Müəllif : Məmmədov Bəxtiyar Azad
multiplikator investisiyanın həcminin dəyişməsindən asılı olaraq ÜDM-nin dəyişməsini göstərən əmsaldır. Belə ki, investisiyanın artması nəticəsində ÜDM də artar, Bütün bunlar sübut edir ki, investisiyaların iqtisadi inkişafdakı rolu danılmazdır.
İnvestisiya layihələri iqtisadi artımın bir parçasıdır, ölkənin milli gəlirinin artması iqtisadi artımın davamlılığını təmin edir. investisiya layihələrinin artırılması ixracatı artırır, ölkəyəxarici valyuta girişiniartırır.
Bu iki şəkildə baş verir, ilkin olaraq ölkəyə girildiyində gətirilən valyuta və rəqabətqabiliyyəti artan mə hsulun ixracından daxil olan valyuta, tədiyyə balansı kəsirini azaldaraq ticarət saldosuna müsbətə doğru çəkir, faiz dərəcəsinə müsbət təsir göstərir, vergi gəlirlərinin artması ilə büdcə gəlirlərinin artmasina təsir edir. Birbaşa xarici investisiyalar ölkə sənayesinin məhsuldarlığını artırır. Belə ki, ölkəyə gətirilən yeni texnologiyaların istifadəsi nəticəsində istehsal sahələrində keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalının həcimində artım özünü göstərir. Bundan başqa işsizliyin çox olduğu ölkələrdə əhalinin məşğulluğunu artırmaq üçün birbaşa xarici investisiyaların əvəzsiz rolu vardır.Birbaşa xarici investisiyalar texnologiya ilə birlikdə gəldiyi zaman daha çox məşğulluq yarada bilər. Birbaşa xarici investisiyaların ən böyük faydalarından biri də ölkə əhalisinin həyat standartını, rifah halını yaxşılaşdırmasıdır. Düşən qiymətlər, daha keyfiyyətli məhsullar, məhsul və xidmətlər arasında seçim edə bilmək imkanlarıyaradır. İstehsal və xidmət sahələrində artan məhsuldarlıq dolaysı ilə əhalinin gəlirlərinin artmasına təsir göstərir.
İnvestisiya layihələrinin iqtisadi artıma təsirlərini 4 kateqoriya üzrə təsnifləşdirɍ bilərik:
1.Ev sahibi ölkənin milli gəlirlərinə, yığımına və məşğulluğuna təsiri;
2.Ev sahibi ölkənin ixracatına və xarici ticarətin həciminə təsiri;
3.Ev sahibi ölkənin idarəetmə metodu, know-how, ixtisaslı kadr və arkalaşmaya
təsiri;
4. Texnologiya transferinə təsiri;
İnvestisiya layihələri ev sahibi ölkəyə müsbət təsirləri olduğu kimi, bir sıra mənfi təsirləri də vardır. Bunların bəzilərini aşağıdakı kimi sıralaya bilərik.
- Xarici investorlar ölkəyə gəldiyi zaman çox vaxt ölkədə haqsız rəqabət iqlimi yaratmaqla yerli rəqiblərini ortadan qaldırmağa, yerli sənayeni inkişaf etdirmək istəyən kiçik iş adamlarının əzmini qırmağa çalışırlar.
- Ölkəyə birbaşa xarici investisiya qoyan iri şirkətlər ölkə iqtisadiyyatı üzərində həlledici söz haqqına sahib olurlar. Xüsusilə açar sektorların bu cür investorların əlində cəmlənməsi təhlükəli ola bilər.
- Xarici şirkət bir çox halda araşdırma inkişaf layihələrini öz ölkəsində hazırlayaraq ev sahibi ölkədə tətbiq edir ki, bu da gələcəkdə ev sahibi ölkənin texnoloji asılılığına gətirib çıxara bilər.
- Ana şirkət ev sahibi ölkədən yığdığı maliyyə ehtiyatları nı yenidən investisiya kimi yatırmaq əvəzinə öz ölkəsinə transfer ede bilər ki, bu da ev sahibi ölkədə xarici valyuta ehtiyyatlarının azalmasına səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, birbaşa xarici investisiyaları ölkəyə cəlb etməklə ölkə iqtisadiyyatının dayanıqlılığını təmin edərək, dünya iqtisadiyyatına, beynəlxalq aləmə inteqrasiyasını sürətləndirərək ölkənin qloballaşma prosesindəki iştirakına yaxından yardımçı ola bilər.
II Fəsil. İnvestisiya layihələrinin qiyməyləndirilməsi meyarlarının müasir səviyyəsinin təhlili
2.1. İnvestisiya layihələrinin qiymətləndirilməsi meyarlarının müasir təhlil mexanizmiləri
Dostları ilə paylaş: |