Ətraf replantasiyaları ilk dəfə 1964-cü ildə uğurla həyata keçirilmişdir. Bu əməliyyatlar təcrübəli cərrah və hər tərəfli geniş əməliyyat bloku olan cərrahi mərkəzlərdə aparılmalıdır.
Amputasiya olmuş hissənin replantasiya mərkəzinə daşınmasında diqqət ediləcək məqamlar aşağıdakılardır:
Lokal antibiotik və dezinfeksiyaedici maddələr tətbiq olunmamalı, fizioloji məhlul və ya ringer məhlulu ilə yuyulmalıdır.
Güdülə turniket tətbiq olunmamalıdır. Lokal sarğı təyziqlə sıxılmalı və qanaxmaya nəzarət edilməlidir. Güclü qanaxmalarda sıxıcı kəmər qoyulmalıdır.
Amputasiya olmuş hissə nəm şəraitdə, 1/3 buz, 2/3 su olan plastik qablarda +40C tempraturda saxlanmalıdır. Bu formada onu 8 saat saxlamaq mümkün olur. Ədəbiyyatlarda daha uzun müddət qalmış amputantların uğurlu replantasiyaları haqqında məlumatlar vardır.
Göstərişlər. Xəstənin yaşı (uşaqlarda daha yaxşı nəticə verir), peşəsi, psixoloji qiymətləndirilməsi, amputasiyanın səviyyəsi (distal hissəyə getdikcə göstəriş azalır), amputantın vəziyyəti, polimorf ampitasiyalar, əzilmə, qopma, infeksiyalaşma dərəcəsi, xəstənin ümumi vəziyyəti, yaralanma anından xəstəxanaya çatdırılmasına qədər keçən vaxt replantasiyaya göstərişlərə təsir edən amillərdir.
Dostları ilə paylaş: |