AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 116,1 Kb.
tarix14.01.2017
ölçüsü116,1 Kb.
#64



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikası

Təhsil Nazirliyinin

___ saylı ___ ________ 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir

ALİ TƏHSİL PİLLƏSİNİN DÖVLƏT STANDARTI


BAKALAVRİAT SƏVİYYƏSİNİN İXTİSAS ÜZRƏ
T Ə H S İ L P R O Q R A M I

İxtisasın (proqramın) şifri və adı: 050403 – Maliyyə

BAKI – 2014

  1. Ümumi müddəalar




    1. Bakalavriat səviyyəsinin “050403 – Maliyyə” ixtisası üzrə Təhsil Proqramı (bundan sonra: İxtisas üzrə Təhsil Proqramı) «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na, «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın tələblərinə və «Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı»na uyğun hazırlanmışdır.

    2. İxtisas üzrə Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.

    3. Strukturda istifadə olunan şərti işarələr:

İTP – İxtisas üzrə Təhsil Proqramı

ÜK – Ümummədəni kompetensiyalar (səriştələr)



PK Peşə kompetensiyaları


    1. 050403 – Maliyyə” ixtisasının xarakteristikası

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

İxtisasın şifri və adı

Verilən elmi ixtisas dərəcəsi

Əyani forma üzrə təhsil müddəti*

Kreditlərin sayı

050403 – Maliyyə

Bakalavr

4 il

240

* Qiyabi forma üzrə təhsil müddəti 1 il (ixtisas üzrə qiyabi formada təhsil nəzərdə tutulduqda)artıqdır.


  1. Məzunun ixtisas xarakteristikası və

kompetensiyası


    1. Bakalavrın ixtisas xarakteristikası

Bakalavr:

  • bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

  • mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir;

  • mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi, elmi-pedaqoji fəaliyyət sahələri istisna olmaqla) çalışa bilməlidir.

    1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər

      1. Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:

  • kollektivdə öz həmkarları ilə sinxron işləmək, müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq (ÜK-1);

  • işgüzar münasibətlərin qurulması zamanı kommunikativ əlaqələrin qurulmasına hazır olmaq (ÜK-2);

  • beynəlxalq arenada fəaliyyət göstərə bilmək potensialına yiyələnmək (ÜK-3);

  • hüquqi biliklərə və etik normalara malik olmaq (ÜK-4);

  • sağlam həyat tərzi haqqında elmi anlayışa malik olmaq, fiziki cəhətdən təkmilləşdirmə bacarığına və vərdişlərinə malik olmaq (ÜK-5);

  • yenilikçilik təşəbbüsünə malik olmaq və əsaslandırılmış yeni ideyalar irəli sürmək (ÜK-6);

  • sağlam düşüncə tərzini formalaşdırmaq və mədəniyyətlərarası dialoqa hazır olmaq(ÜK-7);

  • tənqidə dözümlülük göstərmək (ÜK-8);

  • problemli, qeyri-standart şəraitlərdə təşkilati-idarəetmə qərarlarını tapa bilmək, təşəbbüskarlıq göstərərək sərbəst olaraq qərarlar qəbul etmək və onların məsuliyyətini öz üzərinə gotürməyə hazır olmaq (ÜK-9);

  • dövlət dilində sərbəst danışmaq və yazı vərdişlərinə, o cümlədən işgüzar yazışma vərdişlərinə malik olmaq, peşə təyinatlı mətnləri tərtib etməyi və onları redaktə etməyi bacarmaq (ÜK-10);

  • tərəfdaşları ilə xarici dildə ünsiyyətdə olmağı və fikrini ifadə etməyi bacarmaq (ÜK-11);

  • informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək və peşəkarlıq fəaliyyətində İKT-dən istifadə etməyi bacarmaq (ÜK-12);

  • öz inkişafına, peşəkarlığının artırılmasına çalışmaq (ÜK-13);

  • idarəetmə məqsədləri üçün faydalı informasiyanı qəbul etmək, araşdırmaq, ümumiləşdirmək və strateji hədəfləri düzgün müəyyən etmək (ÜK-14 );

  • sosial-iqtisadi problemlərin mahiyyətini anlamaq və onların psixoloji aspektlərini müəyyən etmək (ÜK-15);

  • biznes-plan, uçot, hesabat və digər məlumat mənbələrində əks etdirilmiş informasiyanın qiymətləndirilməsi metodikasını dərindən mənimsəmək (ÜK-16);

  • yazılı və şifahi nitqdə fikrini məntiqə uyğun, dəlillər gətirməklə düzgün və yığcam ifadə etmək, publisistik və elmi nitq vərdişlərinə malik olmaq, yeridilən mühakimələrin və mülahizələrin məntiqliyini təhlil etməyi bacarmaq (ÜK-17).

  • müasir tələblərə uyğun təqdimatlar hazırlamağı bacarmaq (ÜK-18);

  • Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə elmi təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmaq, tarixi keçmişin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi bacarmaq (ÜK-19);

  • cəmiyyətdə baş verən sosial əhəmiyyətli prosesləri və onların gələcəkdə mümkün inkişafını təhlil etmək qabiliyyətinə malik olmaq (ÜK-20);

  • öz fəaliyyətində qanunvercilik bazasından istifadə etməyi bacarmaq (ÜK-21);

  • məsuliyyətini dərk etmək, demokratiya prinsiplərinə və xalqının milli ənənələrinə hörmət etmək, azərbaycançılıq ideyalarına sadiq olmaq (ÜK- 22 );

  • ümumiləşdirmələrə, təhlilə, informasiyanı qavramağa, qarşıda məqsəd qoymağa və ona nail olma yollarını seçməyi bacarmaq (ÜK-23).




      1. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:

  • makro və mikro səviyyələrdə müasir iqtisadiyyatın qanunauyğunluqlarını bilməlidir (PK-1);

  • aparıcı maliyyə məktəb və istiqamətlərinin ümumi və fərqli cəhətlərini fərqləndirə bilməlidir (PK-2);

  • təsərrüfat subyektlərinin və ev təsərrüfatlarının maliyyə göstəricilərinin hesablanması üçün ilkin məlumatları toplamağı və təhlil etməyi bacarmalıdır (PK-3);

  • obyekt, hadisə və proseslərin ekonometrik struktur modellərini qura bilməlidir (PK-4);

  • ölkə iqtisadiyyatının institusional struktur xüsusiyyətlərini və iqtisadi siyasətin istiqamətlərini bilməlidir (PK-5);

  • problemləri aşkar etmək vərdişinə malik olmalı, risklərin qiymətləndirilməsi və maliyyə effektivliyi nöqteyi nəzərindən onların həlli yollarını bilməlidir (PK-6);

  • maliyyə, mühasibat və sair informasiyaları təhlil və interpretasiya etmək qabiliyyətinə malik olmalı və əldə olunmuş məlumatlardan idarəetmə qərarlarının qəbulunda düzgün istifadə etməyi bacarmalıdır (PK-7);

  • maliyyə və sosial-iqtisadi göstəriclər üzrə ölkə və xarici statistik məlumatları təhlil və interpretasiya edə bilməli və zəruri hallarda bu göstəricilərin korrektə olunması üçün təkliflər verə bilməlidir (PK-8);

  • analitik və tədqiqat işlərinin nəticələri üzrə maliyyə-iqtisadi xarakterli məruzə, hesabat və məqalə hazırlaya bilməlidir (PK-9);

  • maliyyə-iqtisadiyyat və biznes sferasında normativ-hüquqi sənədlərə istinad edərək konkret layihələr hazırlaya bilməlidir (PK-10).

  • tapşırılmış konkret işin yerinə yetirilməsinin ivrasını təşkil etmək (PK-11);

  • kiçik kollektivin və işçi qrupların fəaliyyətini təşkil etmək (PK-12);

  • işin təşkilində müstəqil fərdi vərdişlərə malik olmaq (PK-13);

  • kollektivdə mülki müdafiə qaydalarını təşkil etmək (PK-14);

  • iş yerində münasib və əlverişli mühitin yaradılmasını təmin etmək (PK-15);

  • kollektivdə səmimi və mehriban münasibətlərin formalaşmasını təşkil etmək (PK-16);

  • əməkdaşların kommunikabelli olmaları və gərgin iş şəraitində işləmə vərdişlərinin aşılanmasını təmin etmək (PK-17).




  1. Təhsilin məzmununa və səviyyəsinə qoyulan

minimum tələblər


    1. Peşə fəaliyyətinin xarakteristikası.

      1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

050403 – Maliyyə” ixtisası üzrə bakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:


  • istehsalat-peşə fəaliyyəti;

  • təşkilati-inzibatçılıq fəaliyyəti.




      1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.


İstehsalat-peşə fəaliyyəti üzrə:

  • ixtisas üzrə qazanılmış biliklərdən istifadə etmək;

  • informasiyanın toplanması və emalında müasir üsullardan istifadə etmək;

  • ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilmək;

  • peşə fəaliyyəti dairəsinə aid olan məlumatların işlənilməsində və saxlanılmasında İKT-dən istifadə etmək;


Təşkilati-inzibatçılıq fəaliyyəti üzrə:

  • iqtisadiyyatın konkret sahəsinə aid problemlərin sistemləşdirilməsi və həll olunması məqsədi ilə elmi-praktik seminarlar və müzakirələr təşkil etmək;

  • fəaliyyətin nəticələrini proqnozlaşdırmaq üçün elmi yenilikləri tətbiq etmək;

  • qazanılmış bilik, bacarıq və vərdişlərə uyğun olaraq iqtisadiyyatın bütün sferalarında kompleks və problem xarakterli məsələlərin həllində iştirak etməyə hazır olmaq;

  • kollektivdə öz həmkarları ilə birgə işləməyi, optimal qərarlar qəbul etməyi bacarmaq, idarəetmə və onun metodlarına yiyələnmək.




    1. İxtisas üzrə fənn bölümləri, fənlər üzrə kreditlər, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.

Fənn bölümü-nün kodu

Fənn bölümləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)

Fənn bölümləri üzrə kreditlə-rin sayı

Fənlər

Fənlər üzrə kreditlə-rin sayı

Qazanılması nəzərdə tutulan kompetensi-yaların kodları

Təhsil hissəsi

HF-B00


Humanitar fənlər bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:

- Azərbaycan xalqının və dövlətinin tarixini, azadlıq, demokratiya və müstəqillik yolunda qazandığı nailiyyətləri;

- ixtisasa aid xarici dildə olan ədəbiyyatı oxuyub başa düşməyi;

- cəmiyyətin ümumi qanuna-uyğunluqlarını, hüquqi bilikləri, demokratiyanın əsas prinsiplərini, beynəlxalq prosesləri.

bacarmalıdır:

- ixtisasa aid xarici dildə ədəbiyyatı lüğətlə tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal yazmağı;

- cəmiyyətdə baş verən prosesləri təhlil etməyi.

yiyələnməlidir:

- Azərbaycan tarixindən vətənpərvərlik tərbiyəsində istifadəyə;

- ixtisasa uyğun xarici dildə olan materiallardan istifadəyə.


30

HF–B01

Azərbaycan tarixi


HF–B02

Xarici dil


HF–B03

Azərbaycan dili və nitq mədəniyyəti


HF–B04

Seçmə fənlər*


6


13

5

6




ÜK-3

ÜK-4

ÜK-7

ÜK-10

İPF – B00

İxtisas-peşə hazırlığı fənləri bölümü

Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində bakalavr bilməlidir:



  • İKT-nin iqtisadiyyatın müxtəlif sferalarına tətbiqi imkanlarını;

  • iqtisad elminin nəzəri və praktiki əsaslarını;

  • müasir maliyyə, pul-kredit və vergi sistemlərinin fəaliyyət istiqamətlərini və qanunauygunluqlarını;

  • kommersiya və dövlət təşkilatlarının maliyyə, bank və vergi sistemi ilə əlaqəsini;

  • maliyyə, pul-kredit və vergi institut-larının ölkə iqtisadiyyatındakı rolunu;

  • maliyyə, bank və vergi orqanlarının müasir xidmət və nəzarət formalarını;

  • büdcədən maliyyələşən müəssisə və təşkilatların fəaliyyət istiqamətlərini;

  • büdcə gəlirlərinin formalaşmasını və büdcə xərclərinin təsnifatını;

  • vergi orqanlarında funksional istiqamətlər üzrə işlərin təşkili və idarə edil-məsi qaydalarını;

  • banklarla münasibətlərin qurulması qaydalarını;

  • kredit və qiymətli kağızlar bazarının fəaliyyət dairəsi, istiqamətləri və xidmət qaydalarını.

  • bacarmalıdır:

  • WINDOWS əməliyyat sistemini, Word, PowerPoint, ofis proqramlarının ixtisas məsələlərinin həllinə tətbiqini;

  • ixtisasın mahiyyətini, qanunauyğunluqlarını, prinsiplərini, metodlarını, texnologiyalarını, təşkili formalarını, məzmununu və metodikasının tələblərini praktiki olaraq həyata keçirməyi;

  • maliyyə, bank və vergi orqanlarının fəaliyyətinin nəticələrini təhlil edib, nəticə çıxarmağı, işin təşkilinin yaxşı-laşdırılması üçün təkliflər verməyi;

  • yerlərdə maliyyə və vergi intizamına riayət edilməsi səviyyəsini müəyyənləşdirib onun yaxşılaşdırılması üçün tövsiyə verməyi;

  • maliyyə, pul-kredit və vergi sferasındakı müasir proseslərin qiymətləndirilməsini;

  • maliyyə, pul-kredit və vergi proqnozlarının işlənib hazırlan-masını;

  • ölkənin sosial-iqtisadi inkişafında maliyyə, kredit və vergi sistemlərinin rolunun qiymətləndirilməsini.


yiyələnməlidir:

  • ixtisasa uyğun informasiya və intellektual sistemlərin yaradılmasına;

  • peşəkar sferada praktiki fəaliyyət vərdişlərinə;

  • mülkiyyət formasından asılı olmayaraq sosial-iqtisadi inkişaf prosesi ilə bağlı məsələlərin həllində, maliyyə, kredit və vergi sistemlərinin xidmətlərindən istifadə etməyə;

  • dövlət büdcəsinin gəlir və xərc məsələləri üzrə səmərəli icrasının təşkil olunma vərdişlərinə yiyələnməyə.

  • maliyyə bazarında işlərin təşkili və iştirakçıların səmərəli fəaliyyətinin təmin olunmasına;

  • vergi qanunvericiliyindən irəli gələn tələblərin icrasına və vergitutma qaydalarına əməl olunmasına;

  • maliyyə, pul-kredit və vergi proseslərinin mikromodelləşmə vərdişlərinə.




180

İPF-B01
İqtisadiyyata giriş

İPF-B02

Mikroiqtisa-diyyat



İPF-B03

Makroiqtisa-diyyat



İPF-B04

Xətti cəbr və riyazi analiz



İPF-B05

Ehtimal nəzəriyyəsi və riyazi statistika



İPF-B06

Ekonometrika



İPF-B07

Dünya iqtisadiyyatı



İPF-B08

Azərbaycan iqtisadiyyatı



İPF-B09

Statistika



İPF-B10

Mühasibat uçotu



İPF-B11

Audit
İPF-B12

Menecment

İPF-B13

Marketinq



İPF-B14

İnsan resurslarının idarə edilməsi



İPF-B15

İqtisadi İnformatika



İPF-B16

İnformasiya kommunika-siya texnologiya-ları



İPF-B17

Ətraf mühitin iqtisadiyyatı



İPF-B18

İşgüzar yazışmalar



İPF-B19

İqtisadiyyatın tənzimlənməsi



İPF-B20

Maliyyə


İPF-B21

Bank işi


İPF-B22

Vergilər və vergitutma



İPF-B23

Sığorta işi



İPF-B24

Maliyyə nəzarəti və auditi



İPF-B25

Pul və banklar



İPF-B26

Vergi inzibatçılığı



İPF-B27

Büdcə və xəzinə uçotu



İPF-B28

Maliyyə bazarları



İPF-B29

Mülki müdafiə



İPFS-B00

Seçmə fənlər



(Peşə hazırlığı üzrə)*

3

7



6

7

5



7
5

5

5


5

5

5


5
4

5

5


5

3

5



5
5
5

5
5

7
4

5

5



3
34

ÜK-1

ÜK-2

ÜK-5

ÜK-6

ÜK-8

ÜK-9

ÜK-11

ÜK-12

ÜK-13

ÜK-14

PK-1

PK-2

PK-3

PK-4

PK-5

PK-6

PK-7

PK-8

PK-9

PK-10

PK-11

PK-12

PK-13

PK-14

PK-15

PK-16

PK-17

TE-B00

Təcrübələr və yekun attestasiya

Bu bölümə aid olanların öyrənilməsi nəticəsində təhsilalan bilməlidir:



  • qazanılmış nəzəri biliklərin təcrübələr keçirilən müəssisələrdə tətbiqinin mütərəqqi üsul və metodlarını.

bacarmalıdır:

  • konkret ixtisas sahəsinin təşkili və idarə olunması metodlarını, qaydalarını, prinsiplərini və onların praktiki aprobasiyasını.

yiyələnməlidir:

nəzəri sahədə əldə etdikləri bilikləri praktikaya tətbiq etməyi, onların nəticələrini ümumiləşdirməyi və sistemləşdirməyi.



30

TE-B01

Təcrübələr



TE-B02

Yekun dövlət attestasiyası


21


9

ÜK-1

ÜK-2

ÜK-6

ÜK-9

ÜK-12

PK-1

PK-2

PK-3

PK-4

PK-5

PK-6
PK-7


PK-8

Kreditlərin ümumi cəmi:

240










*Bütün bölümlərdə seçmə fənlər müvafiq səriştələrə (kompetensiyalara) uyğun ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir.


    1. 050403 – Maliyyə” ixtisası üzrə bakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198

Nəzəri təlim, o cümlədən, təcrübələr (14 həftə) üçün ayrılan həftələr - 154

Tətillər üçün ayrılan həftələr - 38

Yekun attestasiyaya ayrılan həftələr - 6





  1. Maddi-texniki, tədris bazası və kadr potensialı




    1. Ali təhsil müəssisəsinin “050403 – Maliyyə” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    2. Fənlərin tədrisi, bir qayda olaraq, elmi dərəcəsi və ya elmi adı olan ali təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.



  1. Tədris prosesinin forma və metodları




    1. Bakalavr hazırlığı mühazirə, məşğələ (laboratoriya), seminar, məsləhət, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.

    2. Bakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.

    3. 050403 – Maliyyə” ixtisası üzrə bakalavr hazırlığında istehsalat və pedaqoji təcrübələr (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir) nəzərdə tutulur. Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda, məktəblərdə və s. keçirilə bilər.




  1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

qiymətləndirmə


    1. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.

    2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

    3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir.

    4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

    5. Bakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 240 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir.

    6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.


Razılaşdırılmışdır:
Azərbaycan Respublikası Təhsil Azərbaycan Respublikası Təhsil

Nazirliyinin Aparat rəhbərinin Nazirliyinin Elm və ali təhsil şöbəsinin

müavini müdiri
_________________ Yaqub Piriyev ______________Gültəkin Hüseynova
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il

İqtisadiyyat və idarəetmə ixtisasları Azərbaycan Respublikası Təhsil

qrupu üzrə Dövlət Təhsil Standartlarını Nazirliyi Elmi Metodiki-Şurasının

hazırlayan işçi qrupun sədri «İqtisadiyyat» bölməsinin sədri


__________________ Damət Bağırov ________________ Əvəz Bayramov
“_____”_______________2014-cü il “_____”_______________2014-cü il
Yüklə 116,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin