AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 115.79 Kb.
tarix17.01.2017
ölçüsü115.79 Kb.



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin

___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI


BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı: 050642 - Qida məhsulları mühəndisliyi

BAKI – 2014

  1. Ümumi müddəalar




    1. Bakalavriat səviyyəsinin “050642 - Qida məhsulları mühəndisliyi” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan şərti işarələr:

İTP – İxtisas üzrə Təhsil Proqramı

ÜK – Ümummədəni kompetensiyalar (səriştələr)



PK Peşə kompetensiyaları


    1. 050642 - Qida məhsulları mühəndisliyi” ixtisasının xarakteristikası

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti*

Kreditlərin sayı

050642 - Qida məhsulları mühəndisliyi

Bakalavr

4 il

240

* Qiyabi forma üzrə təhsil müddəti 1 il artıqdır (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda).


  1. Məzunun ixtisas xarakteristikası və

kompetensiyası

    1. Bakalavrın ixtisas xarakteristikası

Bakalavr:

  • bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

  • mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir;

  • mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali təhsil müəssisəsində elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.

    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər

      1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

  • korporativ əməkdaşlıq qabiliyyəti (ÜK-1);

  • kollektivdə işləmək qabiliyyəti (ÜK-2);

  • qida məhsulları mühəndisliyi sahəsində ölkədənkənar təşkilatlarla əlaqə qurmaq qabiliyyəti (ÜK-3);

  • Azərbaycan tarixi inkişafının əsas məqamlarına bələd olmaq (ÜK-4);

  • qida məhsulları mühəndisliyi sahəsində yeni ideyalar irəli sürmək qabiliyyəti (ÜK-5);

  • təşəbbüskarlıq və liderlik (ÜK-6);

  • təşkilatçılıq qabiliyyətinə malık olmaq (ÜK-7);

  • kollektivdə fiziki sağlamlığın təmin edilməsi bacarığına malik olmaq (ÜK-8).




      1. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

  • məntiqi təfəkkürə malik olmalı, riyazi qayda və qanunları tətbiq etməyi, mövcud olan riyazi üsullardan istifadə etməyi və nəticələrin işlənməsi üçün riyazi metodları tətbiq etməyi, eksperimental nəticələrin işlənib hazırlanmasında əsas üsullardan istifadə etməyi (PK-1);

  • qida məhsulları mühəndisliyi ixtisasının bazası əsasında müasir elmi yeniliklərə bələd olmaq, yeni texnoloji prosesləri təhlil etmək (PK-2);

  • elmi inkişaf və dəyişən sosial təcrübə şəraitində toplanmış təcrübənin yenidən qiymələndirilməsini, imkanlarının təhlilini, müasir informasiya tədris texnologiyasından istifadə etməklə yeni biliklərə yiyələnməli (PK-3);

  • istehsalatın səmərələşdirilməsi üçün texnika və texnologiyaya aid yerli və xarici xüsusi ədəbiyyatları və digər elmi-texniki məlumatların yığılması, emalı, tədqiqi və sistemləşdirilməsini, ixtiraları bilməli, təklifər irəli sürməyi bacarmalı (PK-4);

  • məqsədin qoyulması və məsələnin formalaşdırılmasını bacarmalı, onların həlli üçün mənimsədiyi elmlərin üsullarından istifadə etməyi, digər elmlərin yeni nailiyyətlərini tətbiq etməklə onları daha da təkmilləşdirməyi və inkişaf etdirməyi (PK-5);

  • istehsalatın müxtəlif sahələri üzrə ümumi tələbləri və qanunauyğunluqları müəyyənləşdirmək bacarığı (PK-6);

  • iqtisadi və sosial proseslərin həllində hesablama və layihələndirmə üsullarından istifadə etmək qabiliyyəti (PK-7);

  • qida məhsulları mühəndisliyinin ümumi prinsipləri və metodlarını tətbiq etmək bacarığı (PK-8);

  • qeyri-dəqiq bilikləri (o cümlədən humanitar) qısaca və dürüst ifadə etmək qabiliyyəti (PK-9);

  • fövqaladə hallarda kollektivin və istehsalın qorunmasını təşkil etmək bacarığı (PK-10);

  • insanın inkişafinda, mütəxəssis hazırlanmasında fiziki sağlamlığın əhəmiyyətini başa düşməli, fiziki mədəniyyətin və sağlam həyat tərzinin əsaslarını bilməlidir (PK-11);

  • sağlamlığın qorunması və möhkəmləndirilməsi, psixofiziki qabiliyyətin yüksəldilməsini təmin edən praktik bacarıq və vərdişlər sisteminə yiyələnməlidir (PK-12);

  • həyat və peşə məqsədlərinə çatmaq üçün fiziki tərbiyə, tibbi və mülki müdafiə sahələrində, bilik, bacarıq və vərdişlər qazanmağa çalışmalıdır (PK-13);



  1. Təhsilin məzmununa və səviyyəsinə qoyulan

minimum tələblər

    1. Peşə fəaliyyətinin xarakteristikası.

      1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

050642 - Qida məhsulları mühəndisliyi” ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

  • istehsal-texnoloji;

  • təşkilati-inzibatçılıq;

  • layihə-konstruktor;

  • elmi-tədqiqat və s.




      1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.

İstehsal-texnoloji sahə üzrə:

  • müasir hesablama texnikasından istifadə etməklə informasıya toplanması və informasiyanın emalı üsullarının tətbiqi;

  • qida məhsulları mühəndisliyi sahəsində fundamental biliklərdən istifadə etmək;

  • qida məhsulları mühəndisliyinin əsas müddəalarını istehsalata tətbiq etməklə yüksək keyfiyyət və rəqabət qabiliyyətinə malik, təhlükəsiz qida məhsullarının istehsalını təmin etmək.


Təşkilati-inzibatçılıq sahəsi üzrə:

  • istehsal proseslərində sənədləri, reqlamentləri, sanitar norma və qanunları tətbiq etməyi bacarmalı;

  • qida məhsullarının təhlükəsizliyini və keyfiyyətinin qiymətləndirilməsində əsas yanaşmaları bilməli;

  • qida mühəndisliyinin prinsipləri və tətbiqi haqqında geniş məlumat təcrübəsinə sahib olmalı.


Layihə-konstruktor sahəsi üzrə:

  • istehsal texnologiyasının qoyduğu məsələlərin həllində layihələrin (proqramların) məqsədinin formalaşdırılması;

  • mexaniki, texnoloji, estetik, iqtisadi parametrləri və ekoloji tələbləri nəzərə almaqla texnoloji axınların, avadanlıqların, materialların layihələrinin işlənib hazırlanması;

  • yeni avadanlıqların, texnoloji axınların işlənib hazırlanmasında avtomatlaşdırılmış layihələndirmə sistemlərinin və informasiya texnologiyalarının proqram təminatının təbiqi.


Elmi-tədqiqat sahəsi üzrə:

  • texnoloji avadanlıqların vəziyyətinin, işinin keyfiyyət göstəricilərinin dinamikasının analizi, tədqiqatın lazımi üsul və vasitələrini tətbiq etməklə həyata keçirilən proseslərin səmərələşdirilməsi;

  • texnoloji proseslərin texniki təminatını, istiqamətini proqnozlaşdırmağa imkan verən, tədqiqatın aparılması üçün lazımi planlarla, proqramlarla və üsullarla təmin olunmuş teoretik modellərin yaradılması;

  • elm və texnikanın nailiyyətlərindən, Azərbaycanın və xarici ölkələrin qabaqcıl təcrübəsindən istifadə etməklə, qida məhsulları mühəndisliyi sahəsi üzrə aparılan elmi-tədqiqat işlərini təhlil etmək və nəticələri ümumiləşdirmək.




    1. İxtisas üzrə fənn bölümləri, fənlərin kreditlər, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.

Fənn bölümü-nün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölmələ-ri üzrə kreditlə-rin sayı

Fənlər

Fənlər üzrə kredit-lərin sayı

Qazanıl-ması nəzərdə tutulan kompeten-siyaların kodları

Təhsil hissəsi

HF – B00


Humanitar fənlər bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:



  • Azərbaycan tarixinin əsas mərhələləri və xronologiysı barə-də təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı;

  • Azərbaycan Respublikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməli;

  • xarici dillərin birində danışığın və yazının məzmununu başa düşməli;

  • sosial mühit və sosial vərəsəlik münasibətlərini,milli və mədəni-tarixi faktorların təhsil və tərbiyədə rolunu; sosial davranış formaları və qanunauyğun-luqlarını;

  • mədəniyyətin forma və növləri haqqında məlumatı olmalı, dün-yanın əsas mədəni-tarixi mərkəzləri olmuş regionları tanımalı, Azərbaycan mədəniy-yətini və onun dünya mədəniyyəti və sivilizasiyasında tutduğu yeri qiymətləndirməyi bacarmalı;

  • Azərbaycan Respublikası hüquqi sisteminin və qanunvericiliyinin əsaslarını, tərbiyəvi-etik normaları bilməli;

  • gələcək peşə fəaliyyətinə dair normativ və hüquqi sənədlərin tərtibini və onlardan istifadə etməyi bacarmalı, pozulmuş hüquqların bərpa yollarını öyrənməli;

bacarmalıdır:

  • Tarixi keçmişin qiymətlən-dirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi;

  • Azərbaycan dilinin leksikonun-dan gündəlik peşə fəaliyyətində istifadə etməyi;

  • peşə səviyyəsinin yüksəldil-məsində mühüm əhəmiyyət kəsb edən və xarici dildə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi, ixtisasa dair mətnləri oxumağı, tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal və s. yazmağı bacarmalı;

  • Azərbaycan Respublikasinin konstitusiyasını; hüququn əsas-larını.

yiyələnməlidir:

  • Azərbaycan tarixinin mühüm məqamlarına; humanitar, sosial-iqtisadi sahələrin əsas təlimlərinə, sosial əhəmiyyətli problemlərin təhlilini aparma qabiliyyətinə, bu sahələrin metodlarını özünün peşə və sosial fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyə;

  • Xarici dilli mühitdə peşə fəaliyyətini və təhsilini davam etdirmək qabiliyyətinə malik olmalıdır.

30



HF–B01

Azərbaycan tarixi


HF–B02

Xarici dil


HF–B03

Azərbaycan dili və nitq mədəniyyəti


HF–B04

Seçmə fənlər*


6


13

5

6




ÜK-1

ÜK-2

ÜK-3

ÜK-4

ÜK-5

ÜK-6

ÜK-7

ÜK-8


İPF – B00

İxtisas peşə hazırlığı fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:



  • dünyanın dərk edilməsində riyaziyyatın əhəmiyyətini, riyazi modelləşməni;

  • təbiətdə dinamik və statik qanunauyğunluqlar, təbiət elm-lərinin müxtəlif bölmələrində ölçü və onların spesifikası, təbiət elmlərində olan fundamental sabitlər haqqında məlumatlar;

  • informasiya, onun saxlanması, emalı və ötürülməsni;

  • həyat fəaliyyəti təhlükəsizliyinin nəzəri əsaslarını, əməyin və ətraf mühitin mühafizəsi üzrə qanun-çuluğu və standartları, təbiətdən səmərəli istifadə və ekologiyanın qorunma prinsiplərini;

  • fəza həndəsi fiqurların, cizgi-lərin tərtibinin elmi əsaslarını, konstruktor sənədlərinin stan-dartların tələbatlarına uyğun tərtibatını və maşın mexanizm-lərinin müasir texniki estetik tələblərə uyğun layihələndiril-məsini;

  • qurğuların və maşınların konstruksiyasının və ayrı-ayrı elementlərinin möhkəmliyini və sərtliyini, mexanizm və maşınların kinematik və dinamik analizinin və sintezinin ümumi metodlarını;

  • kimyəvi sistemlərin xassələrini, maddələr və onların qarşılıqlı təsiri haqqında məlumatları, qidalanmanın müasir konsepsiya-larını;

  • elekromaqnit hadisələri və onların tətbiqini;

  • firma və müəssisələrin iqtisa-diyyatını, iqtisadi anlayışları, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi yollarını, rəqabət və inhisarı, istehsalat xərcləri və mənfəəti;

  • standartlaşmanın hüquqi əsas-larını, standartların növlərini, sertifikasiyanın əsas məqsəd və obyektlərini, sertifikasiyanın sxemləri və sistemlərini, sertifika-siya sistemində terminləri və təyinləri, standartlaşdırma və sertifikasiyanın məhsulun keyfiy-yətinin yüksəldilməsində rolunu;

  • texnoloji proseslərin axınının ümumi qanunauyğunluqlarını, mexaniki, kimyəvi, istilik, müba-dilə proseslərini, bərk material-ların xırdalanma proseslərini, dozalaşdırma, presləmə, qurutma, ekstraksiya, rektifikasiya, kristal-laşmanı, proses və aparatların tədqiqinin müasir üsullarını;

  • müəssisənin marketinq fəaliyyə-tinin idarə olunması sistemini, istehsal müəssisələrinin marke-tinq fəaliyyətini;

  • qida sənayesində tətbiq olunan mikroorqanizmlər və onların metabolizmini, qida sənayesində mikrobioloji və sanitar-gigiyenik nəzarətin əsaslarını;

  • yüksək keyfiyyətli, təhlükəsiz qida məhsullarının istehsalında biotexnoloji proseslərin məqsəd-yönlü tətbiqini;

  • xammal və qida məhsullarının təhlükəsizliyini;

  • istehsalın təşkilinin əsaslarını, müəssisələrin tiplərini, onların fəaliyyətinin prinsipləri, xammal-la və maddi-texniki vəsaitlərlə təchizatın təşkilini;

  • dispers sistemlərin ümumi xarakteristikasını, yerli qeyri-ənənəvi və mövcud xammaldan zülalların alınma üsullarını, zülal preparatlarının əsasında yaradılan yeni qida məhsullarını;

  • qida məhsulları texnologiya-larının nəzəri əsaslarını;

  • xammal və hazır məhsulların keyfiyyətli saxlanmasında soyu-ğun tətbiqinin əsaslarını, soyudulma və dondurulma üsulla-rını, texnikasını, saxlanma şərtləri və rejimlərini;

  • xammal, hazır məhsulun keyfiyyətinə olan tələbləri, texniki şərtləri və standartları;

  • qida sənayesi müəssisələrində layihələndirmənin əsas prinsip-lərini;

  • proqram təminatı və hesablama texnikasından istifadə etməyi;

  • qida məhsullarının keyfiyyət göstəricilərinin optimallaşdırılma-sı kriterilərini və proqnozlaş-dırılması metodlarını;

  • qida məhsullarının keyfiyyətinin qiymətləndirilməsinin ümumi prinsiplərini və üsullarını;

  • xammal və qida məhsullarının kəmiyyət və keyfiyyət analizini, standartlaşdırılması və sertifikasi-yasını;

  • insanın formalaşmasında bədən tərbiyəsinin rolunu;

  • bədən tərbiyəsinin və sağlam həyat tərzinin əsaslarını;

  • mütəxəssis hazırlığında bədən tərbiyəsinin rolunu təmin etməyi.

bacarmalıdır:

  • qida sənayesi müəssisələrinin fəaliyyətinə və qida məhsulları istehsalı texnologiyalarına əsas texniki-iqtisadi tələbləri forma-laşdırmağı və onları həyata keçirməyi;

  • ixtisas hazırlığına uyğun texnologiya və texnika sahələrinin əsas elmi-texniki problemlərini və inkişaf prespektivlərini və onların qonşu sahələrlə əlaqəsini bilməli, onları konkret məsələlərin həllində tətbiq etməyi;

  • tətbiqi məsələlərin həllində kompyuter texnikası və texnolo-giyalarından istifadə etməyi;

  • texniki sənədlərin işlənib hazırlanması və tərtib edilməsində standartlar, texniki şərtlər və digər rəhbər materiallarla işləməyi;

  • təhlükə və fövqəladə hallarda mülki müdafiə orqanının qüvvəsi və vəzifələrini;

  • təhlükə və fövqəladə hallarda mülki müdafiə orqanının işinin təşkilini;

yiyələnməlidir:

  • qida məhsulları istehsalının inkişaf perspektivləri haqqında biliklərə;

  • qida məhsullarının istehsal texnologiyasının əsas mərhələ-lərini;

  • texniki, maliyyə və insani amilləri nəzərə almaqla istehsalat münasibətlərinə və idarəetmə prinsiplərinə;

  • qida texnikasının və texno-logiyasının texniki səviyyəsinin qiymətləndirilməsi üsullarına;

  • iqtisadiyyatın, əməyin və isteh-salın təşkilinin əsaslarına;

  • əməyin, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin qayda və normalarına;

  • sənaye obyektlərinin iş stabil-liyinin qorunmasına;

  • xilasetmə və digər təxirəsa-lınmaz işlərin görülməsinə;

  • sağlamlığın qorunmasını və möhkəmlənməsini təmin edən praktiki bacarıq və vərdişlər sisteminə.

180

İPF-B01

Riyaziyyat



İPF-B02

Fizika


İPF-B03

İnformatika



İPF-B04

Əməyin


mühafizəsi

İPF-B05

Ekologiya



İPF-B06

Mühəndis qrafikası



İPF-B07

Tətbiqi mexanika



İPF-B08

Kimya


İPF-B09

Qida kimyası



İPF-B10

Ərzaq mallarınınn əmtəəşünaslığı və ekspertizası



İPF-B11

Elektrotex-nika



İPF-B12

İqtisadiyyat



İPF-B13

Standartlaşdırma və sertifikasiya



İPF-B14

Qida məhsulları texnologiyalarının

proses və aparatları

İPF-B15

Marketinq



İPF-B16

Mikrobiologiya, sanitariya və gigiyena



İPF-B17

Qida fiziologiyası



İPF-B18

Biotexnologiya



İPF-B19

Xammal və qida məhsul-larının təh-lükəsizliyi



İPF-B20

Qida sənayesi müəssisələrində istehsalın təşkili



İPF-B21

Yeni formalı qida məhsul-larının tex-nologiyası



İPF-B22

Qida məhsulları texnologiyalarının nəzəri əsasları



İPF-B23

Sahə müəs-sisələrinin avadanlıqları



İPF-B24

Qida məh-sullarının soyudulma texnologiya-sı



İPF-B25

Xammal və hazır məhsulun keyfiyyətinə texniki-kimyəvi nəzarət



İPF-B26

Qida sənayesi müəssisələrinin texnoloji layihələndirilməsi



İPF-B27

İşgüzar yazışmalar



İPF-B28

Mülki müdafiə


İPFS – B00

Seçmə fənlər



(Peşə hazırlığı üzrə*)

12
10


6
4

4
4


4

12
4

4
4

4
4

6

4
6


4

5

5



5

4

6


4

5
5

5

3

3


34



PK-1

PK-2


PK-5

PK-7


PK-8

PK-11


PK-12

PK-13


TE-B00

Təcrübələr və yekun attestasiya

Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsil alan bilməlidir:



  • Müəssisədə istehsal olunan qida məhsullarının istehsal texnologi-yasını, texnoloji proseslərin rejim və parametrlərini, istehsal proses-lərində normativ-texniki sənəd-ləri, reqlamentləri, sanitar norma və qanunları, əsas texnoloji avadanlıqların iş prinsipini, xam-mal və hazir məhsulun keyfiy-yətinə olan tələbləri, məhsulun keyfiyyətinin formalaşmasına təsir edən amilləri və s.

bacarmalıdır:

  • peşə ixtisası üzrə aldığı nəzəri bilikləri təcrübədə tətbiq etməyi;

  • müəssisədə qida məhsulları mühəndisliyi sahəsində həll olunan məsələlərə aid bilikləri əldə etməyi;

yiyələnməlidir:

  • praktiki məsələlərin həllində mütəxəssis mövqeyini bildirməyi.

30

TE-B01

Təcrübələr



TE-B02

Yekun dövlət attestasiyası


21


9

ÜK-1

ÜK-2

ÜK-3

PK-6

PK-8


Kreditlərin ümumi cəmi:

240










*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.


    1. 050642 - Qida məhsulları mühəndisliyi” ixtisası üzrə bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198

Nəzəri təlim, o cümlədən, təcrübələr (14 həftə) üçün ayrılan həftələr - 154

Tətillər üçün ayrılan həftələr - 38

Yekun attestasiyaya ayrılan həftələr - 6




  1. Maddi-texniki, tədris bazası və kadr potensialı




    1. Ali təhsil müəssisəsinin “050642 - Qida məhsulları mühəndisliyi” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompyuter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsil alanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, elmi dərəcəsi və ya elmi adı olan ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.




  1. Tədris prosesinin forma və metodları




    1. Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

    2. Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya, praktik iş və digər metodlardan istifadə edilə bilər.

    3. 050642 - Qida məhsulları mühəndisliyi” ixtisası üzrə bakalavr hazırlığında istehsalat və pedaqoji təcrübələr (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir) nəzərdə tutulur. Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda, məktəblərdə və s. keçirilə bilər.




  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə


    1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsil alanların dövlət attestasiyası ilə yekunlaşır.

    2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

    3. Yekun attestasiya bütün təhsil alanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

    4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

    5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

    6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.


Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Nazirliyinin Aparat rəhbərinin müavini Nazirliyi Elm və ali təhsil şöbəsinin

müdiri
_________________Yaqub Piriyev ______________Gültəkin Hüseynova

“_____”_______________2014-cü il “_____”_______________2014-cü il


Texniki və texnoloji ixtisaslar qrupu Azərbaycan Respublikası Təhsil

üzrə Dövlət Təhsil Standartlarını Nazirliyinin Elmi Metodiki-Şurasının

hazırlayan işçi qrupun sədri «İqtisadiyyat» bölməsinin sədri



__________________Xalıq Yahudov ________________ Əvəz Bayramov
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə