Tənəffüs yolunun açılması. Qan, qırılmış dişlər, qusuntu kütlələri yuxarı tənəffüs yollarını tutursa, xəstəni oyanıq və ya tam əksinə olaraq huşsuz bir vəziyyətə gətirə bilər. Ağız boşluğunda və ya ağız-udlaqdakı bu tıxanmanı barmağımızla təmizləyirik. Belə hallarda aspiratorun istifadəsi və ya traxeostomun tətbiq olunması heç vaxt barmağımız kimi sürətli, təsirli və dəqiq ola bilməz. Bəzən aspirasiya edilmiş yad cisimlər qırtlaq və ya traxeya sınıqları ilə əlaqədar inkişaf edən ödem təcili cərrahi müdaxiləyə ehtiyac yaradır. Lakin bu proses də ağız boşluğu və ağız-udlağın təmizlənməsindən sonra edilməlidir. Nəzarət edilməyən fassial hemorragiya və ya üzdəki toxumaların artıq dərəcədə yerdəyişməsi nəticəsində meydana çıxan tənəffüs problemi xəstəni dik oturtmaqla düzəlir. Fassial zədələnməsi olan bir xəstə əgər dik oturmağa və başını irəliyə uzatmağa çalışırsa buna icazə verilməlidir. Çünki şəxs tənəffüs yolunu açmaq üçün bu hərəkəti reflektor olaraq icra edir. Əgər xəstəni bağlasaq və ya uzatmağa çalışsaq onu itirə bilərik.