Bu məqsədlə dissеrtasiya işində aşağıdakı məsələlər araşdırılmışdır:
Qədim dövr və orta əsrlərdə geyimlərin forma təkamülünün təhlili;
Xalqlarının geyimlərində qorunmuş etno-mədəni xüsusiyyətlərin tədqiqi;
3. Çin, hind və rus xalq geyimlərinin bədii-konstruktiv dəyərlərinin təhlili;
4. Geyimlərdə psixoloji-mədəni və rəng amillər, müasir kostyumların modelləşdirilməsində etno-üslub istiqamətlərinin müəyyənləşdirilməsi.
Tədqiqatın informasiya bazası və işlənilməsi metodları nəzərdə tutulan məsələlərə sistеmli yanaşılmış, müasir dizayn sahələrində, xüsusilə geyim sferasında milli ənənələrin tətbiqi problemlərinin tədqiqatı zamanı arхiv, еlmi-tədqiqat, tariхi məxəzlərdən, еləcə də, internet xidmətlərindən baza kimi istifadə olunmuşdur.
Tədqiqatın elmi yeniliyi. Müasir dövrdə texnoloji sivilizasiya bir tərəfdən, insanı ənənələrdən uzaqlaşdırır, ənənənin müxtəlif versiyalari isə tarixə "tamaşaçı" kimi yanaşılan biganə münasibəti rekonstruksiya edir, belə vəziyyətdə moda qlobal korporasiyaların, marketinq mexanizminin bir hissəsi, eləcə də hakimiyyətin alətinə çevrilir.
Müasir mədəniyyətin inkişafı üçün etno-ənənə səciyyəvidir. Bu baxımdan insanaların “doğma” hesab etdikləri, milli ənənələrin daşiyıcısına çevrilən etnik formaların istifdəsi, onun psixoloji və rəng təsirləri kimi bir sıra məsələlərin kоmplеks tədqiqi dissеrtasiya işinin еlmi-yеniliyi hеsab oluna bilər.
Tədqiqatın təcrübi əhəmiyyəti. Dissertasiya işində təhlil edilən məsələlər moda sahəsində istifadə edilə bilər. Buradakı əsas müddəalar və nəticələr UNEC-in “Texnologiya və Dizayn” fakultəsində sərbəst işlərdə, eləcə də, mühazirələrdə öz əksini tapa bilər.
Dissertasiya işin strukturu və həcmi. Disertasiya işi - Giriş, 3 Fəsil, Nəticə və təkliflər, Əlavələr (tədqiqat işinə uyğun şəkillər) və Ədəbiyyat siyahısından ibarətdir. Dissertasiya işinin ümumi həcmi 73 səh, 9 şəkildən ibarətdir.
“Geyim fenomeni və dünya xalqlarının geyim formalarında milli ənənələrin formalaşmasının analizi” adlı I Fəsildə geyim tarixi və qədim dövr geyimlərinin xarakteristikası tədqiq edilir, orta əsrlərdə geyimlərin forma təkamülü göstərilir.
“Şərq ölkələrində milli kostyumların estetik və konstruktiv cəhətləri” adlı II Fəsildə ənənəvi Hind geyimlərinin bədii-konstruktiv dəyərləri, eləcə də tarixi-mədəni xüsusiyyətləri əks etdirən Çin kostyumlarının özünəməxsus çalarları açıqlanır, Rus xalq geyimlərində tarixi ənənələr və müasirlik təhlil olunur.
“Müasir moda sferasında milli ənənələrin tətbiqi” adlı III Fəsildə dəbin psixoloji və mədəni amilləri, qadın geyimlərində rənglərin harmoniyası analiz olunur, milli geyim elementləri əsasında yaradılan müasir geyimlərin modelləşdirilməsinin etnik istiqaməti göstərilir.
“Nəticə və təkliflər” bölümündə dizaynın digər sahələrində olduğu kimi geyimdə sferasında modelyerlər tərəfindən milli ənənələr əsasında “müasir və etnik” obrazın yardılmasına təsir edən amillər və onların cəmiyyətə göstərdiyi təsir vurğulanır.
Magistrant: L.V.Kazımova
Elmi rəhbər: dos.Y.Ç.Ağamalıyeva
Dostları ilə paylaş: |