Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Fənnin  əhəmiyyəti,  məqsəd  və  vəzifələri



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə4/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   2   3   4   5   6   7   8   9   ...   167
16 Təsviri incəsənət-kurikulum

Fənnin  əhəmiyyəti,  məqsəd  və  vəzifələri.  Təsviri  incəsənət  fənni 
şagirdlərin estetik dünyagörüşünü və hissiyyat aləmini inkişaf etdirmək, hadisələri 
bədii  təsvir  vasitələri  ilə  ifadə  etmək  bacarıqlarının  mənimsədilməsi  baxımından 
mühüm  əhəmiyyət  kəsb  edir.  Ətraf  aləmdə  baş  verən  hadisələrin  şagirdlərə  bədii 
təsvirlər  (görüntülər,  obrazlar)  vasitəsi  ilə  əyani  şəkildə  çatdırılması  onlarda 
gerçəkliyi daha dərindən dərk etməyə şərait yaradır. 
Təsviri  sənət  əsərləri  cəmiyyətin  mənzərəsini  şagirdlərə  daha  dolğun  və 
obyektiv çatdırmaq  imkanına  malikdir. Təsviri incəsənətdə obyektiv  və subyektiv 
amillər şagirdə  fərd-cəmiyyət münasibətlərini dərk edib qiymətləndirməyə kömək 



 
edir.  Vizual  özünüifadə  insanın  mənəvi  tələblərinin  ödənilməsini,  şəxsiyyətin 
təbiətə və cəmiyyətə inteqrasiyasını təmin edir. 
Təsviri fəaliyyət şagirdləri həm əqli, həm də estetik cəhətdən inkişaf etdirir, 
onları ətraf mühiti dərk etməyə yönəldir, təbiətin və əşyaların formasını, rəngini və 
materialını,  onların  vəhdətini,  gözəlliyini  hiss  etməyə  və  bu  hissiyyatı  təsvirlərdə 
əks etdirməyə imkan yaradır. 
Şagird tərəfindən yaradılan  təsviri görüntülər (obrazlar) həyat gerçəkliyinin 
daha  dolğun  və  obyektiv şəkildə  dərk  olunmasını,  onun  şəxsi  ideyalar,  hisslər  və 
təxəyyül  prizmasından keçirilməsini təmin edir. 
Təsvir etmək  insanın görmə  yaddaşını,  mühit  və  məkan duyumunu, obrazlı 
təsəvvür  qabiliyyətini  inkişaf  etdirir.  Təsviri  fəaliyyət  şagirdləri  məkan  və  forma 
ölçülərini  hiss  etməyə,  obrazlı  və  məntiqi  düşünməyə,  bu  düşüncələri  vizual 
obrazlarda əks etdirməyə istiqamətləndirir. 
Təsviri  incəsənət  fənni  şagirdlərdə  Azərbaycan  və  dünya  incəsənətinin 
klassik  nümayəndələri  və  nadir  sənət  nümunələri  haqqında  təsəvvür  yaratmaqla 
uşaqların  məlumat  dairəsini  genişləndirir,  onların  mənəvi  aləmini  daha  da 
zənginləşdirir.  Bu  fənn  vasitəsilə  formalaşdırılan  və  inkişaf  etdirilən  obrazlı 
təfəkkür  bacarıqları  digər  fənlərin  müvafiq  mövzuların  mükəmməl  mənimsənil-
məsinə də zəmin yaradır.  
Təsviri  incəsənət  fənninin  məqsədi  estetik  dünyagörüşlü,  zəngin  mənəviy-
yata,  bədii  zövqə  və  yaradıcı  təxəyyülə  malik,  milli  və  ümumbəşəri  dəyərlərə 
hörmətlə  yanaşan,  incəsənət  əsərlərini  duyub  qiymətləndirən,  obrazlı  və  simvolik 
düşüncə tərzinə malik şəxsiyyət formalaşdırmaqdan ibarətdir. 
“Azərbaycan  Respublikasında  Ümumi  Təhsilin  Konsepsiyasi  (Milli 
Kurikulumu)”  çərçivə  sənədinə  uyğun  olaraq,  ümumtəhsil  məktəblərində  təsviri 
incəsənət fənninin vəzifələri  aşağıdakı kimi müəyyənləşdirilmişdir: 
 İbtidai təhsil səviyyəsində: 

 
Şagirdləri  təsviri  sənət  növlərinin  forma,  janr,  üslub  və  ifadə  vasitələri, 
incəsənət  tarixi  haqqında  ümumi  məlumatlarla  tanış  etmək,  onların 



 
yaradıcı-estetik  fəaliyyətlə  bağlı  ən  sadə  və  ilkin  bacarıqlara  yiyələn-
mələrini  təmin etmək. 

 
Şagirdlərdə  bədii  zövq,  estetik  mədəniyyət,  rəng,  forma  və  məkan  his-
siyyatı,  vizual yaddaş,  milli təsviri  və dekorativ sənət növlərinə  məhəb-
bət, ümumbəşəri incəsənət nümunələrinə, habelə bədii yaradıcılığa meyil 
və maraq formalaşdırmaq. 

 
Şagirdlərdə  mücərrəd  və  məntiqi  təfəkkür,  əməksevərlik  bacarıqları 
formalaşdırmaq. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin