Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə67/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   63   64   65   66   67   68   69   70   ...   167
16 Təsviri incəsənət-kurikulum

 “Təsviri  incəsənət”  kurikulumunun  tələblərinə  əsasən  təlim  prosesi 
əvvəlcədən  müəyyən  olunmuş  nəticələrə  əsaslanır.  Bu  prosesdə  müəllim 
əlaqələndirən,  yol  göstərən,  istiqamət  verən  “bələdçi”  –  “fasilitator”,  şagirdlər 
isə  öyrənən,  tədqiqat  aparan,  öyrəndiklərini  tətbiq  edən  və  təqdimat  etməyi 
bacaran  yaradıcı subyektlərdir.  Təsviri incəsənət fənni İbtidai (I–IV siniflər)  və 
ümumi  orta  (V–IX  siniflər)  təhsil  səviyyələrində  tədris  olunmaqla  şagirdlərin 
bilik  və  bacarıqlarının,  məntiqi,  tənqidi  və  yaradıcı  təfəkkürünün  inkişafında 
mühüm  əhəmiyyətli  rol  oynayır.  Burada  şagirdlərdə  konseptual  biliklərin  və 
psixomotor bacarıqların hərtərəfli inkişafı üçün çox geniş imkanlar var. 
Təsviri incəsənət fənninin tədrisi məqsədyönümlü bir proses olub öyrədən 
(müəllim) və öyrənən (şagird) arasında qarşılıqlı anlaşmaya, ünsiyyətə əsaslanır. 
Burada  başlıca  məqsəd  öyrənməyi  (yaratmağı)  öyrətməkdən  ibarət  olsa  da, 
bəzən  «öyrədənlər»  özləri  öyrəndikləri  kimi  «öyrətməyə»  üstünlük  verirlər.  Bu 
zaman  şagirdin  ehtiyacları  nəzərə  alınmır,  təlim  prosesi  onların  bacarıq  və 


47 
 
arzusundan  asılı  olmayaraq  təşkil  edilir  ki,  bu  da  ümumilikdə  təlimin 
keyfiyyətinə  mənfi  təsir  göstərir.  Fənnin  tədrisinə  bu  cür  yanaşma  şagirdlərin 
təlimə  olan  marağını  azaldır,  onlarda  özlərinə  inamsızlıq  yaradır,  təsəvvürlə-
rində,  təxəyyüllərində  canlandırdıqlarını  təsvir  etmək  arzusundan,  mücərrəd 
ideyaları  real  həyatda  tətbiq  etmək  imkanlarından  uzaqlaşdırır,  müxtəlif 
sahələrdə yaradıcı təfəkkür prosesinin inkişafını aşağı salır. 
Bu  problemin  həlli  baxımından  özünəməxsus  sistemə  malik  olan  təhsil 
pillələri
 
gözlənilən  nəticələri  ilə  bir-birindən  fərqlənir  və  bir-birini  tamamlayır. 
Hər  bir təhsil pillələsi ardıcıl sıralanmaqla təhsilin ümumi sistemini təşkil edir. 
Ona  görə  də  təhsilə  bir  sistem  kimi  baxılır.  Bu  zaman  demokratikləşmə, 
humanistləşmə,  differensasiya,  fərdiləşmə,  sosiallaşdırma,  variativlilik  və 
inklüzivlik aparıcı prinsiplər kimi əsas rol oynayır.  
  Yeni  fənn kurikulumlarında  hər bir təhsil  pilləsində  verilmiş siniflər  üzrə 
gözlənilən  təlim  nəticələri  əvvəlcədən  məzmun  standartları  şəkilndə  müəyyən-
ləşdirilmişdir. Burada təlim prosesi bütövlükdə hər bir sinif üzrə davamlı inkişaf 
edən, şəxsiyyətyönümlü bir proses kimi çox mühüm əhəmiyyət kəsb edir.  
 
Təhsil  insanın  sosiallaşma  prosesində  ümumbəşəri  və  milli  dəyərlərə 
yiyələnməsini  davamlı  bir  fəaliyyət  kimi  əhatə  etdiyindən  ona  həm  də  proses 
kimi  yanaşılır.  Onun  didaktik  əsasını  isə  təbiətə  müvafiqlik,  praktiklik, 
istiqamətlilik,  variativlik,  mərhələlilik,  fasiləsizlik  və  fərdi  ehtiyacların  nəzərə 
alınması təşkil edir.  
 
Təhsil  bütövlükdə  müəllim  və  şagird  fəaliyyətinin  yekunu  olduğundan 
ona nəticə kimi baxılır. O bütöv bir mərhələli prosesin sonu kimi dəyərləndirilir. 
 
Yeni  fənn  kurikulumlarında  təlim  strategiyaları  aşağıdakı  3  mühüm 
məsələləri əhatə edir: 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin