Azərbaycan respublikasi təHSİl naz



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix16.04.2022
ölçüsü1,4 Mb.
#115335
1   ...   7   8   9   10   11   12   13   14   ...   40
86 turk

3.Kapitalist münasibətlərinin inkişafı 
 
 
Təhkimçilik hüququ ləğv edildikdən sonra Rusiyada ka-
pitalist  münasibətləri  inkişaf  etməyə  başladı.  Məhsuldar  qüv-


 
37
vələrlə istehsal münasibətləri arasındakı ziddiyyətlər tamamilə 
aradan qalxmasa da, çox zəiflədi. Bu isə məhsuldar qüvvələrin 
sürətlə  inkişafına  və  cəmiyyətin  sinfi  quruluşunda  xeyli 
dəyişikliklərə səbəb oldu. Çar hökuməti öz iqtisadi siyasətində 
ilk növbədə mülkədar sinfinin mənafeyini müdafiə edirdi. Belə 
ki,  hökumət  mülkədar  sinfinin  öz  torpaq  mülkiyyətini  əlində 
saxlamasında və bu torpaqlardan mümkün qədər çox gəlir gö-
türməsində  maraqlı  idi.  Kapitalist  təsərrüfat  sisteminə  keçən 
mülkədarlar indi yeni kənd təsərrüfatı alət və maşınlarını daha 
çox  tətbiq  etməyə  başlayır,  bəzi  hallarda  çoxtarlalı  növbəli 
ə
kinə  keçirdilər.  Lakin  kəndlilərin  əsas  kütləsi  torpağı  əvvəlki 
köhnə alətlərlə becərirdilər. 
 
Təhkimçilik hüququ ləğv edildikdən sonra mülkədarlar 
öz  təsərrüfatlarını  yeni  şəraitə,  kapitalist  şəraitinə  uyğunlaş-
dırmalı  oldular.  Mülkədarların  öz  təsərrüfatlarını  feodal  təsər-
rüfatından kapitalist təsərrüfatına çevirib yenidən qurması onlar 
üçün çətin idi. Kapitalist istehsalı üçün tələb olunan şərtlər hələ 
yox  idi.  Muzdla  çalışmağa  adət  etmiş  fəhlə  sinfi  lazım  idi  və 
kəndli  avadanlığı  mülkədar  avadanlığı  ilə  əvəz  edilməli  idi. 
Bütün  bu  şərtlər  tədricən  həyata  keçirilə  bilərdi.  Mülkədarlar 
həm kapitalist, həm də biyar sisteminin xüsusiyyətlərini özündə 
birləşdirən  keçid  təsərrüfat  sistemindən  istifadə  edirdilər. 
İ
slahatdan  sonrakı  illərin  mülkədar  təsərrüfatı  məhz  iki  siste-
min,  işləyib-ödəmə  sistemi  ilə  kapitalist  sisteminin  əlaqələn-
dirilməsinə əsaslanırdı. 
 
İş
ləyib-ödəmə  sistemi  ondan  ibarət  idi  ki,  kəndlilər 
mülkədarın  torpağını  öz  alətləri  və  iş  heyvanları  ilə  becə-
rirdilər. Bunun müqabilində mülkədar çox zaman öz torpağının 
bir  hissəsini  kəndlilərin  istifadəsinə  verirdi.  Bəzən  mülkədar 
kəndlinin haqqını məhsulla və ya pulla ödəyirdi. Çox zaman bu 
pul  və  ya  məhsul  kəndliyə  qabaqcadan,  tarla  işləri  başlanma-
mışdan  verilirdi,  beləliklə  də,  kəndlilər  işləyib  borclarını  və 
borcların faizlərini ödəyirdilər. Təsərrüfatı kapitalist sistemi ilə 
idarə etdikdə mülkədar özü üçün iş heyvanı və kənd təsərrüfatı 


 
38
alətləri  almalı  idi,  halbuki  təhkimçilik  hüququ  dövründə  onun 
iş  heyvanı  və  kənd  təsərrüfatı  alətləri  yox  idi  və  torpağı  onun 
tutduğu fəhlələr becərirdilər. 
 
İş
ləyib-ödəmə  sistemində  torpağın  becərilməsi  mülkə-
dara  kapitalist  sistemində  olduğundan  ucuz  başa  gəlirdi,  lakin 
becərmə işinin keyfiyyəti xeyli aşağı olur və az məhsul alınırdı. 
Kapitalist  sistemi  iş  heyvanı  və  kənd  təsərrüfatı  aləti  almaq, 
həmçinin  dövriyyə  vəsaiti  üçün  mülkədardan  xərc  tələb  edir-
disə  də,  əkinçiliyin  satlıq  məhsulunun  artdığı  bir  şəraitdə  ona 
işləyib-ödəmə sistemindəkindən xeyli çox gəlir verirdi. İşləyib-
ödəmə  sistemi  ilə  kapitalist  sistemi  hər  ikisi  eyni  təsərrüfatda 
mövcud  idi.  Təsərrüfat  sahibi  hər  iki  sistemi  əlaqələndirərək, 
işlərin  bir  qismini  işləyib-ödəmə  sistemi  ilə,  digər  qismini  isə 
kapitalist üsulu ilə gördürürdü. 
 
İ
slahatdan  sonrakı  dövrdə  Rusiyada  kapitalizmin  inki-
ş
afı  milli  ucqarların,  o  cümlədən  türk  xalqlarının  təbii  sərvət-
lərini mənimsəməyə  yönəldilmişdi. Həmin müstəmləkə bölgə-
lərində  kapitalist  münasibətlərinin  meydana  gəlməsi  və  geniş-
lənməsi,  öz  növbəsində  bu  bölgələrin  ümumi  iqtisadi  inkişaf 
yoluna  cəlb  olunması  üçün  müəyyən  şərait  yaradırdı.  Lakin 
mərkəzi Rusiya quberniyalarına nisbətən türk xalqları yaşayan 
bölgələrdə kapitalizm nisbətən ləng inkişaf edirdi. 
 
Volqaboyunda  kəndli  təsərrüfatlarının  kapitalist  təməli 
üzərinə  keçirilməsi  üçün  yenidən  qurulması  prosesi  daha  mü-
rəkkəb  və  daha  çətin  gedirdi.  Mükəlləfiyyətlər,  ödənişlər  və 
vergilər  altında  əzilən,  mülkədarlar  tərəfindən  amansızcasına 
istismar edilən kəndlilər yeni şəraitə tez bir zamanda uyğunlaşa 
bilmirdilər.  Təhkimçilik  qalıqlarının  xüsusilə  güclü  olduğu 
Orta  Volqaboyu  rayonlarında  mülkədarların  böyük  bir  hissəsi 
işləyib-ödəmə təsərrüfat sistemini gücləndirirdilər. Volqaboyu-
nun taxılçılıq rayonlarında mülkədarlar kənd təsərrüfatı maşın-
ları tətbiqini çoxaltmaqla taxıl istehsalı dəyərini aşağı salmağa 
çalışırdılar.  Lakin  təsərrüfatı  bu  şəkildə  yenidən  təşkil  etmək 
üçün mülkədarların çoxunun pul vəsaiti və iş bacarığı yox idi. 


 
39
Onlar  işləyib-ödəmə  sistemini  genişləndirmək  yolu  ilə  tə-
sərrüfata  sərf  olunan  xərclərin  pulunu  azaltmağa  çalışırdılar. 
İş
ləyib-ödəmə sisteminin üstün yer tutduğu rayonlarda təhkim-
çilik  qalıqlarının  güclənməsi  müşahidə  olunurdu.  İşləyib-
ödəmə sisteminin əsas bazası ortabab kəndlilər idi. Kəndlilərin 
təbəqələşməsi  prosesində  ortabab  təbəqənin  azalması  işləyib-
ödəmə  sisteminin  təsərrüfatın  kapitalist  sistemi  tərəfindən 
sıxışdırılmasına səbəb olurdu. 
 
Volqaboyunda kapitalist qaydaları əsasında qurulan bir 
sıra  təsərrüfatlar  meydana  gəlmişdi.  Burada  muzdlu  əməkdən, 
təkmil istehsal alətlərindən, bəzən isə kənd təsərrüfatı maşınla-
rından  istifadə  olunurdu.  Burjuaziya  nümayəndələri,  rus  zadə-
ganları  və  ayrı-ayrı  mülkədarlara  məxsus  olan  bu  cür  təsərrü-
fatların sayı o qədər də çox deyildi. Lakin ümumilikdə islahat-
dan  sonra  Volqaboyunun  kənd  təsərrüfatında  kapitalist  müna-
sibətləri  inkişaf  etməyə  başlamışdı.  Orta  Volqaboyu  rayon-
larında kəndlilərin vəziyyəti xüsusilə ağır idi. Bu yerlərdə ciddi 
torpaqsızlıqla  yanaşı,  təhkimçilik  qalıqları  da  güclü  idi. 
Ə
halinin  təbii  artımı  nəticəsində  torpaqsızlıq  getdikcə  artırdı. 
Bu isə kəndlinin iqtisadi cəhətdən mülkədardan asılılığını daha 
da gücləndirirdi. Bu dövrdə çarizmin köçürmə siyasətinin geniş 
miqyas alması da yerli kəndlilərin torpağa ehtiyacını artırmışdı. 
 
Təhkimçilik  hüququ  ləğv  edilən  zaman  Rusiyada  iri 
sənaye  başlıca  olaraq  manufakturadan  fabrikə  keçid  pilləsində 
idi.  Sənayedə  icbari  əmək  üstün  yer  tuturdu  ki,  bu  da  texniki 
tərəqqini  ləngidirdi.  Təhkimçilik  hüququnun  ləğv  edilməsi 
sənayedə  icbari  əməyi  aradan  qaldırdı.  Lakin  muzdlu  əməyə 
keçilməsi asan iş deyildi və müvafiq sahələrdə istehsalın azal-
masına səbəb olurdu. Təhkimçilik hüququnun ləğvindən sonra 
Rusiyada  kapitalist  sənayesi  inkişaf  etməyə  başlamışdı. 
Volqaboyu  rayonlarında  fabrik-zavod  sənayesi  kapitalist 
inkişaf yoluna keçirdi. 80-ci illərdə istehsalın təmərküzləşməsi 
ilə iri kapitalist sənaye sahələri yaranırdı. Sənayenin inkişafı ilə 
ə
laqədar  burjuaziya  və  fəhlə  sinfi  formalaşırdı.  Sənaye  sahə-


 
40
lərinə  milli  kapital  qoyuluşu  getdikcə  artırdı.  Tatar  milli  bur-
juaziyası  yerli işçi qüvvəsindən istifadə etməyə çalışırdı. Milli 
burjuaziya əldə etdiyi kapital hesabına yeni xəz, dəri və başqa 
yüngül sənaye müəssisələri açırdı. 
 
Başqırdıstanda  kapitalizmin  inkişafı  dağ-mədən,  meşə 
və  fabrik-zavod  sənayesində  özünü  göstərirdi.  Başqırdıstanda 
kapitalist  sənayesinin  inkişafı  ilə  bərabər  bir  çox  sənət  sahə-
lərinin  manufaktura  səviyyəsinə  yüksəlməsi  cəmiyyətdə  əsaslı 
dəyişikliklərin  baş  verməsinə  səbəb  olmuşdu.  Kapitalist  cə-
miyyətinin  burjuaziya  və  fəhlə  sinfi  təşəkkül  tapmışdı.  Səna-
yenin  inkişafına  baxmayaraq  Başqırdıstan  yenə  də  Rusiyanın 
kənd təsərrüfatı bölgəsi olaraq qalırdı. 
 
Rusiyada  iri  fabrik-zavod  sənayesi  ilə  yanaşı  nəqliyyat 
da inkişaf edirdi. Dəmiryol tikintisinin, çaylarda və dənizlərdə 
gəmiçiliyin sürətlə inkişaf etməsi islahatdan sonrakı dövr üçün 
səciyyəvi idi. Su yolları ilə daşınan yüklərin əsas hissəsi Volqa 
hövzəsinin və onu Baltik dənizi ilə birləşdirən su sistemlərinin 
payına  düşürdü.  XIX  əsrin  80-ci  illərində  dəmiryol  çəkilişi 
sürətlə davam edirdi. Bu onillik ərzində Batuma qədər uzanan 
Zaqafqaziya  dəmiryolu,  Aşqabada  qədər  uzanan  Zakaspi 
dəmiryolu,  Volqa  üzərindəki  Pokrovskdan  Ural  çayına  qədər 
Ural dəmiryolu, Xarkov və Donbası Orta və Aşağı Volqaboyu 
ilə  birləşdirən  Xarkov-Balaşov-Kamışin  dəmiryolu  çəkilmişdi. 
1880-1890-cı  illərdə  dəmiryollarında  yük  daşınması  iki  dəfə 
artmışdı.  Dəmiryol  çəkilişi  və  dəmiryolları  ilə  yük  daşınma-
sının  artması  rayonlararası  əlaqənin  və  təsərrüfat  əlaqələrinin 
möhkəmlənməsinə  səbəb  olurdu.  Dəmiryol  çəkilişinin  geniş-
lənməsi bir-birindən çox uzaq iqtisadi rayonları olan Rusiyada 
daxili  bazarın  genişlənməsi  və  dünya  bazarı  ilə  ticarət  əla-
qələrinin  möhkəmlənməsinə  səbəb  oldu.  Yollar  həm  dövlət 
tərəfindən, həm də xüsusi şirkətlər tərəfindən çəkilirdi. 
 
Sibirin kənd təsərrüfatı ilk növbədə mərkəzi Rusiya qu-
berniyalarından  mülkədar  torpaq  sahibliyinin  olmaması  ilə 
fərqlənirdi.  Bundan  başqa,  Sibirdə  əkinçiliyə  yararlı  olan  və 


 
41
hələ  becərilməyən  çoxlu  torpaq  var  idi.  Buna  görə  də  Sibir 
kəndlilərinin  bir  çoxu  Rusiyanın  əhalisi  sıx  olan  yerlərinin 
kəndlilərindən  yaxşı  yaşayırdılar.  Lakin  Sibir  kəndində  çox 
zaman  varlılara  muzdurluq  edən  yoxsullar  da  var  idi.  Sibirin 
geniş torpaq sahələri Rusiyadan köçüb gələnlərin diqqətini cəlb 
edirdi.  Lakin  60-70-ci  illərdə  köçüb  gələnlər  hələ  çox  deyildi. 
Sibirə ildə 12 minədək adam köçüb  gəlirdi. 90-cı illərdə Sibir 
dəmiryolunun  çəkilməsinin  köçmə  hərəkatı  üçün  böyük  əhə-
miyyəti  oldu.  O,  Sibirə  köçənlərin  yolunu  xeyli  asanlaşdırır-
dı.1881-ci  ildən  1900-cü  ilədək  Sibir    və  Uzaq  Şərq  quber-
niyalarına  təxminən  bir milyon  adam  köçmüşdü.  Sibirə  köçüb 
gələnlərin  sayı,  Sibir  əhalisinin  təbii  artımından  xeyli  çox  idi. 
Köçənlərin əsas axını Qərbi Sibirə, xüsusilə Altaya yönəlmişdi. 
 
Sibir dəmiryolunun çəkilməsi Sibir taxılının Rusiya ba-
zarına  çıxarılmasına  yol  açdı.  Sibirdə  buğda  əkini  artmağa 
başladı.  Sibirdə  dincəqoyma  tarlaçılıq  sistemi  üstün  yer  tutur-
du.  Dəmiryolu  sayəsində  Qərbi  Sibirdə  yağ  istehsalı  inkişaf 
etməyə başladı. Yağ qismən daxili bazara aparılır, əsas etibarı 
ilə  xaricə  ixrac  edilirdi.  Beləliklə,dəmiryol  çəkilişi  XIX  əsrin 
axırlarında Sibirdə  taxılçılığın və maldarlığın inkişafına şərait 
yaratdı.  Rusiyanın  kənd  təsərrüfatında  Sibirin  rolu  artmağa 
başladı. 
 
Rusiyanın  milli  ucqarları  arasında  Krım  kapitalizmin 
inkişaf  sürətinə  görə  xeyli  fərqlənirdi.  İslahata  qədər  Krımda 
ə
mtəə-pul  münasibətləri  də  inkişaf  etmişdi.  Təhkimçilik 
hüququnun ləğvi və Krıma dəmiryolun çəkilməsi buraya daimi 
və mövsümi işləmək üçün ucuz işçi qüvvəsinin axınını güclən-
dirmişdi. Dəmiryol xəttinin çəkilişi Krımın iqtisadiyyatının in-
kişafında mühüm rol oynayırdı. Belə ki,dəmiryolu Krımı Rusi-
yanın  mərkəzi  sənaye  rayonları  ilə  əlaqələndirir,  kənd  təsər-
rüfatı məhsullarının daşınmasını asanlaşdırırdı. Krımda da yeni 
müəssisələr  açılmışdı.  Sevastopolda  ən  iri  müəssisələr  gəmi 
təmiri müəssisələri idi. Krımda torpağın iri torpaq sahiblərinin 
ə
lində  cəmlənməsi  prosesi  güclənmişdi.  Kəndlərdə  ictimai 


 
42
təbəqələşmə  Rusiyaya  nisbətən  daha  sürətlə  gedirdi.  Kənddə 
ictimai  təbəqələşmə  prosesinin  kapitalist  sənayesinin  inkişafı 
üçün də mühüm əhəmiyyəti var idi. Kəndlilərin təbəqələşməsi 
daxili bazarın genişlənməsi üçün şərait yaradırdı. Krım ölkənin 
xarici ticarət əlaqələrində mühüm yer tuturdu. 
 
Rusiya imperiyasının bütün milli ucqarları üçün həmin 
ucqarlarda  məhsuldar  qüvvələrin  inkişafını  ləngidən  ümumi 
səbəb milli-müstəmləkə zülmü idi. Çarizm öz siyasi məqsədləri 
üçün  türk  xalqları  yaşayan  bölgələrdə  feodal  münasibətlərini 
müdafiə  edirdi.  Çarizm  ucqarların  iqtisadi  inkişafını  məh-
dudlaşdıraraq,  onlardan  sənaye  mallarının  satış  bazarı  kimi, 
xammal  mənbəyi  kimi  istifadə  etmək  siyasəti  yeridirdi.  Belə 
siyasət  təkcə  ucqar  rayonların  inkişafı  üçün  deyil,  bütövlükdə 
ölkə  üçün  mənfi  nəticələr  verirdi.  Lakin  öikənin  kapitalist-
cəsinə  inkişafı  çarizm  tərəfindən  ucqarların  iqtisadiyyatının 
salındığı  buxovları  aradan  qaldıraraq  onları  vahid  iqtisadi  sis-
temə cəlb edirdi. Milli ucqarların həm ölkənin mərkəzi ilə, həm 
də öz aralarındakı iqtisadi əlaqələri artıb möhkəmlənirdi. Kapi-
talizm inkişaf etdikcə, həmin milli ucqarlar get-gedə kapitalist 
Rusiyası iqtisadiyyatının tərkib hissələrinə çevrilirdi.  
 
     
 
 
 


 
43

Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin