Şəkil 2. Kənd təsərrüfatı məhsullarının emal həcminin illər üzrə göstəricisi
Mənbə: Dövlət Statistika Komitəsi https://www.stat.gov.az/source/food_balances/
Əlbətdə uzun illərdir ki, iqtisadiyyatımızın aparıcı qolu neft-və neft məhsullarıdır. Bunun nəticəsində qeyri-neft sektorunun xüsusilə, kənd təsərrüfatının payı aşağıdır. Bununla da kənd təsərrüfatının ÜDM-də çəkisi, neft sektorunun fasiləsiz irəlilədiyi zamanlarda (1994-2010-cu illərdə) 16%-dən 5%-dək xeyli azalması müşahidə edilmişdir. Ancaq həyata keçirilən islahatlar və dövlət proqramları sayəsində təqribən 2010-cu ildən sonra KTM-nın emal kütləsində artım qeydə alınmışdır və ÜDM-də çəkisi 5%-dən 6,2%-ə qədər artmışdır. Bunun üçün də KTM-ı emalının struktur mexanizminə əlavə dəyərlərin qatılması sənaye tipli məhsullarla və ya mövcud istehsal sahəsinə texnoloji avadlıqlarla təchiz edilməsi, işçi qüvvəsinin cəlb olunması, iri həcmli subsidiyalraın və bu sahədə maraqlı olan investorlar cəlb edilməsi habelə, mövcud sahibkarlara dövlət dəstəyi, güzəştli kreditlər və s. həyata keçiriləcək tədirlər sayəsində kənd təsərrüfatı məhsullarının ÜDM-də həcminin müsbət istiqamətdə yerdəyişməsinə böyük təkan verəcək. Aşağıdakı qrafikdə kənd təsərrüfatı məhsulları və qida məhsullarının 2000-ci ildən bu yana mln. abş dolları ilə ixrac dinamikası əks olunmuşdur. KT-ı və qida məhsulları ixracının 2000-15-ci illər üzrə təqribən 11 dəfə, 2005-15-ci illərdə isə təqribən 2 dəfə çoxalmışdır.
Dostları ilə paylaş: |