1.Verilənlər bazasi nəzəriyyəsinin əsas anlayiş və tərifləri
İnformasiya –faktların, müşahidələrin, obyektlər, hadisələr, real dünya hadisələrinin haqqında məlumatların məcmusudur. İnformasiyanı emal etmək üçün informasiya sistemləri yaradılır ki, onlar ətraf mühitdən informasiyanı qəbul edir, saxlayır, onu emal edir və ətraf mühitə verirlər.İlk avtomatlaşdırılmış informasiya sistemləri (AİS) dir. AİS-in informasiya massivlərinin kompyuterdə saxlaması və emalı üçün, onları optimal şəkildə təşkil etmək, onların bütövlüyünü və ziddiyətsizliyini təmin etmək lazımdır.
Yalnız standart fayl sistemlərinin funksiyalarından istifadə edərək belə məsələlərin lazımi məhsuldarlıqla həllini həyata keçirmək mümkün deyildir.
Xarici daşıyıcılarda verilənlərin fayl şəklində təşkilinin aşkar çatışmazlıqlarını göstərək.
1. Verilənlərin təcrid olunması və bölünməsi. Əməliyyat sistemi, bir qayda olaraq, fayl səviyyəsində verilənlərə daxil olmağa nəzarət edir və girişi məhdudlaşdırır.
2. Proqramların verilənlərdən asılılığı. Verilənlərin strukturunun təsviri tətbiqi proqramlarda verildiyindən bu struktura ediləcək istənilən dəyişikliklər, ən azı, bu fayldan istifadə edən bütün proqramların yenidən kompilyasiya edilməsini tələb edir.
3. Verilənlərin təkrarlanması (surətinin çıxarılması). Eyni bir obyektə aid olan verilənləri müxtəlif əlavələr (proqramlar) istifadə edir, amma bu informasiyanı özlərinin müstəqil fayllarında yadda saxlayır. Bu halda verilənlərin nəzarət edilə bilməyən təkrarlanması (surətinin çıxarılması) baş verir. Bu isə xarici qurğularda yaddaşın qeyri-məhsuldar istifadəsinə gətirir və daha təhlükəlisi isə odur ki, verilənlərin ziddiyyətinə gətirib çıxara bilər.
4. Verilənlərin təsvirlərinin yoxluğu. Əməliyyat sistemində yerləşən və tətbiqi proqramlarla emal edilən fayllarda verilənlər təsvir edilmədən yadda saxlanılır. Bu sistemin sənədləşdirilməsi vaxtı çətinliklər yaradır, lazımlı verilənlərin axtarışını çətinləşdirir və səhvlərin yaranmasına gətirir.
Dostları ilə paylaş: |