Azərbaycan respublikasi məDƏNİYYƏt və turizm naziRLİYİ



Yüklə 1,91 Mb.
səhifə3/4
tarix10.01.2022
ölçüsü1,91 Mb.
#107972
1   2   3   4
Dubay muzeyi. Ərəb mədəniyyəti haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə “Əl-Fahidi Qalası”nda yerləşən muzey əsl istədiyiniz kimi bir yerdir. Əvvəllər bura saray və həbsxana kimi istifadə edilib. Bu muzeyin aşağı mərtəbəsində olan və son texnologiya ilə tikilmiş refrijator hissəsi turistlərin marağına səbəb olur. Bu hissədə keçmişdən bugünə qədər BƏƏ-də baş verən bütün hadisələrin slayd və foto görüntüləei vardır.

Yaxın Şərqin ən böyük ticarət-əyləncə mərkəzi olan “Dubay Malda” gördüyümüz dünyanın ən böyük akvariumlarından birində isə müxtəlif növ balıqların, hətta akulaların da aram-aram üzməsini seyr etmək mümkündür. Bu mərkəzdə yaradılmış hündür şəlalə isə nəhəng ticarət mərkəzində üzücü bazarlıqdan sonra ən gözəl istirahət yeridir. Odur ki, hər il Dubayda ticarət festivalının keçirilməsi ənənə halına çevrilib. Dubay həmçinin dəbdəbə sevənlərin məkanıdır.



Ümmü’l-Qayvan
Ümmü’l-Qayvan əmirliyi cənubda Şarcah ilə Ras Əl-Qaimah arasında yerləşir. Ölkə ərazisinin, həmçinin əhalisinin 1%-ni özündə cəmləşdirir. Əmirliyin mərkəzi Ümmü’l-Qayvandır. Əhalinin yaşayını təsərrüfat təmin edir. Bölgədəki Fələj Əl-Mualla əmirliyin əsas təsərrüfat hissəsidir. Təsərrüfatda yetişdirilən əsas bitkilər subtropik bitkilərdi. İnsanlar bununla yaşayışlarını təmin edirlər. BƏƏ-də bu əmirlik ən qonaqpərvər əmirlik sayılır. Əmirliyin əsas ərazisi 90 km² sahəsi olan Seneyah adası tutur. Bu əmirlik təmiz çimərlikləri, at fermaları ilə dünyada məşhurdur. Bu fermalarda cins atlar yetişdirilir. Dünyanın ən böyük “Dreamland” akvaparkı burada yerləşir və bu bölgəyə turist axınına səbəb olur.
Füceyrə Əmirliyi
Füceyrə Əmirliyi ölkənin Oman körfəzindəki tək əmirliyidi və Hörmüz boğazına yaxın ərazidədir. Bu ərazidə yerləşməyi ona böyük coğrafi-mövqedə yerləşməyinə, strtateji əhəmiyyət daşımağına şərait yaradır. Əmirlik ölkə ərazsinin 1,5 %-ni, əhalinin isə 6%-ni özündə cəmləşdirir. Əmirliyin öz gəmi limanı və hava limanı var. Relyefi dağlardan və təbii vadilərdən ibarətdir. Gözəl təbii şəraiti turistlərin bura cəlb olunmasına imkan yaradır. Həmçinin tarlaçılıq, heyvandarlıq və balıqçılıqda əhalinin məşğuliyyəti arasında xüsusi yer tutur. Əmirliyin ən önəmli bölgələrindən biri Dabba Əl-Füceyrədir. Bura əsas tarlaçılıq və heyvandarlıq bölgəsidir.

Bu əmirlikdə turizm hələ uzun müddət bundan əvvəl yaranmışdır. “Füceyrə Turizm Bürosu” 1966-ci ildə yaradılmışdır. Əsas məqsədi BƏƏ-də turizm sektorunu idarə etmək idi. Hələ də intensive şəkildə bu büro fəaliyyətdədir.

Füceyrə əmirliyinin mərkəzi elə Füceyrə şəhəridir. Bu şəhər gəmi konteynləri üçün ən önəmli limandır. Çox təmiz sahillərə malikdir. Üzüçülük, dalış, gəmiçilik kimi ayrı-ayrı fəaliyyət sahələri üçün ərazidə geniş imkanlar cəmlənmişdir. Əmirliyə gələn turistləri üçün müxtəlif fəaliyyətlər təklif olunur. Bu dad aha rəngarəng turizmə şərait yaradır. Turistlərin marağına səbəb olur.

Şərca Əmirliyi
Şərca Əmirliyi ölkə ərazisinin 3,3%-nə, əhalisinin isə 17%-nə sahibdir. Əmirliyin mərkəzi Şərca şəhəridir. Şəhər Dubayla iç-içədir. Dubayda gecələmə yerlərinin baha, Şərcada isə ucuz olması turistləri bu şəhərə yönəltməyə imkan yaradır. Dubayda işləyənlərin çoxusu Şərcada məskunlaşırlar. Şəhərdə emal sənayesi inkişaf etmişdir.

Əmirliklər arasında ən çox sənayə sahəsi Şərcah əmirliyindədir. Burada həmçinin ticarətdə yüksək templə inkişaf etməkdədir. Məhsulun ucuz və keyfiyyətli olması dinamik ticarətin yaranmasına gətirib çıxarmışdır. Ən çox baş çəkilən ticarət mərkəzləri « Central Souq » və « Əl-Məjərə Souq » mərkəzləridir. Əl-Məjərə daha çox iranlıların ticarət etdikləri, turizm məhsullarının satıldığı yerdir. Həmçinin otel sayı da günü-gündən artmaqdadır. Əvvəllər turizm sektoru üçün şəraiti olmayan bu əmirlikdə aparılan abadlıq, yenidənqurma işləri, bura qoyulan sərmayələr əmirliyin inkişaf etməsinə təkan vermişdir. Dünyanın bir çox yerlərində axışıb gələn turistlərin hesabına əmirliyin əldə etdiyi mənfəət şəhərin daha da gözəlləşməsinə, yeni tikililərin yaradılmasına, turizm müəssisələrinin qurulmasına, yeni turist fəaliyyətlərinin yaradılmasına sərf olunur. Əmirliyin belə sürətlə inkişafı onun gələcək zamanlarda ölkənin ən sayılıb seçilən yerlərindən biri edəcəkdir.

Əmirliyin öz havalimanı mövcuddur. Bu da nəqliyyatın daha tezləşməsinə şərait yaradır. Əmirlik həmçinin BƏƏ-nin mədəniyyət mərkəzlərindən biridir. Burada « Yazarlar Birliyi », « Baş Ticarət Ofisi », « Turizm Bürosu » yerləşir.


Ucman əmirliyi


Ucman əmirliyi BƏƏ-nin ən az ərazisini tutan əmirliyidir. Ölkə ərazisinin cəmi 0,3 %-ni, əhalinin isə 5%-ni özündə cəmləşdirib. Ucman Əmirliyi Şərcahın şərqində yerləşir. Ucman Şərcaha yaxın olduğu kimi, Dubaya da olduqca yaxındır. Ucman şəhərin içərinə qədər daxil olan geniş bir limana sahibdir. Əmirliyin iki bölgəsi var: Masfout və Manama bölgələri. Ucmanda xüsusilə yaxtalar və kiçik həcmli gəmilərin istehsalı, mebel sektoru və geyim paltarları istehsalı müəssisələri fəaliyyət göstərir. Son dövrlər inşaat sektorunun da inkişafı gözəçarpır. Əmirlikdə ticarət mərkəzləri, həmçinin çoxlu sayda banklar fəaliyyət göstərir.


Nəticə

Turizm davamlılığı daimi olmayan qonaqlama və ya səyahətlə getdiyi yerdə istehlakçı olub pul qazanmaq məqsədi olmayan insanın müstəqil iradisinə istinadən əylənmə, istirahət, ailə əlaqələri, sağlamlıq məqsədilə edilən səyahətlər, elmi, idari, diplomatik, dini, idman, konqres məqsədilə edilən səyahət və qonaqlamalardır. Günümüzdə Turizm ölkə büdcəsinə ən çox gəlir gətirən sahələrdən biridir. Bu sektorun ölkələr arasında əlaqələrin yaradılması, sülhan, əminamanlığın qorunması, mədəniyyət inteqrasiyası və s. proseslərdə böyük rolu vardır.

Dünya Turizm Birliyi (WTO) statistikalarına görə 2009-cu ildə beynəlxalq turizm bir il əvvəlki nəticələrə görə 4,2 % artaraq 812,3 milyon insan olmuşdur. Həmin il turizm gəliri 510,6 milyard dollar olaraq verilmişdir. Onların verdiyi proqnaza əsasən 2020-ci ildə beynəlxalq turist axınında iştirak edən turist sayı 1,6 milyard olacaq. Hesablamaların nəticələrinə görə isə əldə olunan gəlir 2 trilyon dollara çatacaq. Bu gəlirdə ən böyük pay sahibi isə digər illərdə olduğu kimi Avropa olacaq.

Birləşmiş Ərəb Əmirlikləri coğrafi nöqteyi-nəzərdən Avropa ilə Hindistan arasında, Uzaq Şərqlə Afrika arasında bağ rolunu oynayır. Ölkədə iqtisadi və siyasi sabitlik hökm sürməkdədir. Həmçinin ölkədə cinayət hadisələrinin çox az olması buranın güvənilir, təhlükəsiz bir yer olmasına gətirib çıxarmışdır. Turizm sektorunda isə təhlükəsizliyin önəminin hamımız bilirik. Bu ən önəmli faktorlardan biridir. Qış fəsli çox yumuşaq keçir. Çox geniş dəniz sahilləri, fərqli və cəlbedici mənzərələr, idman fəaliyyət növləri, konfrans yerləri, beynəlxalq sərgilər və hər il keçirilən Dubay Dünya Kubakı buraya turizmlərin marağını artırır.

Dubay Ticarət Festivalı dünyanın ən böyük ailə festivallarından biridir. Bu festival hər il milyonlarla turistin Dubay şəhərinə axın etməsinə imkan verir. Festivalda önəmli tərəflərdən biri festival çərçivəsində satılan məhsullara verginin qoyulmamasıdır.

Olduqca yüksək gəlirə sahib olan BƏƏ eyni zamanda böyük bir illik xarici ticarətə malikdir. Birləmiş Ərəb Əmirliyindən turizmə olduqca önəm verirlər. Turizmin bu qədər genişlənməsi, inkişaf etməsi ölkənin sabit, dayanıqlı, təhlükəsiz və güvənilir turizm bölgəsinə çevirir. Bura turistlərin ən çox gəldiyi yer Avropa ölkələridir. Avropanın BƏƏ-nin turizm sahəsindəki payı təxminən 27 %-dir. İkinci yerdə 26%-lə Orta Asiya tutur. Birləşmiş Ərəb Əmirliyi 2002-ci ildə 5,5 milyon turist sayı ilə ən çox turist axınına məruz qalan ölkələr sırasında 30-cu sırada yer almışdır. Ən çox gəlir götürən ölkələr sırasında isə 1,328 milyard dollarla 44-cü yeri tutmuşdur. Ölkə turist sayı ilə dünya sıralanmasında ən öndə gedən yerlərdəndir. BƏƏ hər il öz ölkə əhalisinin sayının iki qatı qədər turist qəbul edir.



Ədəbiyyat


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin