Azərbaycan Respublikası



Yüklə 149,34 Kb.
tarix21.10.2017
ölçüsü149,34 Kb.
#7108

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinə



Ərizəçilər:
İntiqam Kamil oğlu Əliyev

(ünvan: Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 43, mənzil 28;



telefonlar: 498 81 75, 498 94 83)
Ənnağı Bahadur oğlu Hacıbəyli

(ünvan: Bakı şəhəri, R.Məmmədov küçəsi 5, mənzil 5;



telefonlar: 440 48 68, 440 60 40 (iş), 223 17 43 (mobil))
Leyla Rəşid qızı Mədətova

(ünvan: Bakı şəhəri, B.Nuriyev küçəsi 12, mənzil 37;



telefon: 676 83 67)

Novella Cəfər qızı Cəfərova

(ünvan: Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi 3/8, mənzil 97)
Səadət İzzət qızı Bənənyarlı

(ünvan: Bakı şəhəri, Yasamal rayonu, Z Xəlilov 69, mənzil 19)
Ələsgər Əhməd oğlu Məmmədli

(ünvan: Bakı şəhəri, Yeni Yasamal-2, ev 7, mənzil 154;

telefonlar: (+994 12) 434 96 91; (+994 50) 316 33 18;

e-mail: elesger@yahoo.com)
Osman Mehdi oğlu Gündüz

(ünvan: Bakı şəhəri, Əfəndiyev küçəsi 5;

telefonlar: (+994 12) 492 44 44; (+994 50) 311 70 45;

e-mail: info@cit.az)
Səma Nizami qızı Hacıyeva

(ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi, ev 38;



telefon: 644 55 28)
Nurlana Tofiq qızı Əliyeva

(ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 4/66, mənzil 29



telefon: (055) 682 75 82)
Gülnarə Vasif qızı Rəsulova

(ünvan: Bakı şəhəri, Xətai rayonu, ev 7, mənzil 42



telefon: 537 04 11)
Sadiq Tofiq oğlu Bağırov

(ünvan: Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 3-cü küçə, ev 42



telefon: 365 75 45)
Aynur Mahmud qızı Cəfərova

(ünvan: Bakı şəhəri, 9-cu mikrorayon, Mir Cəlal küçəsi



telefon: 626 22 37)
Aytəkin Kapitan qızı İmranova

(ünvan: Bakı şəhəri, Naxçıvani küçəsi 24 a, mənzil 32

telefon: 215 60 70)
Zamin Cəbrayıl oğlu Tahirov

(ünvan: Masallı rayonu, Məmmədrza küçə kəndi;

telefon: 866 98 15)
İsaxan Qara oğlu Aşurov

(ünvan: Bakı şəhəri, Mayakovski küçəsi 10, mənzil 11;



telefon: 215 58 10 (mobil)
Akif Əkbər oğlu Əlizadə

(ünvan: Bakı şəhəri, 3-cü m-n, H.Əliyev küçəsi, ev 36, mənzil 35;



telefonlar: 492 69 50, (iş); 313 63 99 (mobil)
Əyyub Zakir oğlu Kərimov

(ünvan: Bakı şəhəri, Ə.Kürçaylı küçəsi, ev 20, mənzil 41;



telefonlar: 432 79 38, 439 90 74, 610 39 79 (mobil)

Rəşid Ramazan oğlu Hacılı

(ünvan: Bakı şəhəri, S.Rüstəm küçəsi 37, mənzil 27;



telefon: 220 89 20 (mobil)
Namizəd Heydər oğlu Səfərov

(ünvan: Bakı şəhəri, Q.Quliyev küçəsi 92, mənzil 2;



telefon: 216 36 80 (mobil)
Əlövsət Xudu oğlu Əliyev

(ünvan: Abşeron rayonu, Masazır Şosesinin şimalı



telefonlar: 442 94 42 (ev), 498 91 74 (iş)
Məhkəmə aktını qəbul etmiş orqan:
Azərbaycan Respublikasının Taarif (qiymət) Şurası

(ünvan: Bakı şəhəri, AZ0160, Niyazi küçəsi, 23)

Mübahisə olunan akt və onun haqqında məlumatlar:
1. Azərbaycan Respublikası Taarif (qiymət) Şurasının

06 yanvar 2007-ci il tarixli, № 01 saylı Neft

məhsullarının qiymətlərinin respublika daxilində

tənzimlənməsi barədə Qərarı


2. Azərbaycan Respublikası Taarif (qiymət) Şurasının

06 yanvar 2007-ci il tarixli, № 02 saylı elektrik enerjisinin,

habelə su və kanalizasiya xidmətlərinin qiymətlərinin və istehlak standartında,

nəqliyyatdan istifadə haqqının respublika daxilində tənzimlənməsi barədə Qərarı



Konstitusiya Məhkəməsinə müraciət hüququ verən normalar:

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında Qanunun 31-ci və 34-cü maddələri



Konstitusion hüquq və azadlıqların pozulmasına dair

ŞİKAYƏT
I. Şikayətin qəbuledilənliyi ilə bağlı
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən:
Maddə 60. Hüquq və azadlıqların məhkəmə təminatı

I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanununun 130-cu maddəsinə əsasən:
Maddə 130. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

V. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla və müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.
Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanununun 34.5-ci maddəsinə əsasən:
34.5. Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.
Hesab edirik ki, Azərbaycan Respublikasının Taarif (qiymət) Şurasının Konstitusiyaya və Azərbaycan qanunvericiliyinə uyğun olmayan və bizim hüquq və azadlıqlarımızı pozan qərarının ümumi yurisdiksiyalı məhkəmələrdə mübahisələndirilməsi uzun müddət çəkəcək və nəticədə, bizə ağır və bərpaedilməz, digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmayan ziyan vuracaq.
II. Faktlar
Azərbaycan Respublikasının Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli, № 01 saylı Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə Qərarı ilə 08 yanvar 2007-ci il tarixindən neft məhsullarının Azərbaycan Respublikası ərazisində topdansatış və pərakəndə satış qiymətləri dəyişdirilib. Eyni zamanda, Azərbaycan Respublikasının Taarif (qiymət) Şurasının eyni tarixli bir başqa qərarı ilə elektrik enerjisinin, habelə su və kanalizasiya xidmətlərinin qiymətlərində və istehlak standartında, nəqliyyatdan istifadə haqqında dəyişiklik edilmişdir.
Taarif (qiymət) Şurası Şurasının qərarı və yığıncağının protokolu heç bir mətbu orqanda və rəsmi nəşrdə dərc edilməmiş, yalnız 09 yanvar 2007-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan “Azərbaycan” qəzetində Azərbaycan Respublikası Taarif (qiymət) Şurasının növbəti iclası olmuşdur” başlıqlı informasiya dərc edilib.
Taarif (qiymət) Şurasının bu qərarı bizim Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təminat verilən bir sıra hüquqlarımızı pozub.
III. Tələbin hüquqi əsasları
Konstitusiyanın 60-cı maddəsinə əsasən:
Maddə 60. Hüquq və azadlıqların məhkəmə təminatı

I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
MPM-in 302-ci maddəsinə əsasən:
Maddə 302. Ərizənin verilməsi

302.1. Müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanlarının və ya vəzifəli şəxsin qanunla nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş normativ xarakterli aktı ilə özlərinin Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə təsbit və təmin edilmiş hüquq və azadlıqlarının pozulduğunu hesab edən, normativ aktın qüvvəsi şamil olunan şəxslər həmin aktın və ya onun ayrıca hissəsinin qanuna zidd hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

302.2. Yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ aktların qanuniliyinin yoxlanılması barədə ərizələrə məhkəmələrdə baxıla bilməz.

302.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə verilir.

302.4. Şəxsin ərizəsi bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmalı, ərizədə normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanlarının və ya vəzifəli şəxsin adı, aktın qəbul edildiyi tarix, həmin aktla və ya onun ayrı-ayrı müddəaları ilə şəxsin, yaxud şəxslərin qeyri-müəyyən dairəsinin hansı konkret hüquq və azadlıqlarının pozulduğu, mübahisəyə çıxarılan aktın Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının hansı maddələrinə zidd olduğu barədə məlumatlar göstərilməlidir.

302.5. Ərizəyə mübahisə olunan aktın və ya onun hissəsinin surəti əlavə edilir.

302.6. Ərizənin məhkəməyə verilməsi normativ xarakterli aktın qüvvəsini dayandırmır.

302.7. Müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının və ya vəzifəli şəxsin, qüvvəsi şəxslərin qeyri-müəyyən dairəsinə şamil edilən normativ xarakterli aktının qanuniliyinin yoxlanılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olarsa, məhkəmə ərizəni qəbul etməkdən imtina edir.
Konstitusiyanın 13-cü maddəsinə əsasən:
Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət – dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Göründüyü kimi, Konstitusiyanın 13-cü maddəsi mülkiyyətin toxunulmazlığı prinsipini təsbit edib. Dövlət hər bir vətəndaşın mülkiyyətlə bağlı olan hüquqlarının qorunmasına təminat verməlidir.
Konstitusiyanın 12-ci maddəsində isə deyilir:
Maddə 12. Dövlətin ali məqsədi

I. İnsan və vətəndaşın hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir.

II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Konstitusiyanın 12-ci maddəsi “Dövlətin əsasları” adlanan 2-ci bölmədə təsbit olunub. Konstitusiyanın 13-cü maddəsi də həmçinin bu bölmədə təsbit olunub. Hüquqi baxımdan bu o deməkdir ki, bütün dövlət qərarları, xüsusilə mülkiyyətlə bağlı hüquq, hüquq və azadlıqların müdafiəsi prinsipinə tabe olmalıdır.
Yəni mülkiyyətin toxunulmazlığı ayrıca olaraq dövlətin əsasları kimi təsbit olunub. 
Konstitusionalizmin prinsiplərindən birini vətəndaşların razılığı olmadan həmin vətəndaşların üzərinə maliyyə yükünün qoyulmasını qadağan etmək təşkil edir.
Belə bir razılıq parlamentin əhalinin maliyyə vəziyyətinə təsir edə biləcək qanunları qəbul etmək kimi müstəsna səlahiyyətinin olmasının nəticəsi kimi təzahür edir. Hökumət xalqın seçkili nümayəndələrinin müəyyən etdiyi çərçivədən kənara çıxa bilməz.
Taarif (qiymət) Şurasının qiymətlərin artırılması ilə bağlı qeyd edilən qərarları Konstitusiyanın çərçivəsindən kənara çıxması ilə nəticələnib.
Eyni zamanda, Konstitusiyanın 29-cu maddəsində göstərilir:

Maddə 29. Mülkiyyət hüququ

I. Hər kəsin mülkiyyət hüququ vardır.


II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

V. Dövlət vərəsəlik hüququna təminat verir.
Xalq tərəfindən seçilməyən və parlamentə hesabat verməyən inzibati orqan vətəndaşların maliyyə vəziyyətini mühüm dərəcədə pisləşdirən qərar qəbul edib. Əgər bu orqanın qərarına əsasən, biz həmişəkindən daha çox xərcləməli oluruqsa, bu, bizim mülkiyyət hüququmuza konstitusiyaya zidd olan müdaxilədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Taarif (qiymət) Şurasının Əsasnaməsinə əsasən:
1. Azərbaycan Respublikasının Taarif (qiymət) Şurası (bundan sonra – Şura) respublikada təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsini gücləndirmək, ölkədə əlverişli investisiya mühiti yaratmaq, istehsalın inkişafını həvəsləndirmək, yerli istehsal mallarının daxili bazarda rəqabət qabiliyyətini artırmaq, Taarif (qiymət) Şurası və gömrük rüsumlarının çevik mexanizmi vasitəsi ilə dövlətin iqtisadi siyasətinin daha məqsədyönlü və səmərəli həyata keçirilməsi məqsədilə yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən qurumdur.
2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini və bu Əsasnaməni rəhbər tutur.
3. Şuranın əsas vəzifələri aşağıdakılardır:

3.1. Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilik və normativ hüquqi aktlara uyğun olaraq dövlət tənzimlənməsinə aid edilmiş tariflərin (qiymətlərin) və rüsumların ölkənin iqtisadi maraqlarının təmin edilməsi baxımından və onların səviyyələrinin tənzimlənməsi üzrə təkliflərin hazırlanması;

3.2. respublika iqtisadiyyatının əsasını təşkil edən, iqtisadiyyatın bütün sahələrində taariflərin (qiymətlərin) və rüsumların səviyyəsinə güclü təsir göstərən enerji daşıyıcılarının və habelə təbii inhisar subyektlərinin məhsullarının (xidmətlərinin) taariflərinin (qiymətlərinin) mövcud tənzimləmə prinsiplərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;

3.3. Taariflərin (qiymətlərin) və rüsumların dövlət tənzimlənməsinin qanunvericilik və normativ hüquqi bazasının təkmilləşdirilməsi, taariflərin (qiymətlərin) və rüsumların formalaşması və tətbiq olunmasına dövlət nəzarətinin gücləndirilməsi üzrə təkliflərin hazırlanması;

3.4. ölkə iqtisadiyyatının maraqlarının tam təmin edilməsi baxımından xarici rəqabətin mənfi təsirindən və daxili rəqabət qabiliyyətli istehsalı qorumaqla onların fəaliyyət göstərməsi üçün əlverişli şəraitin yaradılması məqsədilə gömrük Taarif (qiymət) Şurası və rüsum dərəcələrinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, əlavə dəyər vergisindən azad olunan malların siyahısı barədə, qeyri-Taarif (qiymət) Şurası tənzimlənməsi, gömrük Taarif (qiymət) Şurası güzəştlərinin tətbiq edilməsi ilə bağlı təkliflərin hazırlanması;

3.5. Azərbaycan Respublikasının ərazisindən keçən tranzit yüklərin tranzit taariflərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi ilə bağlı təkliflərin hazırlanması;

3.6. daxili bazarın qorunması məqsədi ilə mal idxalı nəticəsində yerli istehsala vurulmuş və ya vurula biləcək zərərlə bağlı təhqiqatın aparılması haqqında qərarların qəbul edilməsi və bu məsələ ilə bağlı təkliflərin hazırlanması.
4. Şura aşağıdakı hüquqlara malikdir:

4.1. dövlət idarəetmə orqanlarından, müəssisə və təşkilatlarından Şuranın səlahiyyətinə aid olan məsələlərlə bağlı zəruri sənədləri və məmulatları tələb etmək;

4.2. ehtiyac olduqda Şurada baxılan məsələlərlə bağlı müəyyən edilmiş qaydada ekspert və məsləhətçilər cəlb etmək.
5. Müzakirə edilən məsələlərin zərurətindən asılı olaraq Şuranın iclaslarına digər dövlət təşkilatlarının, beynəlxalq maliyyə təşkilatlarının, yerli və xarici şirkətlərin, ictimai birliklərin nümayəndələri dəvət oluna bilər.
6. Şuranın iclaslarında qəbul edilmiş qərarlar, protokollar rəsmiləşdirilir, Şuranın sədri və üzvləri tərəfindən imzalanır və müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.
7. Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir, zərurət yarandığı hallarda isə iclas istənilən vaxt keçirilə bilər. Şuranın sədrinin, yaxud Şura üzvlərinin təşəbbüsü ilə Şuranın növbədənkənar iclası keçirilə bilər. Şuranın iclası onun üzvlərinin azı üçdə ikisi iştirak etdikdə keçirilə bilər. Şuranın iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
8. Şuranın Katibliyi İqtisadi İnkişaf Nazirliyində fəaliyyət göstərir. Katiblik dövlət tənzimlənməsində olan sahələr üzrə müvafiq təşkilatların və təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupları yaradır və onların fəaliyyətinə rəhbərlik edir.
Belə ki, Konstitusiyanın 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndinə əsasən, maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi ümumi məsələlərə aiddir.
Konstitusiyanın 95-cü maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlərə aiddir.

Hökumət 2007-ci ilin əvvəlindən qiymətlərin artırılması ilə bağlı parlamentə məlumat verməməklə faktiki olaraq, onu aldadıb. Başqa sözlə bunu necə aldatma adlandırmaq olmaz ki, ki, 2007-ci il büdcəsinin parlamentdə müzakirəsi zamanı hökumət köhnə qiymətlərlə hesablanmış hesabatlar təqdim edib.


Taarif (qiymət) Şurasının qeyd edilən qərarları eyni zamanda dövlətin Konstitusiyanın 16-cı maddəsini də pozub.
Azərbaycan Respublikasının Konstitusiyasına 16-cı maddəsinə əsasən:

Maddə 16. Sosial inkişaf və dövlət


I. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Taarif (qiymət) Şurasının qeyd edilən qərarları eyni zamanda Konstitusiyanın 31-ci maddəsinin tələblərini pozub. Həmin maddəyə əsasən:
Maddə 31. Təhlükəsiz yaşamaq hüququ

I. Hər kəsin təhlükəsizlik yaşamaq hüququ vardır.

II. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.
Taarif (qiymət) Şurasının qeyd edilən qərarları Konstitusiyanın təminat verdiyi qeyd edilən hüquqları pozduğu üçün eyni zamanda, Konstitusiyanın 71-ci maddəsinin də tələblərini pozub. Həmin maddəyə əsasən:
Maddə 71. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarının təminatı

I. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

III. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

IV. Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.

V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.

VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.

VII. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

VIII. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.
Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli qərarları Konstitusiya ilə yanaşı, aşağıdakı qanunların da tələbini pozub
1. Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli qərarları Təbii inhisarlar haqqında Azərbaycan Respublikasının Qanununun normalarını pozub
Təbii inhisarlar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən:
Maddə 6.  Təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsi

1. Təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanları (bundan sonra təbii inhisarları tənzimləyən orqanlar) tərəfindən həyata keçirilir.

2. Təbii inhisar subyektlərinin fəaliyyətini tənzimləmək məqsədilə aşağıdakı üsullar tətbiq edilə bilər:

2.1. Əmtəənin qiymətlərinin (taariflərinin) tənzimlənməsi;

2.2. Xidmət göstərilməsi məcburi olan istehlakçıların müəyyən edilməsi və (və ya) təbii inhisar subyektlərinin istehlakçıların əmtəə üzrə ehtiyacını tam həcmdə ödəyə bilmədiyi hallarda onların həmin əmtəə ilə təmin olunmasının minimum səviyyəsinin müəyyən edilməsi;
2.3. Əmtəə istehsalının (satışının) həcminin bu Qanunun tələblərinə uyğun müəyyən olunmuş göstəricilərinə əməl edilməsinin təmin olunması.


3. Təbii inhisarları tənzimləyən orqanlar qanunvericiliyə uyğun olaraq digər üsulları da tətbiq edə bilər.
Maddə 7. Tənzimləmə üsullarının tətbiq olunması üçün əsaslar

Təbii inhisarları tənzimləyən orqanlar tənzimləmə üsullarının tətbiq edilməsi haqqında qərarı konkret olaraq hər bir təbii inhisar subyekti üçün, belə bir tənzimləmənin istehsal edilmiş və ya satılmış əmtəənin keyfiyyətinin artırılmasında və bu əmtəəyə tələbatın ödənilməsində stimullaşdırıcı rolu nəzərə almaqla qəbul edir. Bu zaman məsrəflərin nə dərəcədə əsaslandırılmış olması müəyyən edilir və aşağıdakılar nəzərə alınır:

•   əmtəənin istehsal və ya satış xərcləri, o cümlədən əmək haqqı, xammal və materialların dəyəri, üstəlik xərclər;

•   vergilər və digər ödənişlər;

•   əsas istehsal vasitələrinin dəyəri, onların təkrar istehsalı üçün zəruri olan investisiyaya tələbat və amortizasiya ayırmaları;

•   faktiki və proqnozlaşdırılan mənfəət;

•   istehsal olunan və ya satılan əmtəənin keyfiyyətinin və kəmiyyətinin istehlakçıların tələbatına uyğunluğu;

•   dövlət dotasiyaları və dövlət yardımı ilə bağlı digər tədbirlər.


Maddə 8.  Təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti

1. Təbii inhisarları tənzimləyən orqanlar bu Qanuna və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirirlər. Təbii inhisarları tənzimləyən orqanlar istehlakçıların mənafeyinə mənfi təsir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərin qarşısının alınması və ya aradan qaldırılması üçün bu Qanunla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş tədbirlər görürlər.
2. Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli qərarları Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanununun normalarını pozub
Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanununun 2.1.6-cı maddəsinə əsasən, tənzimləyici orqan - qiymətlərin dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.
Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, tənzimlənən qiymətlər təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətbiq edilir.
Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən:
Maddə 4. Qiymətlərin tənzimlənməsinin əsas prinsipləri

4.0. Qiymətlərin tənzimlənməsinin əsas prinsipləri aşağıdakılardır:

4.0.1. tənzimlənmənin bazar münasibətləri və iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi baxımından həyata keçirilməsi;

4.0.2. iqtisadiyyatın prioritet sahələrinin intensiv inkişafına investisiya qoyuluşunun stimullaşdırılması;

4.0.3. inhisarçılıq hallarının məhdudlaşdırılması və qarşısının alınması, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması;

4.0.4. təbii inhisar subyektlərinin qiymətlərinin tənzimlənməsində ölkənin sosial iqtisadi inkişafına səmərəli təsirinin təmin olunması;

4.0.5. dövlətin iqtisadi maraqlarına uyğun ölkənin təbii sərvətlərindən istifadənin səmərəliliyinin təmin olunması;

4.0.6. məhsulun (malın, işin, xidmətin) daxili və dünya bazar qiymətlərinin nəzərə alınması;

4.0.7. qiymətin əmələ gəlməsində iqtisadi cəhətdən əsaslandırılmış xərclərin ödənilməsi;

4.0.8. inflyasiyanın qarşısının alınması, yarana bilən iqtisadi və sosial böhranlara yol verilməməsi;

4.0.9. qiymətləri tənzimlənən məhsulları (malları, işləri, xidmətləri) istehsal edən təsərrüfat subyektlərinin texniki və texnoloji inkişafı üçün əlverişli iqtisadi şəraitin yaradılması;

4.0.10. qiymət amilinin istiqamətləndirici, həvəsləndirici və məhdudlaşdırıcı təsirindən istifadə edilməsi.
Tənzimlənən qiymətlər haqqında Qanunun 5-ci maddəsinə əsasən:
Maddə 5. Qiymətlərin tənzimlənməsi sahəsində dövlətin vəzifələri

5.0. Qiymətlərin tənzimlənməsi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

5.0.1. qiymətlərin tənzimlənməsi sahəsində dövlətin siyasətini müəyyən etmək və onun həyata keçirilməsini təşkil etmək;

5.0.2. qiymətlərin tənzimlənməsi, tətbiqi və onlara nəzarət edilməsinə dair qanunvericilik aktlarını qəbul etmək;

5.0.3. tənzimlənən qiymətlərin təsdiqi, tətbiqi, dəyişdirilməsi, tənzimlənməsinin dayandırılması və qiymətin əmələ gəlməsi qaydalarını müəyyən etmək;

5.0.4. yerli istehsalın intensiv inkişafına əlverişli şərait yaratmaq və daxili bazarın qorunmasını təmin etmək;

5.0.5. yüksək mənfəət əldə etmək məqsədilə qiymətlərin səviyyəsinin əsassız olaraq artırılmasının qarşısını almaq və dövlətin iqtisadi maraqlarını təmin etmək;

5.0.6. dövlət ehtiyaclarını ödəmək üçün büdcə vəsaitinin məqsədyönlü və səmərəli istifadə olunmasını təmin etmək;

5.0.7. qiymətlərin tənzimlənməsi ilə əlaqədar tənzimləyici orqan ilə qiymətin əmələ gəlməsi subyekti arasında meydana çıxan məsələlərə baxmaq və qərar qəbul etmək.
Tənzimlənən qiymətlər haqqında Qanunun 6.2-ci maddəsinə əsasən, qiymətlərin tənzimlənməsi üsulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən seçilir və tətbiq olunur.
Maddə 9. Qanunun pozulmasına görə məsuliyyət

9.1. Hüquqi şəxslər və onların rəhbərləri, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslər müvafiq məhsullara (mallara, işlərə, xidmətlərə) tənzimlənən qiymətlərin düzgün tətbiq olunmasına və qiymətləri tənzimlənən məhsullara (mallara, işlərə, xidmətlərə) sərbəst qiymətlərin tətbiq edilməsinə görə məsuliyyət daşıyırlar.

9.2. Tənzimlənən qiymətlər haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əldə etdikləri əlavə gəlir dövlət büdcəsinə köçürülür.

9.3. Hüquqi şəxslərin rəhbərləri hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tənzimlənən qiymətlər haqqında qanunvericiliyin pozulmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

9.4. Qiymətlərin dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri bu Qanunun pozulmasına görə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

9.5. Bu Qanunun müddəalarına zidd olaraq müəyyən edilmiş qiymətlər, qiymətlərin dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ləğv edilir.
3. Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli qərarları İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanunu ilə təminat verilən hüquqlarımızı pozub
Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixdə qəbul edilən qərarların 08 yanvar 2007-ci il tarixdən etibarən tətbiq edilməsi və həmin qərarın rəsmi nəşrlərdə dərc edilməməsi, qərarın qəbul edilməsinə dair informasiyanın isə 09 yanvar 2007-ci il tarixli rəsmi nəşrlərdə dərc edilməsi bizim informasiya əldə etmək hüququmuzu pozub.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin I bəndinə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Məlumat azadlığı haqqında Qanunun 1-ci maddəsində bu hüquq bir daha öz əksini tapmışdır.
İnformasiya əldə etmək haqqında Qanunun 6.0.3-cü maddəsi dövlət orqanlarının və bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi olduğunu göstərir.
Qanunun 10.4-cü maddəsində isə “ictimai vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumat vermə”, “açıqlamalı olduğu ictimai informasiyanı bu Qanunla müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlamalı” olduğu informasiya sahibinin vəzifələrindən olduğu bildirilir.
Qanunun 29.1.25-ci maddəsində informasiya sahibinin vəzifələri arasında “əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər - malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar - şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış” - açıqlamalı olduğu əksini tapıb.
Həmin Qanunun 30.1-ci maddəsində isə, bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyaların internet informasiya ehtiyatlarında açıqlanmalı olduğu bir daha qeyd edilir.
Qanunun 9.1.1-ci maddəsinə əsasən, aşağıdakılar informasiya sahibidirlər:
9.1.1. dövlət orqanları və bələdiyyələr;

9.1.2. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər, həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər.

9.2. Bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur.

9.3. Aşağıdakılar informasiya sahiblərinə bərabər tutulur:

9.3.1. əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər - malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə;

9.3.2. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyri-kommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri - dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə.
Azərbaycan Respublikasının Taarif (qiymət) Şurası haqqında Əsasnamənin 1.1-ci maddəsində Azərbaycan Respublikası Taarif (qiymət) Şurasının – dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (taariflərin) xidmət haqlarının, yığımların dövlət tənzimləməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı olduğu bildirilir. Bu baxımdan İnformasiya əldə etmək haqqında Qanunun 9.1.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Taarif (qiymət) Şurası kollegial icra hakimiyyəti orqanı kimi dövlət orqanıdır və informasiya sahibləri üçün nəzərdə tutulan tələblər bu quruma da şamil edilir.
Təbii inhisar subyektləri özləri ayrıca qiymət müəyyən etmədiklərindən, bütün təbii inhisar subyektləri üçün vahid kollegial icra qurumu olan Taarif (qiymət) Şurası qiymət müəyyən etdiyindən, Şura tərəfindən müəyyən edilən qiymətlər İnformasiya əldə etmək haqqında Qanunun 29.1.25-ci maddəsinə görə, həmin qiymətlər tətbiq edilmədən 30 gün əvvəl ictimaiyyətə bildirilməli və Taarif (qiymət) Şurasının rəsmi internet səhifəsində açıqlanmalı idi. Lakin Taarif (qiymət) Şurası Qanunun tələbinə məhəl qoymayaraq, təbii inhisar subyektlərinin fəaliyyət sahələrindəki mal və xidmətlərə dair yeni qiyməti 06 yanvar 2007-ci ildə müəyyən edib və iki gün sonra 08 yanvar 2007-ci ildə tətbiq olunmasına qərar vermişdir. Üstəlik, Taarif (qiymət) Şurası qanunun tələbi olan internet informasiya ehtiyatında yaymaq vəzifəsini də icra etməyib.
Beləliklə, bütün cəmiyyətin və o cümlədən biz iddiaçıların təbii inhisarda olan malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış informasiya əldə etmək hüququmuzu və İnformasiya əldə etmək haqqında Qanunun tələblərini pozub.
İnformasiya əldə etmək haqqında Qanunda onun məqsədi göstərilir:
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir”.
İnformasiya əldə etmək haqqında Qanunu 11.2-ci maddəsinə əsasən:
...informasiya sahibləri informasiyanın əldə olunmasının təşkilinə görə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar”.
İnformasiya əldə etmək haqqında Qanunun 6-cı maddəsinə görə, informasiya əldə olunmasının əsas prinsiplərindən biri də “informasiya əldə etmək hüququnun dövlət tərəfindən qorunması, o cümlədən məhkəmə yolu ilə müdafiəsi”dir.
4. Taarif (qiymət) Şurası (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli qərarları Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Qanununa ziddir
Taarif (qiymət) Şurasının qərarları səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəd olduğundan Normativ hüquqi aktlar haqqında Qanunun 2.1-ci maddəsinə əsasən, normativ hüquqi aktdır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən:
Normativ hüquqi akt qüvvəyə mindiyi gündən onu qəbul edən orqanın internet informasiya ehtiyatında açıqlanmalıdır.
Taarif (qiymət) Şurası isə hələ də bu qərarı öz internet informasiya ehtiyatında açıqlamayıb və nəticədə bu Qanunun tələbləri pozulub.
Ayrıca, Taarif (qiymət) Şurası 2007-ci il 05 yanvar tarixli qərarında Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə Nazirlər Kabinetinin 2007-ci il 05 yanvar tarixli, 1 nömrəli qərarına istinad edib.
Azərbaycan Respublikası Konstitusiyasının 149.5-ci maddəsinə əsasən:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
Digər tərəfdən, Normativ hüquqi aktlar haqqında Qanunun 41.1-ci maddəsinə əsasən:
Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, onların özündə başqa müddət nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir.
Nazirlər Kabinetinin yeni qəbul edilən və hüquqi qüvvəyə minməyən qərarına Taarif (qiymət) Şurasının həmin gün tarixli (06 yanvar 2007-ci il) qərarında istinad etməsi ciddi hüquqi pozuntudur.
Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən:

Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi


I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli qərarları İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyası ilə nəzərdə tutulan hüquqlarımızı pozub
Konvensiyanın 6-ci maddəsində göstərilir:
Hər kəs, onun mül­­­­­ki hü­­­­­quq və və­­­­­zi­­­­­fə­­­­­lə­­­­­ri mü­­­­­əy­­­­­yən edi­­­­­lər­­­­­kən və ya ona qar­­­­­şı hər han­­­­­sı ci­­­­­na­­­­­yət it­­­­­ti­­­­­ha­­­­­mı irə­­­­­li sü­­­­­rü­­­­­lər­­­­­kən, qa­­­­­nun əsa­­­­­sın­­­­­da ya­­­­­ra­­­­­dıl­­­­­mış müs­­­­­tə­­­­­qil və qə­­­­­rəz­­­­­siz məh­­­­­kə­­­­­mə va­­­­­si­­­­­tə­­­­­si­­­­­lə, ağ­­­­­la­­­­­ba­­­­­tan müd­­­­­dət­­­­­də işi­­­­­nin əda­­­­­lət­­­­­li və açıq araş­­­­­dı­­­­­rıl­­­­­ma­­­­­sı hü­­­­­qu­­­­­qu­­­­­na ma­­­­­lik­­­­­dir. Məh­­­­­kə­­­­­mə qə­­­­­ra­­­­­rı açıq elan edi­­­­­lir, la­­­­­kin de­­­­­mok­­­­­ra­­­­­tik cə­­­­­miy­­­­­yət­­­­­də əx­­­­­laq, ic­­­­­ti­­­­­ma­­­­­i qay­­­­­da və ya mil­­­­­li təh­­­­­lü­­­­­kə­­­­­siz­­­­­lik ma­­­­­raq­­­­­la­­­­­rı na­­­­­mi­­­­­nə, həm­­­­­çi­­­­­nin yet­­­­­kin­­­­­lik ya­­­­­şı­­­­­na çat­­­­­ma­­­­­yan­­­­­la­­­­­rın ma­­­­­raq­­­­­la­­­­­rı və ya tə­­­­­rəf­­­­­lə­­­­­rin şəx­­­­­si hə­­­­­ya­­­­­tı­­­­­nın mü­­­­­da­­­­­fi­­­­­ə­­­­­si bu­­­­­nu tə­­­­­ləb et­­­­­dik­­­­­də, ya­­­­­xud məh­­­­­kə­­­­­mə­­­­­nin fik­­­­­rin­­­­­cə, aş­­­­­kar­­­­­lı­­­­­ğın əda­­­­­lət mü­­­­­ha­­­­­ki­­­­­mə­­­­­si­­­­­nin ma­­­­­raq­­­­­la­­­­­rı­­­­­nı po­­­­­za bi­­­­­lə­­­­­cə­­­­­yi xü­­­­­su­­­­­si hal­­­­­lar za­­­­­ma­­­­­nı cid­­­­­di zə­­­­­ru­­­­­rət ol­­­­­duq­­­­­da mət­­­­­bu­­­­­at və ic­­­­­ti­­­­­ma­­­­­iy­­­­­yət bü­­­­­tün pro­­­­­ses bo­­­­­yu və ya onun bir his­­­­­sə­­­­­sin­­­­­də məh­­­­­kə­­­­­mə ic­­­­­la­­­­­sı­­­­­na bu­­­­­ra­­­­­xıl­­­­­ma­­­­­ya bi­­­­­lər.
Konvensiyanın 8-ci maddəsinə əsasən:
1. Hər kəs öz şəx­­­si və ai­­­lə hə­­­ya­­­tı­­­na, mən­­­zi­­­li­­­nə və ya­­­zış­­­ma sir­­­ri­­­nə hör­­­mət hü­­­qu­­­qu­­­na ma­­­lik­­­dir.

2. Mil­­­li təh­­­lü­­­kə­­­siz­­­lik və ic­­­ti­­­ma­­­i asa­­­yiş, öl­­­kə­­­nin iq­­­ti­­­sa­­­di ri­­­fah ma­­­raq­­­la­­­rı na­­­mi­­­nə, iğ­­­ti­­­şa­­­şın və ya ci­­­na­­­yə­­­tin qar­­­şı­­­sı­­­nı al­­­maq üçün sağ­­­lam­­­lı­­­ğı, ya­­­xud mə­­­nə­­­viy­­­ya­­­tı mü­­­ha­­­fi­­­zə et­­­mək üçün və ya di­­­gər şəxs­­­lə­­­rin hü­­­quq və azad­­­lıq­­­la­­­rı­­­nı mü­­­da­­­fi­­­ə et­­­mək üçün qa­­­nun­­­la nə­­­zər­­­də tu­­­tul­­­muş və de­­­mok­­­ra­­­tik cə­­­miy­­­yət­­­də zə­­­ru­­­ri olan hal­­­lar is­­­tis­­­na ol­­­maq­­­la, döv­­­lət ha­­­ki­­­miy­­­yə­­­ti or­­­qan­­­la­­­rı tə­­­rə­­­fin­­­dən bu hü­­­qu­­­qun hə­­­ya­­­ta ke­­­çi­­­ril­­­mə­­­si­­­nə ma­­­ne ol­­­ma­­­ğa yol ve­­­ril­­­mir.
Məhkəmənin qərarlarına görə pozitiv öhdəliklərin mövcud olub-olmamasını müəyyən edərkən dövlət ictimai maraqlarla fərdin maraqları arasında ədalətli balansın pozulub-pozulmadığını nəzərə almalıdır (Qaskin Birləşmiş Krallığa qarşı iş).
Olsson İsveçə qarşı iş üzrə qərarda (1988) Məhkəmə bildirdi ki, onun vəzifəsi hər bir konkret işin işığında belə bir məsələni araşdırmaqdan ibarətdir ki, barəsində şikayət edilən tədbirlərin hakimiyyət orqanları tərəfindən həyata keçirilməsi üçün “əsaslı və yetərli” səbəblər vardımı?
Lopez Ostra İspaniyaya qarşı işdə Məhkəmə qeyd etdi ki, 8-ci maddənin pozulduğunu müəyyən etmə üçün sağlamlığın həqiqətən pisləşməsi barədə tibbi məlumatlara ehtiyac yoxdur.
Konvensiyanın 10-cu maddəsində göstərilir:
1. Hər kəs öz fik­ri­ni ifa­də et­mək azad­lı­ğı hü­qu­qu­na ma­lik­dir. Bu hü­qu­qa öz rə­yin­də qal­maq azad­lı­ğı, döv­lət ha­ki­miy­yə­ti or­qan­la­rı tə­rə­fin­dən hər han­sı ma­ne­ə ol­ma­dan və döv­lət sər­həd­lə­rin­dən ası­lı ol­ma­ya­raq, mə­lu­mat və ide­ya­la­rı al­maq və yay­maq azad­lı­ğı da­xil­dir. Bu mad­də döv­lət­lə­rin ra­di­o­ya­yım, te­le­vi­zi­ya və ki­ne­ma­toq­ra­fi­ya mü­əs­si­sə­lə­ri­nə li­sen­zi­ya tə­lə­bi qoy­ma­sı­na ma­ne ol­mur.

2. Bu azad­lıq­la­rın hə­ya­ta ke­çi­ril­mə­si mil­li təh­lü­kə­siz­lik, əra­zi bü­töv­lü­yü və ya ic­ti­ma­i asa­yiş ma­raq­la­rı na­mi­nə, iğ­ti­şa­şın və ya ci­na­yə­tin qar­şı­sı­nı al­maq üçün, sağ­lam­lı­ğın və mə­nə­viy­ya­tın qo­run­ma­sı üçün, di­gər şəxs­lə­rin nü­fu­zu və hü­quq­la­rı­nın mü­da­fi­ə­si üçün, giz­li əl­də edil­miş mə­lu­mat­la­rın açıq­lan­ma­sı­nın qar­şı­sı­nı al­maq üçün və ya əda­lət mü­ha­ki­mə­si­nin nü­fuz və qə­rəz­siz­li­yi­ni tə­min et­mək üçün qa­nun­la nə­zər­də tu­tul­muş və de­mok­ra­tik cə­miy­yət­də zə­ru­ri olan mü­əy­yən rəs­miy­yə­tə, şərt­lə­rə, məh­du­diy­yət­lə­rə və ya sank­si­ya­la­ra mə­ruz qa­la bi­lər.
Hesab edirik ki, Taarif (qiymət) Şurasının qiymətlərin artırılacağı barədə öncədən bizə məlumat verməməsi Konvensiyanın 10-cu maddəsi ilə təminat verilən hüququmuzu pozub.
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən:
Hər bir fi­zi­ki və hü­qu­qi şəxs öz mül­kiy­yə­tin­dən dinc is­ti­fa­də hü­qu­qu­na ma­lik­dir. Heç kəs, cə­miy­yə­tin ma­raq­la­rı na­mi­nə, qa­nun­la və bey­nəl­xalq hü­qu­qun ümu­mi prin­sip­lə­ri ilə nə­zər­də tu­tul­muş şərt­lər is­tis­na ol­maq­la, öz mül­kiy­yə­tin­dən məh­rum edi­lə bil­məz.

Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Taarif (qiymət) Şurasının qeyd edilən qərarları bizim mülkiyyət hüququmuza əsassız müdaxilədir. Taarif (qiymət) Şurası 06 yanvar 2007-ci ildə parlamentin razılığı olmadan bizim gözlədiyimizdən də daha çox xərc çəkməli olacağımız iki qərar qəbul edib. Bu mülkiyyət hüququnuzun qeyri-legitim hökumət qərarı ilə pozulmasıdır.
IV. Tələblərimiz
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Konstitusiyasının 25 və 60-cı, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü, 6-cı, 10-cu, 11-ci, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Qanununun 34-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53, 87, 85.2.1, 85.2.12, 277.4-cü maddələrinin tələblərinə uyğun olaraq,

xahiş edirik:
1. Azərbaycan Respublikası Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli, 01 saylı Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 16-cı, 31-ci, 71-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8, 10 və 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat verilən hüquqlarımızı pozduğu üçün qüvvədən düşmüş hesab edilsin.
2. Azərbaycan Respublikası Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli, 02 saylı elektrik enerjisinin, habelə su və kanalizasiya xidmətlərinin qiymətlərinin və istehlak standartında, nəqliyyatdan istifadə haqqının respublika daxilində tənzimlənməsi barədə Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 16-cı, 31-ci, 71-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8, 10 və 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat verilən hüquqlarımızı pozduğu üçün qüvvədən düşmüş hesab edilsin.
V. Şikayətə əlavə edilən sənədlər
1. Konstitusiya Məhkəməsinə şikayətin surəti – 1 nüsxə;
2. Azərbaycan Respublikasının Taarif (qiymət) Şurasının 6 yanvar 2007-ci il tarixli, № 01 saylı Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə Qərarı – 1 nüsxə.
Qeyd: Azərbaycan Respublikası Taarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli, 02 saylı elektrik enerjisinin, habelə su və kanalizasiya xidmətlərinin qiymətlərinin və istehlak standartında, nəqliyyatdan istifadə haqqının respublika daxilində tənzimlənməsi barədə Qərarı dərc edilmədiyi üçün biz onu sənədlərə əlavə edə bilmirik.

06 fevral 2007-ci il


Ərizəçilər:
İntiqam Kamil oğlu Əliyev

Ənnağı Bahadur oğlu Hacıbəyli


Leyla Rəşid qızı Mədətova

Novella Cəfər qızı Cəfərova


Səadət İzzət qızı Bənənyarlı
Ələsgər Əhməd oğlu Məmmədli

Osman Mehdi oğlu Gündüz


Səma Nizami qızı Hacıyeva
Nurlana Tofiq qızı Əliyeva
Gülnarə Vasif qızı Rəsulova
Sadiq Tofiq oğlu Bağırov
Aynur Mahmud qızı Cəfərova
Aytəkin Kapitan qızı İmranova
Zamin Cəbrayıl oğlu Tahirov
İsaxan Qara oğlu Aşurov
Akif Əkbər oğlu Əlizadə
Əyyub Zakir oğlu Kərimov
Rəşid Ramazan oğlu Hacılı
Namizəd Heydər oğlu Səfərov
Əlövsət Xudu oğlu Əliyev



Yüklə 149,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin