Sadə kəsiklər. Laserasiya, yəni yumşaq toxuma kəsiyi üz yaralanmalarının ən çox rast gəlinən formasıdır. Bərpası dərin toxumaların kontrolundan sonra aparılır. Müalicə taktikasını seçmək və infeksiya ehtimalına görə yaralanmadan sonra keçən müddəti bilmək lazımdır. Bu müddət mövzusunda aparılan tədqiqtlar göstərir ki, heyvan dişləmələri və travmatik döymələr istisna olmaqla üzdəki yumşaq toxuma yaralanmalarının çoxusunda təmizləyib müvafiq sarğılarla bağlanması şərtilə ciddi bir infeksiya riski yaratmadan, eləcə də estetik görünüşə təsir etmədən 24 saat gözlənsə də, birincili bərpa oluna bilir.
Yaranın təmizlənməsi üçün fizioloji məhlulla yumaq və nekrotik toxumaları yaradan təmizləmək lazımdır. Nekrotik toxumalar lokalizasiyasından və vacibliyindən asılı olmayaraq yaradan tam kənarlaşdırılmalıdır. Müvafiq yara xətti əldə etmək və yaranın yaxşı sağalması üçün əzilmiş və büzülmüş yara kənarları eksiziya edilir. Bir-birinə paralel və yaxın kəsiklər ortadan eksiziya edilərək bir xəttə gətirilir. Bu bərpanı asanlaşdırır və çapığın formalaşmasını azaldır.
Yeri dəyişilmiş toxumalar öz əvvəlki vəziyyətinə gətirilməlidir. Bəzən kontrakturaların yaranmaması üçün çapığın istiqamətini dəyişməklə Z-plastika aparıla bilər (məsələn, nazolabial şırımda dik bir şəkildə 2,3 sm-lik kəsiklər aparılır).
Tikişlər. Əzələ və dərialtı toxumanın lüzumsuz boşluqlarını azaltmaq və qanın toplanmasının qarşısını almaq üçün tikiş qoyulmalıdır. Bu iş üçün ən yaxşı tikiş materialı plain-ketqutdur. Çünki infeksiyanın inkişafında bu materialın sürətli repozisiyası çox yaxşı amildir. Dərinin tikilməsində 5:0 və ya 6:0 neylon sapları daha münasibdir. Hematoma, maye və ya irin toplanarsa, bu tikişlərdən bir neçəsi sökülərək drenajlaşdırılır.
Dostları ilə paylaş: |