Söz eşqin lüğətində öz canımızdır bizim,
Biz-sözük, görkəmimiz-eyvanımızdır bizim.
“ Xosrov və Şirin ”-də buna bənzər fikri şair belə ifadə edir:
Söz Ruhdur, can üçün ruh bir dərmandır,
Cantək əzizliyi bəlkə bundandır.
Nizaminin dilə münasibəti məsələsini aydınlaşdırmaq bizim tədqiqatın əsas məqsədi olmadığı üçün kiçik bir icmalla kifayətlənməli oluruq. Bu problem müstəqil tədqiqat obyekti olmalıdır.Nizami yaradıcılığı bir ümmandır ki, onda elmin bütün sahələrinə aid istənilən fikri tapmaq olar. Nizaminin dil haqqında fikirləri bir də ona görə qiymətlidir ki, özündən sonrakı şair və mütəfəkkirlər onun fikirlərinə istinad etmişdir. Nizami qədər qüdrətli söz deyə bilən ikinci bir şairə rast gəlməkçətin məsələdir.
Fars ədəbiyyatında çox qudrətli söz ustadları vardır, lakin Nizami qədər hər sözü yerli
yerində demək onlara nəsib olmayıb. İran ədəbiyyatında şeir Nizami vasitəsi ilə yüksək
səviyyəyə, mədəni formaya gəlib çıxmışdır. Böyük iftixar hissi ilə deyə bilərik ki, bu gün
Şərqin şeiriyyatı Nizami kimi dühaların sayəsində dünya poeziyasının ən pik nöqtəsi
sayılır. Bu nöqteyi-nəzərdən Nizami əvəzsiz sənətkar olaraq bəşəriyyətin hafizəsində
əbədi yaşayacaqdır. Alim Mənsur Sərvət başqa ədəbiyyatşünaslardan fərqli olaraq Nizaminin
türklüyünə daha çox toxunmuşdur. Onun türk Səlcuqlarının xronoloji şəkildə harada
yerləşib və dövlət qurduqlarını göstərməsi tarixi baxımından əhəmiyyəti önəmlidir. Nizami şerinin səbkisi Xorasan və İraq şeir formaları arasındadır. Əgər fars şeir
dilini Xorasan, İraq, Hind məktəbi ilə müqayisə etsək onda belə qənaətə gələrik ki,
Nizami poeziyası İraq şeir nümunələrinin bariz oxşarıdır. Onun məsnəvi, ürəyəyatan,
düzülüş qaydası, xeyli ərəb kəlmələrinin işlədilməsi buna dəlalət edir. Bununla belə
şeirdəki fars üslubu, Nizaminin öz dəsti-xətti olması, hətta Qərb təmayülü və Yunan
forması da özünü göstərir. Sokratdan əvvəlki fəlsəfə və islam dəyərləri Nizami
yaradıcılığında özünü biruzə verir. Digər tərəfdən elmi istilahlar, xüsusilə
astronomiyaya bələdlik onun əsərlərində özünü tam göstərir. Nizaminin saraydan uzaq
olmasına gətirib çıxardır ki, bu da şairin yaradıcılığına müsbət təsirsiz ötüşməmişdir. Bu
da onun şahlara mədh yazmaqdansa, əxlaq, hikmət və cəmiyyətin real həyatından
yazmağa imkan vermişdir. Nizami şeriyyatının gücü ondadır ki, o, acı, mənfi işləri
göstərsə də, əsas etibariylə işıqlığa can atan sənətkar kimi özünü göstərmişdir. Əksər
vaxt da xeyrin şər üzərindəki qələbəsi, haqqın nahaqqa qalibiyyətini deməklə öz
ideyalarını tərənnüm etmişdir. Bunları söyləməyə hünər tapmışdır. Onun ilk əsəri «Sİrlər
xəzinəsi», sonuncu dastan «İskəndərnamə»dən fərqlənsə də, öz aralarında bir
həmahənglik təşkil edir. Nizami cavanlıqdan bir əxlaqı götürüb sona qədər də onunla
gedir. Bədii şeir təsvirinə gəlincə Nizami qədər onu ilahi bir qüvvəyə çevirə biləcək bir
adam, və yaxud ikinci bir şairə rast gəlmək müşkül məsələdir.
Dostları ilə paylaş: |