Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz türkləRİNİn məNƏVİ MƏDƏNİYYƏt leksikasi


Feili birləşmə tipli = söz-cümlə modelli mənəvi mədəniyyət leksikası



Yüklə 306,26 Kb.
səhifə42/47
tarix05.01.2022
ölçüsü306,26 Kb.
#111915
1   ...   39   40   41   42   43   44   45   46   47
3.3. Feili birləşmə tipli = söz-cümlə modelli mənəvi mədəniyyət leksikası
Oğuz qrupu türk dillərini tədqiq edən zaman həmin dillərin lüğət tərkibinə daxil olan bir sıra sözlərlə qarşılaşdıq ki, onlar məzmun baxımından söz olsalar da, forma baxımından cümləni xatırladırlar. Biz də həmin sözləri birləşmə və ya söz-cümlə modeli şəklində olan leksik vahidlər kimi qruplaşdırdıq. Türk dillərində cümlə tipli leksik vahidlər elmi-nəzəri cəhətdən geniş şəkildə işlənilməyib. B.Çobanzadə “Türk-Tatar lisaniyyatına mədxəl” əsərindəbu tipli sözləri mürəkkəb sözlər adlandırmış və az da olsa, onların yaranması haqqında məlumat vermişdir: “Mürəkkəb sözlər söyləyən tərəfindən mürəkkəb olduğu anlaşılaraq bəsit əczalarına, yaxud damarlara ayrıla bilən sözlərdir. Bununla bərabər, mürəkkəb sözlərin mənası birdir. Tarixi inkişafında mürəkkəb sözlər, ya sözlərin, damarların bir-birinə qoşulmasından, yaxud damarların təkrarından hüsula gəliyor: quşqonmaz, imambayıldı-bir növ türk yeməkləri, balyeməz-bir növ top, silah, cansaxlar-mühafiz, cavqaytar-cəsur və s” [21, s.59]. Professor M.Şirəliyev “Cümlə-söz” adlı məqaləsində bu tipli leksik vahidlərin toyla, mərasimlə, oyun, parça, şəxs adları ilə bağlı olduğunu qeyd edir.

  1. Şəxs adları: Tanrıverdi, Xudaverdi, Allahverdi, Qaryağdı, Gülyetər.

  2. Oyun adları: qaçdı-tutdu, topaldıqaç, itqusdu, göydənəvar, toqqadöydü, keçigirdibostana, yoldaşsənikimapardı, anaməniqurdavermə.

  3. Parça adları: alışdım-yandım, gendədur, qeyçikəsməz, hacımənəbax, pintimənigeyməsin, küçəmənədargəlir, qonşubağrıçatdasın.

4.Toy adətləri ilə bağlı olan cümlə-sözlər: paltarkəsdi, ayaqaçdı, qaşaldı, xınayaxdı, duaqaldı, yolkəsdi, gəlinatlandı və s. [271, s.467-468].

I tərəfi adlardan, II tərəfi təsriflənən feillərdən ibarət söz-cümlələr. Bu tipli söz cümlələrin II komponenti Azərbaycan dilində, o cümlədəndə bu qrupa daxil olan digər türk dillərində daha çox şühudi keçmiş zamanla ifadə olunmuşdur:

Toyla bağlı: “siyahıyaçağırdı”, “hərialdı”(Qazax, Balakən), “süfrəqaytardı”, “kürəkənküsdü”, “sözaldı” (Balakən), “ayaqaçdı”,”xınayaxdı” [7, s.414], “bəlgəapardı”, “saçkəsdi” “kütəhüzdü”, “dədəverdi” (toy), “dünürdüşdü”(“elçilik”), şərbətiçmə//şirniyedi”, “qazanaçdı”, “gərdəkqaçırdı”, “qapıbasdı”, “torpaxbasdı” “eləçıxdı”, “xangəldi” “ayağdöndü”, “qızyığdı” “elbastı”; “taygeldi”(ögey qardaş bacının evlənməsi) (Türk) [124, s. 216];

Oyun adı: “moncuğatdı”. “araykesti” (Türk.), “Qayışdöydü//qayışqapdı”, “Bəyoldu”, “Turnavurdu”, “Gərdənqaçırdı”, “Pərdəapardı” (Azərb.) [7, s.415-418] və s.

Azərbaycan dilində bu tipli söz-cümlələrin yaranmasında bir sıra hərəkət feilləri daha intensiv şəkildə işlənmişdir. Taxmaqfeili ilə: “kəmərtaxdı”, “nişantaxdı”, “üzüktaxdı” və s.; Düzmək feili ilə: “qabdüzdü”, “cehizdüzdü” və s.; Tutmaq : “əltutdu”, “sicimtutdu”, “aynatutdu” və s.; Kəsmək : “qabaqkəsdi”, “kəbinkəsdi”, “paltarkəsdi”, “qayçıkəsdi”, “doqqazkəsdi”,“karvankəsdi”,“çörəkkəsdi”, “malkəsdi”, “kəsmətkəsdi”, “əqdkəsdi”, “birçəkkəsdi”, “cığakəsdi”,“sözkəsdi” (Quba), “yol kəssi” (İmişli) [37, s.635].

II tərəfi şühudi keçmiş zamanla ifadə olunan toyla bağlı söz-cümlə modellərinin müəyyən bir qisminin I komponenti “gəlin” və “üz” sözləri ilə ifadə olunur: “gəlingördü”, “gəlin vurdu”, “gəlinoldu”, “gəlin apardı”, “gəlingətirdi”, “gəlinatlandı”, “üzəçıxdı”, “üzaçdı”, “üzgördü” və s.Bu tipli birləşmələrin içərisində üç komponentli vahidlərə də rast gəlinir. Diqqətlə yanaşdıqda bu vahidlərin, əsasən, II növ təyini söz birləşməsi (I tərəf qeyri-müəyyən yiyəlik hal, II tərəfi mənsubiyyət şəkilçili), bir qisminin isə sadə və hal şəkilçili isimlərlətəsriflənən feillərdən, bir qisminin isə I komponenti sadə isim, II komponenti xəbər şəklində olan feil (şühudi keçmiş zaman), III komponent isə əmr şəklində olan feillərdənibarət olduğu aydın şəkildə görünür: “pərdəbağıapardı”, “qazanağzıaçdı”, “nişanqabı­qaytardı”, “bəybaşıqırxdı”, “gəlintaxtaqalxdı”, “sözbirelə­di”,“bulaqüstəgetdi” (toyla bağlı), “papaqaldıqaç”, “topaldıqaç” (oyun) [7, s.46]və s.

Türk dillərində söz=cümlə modelli adlara da rast gəlinir: “Xudaverdi”, “Allahverdi”, “Tarı//Tanrıverdi”, “Qızbəs”, “Qızyetər” (Azərb.), “Oğlangərək”, “Kıztamam” (Qarapapaq türkm.) , “Muradgəldi”, “Eşgəldi” (türkm.) və s.

Geniş cümlə şəklində işlnən mənəvi mədəbiyyət leksikası: Toyla bağlı: “yaylıq qaçırdi” (Azərb), “gelin doğurdu”(Türk. dialekt) və s.

Yasla bağlı:“vadesi doldu”, “takdir İlahi tecelli etdi”, “ölünün aşı verildi”,“emanetini teslim etdi”, “Darül fenadan Darül bəqaya getdi”, “Sarıbabayı boyladı” (Türk.) [187, s.97], “yurdunu yeniledi”, “emanetini verdi”, “sahibine kavuştu”, “Cemale ve Didare kavuşt” (türkm.), “canı çıxdı”, “Axirətinə qovuşdu”, “haqq dünyasına qovuşdu”,“dünyaya gözünü əbədi yumdu” (Azərb.), “guguş pesmedi” (qaqauz.) [253, s.69], “yerə çayladık” (türkm.) və s.

Doğuşla bağlı: “day durdu”(Amucalı türk.), “boyunu buldu” (Türk.), “sakalını su apardı”(qızı olmaq) (Qaşqay türk). “Oğuz Kağan” dastanında “hamilə” mənasını ifadə etmək üçün “töl boğaz oldu” ifadəsi işlənmişdir. Bu ifadənin I, II komponentləri yaxın mənalı sözlərdir. “DTS”də “töl boğaz” ifadəsi eyni anlamda işlənildiyi göstərilmişdir [237, s.579b].

Bayramla bağlı: “Xan yaratdı” , “Xan tikdi”(Azərb.) [7, s.29],

Oyun və Tamaşa adları:“Hacı gəldi”, “Üzük gizlətdi” (Azərb.) [7, s.403-410]

Xəbəri nəqli keçmiş zamanda işlənən söz-cümlə modeli: Toyla bağlı:“evdə kalmış//demene kalmış” (türkm.) və s.

Doğuşla bağlı:“günü geçmiş”, “fenalık varmış”, “abayı bişirmiş”, “baklayı yutmuş”, “küpe siçan düşmüş”, “orta kata kiracı girmiş”, “uşağa kalmış”(Türk.), “ehram bağlamış”(Əfşar), “ön etegi kısalmış” (qaqauz.) [190, s.97], “gözüne çöp düşmüş”(hamilə) (Qaşqay türk.)

Yasla bağlı:“yazısı bele yazılmış”, “gözüyumulmuş”, “emanetini tapşırmış”, “Kepeği tükenmiş” (Türk.)[187, s.96] , “dokuzu duzuv” (türkm.) və s.

Xəbəri indiki zamanla ifadə olunmuş söz-cümlə modeli:

Doğuşla bağlı: “hamur üretiyor”, “yavru çalkıyor”, “aş çalıyor”, “takdir bilir”, “bizim gelin mutfağa giremiyor” “qabırğa verir” (Türk.) [109, s.143] və s.

Toyla bağlı: “üzaçar”, “gecə kəsir”, “birçək boğur” (Türk.) və s.

Dini inancla bağlı: “gün yavrusuna kavuşuyor” (Türk.) və s.

Çox az hallarda qəti və qeyri-qəti gələcək zamanın təsdiq və inkarı ilə işlənən vahidlərə də rast gəlmək olur: “qayçıkəsməz” (Azərb.), “it almaz”, “mal oynar” (qaqauz.), “gudaçılığa gidiləcək”, “savçılığa varılacak”, “durmuşa çıkar” (türkm.), “avızaşuv”, “ağzaçar”, “boyın alar”(qohumların sarılaraq ağlaması), “Ölse ölüsü, dursa dirisi yakar”, “mezar taşı ile öğünülmez” (Türk .dialekt) [187, s.97] və s.

Xəbəri predikatlarla ifadə olunan söz-cümlələr:

Doğuşla bağlı “yolçusu var”, “çalığı var”, “cocuğu var”, “yarımlık var” (hamilə),“boyunda var”(Türk.) [109, s.74] və s.

Dinlə bağlı:Biri bar”-Allah(türkm.) və s.

Oyun: “Bir quşum var bu boyda” (Azərb.) [7, s.400] və s.

Söz-cümlə modelli leksik vahidlərə digər türk dillərindədə rast gəlmək mümkündür: “Ramal yazdı”, “toy gəldi”, “kampir öldü”, “gelin doğurdu”, “at yemesin”, “duk uzdu”, “birinci çıktı” (özbək.), “til açar”, “bet aşar”, “başı boş degil”(nişanlı qız) (türkm.) [272, s.18], “aş dökülür”(xeyirli işlərdən sonra verilən şirinlik) (Makedoniya türk.) və s.

Xəbəri əmr şəklində olan cümlə modeli: “kasamyat et” (beşikkərtmə), “toy tut”, “toy toyla” (toy et), “garşı guda bol”, “gızını durmuşa çıkar” (türkm.), “Bağdadur”(rəqs)[7, s.211], “Kaftar küs” (tamaşa)(Azərb.) [7, s.410] və s.

Xəbəri arzu şəklində olan cümlə modeli:“Bənövşə, bəndə düşə” (oyun)(Azərb)[7, s.46]və s.

Müraciət şəklində olan cümlə modeli:“Qələndər, ay Qələndər”//“Yengələ ha, yengələ”, “Səməndər, ay Səməndər” [7, s.400], “Ay qaraquşum”(oyun)(Azərb.) [7, s.399] və s.

Bir sözdən ibarət cümlə modeli:“yoğladı”, “ağlaştı”, “yığlaştı”, “geçindi” (Türk.) [187, s.97], “keçindi” (Azərb.), “quylandı” (Türkm.)(yasla bağlı); verdik //verdük (cehiz- toyla bağlı) (Azərb.) və s.

Feili birləşmə tərkibi formasında olan leksik vahidlərə çox az təsadüf olundu.

Toyla bağlı: “elçi elçi üstündən gəlmək”, “evdan –eva gezmak ”// “kolada gezmak”, “kösteeni kesmek”, “duş şak kesme”, “yavuklu olma”, “laf bırakma”, “kavil alma” (qaqauz.), “gelinlik etme//etmek”, “yağlığa tovusmak” (oyun), “kürte atmak” (gəlini geydirmə) (türkm.), “güvey kulağı çekmek”, “kahvesini içmek”, “kalın başlığı görmek”, “mühlet istemek”, “ruba düzmek”, “urba götürmek”, “gelini ata bindirmek”, “kızı suya oturtmak”,“güvey başı düzmek” (Türk.),“baş-göz etmə”,“əl-ayağı yığışdırma”(Azərb.) və s.

Yasla bağlı: helak bolmak”, “gurban bolmak”,“vepat bolmak”, “gurban etmek” (türkm.), “yiyeceğini etmek” (yas mərasimində verilən ehsan), “emrihak vaki olmak”, “İmamın kayığına binmek”, “Dört kolluya binmek”, “Eşşekler cennetini boylamak”, “Tahtalı köye gitmek”, “Mezar kaçkınına dönmek”, “Taşlı köye muhtar olmak”, “ecel teri terlemek” (Türk.) [187, s.97] və s.

Dini inancla bağlı:“namaz akamak”, “toba etmek”, “sorfa goymak”, “tagzym etmek” (türkm.), “hidayete ermek”, “kurşun tökmek”(Türk.) və s.

Doğuşla bağlı: “yeriyi bulma”, “tikə vermə” (Azərb.) və s.

Yüklə 306,26 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin