Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
“Korporativ idarəetmə” fənninin
PROQRAMI
Bakalavr pilləsi üçün
“İİ 02 0400 - Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə
Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şuranın
“ bölməsinin
“......................................” tarixli iclasının qərarı ilə təsdiq
edilmişdir (protokol № )
BAKI-2009
TƏRTİB EDƏN:
Шйешыфв удьдцкш тфьшяцвш, вщыуте Ьцрцььцв Цдцлицк щхдг Цдшнум
Шйешыфв удьдцкш тфьшяцвш, ифж ьъцддшь Рцьшвщм Рцьшв Штыфа щхдг
REDAKTOR:
Шйешыфв удьдцкш тфьшяцвш, зкщауыыщк, Кцршь Лцкць щхдг Кцршьщм
RƏY VERƏNLƏR:
Шйешыфв удьдцкш вщлещкг, зкщауыыщк Кцжфв Жфрифя щхдг Ьгкфвщм
Шйешыфв удьдцкш тфьшяцвш, dissent Fərruxov Akif Həmid oğlu
GİRİŞ
Korporativ idarəetmə -təsərrüfat subyektinin icra orqanlarının, səhmdarların, xüsusilə kiçik səhm paketi sahiblərinin və digər maraqlı tərəflər arasında münasibətləri tənzimləyən prosesdir.
Müəssisənin fəaliyyətinin genişləndirilməsi, investisiya axınının artırılması və müəssisənin səmərəli idarə olunması yüksək səviyyədə təşkil edilmiş korporativ idarəetmə ilə baglıdır ki, bud a son nəticədə iqtisadiyyatın inkişafına gətirib çıxarır.
Keçid iqtisadiyyatına malik ölkələrdə korporativ idarəetmə məsələsi nisbətən yeni bir sahədir, bu sahədə təcrübəmiz yoxdur. Bu işdə uğur əldə etmək üçün ən düzgün yol bu yolu keçmiş ölkələrin təcrübəsinin öyrənilməsidir.
İqtisadi ədəbiyyatlarda “korporativ idarəetmə” termininin adətən 2 cür izahı verilir. Bir tərəfdən bu səhmdar cəmiyyətinin (korporasiyanın) fəaliyyətinin təşkili və idarəedilməsi sahəsində münasibətlərin məcmusu kimi başa düşülür. Digər tərəfdən isə korporativ idarəetmə cəmiyyətin müxtəlif iştirakçıları (idarə heyəti, müşahidə şurası, səhmdarlar və işçilər) arasında hüquq və öhdəliklərin bölünməsinin tənsimlənməsi sistemi kimi qəbul olunur. Biznesin korporativ forması nisbətən yeni təzahürdür və o, zamanın müəyyən tələblərinə cavab olaraq meydana gəlib. Hüquqi dillə desək, korporasiya ayrı-ayrı şəxslərin təşkilatıdır. Bu təşkilat müstəqil iqtisadi subyekt kimi, korporasiyanın ayrı-ayrılıqda hər bir üzvünə məxsus olan hüquq, imtiyaz və öhdəliklərə malikdir.biznesin korporativ formasının dörd xüsusiyyəti investorlar üçün daha cəlbedicidir: a) korporasiyanın hüquqi şəxs kimi müstəqilliyi; b) fərdi investorların məhdud məsuliyyəti; v) fərqli investorlara məxsus olan səhmlərin digər şəxslərə verilməsi imkanı; q) mərkəzləşdirilmiş idarəetmə.
Korporasiyaya məxsus olan şey onun üzvlərinə məxsus olmaya da bilər və korporasiyanın daşıdığı məsuliyyət ona daxil olan şəxslərin məsuliyyəti olmaya da bilər.
Müəssisənin fəaliyyətini xarakterizə edən göstəricilər haqqında informasiyaya çıxışın səviyyəsinə görə korporasiyanı idarə edənlər iki qrupa ayrılır: autsayderlər və insayderlər. Onların imkanlarını bərabərləşdirmək üçün səhmdarların ümumi yığıncağından vasitə kimi istifadə olunur.
Məlum olduğu kimi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvü olan ölkələr tərəfindən 1999-cu ildə korporativ idarəetmənin prinsipləri işlənilmişdir. Həmin prinsiplər İƏİT-nin üzvü olan və olmayan ölkələrin hökümətlərinə korporativ idarəetmənin hüquqi, institusional və tənzimləyici strukturunun qiymətləndirilməsi və təkmilləşdirilməsi işində yardım göstərilməsinə yönəldilmiş standart və qaydaların model toplusunu əks etdirir. Qeyd olunan prinsiplər toplusu Azərbaycanda korporativ idarəetmə modelinin və korporativ davranış məcəlləsinin işlənilməsi zamanı əsas kimi götürülməlidir. Bu fənnin tədrisində əsas məqsəd iqtisadçı bakalavrlara korporativ idarəetmənin nəzəri və praktiki məsələlərini öyrətməklə, onları zamanın tələblərinə uyğun idarəedicilər hazırlamaqdır. “Korporativ idarəetmə” fənninin proqramı 60 saat həcmində nəzərdə tutulmuşdur. Ümumi saatların 30 saatı mühazirəyə, 30 saatı isə məşğələ üçün nəzərdə tutulmuşdur.
Mövzu 1: FƏNNİN PREDMETİ VƏ VƏZİFƏLƏRİ
Müasir şəraitdə korporativ idarəetmə fənninin predmeti, məzmunu, formalaşmasının nəzəri əsasları və onun başqa elmlərlə inteqrasiyası. Kursun qarşısında duran əsas vəzifələr. Bazar iqtisadiyyatı şəraitində korporativ idarəetmənin formalaşmasının hüquqi bazası. Azərbaycanda korporativ idarəetmə modelinin və korporativ davranış məcəlləsinin işlənilməsi mexanizmi. Pilot şirkətlər qrupunun əsas öhtəlikləri və onların yerinə yetirilməsi qaydaları. Karparasiyanın qarşılaşdığı əsas problemlər. Korparasiyanın səhmdarları korporasiyaya öz əmanətlərinin bir hissəsini qoyur, investisiyalarını bir sıra şirkətlər arasında paylaşdırırlar. Korporativ idarəetmənin problemi.
Mövzu 2. KORPORATİV MÜNASİBƏTLƏRİN İŞTİRAKÇILARI
Korporasiyanın idarəedilməsində istifadə olunan mexanizmlər və funksiyalar. Keçid dövrü şəraitində korporativ idarəetmənin səmərəliliyinə təsir edən amillər. Korporativ idarə etmədə səhmdar münasibətlərinin müxtəlif aspektlərinin uğurlu inkişaf xüsusiyyətləri. Kənar investorlar tərəfindən korporasiyanın fəaliyyətinə nəzarətin üsullları və icra mexanizmi. Korporasiyanın idarə edilməsi üzrə «qeyri-maliyyə» investorlarının hüquqları. Korporasiyanın direktorlar şurası. Səhimdarların etibarnamələrinin digər şəxslrə vermək hüququ və qaydaları. Korporasiyaların müflisləşməsinin elan edilməsi proseduraları.
Mövzu 3. KORPORATİV İDARƏETMƏNİN PRİNSİPLƏRİ
Korporativ idarəetmə prinsiplərini həyata keçirən ölkələr və onların öhdəlikləri. Korporativ idarəetmə strukturu, onun ümumilikdə iqtisadi fəaliyyətə və bazarın bütövlüyünə təsiri və bazar iştirakçıları üçün yaratdığı stimullar. Ölkədəki korporativ idarəetmə təcrübələrinə təsir göstərən hüquqi və tənzimləyici tələblər. Ölkənin hakimiyyət orqanları arasında vəzifələri. Nəzarət, tənzimləyici və icraedici orqanlar və onların səlahiyyətləri. Səhmdarların əsas hüquqları, səhmdarların ümumi yığmcağma dair qaydalar və səsvermə prosedurları haqqında məlumatlar. Şirkətin maliyyə - əməliyyat nəticələri və məqsədləri. İri səhm payları və səsvermə hüquqları. Proqnozlaşdırıla bilən risk faktorları. Korporativ idarəetmə qaydalarının və siyasətinin məzmunu və ouların tətbiqi prosesi. Müşahidə Şurasının vəzifələri.
Mövzu 4. KORPORATİV İDARƏETMƏDƏ MARAQLI TƏRƏFLƏRİN ROLU
Korporativ idarə etmənin əsas aspektləri, şirkətlərə həm səhmdar kapitalı həm də kredit formasmda xarici kapitalın axını, hüquqi təşkilati struktur və proseslər. Şəffaf və maraqlı tərəflərin hüquqlarının effektiv metodlarla bərpası. Korporativ idaəetmə fəaliyyətin nəticələrini yaxşılaşdıran iştirak mexanizmləri. İşçilərin iştirakı qaydaları, onların şurada təmsil olunması və əsas qərarların qəbulunda onların fıkrlərini nəzərə alan şuraların idarəetmə prosesləri. Fəaliyyətin effektivliyini yaxşılaşdıran mexanizmlər. İşçilərə şirkətin səhmləri ilə mükafatların verilməsi qaydaları və digər gəlirlərin bölüşürülməsi mexanizmləri.
Mövzu 5. Korporativ idarəetmə və müəssisənin strateji
baxışının müəyyən edilməsi və missiyaSI
Müəssisənin Strateji Baxışının müəyyən edilməsi və Missiya Hesabatının tərtib edilməsi. Strateji Baxışın və Missiya Hesabatının müəyyən edilməsi prosesində səlahiyyətlərin bölüşdürülməsi. Missiya hesabatı və onun hazırlanması formaları. Kollektiv və ortaq dəyərlərin seçilməsi. Strateji baxışın və Missiya hesabatının layihəsinin hazırlanması. Starateji baxış və Missiya hesabatının təsdiq edilməsi və baxılmaq üçün Səhmdarların Ümumi Yığınıncağına təqdim edilməsi qaydaları. Strateji baxış və Missiya hesabatı təsdiqinin İdarə Heyəti tərəfindən razılaşdırılması və Strateji Planın (Biznes Plan) hazırlanması.
Mövzu 6. Stratejİ Planlaşdırma və Təşkİlati Struktur
Strateji Planın məqsədi. Strateji Planın tərtib edilməsi və təsdiqlənməsi. Strateji Planın əhatə etdiyi sahələr və müddət. Strateji Planlaşdırma üzrə İşçi Qrupunun yaradılması. Bazar və rəqabət mühitinin inkişafının təhlili. Korporativ səviyyəli strateji məqsədlərin müəyyən edilməsi. Biznes bölmələri üçün strateji məqsədlər və əməliyyat strategiyaların müəyyən edilməsi. Starteji Planla müqayisədə müəssisənin fəaliyətinin təhlili. Təşkilati struktura dair tələblər və sxemlər.Strateji planlaşdırmanın strukturu və əsas bölmələri.Fəaliyyətin təsviri.Marketinq planı.İdarəetmə plаnları. Müşahidə Şurası və İdarə Heyəti. Mühasibat uçotu haqqında məlumat , uçot sistemləri və daxili nəzarət.İdarəedici informasiya sistemi (İİS).Maliyyə İdarəetmə Planı. Strateji planın təkmilləşdirilməsi və monitorinqi. Maliyyə planlaşdırması və maliyyə hesabatları.
Mövzu 7. KORPORATİV İDARƏETMƏDƏ BİZNES PROSESLƏRİNİN İDARƏ
EDİLMƏSİ
Biznes proseslərinin standartlaşdırılması və biznes prosesin effektivliyinin nəzərdən keçirilməsi. Biznes prosesslərin idarə edilməsi üzrə menecerin şəxsi keyfiyyətləri. Biznes prosslərin idarə edilməsi üzrə menecerin bilik bazası. Səhmdarların maraqlarının qorunması prinsipləri. İşçilərin maraqlarının qorunması prinsipləri. Müştərilərin maraqlarının qorunması prinsipləri. Biznes proseslərin yuxarıdan aşağı, aşağıdan yuxarı və kənar şəxslər tərəfindən təşkili qaydaları, Biznes prosesinin məlumat karları.
Mövzu 8. KORPORATİV İDARƏETMƏ STANDARTLARININ TƏTBİQİ
MEXANİZMİ
Azərbaycan Respublikasının normativ hüquqi aktları. Bank Nəzarəti üzrə Bazel Komitəsinin “Kredit təşkilatlarında korporativ idarəetmənin təkmilləşdirilməsi” tövsiyələri. Beynəlxalq korparativ idarəetmə təcrübəsi nəzərə alınaraq müəssisələrdə korporativ idarəetmə standartlarının tətbiqi qaydaları. Korporativ İdarəetmə Standartlarında istifadə olunan anlayışlar. Korporativ İdarəetmədə təşkilati struktur və reqlamentin hazırlanması. Təşkilati struturun tərkibinə daxil olan bölmələr və onların fəaliyyəti. Korporativ İdarəetmədə müşahidə şurası, onun iclasları və prosedurları. Müşahidə Şurasına verilən məlumat və hesabatlar. Müşahidə Şurasının digər inzibatçılarla münasibətdə fidusiar vəzifələri. İdarə heyyətinin hesabatları. Daxili komitələr. Maliyyə açıqlaması və şəffaflıq. İnzibatçıların vəzifələrinin icrasına dair tələblər və korporativ məsuliyyətlər.
Mövzu 9. KORPORATİV İDARƏETMƏDƏ İnsan Resursları və ONUN
ƏSAS FUNKSİYALARI
İnsan resurslarının (İR) idarə edilməsi. Vəzifə və məsuliyyətlər. İR funksiyasının avtomatlaşdırılması. Potensial namizədlərin mənbələrinin müəyyən olunması. Seçmə meyarları. Təlim və ixtisas artırma siyasəti. İdarəetmə və rəhbərlik üzrə təlimlər. Mükafatlandırma və işçilərin iş yerlərində saxlanılması. Stimullaşdırma proqramı. Xidməti fəaliyyətin qiymətləndirilməsi üçün tələblərin müəyyənləşdirilməsi. Xidməti fəaliyyətin qiymətləndirməsi. Xidməti fəaliyyətin qiymətləndirilməsinin mükafatlarla əlaqələndirilməsi. Xidməti fəaliyyətin qiymətləndirilməsi, təlim və ixtisas artırma tələbləri ilə əlaqələndirilməsi. İşçilər üçün təlimat kitabçası.
Mövzu10. KORPORATİV İDARƏETMƏDƏ ETİKA VƏ PEŞƏKAR
DAVRANIŞ MƏCƏLLƏSİ
Etik Davranış Məcəlləsinin hazırlanması və dərc edilməsi. Korporasiyada maraqların toqquşması. Vəzifənin icrası. İş vaxtına əməl etmə. Silah gəzdirmə. Xidməti şərəfin və peşə nüfuzunun qorunması. Hədiyyələr və digər imtiyazlar. Kompüterdən istifadə və məlumat təhlükəsizliyi. İctimaiyyətlə qarşılıqlı əlaqə. Xidməti vəsiqədən və vizit kartından istifadə etmə. Müəssisə orqanı əməkdaşlarının nalayiq hərəkətləri barədə məlumatın verilməsi. Müəssisənin etik davranış məsələləri üzrə səlahiyyətli şəxsi. Kodeksin tələblərinə əməl etməklə bağlı işçinin üzərinə düşən öhdəliklər. Kodeksin tələblərinin pozulmasına görə məsuliyyət. Hədiyyələrin verilib və alınması. Məxfilik. Bərabər imkanlar. Siyasi fəaliyyət. Kodeksə riyayət etmə prosedurları və onların idarə ediməsi.
Mövzu11. KORPORATİV İDARƏETMƏDƏ İnformasiya Texnologiyaları sisteminin təşkili və əsas Standartları
İnformasiya Texnologiyaları Standartında istifadə edilən anlayışlar. İT-larının İdarə Edilməsi və Nəzarət. İT üzrə planlaşdırma. İT strukturu və texnoloji infrastruktur. Texniki göstəricilərin və prosedurların sənədləşdirilməsi. İnformasiya Texnologiyaları proseduralarının tətbiqi mexanizmi. Risklərin idarə edilmə prosedurları. İnformasiya Texnologiyaları üzrə risklərin idarə edilməsi. İnformasiya təhlükəsizliyinin idarə edilməsi. İnformasiya Texnologiyaları sistemlərinin texniki təfsilatı, İnformasiya Texnologiyaları avadanlıqlarının və sistemlərinin tədarükü. İnformasiya Texnologiyaları sahəsində qərarların həyata keçirilməsi. İcra planının hazırlanması və tətbiq edilməsi.
Mövzu 12. Daxili Audit sistemi və onun təşkili
Daxili auditin anlayışı. Daxili audit işinin məqsəd və vəzifələri. Daxili audit işinin miqyası və əsasnaməsi. Daxili Audit Komitəsi və vəzifələri. Daxili auditin prinsipləri. Daxili audit işinin miqyası Daxili Auditin Əsasnaməsinin hazırlanması. Daxili Audit Komitəsi və onun fəaliyyəti. Daxili audit bölməsinin fəaliyyəti . Audit planı və risklərin əhəmiyyəti. Auditdə hesabat vermə tələbləri. AMB-nin bankların daxili və kənar auditorları ilə münasibətləri. AMB-nin bankın Daxili Audit Komitəsi və DAB ilə münasibətləri. AMB və kənar auditorlar arasında münasibətlər. Daxili auditorlarla kənar auditorlar arasında münasibətlər. Daxili audit standartı və əsas tələblər. Daxili audit standartla bağlı qanun və digər normativ sənədlər.Standartın əsas müddəaları. Daxili audit standartı tandartın daxili nəzarət aspektləri.
Mövzu 13. KORPORASİYANIN MaliyYƏSİ və İdarə eDİLməsi
Hesabatları
Mühasibat Prosedurları və Mühasibat Funksiyasının İdarə olunması. Bankın mühasibat uçotu siyasəti. Mühasibat uçotu üçün istifadə edilən proqram təminatı. Mühasibat verilənlər bazasına daxil olma hüquqları. Bank tərəfindən istifadə edilən standart dəstəkləyici sənədlər. Bank tərəfindən istifadə edilən mühasibat jurnalları və reyestrləri.. Sənədlərin saxlanması və arxivləşdirilməsi. Elektron məlumatların təhlükəsizliyi və ehtiyat surətləri Rəhbərliyə və istifadəçilərə hesabatların hazırlanması. Maliyyə uçotu İnformasiya Sistemi. İdarəetmə uçotu İnformasiya Sistemi. İİS-nin tətbiq edilməsi metodologiyası. Maliyyə nəzarəti üzrə məsuliyyəti. Məsuliyyət mərkəzləri üzrə təhlil. Büdcə və maliyyə planlaşdırması prosesləri və qaydaları, Rəhbərliyə hesabatlar. Əmsalların istifadə olunması. Şəffaflıq və Açıqlamaların bəyan edilməsi.
Mövzu 14. Rİsklərİn İdarə Edİlməsİ, hesabatvermə və nəzarət
Risklərin idarə edilməsi prosesi və risklərin idarə edilməsi funksiyası. Risklərin idarə edilməsi, hesabat vermə və nəzarət sisteminin təşkili. Bazar riski. Kredit riski. Likvidlik riski. Əməliyyat riski. Limitlər. Gəlir və xərc bölgüsü . Risklərin monitorinqi və toplanması. Monitorinq və qiymətləndirmə prosedurları. Gözlənilməyən halların planlaşdırılması. İT tətbiq etmə strukturu. Məlumatların toplanması və tamlığı. İ.T. strukturunun qurulması prinsipləri. Ehtiyat surətlərin yaradılması, bərpa etmə və fövqəladə halların planlaşdırılması. Risk standartın daxili nəzarət aspektləri. Risklərin idarə edilməsi funksiyasının təşkilati strukturu. Risklərin idarə edilməsi üzrə daxili komitələr. Səlahiyyət iyerarxiyası və səriştə səviyyələri. Risklərin idarə edilməsi səlahiyyətlərinin həvalə edilməsi. Səmərəliliyin qiymətləndirilməsi. Kredit risklərinin idarə edilməsi və qiymətləndirilməsi.
Mövzu 15.KORPORATİV İDARƏ ETMƏNİN SƏMƏRƏLİLİYİ
Korporativ idarəetmədə insan resursları sisteminin kordinasiyasının düzgün qurulması. Mənfəət və gəlirliyin artırılmasına nəzarət edilməsi. Səmərəli biznes sisteminin qurulması. Korporativ idarə etmə sistemində xərc və gəlir hesabatlarının dügün uçotu. Korporativ idarəetmə standartlarının modelləşdirilməsi. İnformasiya texnologiyaları bazasında biznes proselərinin reinjinirinrinqi. Biznes imicinin qorunması mexanizmi. Keyfiyyətə nəzarət sisteminin təşkili. Korporativ idarəetmə sistemində struktur vahidlərinin moderinləşdirilməsi və stimullaşdırılması. Korporativ idarəetmə sisteminin təkmilləşdirilməsidə bencmarketinqin rolu. Korporativ idarəetmə strukturları, xüsusilə hər bir korporativ idarəetmə qayda və siyasətinin məzmunu və ouların tətbiqi prosesinin qiymətləndirilməsi. Məlumatların mühasibat uçotunun və maliyyə və qeyri-maliyyə açıqlamalarının yüksək keyfıyyət standartlarına uyğun hazırlanmasının təşkili. Şirkətin maliyyə durumu, fəaliyyəti, mülkiyyəti və idarə edilməsi haqqında məlumatların vaxtlı va dəqiq açıqlanmasının təmin edilməsi.
“Korporativ idarəetmə” fənnin tədrisinə ayrılan saatların mövzular üzrə bölgüsü.
№
|
Mövzuların siyahısı
|
Cəmi
|
Mühazirə
|
Məşğələ
|
1.
|
Fənnin predmeti və vəzifələri
|
4
|
2
|
2
|
2.
|
Korporativ münasibətlərin iştirakçıları
|
4
|
2
|
2
|
3.
|
Korporativ idarəetmənin prinsipləri
|
4
|
2
|
2
|
4.
|
Korporativ idarəetmədə maraqlı tərəflərin rolu
|
4
|
2
|
2
|
5.
|
Korporativ idarəetmə və müəssisənin strateji baxışının müəyyən edilməsi və missiya hesabatı
|
4
|
2
|
2
|
6.
|
Strateji planlaşdırma və təşkilati struktur
|
4
|
2
|
2
|
7.
|
Korporativ idarəetmədə biznes proseslərinin idarə edilməsi
|
4
|
2
|
2
|
8.
|
Korporativ idarəetmə standartlarının tətbiqi mexanizmi
|
4
|
2
|
2
|
9.
|
Korporativ idarəetmədə insan resursları və onun əsas funksiyaları
|
4
|
2
|
2
|
10.
|
Korporativ idarəetmədə etika və peşəkar davranış Məcəlləsi
|
4
|
2
|
2
|
11.
|
Korporativ idarəetmədə informasiya texnologiyaları sisteminin təşkili və əsas standartları
|
4
|
2
|
2
|
12.
|
Daxili audit sistemi və onun təşkili
|
4
|
2
|
2
|
13.
|
Korporasiyaların maliyyəsi və idarə edilməsi hesabatları
|
4
|
2
|
2
|
14.
|
Risklərin idarəedilməsi,hesabat vermə və nəzarət
|
4
|
2
|
2
|
15.
|
Korporativ idarəetmənin səmərəliliyi
|
4
|
2
|
2
|
|
Yekun
|
60
|
30
|
30
|
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
-
Azərbaycan Respublikasının Konstitusiyası,Bakı, 2000.
-
Azərbaycan Korporativ İdarəetmə Layihəsi, Beynəlxalq Maliyyə Korporasiyası,2006.
-
Həsənov H. İri sahibkarlıq strukturları, Bakı -2007.
-
Якутин Ю.В.Интегрирование корпоративные структуры, Москва 2005.
-
Ансофф И. Новая корпоративная стратегия, С.П. «Питер», 1999.
-
Piter Rayt Strategic management. USA.2000.
-
C.Hill Strategy and prosess. USA 1998.
-
Azərbaycan Milli Bankı, Korporativ İdarəetmə Standartları, 2005.
-
M.Ə.Əliyev;H.İ,Həmidov,”İnsan resurslarının idarə edilməsi”,Bakı,2002.
-
Крура С.П. Корпоративное управление. Москва ЗАО, «Экономика»,2004- 478с
-
Azərbaycan Korporativ İdarəetmə Layihəsi, Beynəlxalq Maliyyə Korporasiyası
2121 Pennsillvaniya prospekti, N.V., Vaşinqton, D.C. 20433, ABŞ, Dünya Bankı Qrupu
Dostları ilə paylaş: |