Təcili yardım. Üz sümüklərinin sınıqlarında ilk əvvəl tənəffüs yolu açılmalıdır. Belə bir vəziyyətdə kifayət qədər ventilyasiyanın olmaması aşağıdakı səbəblər nəticəsində ola bilər.
Sümüklər xırda parçalara bölünərək tənəffüs yoluna düşə bilər
Yumşaq toxumalardan qanaxmalar
Getdikcə artan ödem
Ağız boşluğundakı yad cismlər, tökülmüş dişlər, qan laxtaları, şüşə parçaları, protez dişlər, paltar hissələri - tənəffüs yolunu tutan digər səbəblərdir. Buna görə də ağız boşluğuna yaxşı baxılmalıdır.
Kəskin qanaxma olduqda hemostaz aparılmalıdır.
Üz sümüyü sınıqlarında sümüklərin yerinə repozisyası bir neçə gün, həftə, hətta 10 gün sonra da aparıla bilər. Uzunsov beyin, kəllədaxili, qarın boşluğu zədələnmələrində və ətrafların açıq sınıqlarında repozisya daha tez aparılmalıdır.
Üz travmaları zamanı xəstələrdə sümük sınıqları təxmin edilirsə, boyunun rentgenoqrafiyası da aparılmalıdır.
Diaqnoz. Anamnezinə diqqətli nəzər yetirməklə, zədələnmənin tam gedişi aydınlaşır və müalicənin necə aparılması haqqında qiymətli məlumatlar əldə edilir. Xəstə klinikaya gələn kimi, dərhal fiziki müayinə aparılır. Burun sümüklərinin sınıqlarından başqa digər üz sümüyü sınıqlarında ən çox gözə çarpan əlamət anormal dişləmdir.
Palpasiyada qırığa aid dəyərli əlamətlər tapılır. Çənə sınıqlarında şəhadət barmağı alt dişlərin üzərinə, baş barmağı isə çənə altına yerləştirilərək yuxarı, aşağı hərəkət etdirilməyə çalışırlar. Ənğ sümüyünün stabil olub-olmadığını bilmək üçün üst dişlər tutularaq önə, arxaya hərəkət etdirilir. Ağız boşluğunda yuxarı dəhlizin palpasiyası əng, aşağı dəhlizin palpasiyası isə çənə sınıqları haqqında məlumat verir. İnfraorbital kənarların palpasiyası ilə almacıq sümüyü sınıqlarına aid məlumat əldə edilir. Almacıq qövsünün yerdəyişmiş sınıqlarında isə palpasiya erkən dövrdə kömək edir. Çünki bir neçə saatdan sonra inkişaf edən ödem almacıq qövsünün palpasiyasına imkan vermir. Burun kökünü baş və şəhadət barmaqları ilə tutub sağa-sola hərəkət etdirilməsi və palpasiya ilə burun sümüklərində sınığın olub-olmamasını təyin etmək olar.
Üzün yuxarı yarısında ödem, hematoma və qançırların olması əng, almacıq və nazal sınıqların olmasına bir işarədir. Əgər eyni əlamətlər üzün aşağı yarısındadırsa, onda mənə sınıqları haqqında fikirləşmək lazımdır. Göz ətrafı əzələlərdə funksiya pozğunluqları və diplopiya müşahidə olunarsa, almacıq-əng sınığının əlamətidir.
Rentgenoqrafiya üz sümüklərinin sıqlarında ən önəmli müayinə metodudur. Əsasən, iki istiqamətli kranioqrafiya və Uater qrafiyaları aparılır. Əgər ehtiyac olsa, kompyuter tomoqrafiyası aparıla bilər.
Dostları ilə paylaş: |