9
Fərdin fikirləri, əqidəsi o zaman cəmiyyətin malı olur, sosial sərvət əhəmiyyəti
kəsb edir ki, onlar şəxsi mənafe çərçivəsindən kənara çıxır, ümumi şüura daxil olur,
başqa adamların əqidələrinə və davranış normalarına çevrilir.
İctimai və fərdi şüur daim bir-birinə qarşılıqlı təsir göstərir, bir-birini
zənginləşdirir. Hər bir fərd bütün həyatı boyu başqa insanlarla ünsiyyət vasitəsilə, təlim-
tərbiyənin köməyi ilə ictimai şüurun təsirinə məruz qalır. Odur ki, fərdi və ictimai
şüurun qarşılıqlı əlaqəsində şübhəsiz ki, aparıcı tərəf ictimai şüurdur. Onun fərdi şüura
təsiri əsasən təhsil və tərbiyə prosesində həyata keçirilir. Bu həm də müxtəlif
qurumların, sosial qrup və kollektivlərin köməyi ilə reallaşdırılır.
Cəmiyyət tərəfindən tarixən yaradılan şüur formaları fərdə mənəvi qida verir, onun
görüşlərinə, əqidəsinə ciddi təsir göstərir, onda əxlaqi normalar, estetik təsəvvürlər və
hisslər yaratmaq üçün qiymətli mənbə rolunu oynayır.
İctimai fikrin nailiyyətlərini fərdin mənimsəməsinə ictimai quruluşun xarakteri
həlledici təsir göstərir.
Dostları ilə paylaş: