Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 362 Kb.
səhifə3/28
tarix31.12.2021
ölçüsü362 Kb.
#112389
1   2   3   4   5   6   7   8   9   ...   28
91653725-Maliyyə-menecmenti

Maliyyə menecmenti – maliyyə resurslarının idarə edilməsi sistemidir. Maliyyə siyasətini, metodlarını, vasitələrini, eləcə də maliyyə sabitliyini və artımının təmin edilməsi sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün idarəetmə qərarlarını qəbul edən və bu qərarları praktikada həyata keçirən insanları əlaqələndirən maliyyə resurslarının idarə edilməsi sistemidir.

Maliyyə menecmenti maliyyə sisteminin bütün elementlərinə nüfuz edir və bazar iqtisadiyyatı şəraitində idarəetmə strukturunun ən mühüm tərkib hissəsi kimi çıxış edir. Maliyyə menecmentinin əsası qısamüddətli və uzunmüddətli perspektivdə maliyyə resurslarından səmərəli istifadə edilməsi amillərinin təhlilinə əsaslanan və maliyyə xidmətlərinin fəaliyyət istiqamətlərini müəyyənləşdirən maliyyə siyasətidir. Müvafiq siyasətin işlənib hazırlanması üçün maliyyə təhlilinin mənbələri dövlət maliyyə orqanlarının rəsmi hesabatları, institusional bazar strukturlarının (banklar, investisiya şirkətləri, əmtəə, fond və valyuta birjaları) informasiyası, statistik məlumatlar, sahələrarası və ölkələrarası məlumatların müqayisə edilməsi, şirkətlərin kənar istifadəsi üçün hazırlanmış maliyyə-mühasibat hesabatlarıdır. Müəssisələr səviyyəsində müvafiq maliyyə siyasətinin işlənib hazırlanması və qərarlar qəbul edilməsi üçün təsərrüfatdaxili prosesləri daha ətraflı açıqlayan daxili idarəetmə informasiyasından da istifadə edilir. Maliyyə menecmentinin məqsədləri aşağıdakılardır: şirkətin fəaliyyətinin faydalı iqtisadi nəticəsinin maksimallaşdırılması, məsrəflər minimallaşdırılmaqla mənfəətin maksimallaşdırılması, şirkətin iqtisadi potensialının artırılması, bazarda rəqabət qabiliyyətinin təmin edilməsi, mövcud maliyyələşdirmə mənbələrindən daha yaxşı istifadə edilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün yeni maliyyələşdirmə mənbələrinin cəlb edilməsi, şirkətin aktivlərinin strukturunun optimallaşdırılması, yaxın gələcəkdə şirkətin maliyyə sabitliyinin təmin edilməsi. Maliyyə menecmenti məqsədlərinə nail olmaq müvafiq idarəetmə metodlarının tətbiq edilməsi sayəsində mümkündür. Maliyyənin idarə edilməsi metodları konkret tarixi xarakter daşıyır, makro və mikro səviyyələrdə iqtisadi münasibətlər inkişaf etdikcə bu metodlar da inkişaf edir. İnkişaf etmiş bazar münasibətləri şəraitində maliyyənin idarə edilməsinin əsas metodları aşağıdakılardır: prnoqnozlaşdırma və planlaşdırma, maliyyələşdirmə və kreditləşdirmə, özünümaliyyələşdirmə, vergitutma, sığorta, lizinq, trast, faktorinq, girov, maddi həvəsləndirmə, sanksiyaların tətbiq edilməsi. Maliyyə menecmenti müəyyən maliyyə vasitələri toplusunun köməyi ilə həyata keçirilir: ilkin vasitələr – pul vəsaitləri, debitor və kreditor borcları, qısamüddətli maliyyə qoyuluşları – səhmlər və istiqrazlar; təkrar vasitələr – opsionlar, fyuçerslər, forvard kontraktları.

Şirkətdə maliyyə fəaliyyətinin idarə edilməsi xüsusi olaraq bu məqsədlə yaradılmış xidmətlər tərəfindən həyata keçirilir. Bir qayda olaraq həmin xidmətlərə maliyyə üzrə vitse-prezident və ya maliyyə direktoru rəhbərlik edir. Maliyyə xidmətinin strukturuna daxil olan bölmələr maliyyə təhlili, proqnozlaşdırma və planlaşdırma, kredit siyasəti, pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının idarə edilməsi, vergitutma və dövlət tənzimləmə orqanları ilə qarşılıqlı münasibətlər, investisiya fəaliyyəti, eləcə də şirkətin mühasibat hesabatının tərtib edilməsi ilə məşğul olurlar.
2. Maliyyə sistemi (həlqələri, formaları) – Hər bir ölkənin inkişaf etməsi, iqtisadiyyatının sabitləşməsi və infilyasiya səviyyəsinin azaldılması üçün maliyyədən səmərəli istifadə olunması zərurət kimi meydana çıxır. Keçid iqtisadiyyatı dövrü, iqtisadiyyatın inzibati amirlik metodlarının bazar iqtisadiyyatı ilə əvəz olunmasından ibarətdir. Keçid dövrü özündən sonra güclü iqtisadiyyatın və ya iqtisadi şəraitin yaradılmasını tələb edir. Maliyyə prosesləri zəncirvari bir hərəkətdir və bütün maliyyə sistemlərini əhatə edir.

Maliyyə öz əksini onun funksiyalarında tapır. Bir çox maliyyəçi, iqtisadçıların fikrincə maliyyə 3 funksiyanı yerinə yetirir:



  1. Təsərrüfatçılıq proseslərini pul vasitələri ilə təmin etmək

  2. Bölgü

  3. Nəzarət

Həmçinin digər iqtisadçıların fikrincə isə maliyyə yuxarıda adı çəkilən 3 funksiyadan əlavə, bu funksiyaların da öz əlavələri var. Onların fikrincə Təsərrüfatçılıq proseslərini pul vasitələri ilə təmin etmək funksiyası pul fondlarının təşkilindən ibarətdir. Bunlar aşağıdakılardır:

  1. pul fondları

  2. nəzarət

Maliyyə sistemi dedikdə, maliyyə münasibətləri məcmusu başa düşülür. Maliyyə münasibətləri icərisində əsas, aparıcı yeri dövlət büdcəsi təşkil edir. Büdcə özü də latın sözü olub, kisə deməkdir. Büdcə 2 növə ayrılır:

  1. Ailə büdcəsi

  2. Dövlət büdcəsi

     Maliyyə sistemi, bütöv bir kateqoriya kimi bir-birilə qarşılıqlı əlaqəli olan müxtəlif maliyyə institutlarının məcmusudur. Maliyyə institutlarının (həlqələrinin) köməyilə dövlət pul vəsaitlərini toplayır, bölüşdürür və xərcləyir. Maliyyə sisteminin hər bir həlqəsi müəyyən qrup maliyyə münasibətlərini əhatə edir. Maliyyə sistemi – qarşılıqlı surətdə fəaliyyət göstərən və maliyyə fəaliyyətində bilavasitə iştirak edən, onun həyata keçirilməsinə yardım göstərən maliyyə qurumlarının – təşkilatlarının məcmusundan ibarətdir. Dövlət maliyyəyə rəhbərliyi həyata keçirir, müvafiq səlahiyyət verilmiş qanunverici və icraedici orqanlar vasitəsilə maliyyə fəaliyyətini tənzimləyir, istiqamətləndirir.

Maliyyə sisteminin əsas həlqələrinin qarşılıqlı əlaqəsi və bir-birindən aslılığı maliyyənin mahiyyəti ilə şərtlənir.

Azərbaycan Respublikasının maliyyə sisteminin mühüm həlqəsi olan dövlət maliyyəsi özlüyündə bir neçə fondlardan ibarətdir. Bu fondlar içərisində xüsusi yeri büdcə fondu tutur. Bunlara respublika və yerli büdcələr aiddir. Büdcə fondu ümumdövlət və ya yerli sosial-iqtisadi planlar və proqramların reallaşması, ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruridir. Büdcə fondu əsasən hüquqi və fiziki şəxslərdən alınan vergi və ödəmələr hesabına təşkil olunur.

Dövlət maliyyəsi ölkənin maliyyə sisteminin əsasını təşkil edir. O, hər bir ölkədə dövlətin özünün siyasi, iqtisadi və sosial vəzifələrini yerinə yetirmək üçün lazım olan pul vəsaiti ilə təmin etmək üçündür.

Büdcədən kənar məqsədli fondlar Azərbaycanda yeni hüquqi institutdur. Bunlar vaxtilə Azərbaycan Respublikasının 31 dekabr 1991-ci il tarixli Qanunu ilə yaradılmış, indi Dövlət Əhalinin Sosial Müdafiə Fondu, 16 fevral 1994-cü il tarixli Qanunla yaradılmış Dövlət Yol Fondudur. Bu fondlar hüquqi və fiziki şəxslərin gəlirlərindən ayırmalar hesabına təşkil olunur və ciddi məqsədyönlü şəkildə də vəsaitlərdən istifadə olunur.

Qızıl - valyuta fondu Azərbaycan Respublikası Milli Bankının rəsmi idarəçiliyində olan qızıl və valyuta ehtiyatlarıdır. Bu fonda dövlətin qızıl ehtiyatı və xarici dönərli valyuta ehtiyatları daxildir. Dövlətin qızıl ehtiyatı hökümət tərəfindən müəyyən olunmuş bank emissiyasının təminatı üçün nəzərdə tutulur.

AR prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 saylı fərmanı ilə yaradılmış Dövlət Neft Fondu dövlətin maliyyə fondu hesab olunur. Bu fond respublika ərazisində və Xəzər dənizi sektorunda neft və qaz ehtiyatlarının çıxarılması üzrə bağlanmış müqavilələrin həyata keçirilməsindən Azərbaycan Respublikasının əldə etdiyi pul vəsaitlərindən səmərəli istifadə etmək məqsədilə yaradılmışdır. Dövlət Neft Fondu mahiyyət etibarilə büdcədənkənar fonddur, onun vəsaitləri respublikanın ümummilli problemlərinin həlli üçün istifadə olunur.

Yuxarıda adları çəkilən bütün bu fondlar dövlət maliyyəsi həlqəsinin tərkib hissəsini təşkil edir.

Dövlət krediti – hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə etməsi ilə əlaqədar münasibətlərdir. Bu münasibətlərdə dövlət borclu qismində çıxış edir. Beləliklə də, dövlətin daxili borcu yaranmış olur. Dövlət krediti ölkədə dövlət istiqrazları, əmanətlər kimi formalardan istifadə olunmaqla təşkil olunur.

Müəssisə, idarə və təşkilatların maliyyəsi Azərbaycan Respublikasının maliyyə sisteminin mühüm həlqələrindən biri kimi  bütöv maliyyə sistemi üçün bazadır. Milli gəlir onun vasitəsilə yaradılır və maliyyə sisteminin köməyilə bölüşdürülür.

   Kredit fondu kredit ehtiyatlarının, yəni bankların sərəncamında olan və onların hesablarında saxlanılan, müvəqqəti olaraq sərbəst qalmış pul vəsaitlərinin təşkil olunması, hüquqi və fiziki şəxslərə əvəzli və müddətli şərtlərlə verilməsi üzrə münasibətləri əhatə edir.

Sığorta fondu müvafiq pul ehtiyatlarının təbii fəlakət,bədbəxt hadisə və digər hallarda onun nəticələrinin aradan qaldırılması məqsədilə istifadə olunması ilə əlaqədar münasibətləri əhatə edir.

     Azərbaycanda Dövlət maliyyə orqanları sistemində aparıcı mövqe Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə mənsubdur. Naxçıvan MR-da Maliyyə Nazirliyi, yerlərdə isə AR Maliyyə Nazirliyinin yerli orqanları fəaliyyət göstərir. Maliyyə Nazirliyi ölkədə iqtisadi islahatların həyata keçirilməsində, maliyyə və kredit münasibətlərinin təkmilləşdirilməsində başlıca rol oynayır. Azərbaycan Respublikası Maliyyə Nazirliyin əsas vəzifələri aşağıdakılardır:

Dövlətin vahid maliyyə, büdcə və vergi siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması və bu siyasətin həyata keçirilməsi;

- Dövlət maliyyəsinin sabitliyinin təmin edilməsi və maliyyə bazarının inkişafı üçün zəruri tədbirlərin həyata keçirilməsi;

-  Dövlət büdcəsi layihəsinin hazırlanması və icrasının təşkili;

- Büdcə sisteminin, büdcə-vergi proqnozlaşdırılmasının, maliyyələşdirmə mexanizminin, uçot və hesabat qaydalarının təkmilləşdirilməsi;

- Azərbaycan Respublikasının iqtisadiyyatına xarici kreditlərin cəlb edilməsi, onların xərclənməsi və hərərəkəti üzrə uçotun aparılması və ödənilməsi mənbələrinə dair təkliflərin hazırlanması;

- Büdcə vəsaitlərinin, o cümlədən məqsədli büdcə fondlarının, büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınan daxili və xarici kreditlərin xərclənməsi üzərində maliyyə nəzarətinin həyata keçirilməsi;

- Dövlət büdcəsi vəsaitlərinin idarə edilməsinin, o cümlədən bölgüsünün səmərəliliyinin təmin edilməsi.

Müasir dövrdə ayrı-ayrı milli iqtisadiyyatlar arasında asılılığın artması və beynəlxalq dövriyyədə qızıla dəyişdirilməyən kredit pulların tətbiq olunması nəticəsində valyuta məzənnəsi ayrı-ayrı milli iqtisadiyyatların inkişafının zahiri təzahürünə çevrilir, onun yeni əmək məhsuldarlığı şəraitində iqtisadi potensialını müəyyən dərəcədə əks etdirir. Valyuta məzənnəsi özünün belə bir rolu ilə istehsal sferasına güclü əks təsir göstərir.

    Valyuta məzənnəsi iki ölkə valyutası arasında dəyişmə nisbətidir. Başqa sözlə, valyuta məzənnəsi hər hansı bir xarici valyutanın milli pul vahidi ilə qiymətidir. Valyuta məzənnəsi spesifik xarakterə malik pul kateqoriyasıdır və milli iqtisadiyyatla dünya iqtisadiyyatı arasındakı qarşılıqlı əlaqəni ifadə edir. Valyuta məzənnəsi beynəlxalq tədavül sferasının elementlərindən biridir. Beynəlxalq iqtisadi əlaqələr həyata keçirilərkən iki növ qiymətlər (daxili və xarici) müqayisə edilir. Birincisi, malların müxtəlif milli dəyərləri əsasında formalaşır. İkincisi, onların beynəlxalq dəyərləri əsasında yaranır. Ayrı-ayrı ölkələrin malları beynəlxalq dövriyyəyə daxil olduqda, sanki öz üzərindən milli qiymətləri atır və əksər hallarda dünya bazarı qiyməti ilə satılır. Valyuta məzənnəsi milli əmtəə dəyərlərinin ölçüsü rolunu bilavasitə deyil, dolayı şəkildə - milli pul vahidlərinin müqayisə olunması vasitəsilə oynayır. Valyuta məzənnəsində qiymət, əmək məhsuldarlığı, əmək haqqı, istehsal xərcləri, iqtisadi inkişaf sürəti və s. iqtisadi kateqoriyalarda əksini tapır.

    Milli və dünya bazarlarının dəyər gösətriciləri arasında əlaqə yaradan bir alət rolunu oynayan valyuta məzənnəsi beynəlxalq iqtisadi münasibətlərdə və geniş təkrar istehsalda fəal iştirak edir. Təşəbbüsçü iş adamı valyuta məzənnəsindən istifadə edərək öz istehsal xərclərini dünya bazarı qiymətləri ilə müqayisə edir. Bu ayrı-ayrı ölkələrə və müəssisələrə imkan verir ki, xarici iqtisadi əməliyyatların nəticələrini müəyyən etsinlər. Valyuta məzənnəsi ixrac və idxal qiymətləri nisbətinə, firmaların rəqabət qabiliyyətinə, müəssisələrin mənfəətinə müəyyən təsir göstərir.
3. Qiymətli kağızlar bazarı və onun idarə edilməsi –

Bazar – tərkibində bir tərəfdən əmtəə və xidmətlər bazarı, digər tərəfdən isə resurslar bazarını birləşdirən mürəkkəb çoxfunksiyalı anlayışdır. Bu bazarların qarşılıqlı təsiri kredit xassəlidir və sistemin əsas hissəsi olan - dövlətin iqtisadi mexanizmini müəyyənləşdirir. Bazar iqtisadi maliyyə vəsaitlərinin istifadəsində potensial imkanlar tələb edir ki, bunun da mənbəyi maliyyə bazarıdır. Maliyyə bazarı – daim hərəkətdə olan bütün pul ehtiyyatlarının yekunudur (iqtisadi subyektlərin tələb və təklifə dəyişkən münasibətlərinin təsiri altında bölgü və yenidən bölgü zamanı). Maliyyə bazarının quruluşu haqqında tam həmrəylik yoxdur. Bəzilərinin fikrincə maliyyə bazarı qarşılıqlı əlaqədə olan üç bazardan ibarətdir:


  1. qısamüddətli ödəmə vasitəsi funksiyasını yerinə yetirən nağd pullar bazarı;

  2. kreditləri ssuda kapitalı bazarı;

  3. qiymətli kağızlar bazarı.

Digərlərinin fikrincə isə maliyyə bazarının tərkibinə aşağıdakılar daxildir:

  1. bərk kreditlər ssuda kapitalı bazarı;

  2. qiymətli kağızlar bazarı;

  3. valyuta bazarları.

Maliyyə bazarını qiymətli kağızlar bazarı da adlandırırlar. Qiymətli kağızlar bazarı anlayışını ümumi şəkildə qiymətli kağızların buraxılışı və dövriyyəsi ilə bağlı iqtisadi münasibətlərin məcmuusu kimi müəyyənləşdirmək olar. Qiymətli kağızlar bazarı müasir bazar iqtisadiyyatının mühüm atributlarından biridir. Qiymətli kağızlar bazarı qiymətli kağızların lazımi anda pula çevrilməsini, yəni likvid duruma gəlməsində vasitəçilik rolunu üzərinə götürür.

Qiymətli kağızlar müddətindən asılı olaraq maliyyə bazarı qısamüddətli qiymətli kağızların iştirak etdiyi pul və uzunmüddətli qiymətli kağızların iştirak etdiyi kapital bazarına bölünür. Yəni, dolayısı ilə qimətli kağızlar bazarı həm pul, həm də kapital bazarı kimi fəaliyyət göstərir. Aşağıdakı sxemdə qiymətli kağızlar bazarının maliyyə bazarında yeri göstərilib:



Pul bazarı Kapital bazarı

Qimətli kağızlar bazarı


Yüklə 362 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin