Üz ətrafındakı orqanların zədələnmələrinin qiymətləndirilməsi. Tənəffüs yolu açılıb hemorragiya və şoka nəzarət olunursa, üz zədələnmələrindən əvvəl ətrafdakı zədələnmələr qiymətləndirilməlidir. Xəstə adətən, üz zədələnməsindən ölmür, lakin onunla bərabər intrakranial, intraabdominal, yaxud intratorakal bir zədələnmə nəticəsində xəstəni itirə bilərik.
Üzün yaralanmalarının diaqnostik təsnifatı.Üzdəki yumşaq toxuma zədələnmələrinin təsnifatı aşağıdakı kimidir:
kontuziya (hematoma ilə birlikdə və ya onsuz);
abraziya (sıyrıq);
travmatik döymə (bir çox kiçik hissəciklərin dermanın daxilinə keçməsi);
toxumanın içində yad cismin tapılması;
dəlinmiş yaralar;
yırtılmış yaralar (sadə, bucaqlı, partlamış və ulduzvari);
qopmuş yaralar (yara dodaqlarının aşağısına dekolasiya olan yırtılmış yara);
yırtılmış zədələnmələr (toxuma itkisi ilə birlikdə);
yanıqlar;
Həyati vacib olan problemləri həll etdikdən sonra lokal anesteziya altında müalicəsi mümkün olan yumşaq toxuma xəsarətləri bərpa edilir. Yaxın məsafədən açılmış atəş zamanı olan zədələnmələrdə isə vəziyyət belə deyil. Artıq dərəcədə toxuma itkisi və sümük qırıqlarını mövcud olduğu bu tip zədələnmələrdə birincili bərpa nadir hallarda mümkün olur. Çünki bu xəstələr ümumi anesteziya almağa davam gətirə bilmirlər. Təbii ki, müalicə vaxtında aparılsa, sadəcə olaraq toxumaların bir-birinə yaxınlaşdırılması sonradan yaxşı nəticələr əldə etməyə imkan verir. Yumşaq toxuma zədələnmələrində qanaxmaya nəzarət, lazımi təmizlik və düzgün sarğı lazım olduqda 24 saat gözləmək olar.