Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisasın adı: Heyvandarlıq mütəxəssisi
Silosun keyfiyyətinə təsir edən amillər aşağıdakılardır: Silosluq yaşıl kütlənin inkişaf fazasından asılı olaraq bitkinin quru maddə tərkibi təxminən 190-425 qr/kq arası dəyişir. Həzməgedən üzvi maddələrin miqdarı 54-63% arası dəyişir. Suda həll olan karbohidratlar süd-mum fazasında maksimum əhəmiyyətli olur. Silosluq kütlənin xırdalanması mikroorqanizmlərin inkişafı üçün münbit mühit olan hüceyrə şirəsinin ayrılmasına intensivləşir, hüceyrələrin məhv olma prosesi müddəti qısalır, siloslaşmış kütlənin sıxlaşmasına şərait yaranır. Siloslaşmış kütlənin sıxlığı öz növbəsində temperatur rejimini tənzimləyir. Güclü sıxlaşdırma süd-turşusu bakteriyalarının anoerob şəraitdə inkişafını dayandırır. Zəif sıxlaşdırma isə anoerob mikrofloranın üzün müddət inkişafına şərait yaratmaqla temperaturun artması (45-50 oC ) baş verir. Nəticə etibarilə həzməgedən protein itkisi olur və silosun yanması prosesi başlayır. Optimal nəmlik 65-75% olmalıdır. Nəmlik 80-85% olduqda konservləşmə prosesi zəifləyir. Yüklə 5,82 Mb. Dostları ilə paylaş: |