu  və  ya  digər  mövzu  ilə  inteqrasiya 
imkanlarını müəyyən etməlidir. 
Perspektiv planlaşdırma aparmaq üçün müəllimə lazım olan bacarıqlardan 
biri  də  mövzuya  uyğun  resursların  seçilməsidir.  Təsviri  incəsənət  fənni 
şagirdləri heç bir zaman görmədikləri və bəlkə də gələcəkdə də görməyəcəkləri 
bir  sıra  sənət  əsərləri,  tarixi  mədəniyyət  nümunələri  ilə  tanış  edir.  Şagirdlərə 
görmədikləri  təsviri  sənət  əsərlərini  və  ya  hər  hansı  bir  rəssamın  bədii 
yaradıcılıq  fəaliyyətini  yalnız  sözlərlə  aydın  və  düzgün  təsəvvür  etdirmək 
olduqca  çətindir.  Təsviri  incəsənət  fənninin  tədrisində  ən  mühüm  resurslara; 
təsviri  sənət  nümunələrinə  dair  reproduksiyalar,  molbert,  planşet,  natürmort 
üçün  müxtəlif  materiallardan  olan  sadə  və  mürəkkəb  əşyalar,  həndəsi  cisimlər, 
təbii və süni meyvə və tərəvəzlər dekorativ sənət nümunələri, müxtəlif boyalarla 
(quaş,  akvarel,  yağlı  boya  və  s.)  mərhələlərlə  işlənmiş  plakatlar,  proyektor, 
kompüter  və  digər  əyani  vəsaitləri  aid  etmək  olar.  Təsviri  incəsənət  fənnin 
tədrisin-də ən  mühüm əyani  vəsaitlər  isə müxtəlif dövrlərdə  görkəmli sənətkar-
lar  tərəfindən  yaradılmış  müxtəlif  məzmunlu  təsviri  sənət  əsərlərinə  dair 


76 
 
nümunələr,  natürmort  üçün  müxtəlf  əşyalar,  fərqli  üsullarla  praktik  işlərin 
mərhələlərini əks etdirən plakatlar, slaydlar və s.göstərmək olar.  
Mühüm bacarıqlardan biri də mövzulara görə məqsədyönlü  vaxt bölgüsü 
aparmaqdır. Müəllim, kursun ümumi təlim nəticələrinə məzmun etibarı ilə daha 
müvafiq  olan  mövzu  və  məsələlərə  çox,  əhəmiyyəti  olmayan  quru  faktların,  az 
əhəmiyyətli sənət üslublarının, terminlərin və ya adların öyrənilməsindən ibarət 
olan mövzulara isə təbii ki, az vaxt ayırmalıdır. Təhsil nazirliyi tərəfindən təsdiq 
olunmuş  vaxtı  artırıb-azaltmamaq  şərti  ilə  müəllim  mövzuların  çətinlik 
dərəcəsinə  görə  onlara  verilən  vaxtı  özü  müəyyənləşdirmə  bacarığına  da  malik 
olmalıdır. 
 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin