1. Verilənlər bazasi nəzəriyyəsinin əsas anlayiş və tərifləri


Obyektyönlü verilənlər bazası



Yüklə 0,72 Mb.
səhifə5/11
tarix11.12.2022
ölçüsü0,72 Mb.
#120807
1   2   3   4   5   6   7   8   9   10   11
1 ulduz paylanmis

Obyektyönlü verilənlər bazası

Obyektyönlü verilənlər bazası şəbəkə və relyasiya modellərini birləşdirməklə mürəkkəb strukturlu verilənlərdən ibarət böyük VB yaratmaq üçün istifadə edilir. Bu model 80–ci illərin ortalarından tətbiq edilməyə başlamışdır. Lakin bu istiqamət son illərdə daha çox tətbiq edilir. Verilənlərin obyektyönlü modelində real dünyanın istənilən mətləbi yalnız bir anlayışla – obyektlə təsvir olunur. Obyekt dedikdə onun vəziyyəti və davranışı yada düşür. Obyektin vəziyyəti onun xassələrinin qiymətləri – atributları ilə müəyyən olunur. Obyektin davranışı isə obyekt üzərində əməliyyatlar yerinə yetirə bilən metodlarla müəyyən olunur. Eyni xassəli və eyni davranışlı obyektlər siniflərdə qruplaşdırılır. Obyekt bir və ya bir neçə sinfin nüsxəsi olur. Obyektyönlü modellər xassə və metodları irsi mənimsəmə xüsusiyyətinə malikdir.


Hal–hazırda obyektyönlü VBİS–lər sahəsində tədqiqatlar aparılır. Müasir dövrdə istifadə olunan obyektyönlü VBİS–lərə O2, EXODUS, POSTGRES, ORION–1, ORION–2, ORION–1SX, db40 və s. sistemləri misal göstərmək olar.
3.Cədvəllərarası relyasiya münasibətləri

VB–nin cədvəlləri arasında əlaqə yaratmaq üçün relyasiya münasibətlərindən istifadə edilir. Cədvəllərarası əlaqələr açar sahələri vasitəsi ilə yerinə yetirilir. Unutmayın ki, yalnız eyni tipli sahələr bir–biri ilə əlaqələndirilə bilər.


Relyasiyalı cədvəllər arasında “birin–birə” (1:1), “birin–çoxa” (1:M) və “çoxun–çoxa” (M:N) münasibətləri yaradıla bilər.

1.5.1. Birin–birə münasibəti

Bu əlaqə qrafik olaraq şəkil 1.5–də göstərilmişdir.




Şəkil 1.5. 1:1 münasibəti



Birin–birə münasibəti o zaman yaradılır ki, əsas cədvəldə bir yazıya varis cədvəldə bir yazı uyğun gəlir. Bu münasibət adətən az istifadə edilir. Onu o zaman istifadə edirlər ki, bir cədvəldə həddən artıq ikinci dərəcəli məlumat əks olunur, ona görə də bu cədvəli iki cədvələ bölüb onlar arasında 1:1 münasibəti yaradırlar (cədvəl 1.12).
Cədvəl 1.12. 1:1 əlaqəsində olan cədvəllər

Əməkdaşlar cədvəli




Əməkdaşlar haqqında məlumat cədvəli



S.A.A.

Vəzifəsi

Şöbə






Təvəl­lüdü

Uşaqla­rı­nın sayı

....

1.

İsmayılov A.A.

Mühəndis

10



1.

1952

3

...

2.

Qocayev B.S.

Mühəndis

20



2.

1960

2

...

3.

Qarayev S.T.

Mühasib

10



3.

1970

1

...

...

....

...

...



...

...

...

...




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin