AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
«VERGİ VƏ VERGİQOYMA» KAFEDRASI
Bakalavr dərəcəsi alan ali məktəb tələbələrinin
qeyri-ixtisas qrupları üçün «VERGİ SİSTEMİ» fənninin
P R O Q R A M I
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının «İqtisadiyyat» bölməsinin 04.06.2002-ci il tarixli, 16 saylı protokolu ilə təsdiq edilmişdir.
BAKI – 2013
TƏRTİB EDƏNLƏR: İ.e.d. KƏLBİYEV Y.A.
İ.e.n., dos. MƏHƏRRƏMOV R.B.
İ.e.n., b/m MƏMMƏDOVA G.M.
İ.e.n., b/m BƏDƏLOV E.Ş.
ELMİ REDAKTOR: «Maliyyə» kafedrasının professoru i.e.d. SADIQOV M.M.
RƏYÇİ: İ.e.n., dos. RZAYEV İ.M.
Програм бакалавр пиллясиндя тящсил алан алан али мяктяб тялябяляри цчцн гцввядя олан тядрис планына ясасян тяртиб едилмиш, Азярбайъан Дювлят Игтисад Университетинин «Верэи вя верэигойма» кафедрасында мцзакиря едилмиш вя Университетин Тядрис-Методики Шурасынын 25 феврал 2002-ъи ил тарихли иъласынын (4 сайлы протокол) гярары иля тясдиг едилмишдир.
.
GİRİŞ
Ötən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq Ümummilli liderimiz H.Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən əsaslı islahatlar vergi sistemində də köklü dəyişikliklərə gətirib çıxarmışdır. 2001-ci ilin əvvəlində qüvvəyə minən Vergi Məcəlləsi ölkənin vergi siyasətində əhəmiyyətli dəyişiklik edərək, vergi münasibətlərinin tənzimlənməsi sahəsində islahatların aparılmasına imkan verməklə yanaşı çevik maliyyə siyasətinin həyata keçirilməsinə də şərait yaratmış oldu.
Azərbaycan Respublikasında ümumi iqtisadi savadın artırılması, bazar iqtisadiyyatı şəraitində çevik qərarların qəbul edilməsi, işgüzarlıq, təşəbbüskarlıq, sahibkarlıq fəaliyyətinin tələbələr arasında inkişaf etdirilməsi, iqtisadi sahədə vergi mədəniyyətinin yüksəldilməsi, təhsil sahəsində vergi problemləri ilə bağlı biliklərin əldə edilməsi mühüm əhəmiyyət kəsb edir.
İqtisadi təhsilin tərkib hissəsi olan vergi təhsilinin əhəmiyyəti durmadan artır. Vergitutmanın əsaslarının öyrənilməsi müasir iqtisadi təhsilin ayrılmaz tərkib hissəsidir. Ölkənin iqtisadi qüdrətinin artması, vergilərin cəmiyyətin həyatında rolunun yüksəlməsi vergitutmanın tədrisi sahəsində də işlərin canlanmasına səbəb olmuşdur. Hal-hazırda Azərbaycanın bir çox universitetlərində iqtisadiyyat yönümlü fakültələrdə vergitutma ilə bağlı fənlər tədris olunur.
Qeyri-ixtisas qruplarında tədris olunan “Vergi sistemi” fənni iqtisadiyyat üzrə təhsil alan tələbələr Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını öyrənirlər. Bu ixtisas fənni həmçinin vergitutma ilə bağlı digər fənlərin mənimsənilməsinə istiqamət verir və tələbələrin bu istiqamətdə fəaliyyətini əsaslandırır.
Mövzu 1. Vergilərin yaranma və inkişafı tarixi – 2 saat
Vergitutmanın ilkin forması. Vergitutmanın inkişafının mərhələləri. Qədim Misirin, Yunanıstanın və Roma dövlətinin vergi sistemi. İmperator Avqust Oktavianın dövründəki vergilər. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Avropa ölkələrində vergi sisteminin inkişafı.
Vergilər iqtisadi kateqoriya kimi. Vergilərin bir iqtisadi kateqoriya kimi əsas əlamətləri. Vergilərin obyektiv zəruriliyi. Vergilərin digər ödənişlərdən fərqləri.
Nəzarət sualları:
-
Vergitutmanın ilkin forması necə olmuşdur?
-
XVII-XVIII əsrlərdə Avropa ölkələrində vergi sistemi necə olmuşdur?
-
Bir iqtisadi kateqoriya kimi vergilərin hansı əlamətləri vardır?
-
Vergilərin digər ödəniş və rüsumlardan fərqi nədədir?
-
Vergitutma elementləri hansılardır?
-
Vergilərin funksiyaları hansılardır?
Ədəbiyyat (49,50,51,54,61)
Mövzu 2. Vergi siyasəti və Azərbaycanda həyata keçirilən
vergi islahatları – 2 saat
Bazar iqtisadiyyatının modelləri.
Vergi tənzimlənməsinin məzmunu və məqsədi. İqtisadiyyatın dövlət tənzimlənməsində vergilərin rolu. Dövlət tənzimlənməsinin üsulları.
Vergi siyasətinin mahiyyəti. Vergi siyasətinin formaları. Vergi siyasətinin məqsədi.
Vergitutmanın prinsipləri.
Vergi siyasətinin tipləri: maksimal vergilər siyasəti; optimal vergilər siyasəti; sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti.
Vergi yükü. Makrosəviyyədə vergi yükünün hesablanması qaydası. Vergi yükünün iqtisadi inkişafa təsiri.
Vergi islahatlarının aparılması istiqamətləri. Vergi islahatları aparılarkən nəzərə alınan əsas prinsiplər.
Azərbaycanda aparılan vergi siyasətinin əsas istiqamətləri.
Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsi.
Vergi siyasətinin strateji istiqamətləri: birbaşa vergilərin təkmilləşdirilməsi üzrə strateji istiqamətlər; dolayı vergilərin təkmilləşdirilməsi üzrə strateji istiqamətlər. Vergi inzibatçılığının təkmilləşdirilməsinin strateji istiqamətləri.
Avropa İttifaqına daxil olan ölkələrin vergi siyasətinin qısa təhlili və mütərəqqi vergi sisteminin əsas prinsipləri.
Nəzarət sualları:
1. İqtisadiyyatın dövlət tənzimlənməsində vergilərin rolu nədən ibarətdir?
2. Vergi siyasətinin iqtisadi mahiyyəti nədir?
3. Vergi siyasətinin hansı tipləri vardır?
4. Makro səviyyədə vergi yükü necə hesablanır?
5. Vergi islahatları aparılarkən hansı prinsiplər nəzərə alınmalıdır?
6. Azərbaycanda aparılan vergi siyasətinin əsas istiqamətləri hansılardır?
7. Vergi siyasətinin strateji istiqamətləri hansılardır?
8. Avropa Birliyinə inteqrasiya şəraitində Azərbaycan hansı vergi siyasətini yürüdür?
Ədəbiyyat (13,14,41,46,47,48,49,51,53,61,71)
Mövzu 3. Azərbaycan Respublikası Vergi Məcəlləsinin
əsas müddəaları – 2 saat
Vergi sistemi anlayışı. Vergi sisteminin əsas vəzifələri. Müasir vergi sisteminin xarakterik əlamətləri. Vergi sisteminin prinsipləri.
Azərbaycan Respublikasının vergi sisteminin formalaşması. Vergi qanunvericiliyi sistemi və prinsipləri. Vergilərin təyin edilməsi qaydaları. Vergilərin növləri və elementləri.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər. Azərbaycan Respublikasının vergi qanunvericiliyi. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları.
Azərbaycan Respublikasının vergi sistemi. Vergitutmanın formaları. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibət iştirakçıları.
Vergi anlayışı. Vergi Məcəlləsində istifadə edilən digər anlayışlar.
Bazar qiyməti.
Nəzarət sualları:
1. Hansılar istisna olmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz?
2. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları hansılardır?
3. Vergitutmanın hansı formaları vardır?
4. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibət iştirakçıları kimlərdir?
5. Rezident kimdir?
6. Qeyri-rezident kimdir?
7. Bazar qiyməti nədir?
8. Bazar qiyməti nəzərə alınmaqla vergilər necə hesablanır?
Ədəbiyyat (2,6,46,51,61)
Mövzu 4. Vergi ödəyicilərinin hüquqları və vəzifələri. Dövlət vergi orqanları, onların hüquq və vəzifələri – 2 saat
Vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqları. Vergi ödəyicilərinin mövcud vergi qanunvericiliyində informasiya alması hüquqları. Vergi qanunvericiliyinin tətbiqi məsələlərində vergi orqanları tərəfindən yazılı izahatların verilməsi qaydaları. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılması və əvəzləşdirilməsi hüquqları. Vergilərin ödənilməsi və geri qaytarılması qaydaları. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi hüquqları.
Vergi agenti. Vergi agentinin hüquq və vəzifələri.
Daimi nümayəndəlik, onların hüquq və vəzifələri.
Dövlət vergi orqanları və onların təyinatı. Vergi orqanlarının fəaliyyətinin hüquqi əsasları. Vergi orqanları işçilərinin sosial müdafiəsinin dövlət təminatı. Vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondu.
Vergi orqanlarının hüquqları. Vergi orqanlarının vəzifələri.
Vergitutma sahəsində dövlət gömrük orqanlarının hüquq və vəzifələri.
Vergi orqanlarının vəzifəli şəxsləri, onların təyinatı və vəzifədən çıxarılması. Vergi orqanlarının vəzifəli şəxslərinin rütbələri. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin kommersiya (vergi) sirrinin saxlanması.
Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələri.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Mərkəzi aparatının strukturu. Ərazi üzrə vergilər idarələrinin strukturu. Ərazi üzrə vergilər şöbəsinin strukturu. Bakı şəhəri üzrə Baş Vergilər İdarəsinin strukturu.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Mərkəzi aparatının funksiyaları.
Nəzarət sualları:
-
Vergi ödəyicilərinin hüquqları hansılardır?
-
Vergi ödəyicilərinin vəzifələri hansılardır?
-
Vergi hüquq pozuntularına qarşı hansı məsuliyyət növləri tətbiq olunur?
-
Vergi agentinin hüquq və vəzifələri hansılardır?
5. Daimi nümayəndəliklərin hansı hüquq və vəzifələri vardır?
6. Vergi orqanlarının fəaliyyətinin hüquqi əsasları hansılardır?
7. Vergi orqanlarının sosial müdafiəsi necə təmin olunur?
8. Vergi orqanlarının vəzifəli şəxslərinin hüquq və vəzifələri hansılardır?
9. Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu necədir və onların funksiyaları hansılardır?
Ədəbiyyat (2,46,51,61)
Mövzu 5. Vergi ödəyicilərinin uçotu – 2 saat
Vergi nəzarəti və onun həyata keçirilməsi üçün əsas şərtlər.
Vergi ödəyicilərinin uçotunun aparılmasının əsas məqsədi.
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması qaydaları. Vergi orqanlarında dövlət qeydiyyatına alınması üçün kommersiya qurumlarının zəruri sənədləri. Hüquqi şəxsin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması.
Qeyri-kommersiya hüquqi şəxslərin vergi uçotuna alınması qaydaları.
Fiziki şəxsin sahibkarlıq uçotu haqqında. Fiziki şəxsin vergi uçotundan çıxarılması.
Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması.
Nəzarət - kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması).
Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma.
Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri.
Nəzarət sualları:
1. Vergi ödəyiciləri nə üçün vergi uçotuna alınır?
2. VÖEN nədir?
3. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı necə aparılır?
4. Qeyri-kommersiya hüquqi şəxslərin vergi uçotu necə aparılır?
5. Fiziki şəxsin sahibkarlıq uçotu necə aparılır?
6. Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatı hansı qaydada həyata keçirilir?
7. Nəzarət - kassa aparatı qeydiyyata necə alınır?
8. Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı hansı vəzifələri vardır?
Ədəbiyyat (2,11,27,30,31,32,39,40,44,46,51,59,61)
Movzu 6. Vergi nəzarəti: kameral və səyyar vergi yoxlamaları. – 2 saat
Vergi nəzarətinin üsulları: uçotun və hesabat göstəricilərinin yoxlanılması, lazım olan sənədlərin tələb olunması, vergi ödəyicilərinin izahatlarının alınması; mütəxəssislərin və ekspertlərin, şahidlərin cəlb edilməsi; gəlir əldə edilməsi üçün istifadə edilən ərazilərə baxılması. Vergi yoxlamaları vergi nəzarətinin bir forması kimi. Kameral və səyyar vergi yoxlamaları.
Kameral vergi yoxlamalarının həyata keçirilməsi üzrə vergi orqanlarının işinin təşkili qaydaları. Kameral vergi yoxlamalarının həyata keçirilməsi məqsədləri. Kameral vergi yoxlamalarının həyata keçirilməsi metodikası. Kameral vergi yoxlamalarının nəticələrinin rəsmiləşdirilməsi qaydaları.
Növbəti və növbədənkənar səyyar vergi yoxlaması. Səyyar vergi yoxlamalarının nəticələrinin rəsmiləşdirilməsi. Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanlarının vəzifəli şəxslərinin ərazilərə və ya binalara daxil olması. Baxış. Sənədlərin tələb edilməsi. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi. Ekspertiza. Vergi yoxlamasının keçirilməsinə köməklik göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi. Tərcüməçinin iştirakı. Müşahidəçilərin iştirakı.
Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokola dair ümumi tələblər. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması.
Operativ vergi nəzarətinin keçirilməsinin zəruriliyi. Operativ vergi nəzarətinin keçirildiyi yerlər. Operativ vergi nəzarətinin keçirilməsi üçün əsaslar.
Operativ vergi nəzarətinin həyata keçirilməsi üzrə vergi orqanlarının işinin təşkili.
Əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə operativ vergi nəzarətinin həyata keçirilməsi. Xronometraj metodu ilə müşahidə aparılması.
Operativ vergi nəzarətinin həyata keçirilməsi ilə əlaqədar tərtib edilən sənədlərin doldurulması.
Azərbaycan Respublikası nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert Komissiyası haqqında Əsasnamə. Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları.
Aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markası ilə markalanmış malların satışının təşkili. Aksizli mallar istehsal edən vergi ödəyicilərinin müvafiq binalarında və ya anbarlarında nəzarət postlarının təşkili.
Nəzarət sualları:
-
Vergi nəzarətinin formaları hansılardır?
-
Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri hansılardır?
-
Vergi nəzarətinin üsulları hansılardır və onları izah edin.
-
Kameral vergi yoxlaması necə həyata keçirilir?
-
Növbəti səyyar vergi yoxlaması necə həyata keçirilir?
-
Səyyar vergi yoxlaması necə həyata keçirilir və yoxlamanın nəticələri necə rəsmiləşdirilir?
-
Vergi yoxlamalarının materiallarına baxıldıqdan sonra hansı qərarlar çıxarılır?
8. Operativ vergi nəzarəti nə üçün zəruridir?
9. Xronometraj metodu ilə müşahidə necə aparılır?
10. Operativ vergi nəzarəti hansı sahələri əhatə edir?
11. Operativ vergi nəzarətinin nəticələri necə rəsmiləşdirilir?
12. Aksiz markalı mallara operativ vergi nəzarəti necə həyata keçirilir?
13. Nəzarət-kassa aparatları ekspertizadan necə keçirilir?
Ədəbiyyat (2,12,17,18,34,35,36,44,46,51,59,61)
Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət – 2 saat
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti.
Hesabatın vaxtında verilməməsinə görə maliyyə sanksiyaları. Vergilərin azaldılmasına görə maliyyə sanksiyaları. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər. Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına tətbiq olunan maliyyə sanksiyaları.
Vergi orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti.
Vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin vergitutma ilə bağlı müddəaları.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vergitutma ilə bağlı müddəaları.
Nəzarət sualları:
-
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmənin qaydaları hansılardır?
-
Əməliyyatların həyata keçirilməsində vergi qanunvericiliyinin pozuntusu aşkar edildikdə hansı maliyyə sanksiyaları tətbiq olunur?
3. Vergi orqanları və onların vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasında hansı məsuliyyətə cəlb olunurlar?
4. Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına hansı maliyyə sanksiyaları tətbiq edilir?
-
İnzibati Xətalar Məcəlləsinə əsasən vergi qanunvericiliyində hüquq pozuntularına görə nəzərdə tutulan cərimələr hansılardır?
-
Cinayət Məcəlləsinə əsasən vergi qanunvericiliyində hüquq pozuntularına görə nəzərdə tutulan məsuliyyət tədbirləri hansılardır?
Ədəbiyyat (2,4,5,33,46,51,61)
Mövzu 8. Vergilərin hesablanması və ödənilməsinin
ümumi əsasları – 2 saat
Vergitutma obyektinin müəyyən edilməsi. Vergitutma bazasının müəyyən edilməsi. Vergi dərəcəsinin seçilməsi. Vergi güzəştlərinin tətbiq edilməsi. Vergi məbləğinin hesablanması.
Verginin hesablanması zamanı vergi ödəyicilərinin təqdim etdikləri sənədlər.
Vergi ödəyiciləri və vergi orqanları tərəfindən vergilərin hesablanması.
Vergitutmanın formaları. Vergilərin mənbələri. Vergilərin ödənilməsi günləri. Vergilərin büdcəyə artıq keçirilməsi halları. Bəyannamənin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti.
Vergi öhdəlikləri. Vergi öhdəliklərinin yerinə yetirilməsi. Vergi öhdəliklərinin hesablanması və ödənilməsi qaydaları.
Vergilərin ödənilməsi. Vergilərin ödənilməsi haqqında bildiriş. Vergi öhdəliklərinin yerinə yetirilməsi müddəti və bu müddətlərin dəyişdirilməsi. Vergilərin ödənildiyi yer, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və vergilər üzrə borcların ödənilməsi.
Vergilər üzrə borcların alınması qaydası
Vergilərin vergi ödəyicilərinin əmlakı hesabına alınması qaydaları. Vergilərin ödənilməməsi və ödəmə mənbəyində tutulmamasına görə məsuliyyət, ümidsiz borcların silinməsi və sübut etmək vəzifəsi.
Nəzarət sualları:
1. Vergilərin hesablanması qaydası necədir?
2. Vergilərin hesablanması zamanı vergi ödəyicilərinin təqdim etdikləri sənədlər hansılardır?
3. Bəyannamələrin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti hansılardır?
4. Vergi öhdəliklərinin yerinə yetirilməsi qaydaları necədir?
5. Vergilər vergi ödəyicilərinin əmlakı hesabına necə alınır?
Ədəbiyyat (2,6,7,17,37,46,51,61)
Mövzu 9. Fiziki şəxslərin gəlir vergisi – 2 saat
Fiziki şəxslərin gəlir vergisinin iqtisadi mahiyyəti. Onun fiskal və tənzimləyici funksiyaları. Fiziki şəxslərin gəlir vergisinin formalaşması prosesi.
Rezident və qeyri-rezident vergi ödəyicilərinin gəlirləri və onların vergiyə cəlb edilməsi qaydaları.
Muzdlu işlə əlaqədar əldə edilən gəlirin məbləğinin əldə edilməsi. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirin məbləğinin müəyyən edilməsi.
Vergitutma obyektinin müəyyən edilməsi. Aylıq gəlirin vergiyə cəlb edilməsi qaydaları. İllik gəlirin vergiyə cəlb edilməsi qaydaları.
Fiziki şəxslərin gəlir vergisindən azad olan hissəsi. Vergi güzəştləri.
Nəzarət sualları:
-
Fiziki şəxslərin gəlir vergisinin formalaşması prosesi necədir?
-
Muzdlu işlə əlaqədar alınan gəlirlər hansılardır?
-
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər hansılardır?
-
Aylıq gəlirdən vergi necə tutulur?
-
İllik gəlirdən vergi necə tutulur?
-
Gəlir vergisindən azadolmalar və güzəştlər hansılardır?
Ədəbiyyat (2,8,20,28,45,46,51,61)
Mövzu 10. Hüquqi şəxslərin mənfəət vergisi – 2 saat
Hüquqi şəxslərin mənfəət vergisinin iqtisadi mahiyyəti. Vergi ödəyiciləri.
Vergitutma obyekti. Verginin dərəcələri.
Mənfəət vergisinin formalaşması prosesi.
Vergi uçotunun kassa və hesablama metodu ilə aparılması.
Mənfəət vergisindən azadolmalar və güzəştlər.
Gəlirin əldə edilməsi ilə bağlı xərclərin gəlirdən çıxılması. Gəlirdən çıxılmayan xərclər. Ümidsiz və şübhəli borcların gəlirdən çıxılması. Amortizasiya ayırmalarının və əsas vəsaitlərin gəlirdən çıxılan hissəsi. Təmirlə bağlı xərclərin gəlirdən çıxılması.
Ödəmə mənbəyindən verginin tutulması.
Qeyri-rezidentlərin gəlirlərinin ödəmə mənbəyində vergiyə cəlb edilməsi.
Gəlirin və xərcin uçotu qaydası.
Hüquqi şəxslərin ləğvi, yaradılması və yenidən təşkili. Hüquqi şəxs üzərində sahibliyin dəyişdirilməsi.
Cari vergi ödəmələri. Bəyannamə verilməsi. İlin yekunlarına görə vergi ödənilməsi.
Nəzarət sualları:
-
Mənfəət vergisinin formalaşması prosesi necədir?
-
Vergi uçotunun kassa və hesablama metodu ilə aparılmasının mahiyyəti nədən ibarətdir?
-
Mənfəət vergisindən azadolmalar və güzəştlər hansılardır?
-
Ödəmə mənbəyindən vergilərin tutulması qaydası necədir?
5. Gəlirin əldə edilməsi zamanı hansı xərclər nəzərə alınır?
6. Amortizasiya ayırmalara hansı norma çərçivəsində gəlirdən çıxılır?
7. Ödəmə mənbəyindən vergilər hansı dərəcələrlə tutulur?
8. Qeyri-rezidentlərin gəlirləri vergiyə necə cəlb edilir?
9. Gəlirinin və xərclərin uçotu necə aparılır?
10. Cari vergi ödmələri necə həyata keçirilir?
Ədəbiyyat (2 15, 20,28,46,51,61)
Movzu 11. Əlavə dəyər vergisi və onun tətbiqi xüsusiyyətləri – 2 saat
ƏDV anlayışı. ƏDV-nin ödəyiciləri. ƏDV-nin formalaşması prosesi.
Vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatın qüvvəyə mindiyi tarix. Qeydiyyatın ləğv edilməsi.
Vergitutma obyekti. Vergi tutulan əməliyyatın dəyəri. Vergi tutulan idxalın dəyəri. Vergi tutulan dövriyyənin qiymətləndirilməsi. Vergi ödəməkdən azad edilmə. Verginin sıfır (0) dərəcəsi ilə tutulması. Vergi tutulan əməliyyatların aparıldığı vaxt.
Malların təqdim edildiyi yer. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer. Qeyri-rezidentin vergiyə cəlb edilməsi.
ƏDV-nin dərəcəsi. Vergi hesab-fakturaları.
Vergi tutulan dövriyyədən büdcəyə ödənilən və əvəzləşdirilən ƏDV, əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olduqda büdcə ilə münasibətlər.
Vergi ödəyicisinə verilmiş vergi – hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları.
Nəzarət sualları:
1. ƏDV-nin formalaşması prosesi necədir?
2. ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında ərizənin verilməsi qaydası necədir?
3. Vergi tutulan dövriyyənin qiymətləndirilməsi qaydası necədir?
4. ƏDV tutulmayan əməliyyatlar hansılardır?
5. Vergi hesab-fakturasının təqdim edilməsi qaydası necədir?
6. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkti, ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi necə həyata keçirilir?
Ədəbiyyat (2,3,,26,28,45,46,51,61)
Mövzu 12. Aksizlər – 2 saat
Aksiz vergisinin iqtisadi mahiyyəti. Aksizlərin formalaşması prosesi.
Vergi ödəyiciləri. Vergitutma obyektləri. Aksizli malların satış qiymətinin müəyyən edilməsi. Vergi tutulan əməliyyatın vaxtı. Aksizli malların siyahısı və vergi dərəcələri.
Aksizdən azad olunan mallar. Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar.
Aksizli mallar üzərində vergi nəzarəti. Vergi haqq-hesabı.
Nəzarət sualları:
1. Aksizlərin formalaşması prosesi necədir?
2. Aksizli malların satış qiymətinin müəyyən edilməsi qaydası necədir?
3. Hansı mallar hansı dərəcələrlə aksiz vergisinə cəlb olunurlar?
4. Hansı əməliyyatlar aksizlərdən azaddırlar?
5. Aksizli malların markalanması qaydası necədir?
Ədəbiyyat (2,3,21,23,25,28,35,38,45,46,51,61)
Əmlak vergisinin iqtisadi mahiyyəti. Əmlak vergisinin ödəyiciləri. Vergitutma obyektləri. Hüquqi şəxsin əmlak vergisinin formalaşması prosesi. Fiziki şəxsin əmlak vergisinin formalaşması prosesi.
Vergi dərəcələri.
Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası. Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi. Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası.
Nəzarət sualları:
-
Fiziki şəxslər əmlak vergisinə necə və hansı dərəcələrlə cəlb olunurlar?
-
Hüquqi şəxslər əmlak vergisinə necə və hansı dərəcələrlə cəlb olunurlar?
-
Əmlak vergisi üzrə güzəştlər və azadolmalar hansılardır?
-
Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası necədir?
-
Hüquqi şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası necədir?
Ədəbiyyat (2,22,28,29,45,46,51,61)
Mövzu 14. Torpaq vergisi. Yol vergisi. – 2 saat
Torpaq vergisinin ödəyiciləri. Vergitutma obyekti. Vergiyə cəlb edilən torpaq sahələri.
Vergi dərəcələri. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üçün vergi dərəcələri. Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və kənd təsərrüfatı üçün istifadə edilən torpaqlar, vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üçün vergi dərəcələri.
Vergi güzəştləri və vergidən azadolmalar.
Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları.
Yol vergisinin tətbiq edilməsinin məqsədi.
Vergi ödəyiciləri. Vergitutma obyekti.
Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq vergi dərəcəsi. Ağır çəkili yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə vergi dərəcəsi. Təhlükəli yüklərin daşınmasına görə artırılan vergi məbləği. Azərbaycan Respublikası ərazisində qalma müddətinə görə avtomobil vasitələrinin vergi məbləğinin artırılması.
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslərin (fiziki və hüquqi) illik yol vergisinin həcminin müəyyən edilməsi.
Nəzarət sualları:
-
Vergiyə cəlb edilən torpaq sahələri hansılardır?
-
Torpaq vergisinin dərəcəsi necə müəyyən olunur?
-
Hansı torpaqlar vergidən azaddırlar?
-
Torpaq vergisinin hesablanması və ödənilməsi qaydası necədir?
5. Avtonəqliyyat vasitələri hansı dərəcələrlə vergiyə cəlb olunurlar?
6. Nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi hansı dərəcə ilə vergiyə cəlb olunurlar?
7. Yol vergisinin tutulması qaydası necədir?
Ədəbiyyat (2,3,28,29,45,46,51,61)
Mövzu 15. Mədən vergisi. Sadələşdirilmiş vergi – 2 saat
Mədən vergisinin iqtisadi mahiyyəti. Mədən vergisinin ödəyiciləri. Vergitutma obyekti. Vergitutma bazası.
Mədən vergisinə cəlb olunan filiz faydalı qazıntıları və onların dərəcələri. Mədən vergisinə cəlb olunan qeyri-filiz faydalı qazıntıları və onların dərəcələri.
Mədən vergisinin hesablanması qaydası, ödənilməsi müddəti və bəyannamənin verilməsi.
Sadələşdirilmiş verginin mahiyyəti. Sadələşdirilmiş verginin ödəyicisi olan müəssisənin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyinin yaranması. Vergi tutulan dövriyyənin həcminin müəyyən edilməsi.
Vergitutma obyekti. Sadələşdirilmiş vergi ödəyən müəssisələrin digər vergilərdən azad olunması.
Sadələşdirilmiş verginin dərəcəsi. Sadələşdirilmiş verginin hesablanması, ödənilməsi və bəyannamənin verilməsi.
Nəzarət sualları:
-
Mədən vergisinin ödəyiciləri kimlərdir?
-
Mədən vergisinə hansı faydalı qazıntılar hansı dərəcələrlə cəlb olunurlar?
-
Mədən vergisinin hesablanması və ödənilməsi qaydası necədir?
-
Sadələşdirilmiş verginin ödəyiciləri kimlərdir?
-
Sadələşdirilmiş verginin ödəyicisi olan müəssisənin ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməsi qaydası necədir?
-
Sadələşdirilmiş verginin hesablanması və ödənilməsi qaydası necədir?
Ədəbiyyat (2,16,19,24,28,29,45,46,51,61)
MÖVZULAR ÜZRƏ SAAT BÖLGÜSÜ
№
| Mövzuların adı |
Cəmi saatlar
|
Mühazirə
| Seminar |
1.
|
Vergilərin yaranma və inkişafı tarixi
|
4
|
2
|
2
|
2.
|
Vergi siyasəti və Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas istiqamətləri
|
4
|
2
|
2
|
3.
|
Azərbaycan Respublikası Vergi Məcəlləsinin əsas müddəaları
|
4
|
2
|
2
|
4.
|
Vergi ödəyicilərinin hüquqları və vəzifələri.. Dövlət vergi orqanları, onların hüquq və vəzifələri
|
4
|
2
|
2
|
5.
|
Vergi ödəyicilərinin uçotu
|
4
|
2
|
2
|
6.
|
Vergi nəzarəti: kameral və səyyar vergi yoxlamaları. Operativ vergi nəzarəti
|
4
|
2
|
2
|
7.
|
Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət
|
4
|
2
|
2
|
8.
|
Vergilərin hesablanması və ödənilməsinin ümumi əsasları
|
4
|
2
|
2
|
9.
|
Fiziki şəxslərin gəlir vergisi
|
4
|
2
|
2
|
10.
|
Hüquqi şəxslərin mənfəət vergisi
|
4
|
2
|
2
|
11.
|
Əlavə dəyər vergisi
|
4
|
2
|
2
|
12.
|
Aksizlər
|
4
|
2
|
2
|
13.
|
Əmlak vergisi
|
4
|
2
|
2
|
14.
|
Torpaq vergisi.Yol vergisi.
|
4
|
2
|
2
|
15.
|
Mədən vergisi. Sadələşdirilmiş vergi
|
4
|
2
|
2
|
|
Cəmi:
|
60
|
30
|
30
|
ƏDƏBİYYAT
-
Azərbaycan Respublikasının Konstitusiyası
-
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
-
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
-
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
-
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
-
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
-
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
-
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
-
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (5, 49 və 50-ci maddələr)
-
Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu
-
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu, 29 dekabr 2012-ci il
-
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
-
«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu
-
Vətəndaşların, müəssisə və təşkilatların şikayət ərizələrinə baxılması qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu
-
Avropa İttifaqı və Azərbaycan arasındakı qonşuluq siyasəti çərçivəsində qəbul olunmuş fəaliyyət Planı
-
Avropa Şurasının 1999/49, 2005/92/EC nömrəli Direktivi
-
«Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları» barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 №-li 01.03.2001-ci il tarixli Qərarı (Dəyişikliklərlə)
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti. Hasil edilmiş neftin və qazın texnoloji proseslə əlaqədar quyuya geri vurulma normativlərinin təsdiq edilməsi haqqında Qərar № 11. Bakı 12 yanvar 2001-ci il. Nasil edilmiş neftin və qazın texnoloji proseslə əlaqədar quyuya geri vurulma normativləri
-
«Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 48 №-li Qərarı (12.06. 2003-cü il tarixli 81 №-li Qərarla dəyişikliklərlə)
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2003-cü il tarixli 82 nömrəli Qərarı
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti. «Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları»nın təsdiq edilməsi haqqında Qərar № 9. Bakı, 18 yanvar 2003-cü il
-
«Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 saylı Qərarı
-
«Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 2001-ci il tarixli 10 №-li Qərarı
-
«Binalar üzrə əmlak vergisinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 46 №-li Qərarı
-
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin «Vergi hesab-fakturalarının tətbiqi qaydaları» haqqında I-194 №-li 29 dekabr 2000-ci il tarixli Əmri
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti. «İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədlərinin təsdiq edilməsi haqqında Qərar № 57. Bakı 20 aprel 2004-cü il
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2006-cı il tarixli 54 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində Pos-terminalların istismar və istifadə edilməsi Qaydaları”na əsasən, Nazirlər Kabinetinin 3 fevral 2006-cı il tarixli 33 №-li Qərarı
-
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin «Vergi hesab-fakturalarının tətbiqi qaydaları» haqqında I-194 №-li 29 dekabr 2000-ci il tarixli Əmri
-
Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş
-
Azərbaycan Respublikası Vergilər Nazirliyinin 30 dekabr 2005-ci il tarixli F-363 saylı Əmri
-
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ə-8 saylı 17 yanvar 2006-cı il tarixli Əmri. 30 dekabr 2005-ci il tarixli F-363 nömrəli Əmrə qismən dəyişiklik edilməsi haqqında
-
Azərbaycan Respublikası vergilər nazirinin 30 dekabr 2005-ci il tarixli F-364 saylı Əmri
-
Azərbaycan Respublikası vergilər nazirinin 29 aprel 2005-ci il tarixli F- 128 saylı Əmri
-
Azərbaycan Respublikası vergilər nazirinin 19 aprel 2004-ci il tarixli F- 89 saylı Əmri
-
Azərbaycan Respublikası Vergilər Nazirliyinin 27 fevral 2004-jü il tarixli F-39 saylı Əmri
-
Azərbaycan Respublikası vergilər nazirinin 29 aprel 2004-cü il tarixli F-100 saylı Əmri
-
Azərbaycan Respublikası vergilər nazirinin 28 avqust 2003-cü il tarixli «A-163» saylı Əmri
-
Azərbaycan Respublikası vergilər nazirinin 24 yanvar 2003-cü il tarixli A-17 saylı Əmri
-
Azərbaycan Respublikası Vergilər Nazirliyinin 28.08.2003-cü il tarixli A-163 saylı Əmri ilə təsdiq olunmuş Metodiki göstərişlər
-
Azərbaycan Respublikası Vergilər Nazirliyinin 24.01.2007-ci il tarixli 0717040100046700 saylı Əmri
-
Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş. Azərbaycan Respublikası vergilər nazirinin 29 mart 2008-ci il tarixli 0817040100256800 nömrəli Əmri ilə təsdiq edilmişdir
-
Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş. Azərbaycan Respublikası Vergilər Nazirinin 12 yanvar 2008-ci il tarixli 0817040100022500 №-li əmri ilə təsdiq edilmişdir
-
Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər plani (2008 - 2012-ci illər)
-
Azərbaycanın vergi xəbərləri . Jurnal
-
«Vergilər» qəzeti
-
Bağırov D.A. Vergi nəzarəti. Bakı, 2006
-
Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. Büdcə sistemi. Bakı, 2003
-
Kəlbiyev Y.A. Vergilər və Vergitutma: Sxem və cədvəllərdə. Bakı 2004
-
Kəlbiyev Y.A. Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri. Monoqrafiya. Bakı. Elm. 2005
-
Musayev A.F., Rzayev Z.H., Süleymanov Q.S. Vergi sistemi. Dərs vəsaiti. Bakı, 1998
-
Musayev A.F., Kəlbiyev Y.A., Hüseynov A.A.. Azərbaycan Respublikasının vergi xidməti: islahatlar və nəticələr. Bakı, 2002
-
Məmmədov F.Ə., Musayev A.F., Sadıqov M.M., Rzayev Z.H., Kəlbiyev Y.A. Vergitutmanın nəzəri və metodoloji əsasları. Bakı, 2001
-
Məmmədov F.A., Musayev A.F., Sadıqov M.M., Kəlbiyev Y.A., Rzayev Z.H. «Vergilər və vergitutma» Bakı, 2010
-
Məmmədov S.M. Maliyyə. Dərslik. Bakı, 1997
-
Məmmədov S.M. Vergi və vergi sistemi. Bakı, 1998
-
Məhərrəmov R.B. «Tarixi keçmişimizin vergi və mükəlləfiyyət sistemindən». Bilgi dərgisi. Sosial bilgilər seriyası, № 4, Bakı, 2000
-
Nəbiyev N. İqtisadiyyat, cəmiyyət və ətraf mühit. Bakı, 2000
-
Həsənli M.X. Vergilər. Bakı, 1998
-
Rzayev Z.H.. Vergi menecmenti. Dərslik. Bakı, 2007
-
Vəliyev D.Ə., Balakişiyeva Y.N., Rəfibəyli İ.R., İmanov E.E., Qarabalov E.M. Vergi hüququ. Dərslik. Bakı, 2003
-
Бaгиров Д.А. Налоговая проверка Баку, 1997
-
Гасанлы М.Х. Налоговая система. Учебное пособие. Санкт-Петербург, 1997
-
Мусаев А.Ф., Садыгов М.М., Магеррамов Р.Б., Салаев Р.А. Налоги и налогообложение в Азербайджане. Баку, 2005
-
Садыгов М.М., Зейналов В.З., Садыгова Г.М. Рыночная экономика: финансы и налоги. Баку, 2001
-
Дернберг Р.Л. Международное налогобложение. Москва, 1997
-
Кугаенко А.А., Белянин М.П. Теория налогообложения. Москва, 1999
-
Миляков Н.В. Налоги и налогообложение. Москва, 1999
-
Налоги и налогообложение. Учебник. Под ред. Г.И.Русаковой. Москва, 1998
-
Пансков В.Г. Налоги и налогообложение в Российской Федерации. Учебник. Москва, 2005
-
Черник Д.Г. Налоги в рыночной экономике. Москва, 1997
-
Ютнина Т.Ф. Налоги и налогообложение. Учебник. Москва, 1999
-
Сутырин С.Ф., Погорлецкий А.И. Налоги и налоговое планирование в мировой экономике. Москва, 1998
-
Экономика налоговой политики. Под ред. М.П.Девере. Москва, Филинъ, 2002
QEYDLƏR
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Dostları ilə paylaş: |