Daraq sümüklərinin sınıqları. Əlin ən çox müşahidə olunan sınıqlarındandır. Xüsusilə, yumruq zərbəsindən sonra müşahidə olunaraq aşağıdakı kimi təsnif olunur:
Proksimal metafiz sınıqları: Köndələn sınıq
Çəp sınıq
Epifiz ayrılması
Oynaq daxili sınıqlar: Bennet sınığı. Baş barmağın metakarp qaidəsinin oynaq daxili qırıqlı çıxığıdır.
Rolando sınığı. Baş barmağın metakarp qaidəsinin həm arxa, həm də ovuc səthlərinin T və ya Y şəkilli oynaq daxili sınıqlarıdır.
4-cü və 5-ci metakarp sınıqları. Sınıq xəttinin anatomik yerləşməsinə görə bir neçə cür olur:
Baş hissənin sınıqlar, daha çox parçalı sınıqlardır. Qısa müddətdə təsbit etmək, erkən hərəkət lazımdır.
Boyun hissənin sınıqları. Ən çox 5-ci metakarpın boyun sınığıdır. Boksçu sınığı da deyilir.
Cisimin sınıqları. Köndələn, çəp, çox parçalı ola bilər.