Reklamın meydana gəlməsi və təkamülü Orta əsrlərdə reklamın təşəkkül tapması XX əsrdən sonra reklamın inkişafı



Yüklə 73,74 Kb.
səhifə1/6
tarix21.04.2022
ölçüsü73,74 Kb.
#115409
  1   2   3   4   5   6
Reklam möv 1


Mövzu 1. Reklamın yaranması və inkişaf mərhələləri

Plan:

    1. Reklamın meydana gəlməsi və təkamülü

    2. Orta əsrlərdə reklamın təşəkkül tapması

    3. XX əsrdən sonra reklamın inkişafı

    4. Azərbaycanda reklamın yaranması və inkişafı

    5. Müstəqillik illərində Azərbaycanda reklam fəaliyyətinin təşkili


1.1. Reklamın meydana gəlməsi və təkamülü

İnsan cəmiyyəti tarixinin müxtəlif mərhələlərində reklam daima iqtisadi, təşkilati və sosial sferalara, ümumilikdə cəmiyyətin inkişafına təkan verərək müasir dövrümüzə qədər gəlib çatmışdır.

Zaman və yer daxilində əmtəə-pul münasibətləri, ayrı-ayrı ölkələrin bir-birilə iqtisadi münasibətləri inkişaf etdikcə reklama olan tələbat daha da artmağa başlamış və o, ayrıca bir fəaliyyət növü kimi formalaşmışdır.

Reklamın tarixinə nəzər yetirsək görərik ki, reklamın yaranma tarixi, bazarın yaranma tarixi ilə eyni dörə təsadüf edir. Belə ki, qədim Afina və orta əsr Avropa ölkələrinin küçələrində carçılar gəzərək, qul, mal-qara, müxəllafat (ev əşyaları) və məhsul satışını elan edirdilər. Bunu erkən reklam adlandırmaq olar. Əyani reklam da keçmişdən mövcuddur. Belə ki, qədim Romalılar qladiator döyüşləri və sirk tamaşaları haqqında elanları divarlarda yazırdılar. Qədim Roma və Yunan arxivlərinə istinadən reklam sözü insanların yığışdığı meydan və küçələrdə məlumatların şifahi şəkildə elan edilməsi mənasında işlədilirdi. Belə demək olar ki, şahların, kralların və sultanların verdikləri əmr və fərmanları şifahi şəkildə əhaliyə çatdırmaqla məşğul olan carçılar da bir növ reklam ilə məşğul olurlarmış.

Reklamın meydana gəlmə tarixi çox qədimdir. Çox qədim zamanlarda reklamın ən primitiv nümunələri mövcud idi. Lakin onalar hələ reklam adı kimi qəbul edilmirdi. Belə ki, Qədim Romada və Yunanıstanda reklam xarakterli elanları taxtadan hazırlanmış lövhələrə yazırdılar, mis və yaxud da sümük üzərinə həkk edirdilər, əhalinin ən çox yığışdığı meydanlarda və məkanlarda ucadan oxuyurdular. Qədim Yunanıstanda əhalinin çox toplaşdığı yerlərdə insanlar plakatlara yazıları yazıb, onu ucadan oxuyurdular.

Reklama dair ilk mütəxəssislər arasında Pompeyin, Gerkulapumanın və Stabiyanın sakinlərini göstərmək olar. Bizim eradan əvvəl 73-cü ildə Allahın qəzəbinə gələn bu şəhərlər vulkanın lavası altında qalaraq məhv olmuşdur. Məhz bu şəhərlərdə evlərin giriş qapılarına bəzək vurulması qərarı alınmışdı. Qədim Pompey şəhəri onun örtülmüş lavası sayəsində öz ilkin simasını saxlamış və bu günə kimi müasir reklama oxşar 1500 müxtəlif reklam müraciətləri gəlib çatmışdır. Buna misal olaraq çoxlu sayda və müxtəlif reklam əşyalarını, antik reklama məxsus üsul və vasitələrin bolluğunu göstərmək olar. Reklam əşyaları həyat fəaliyyətinin bütün sferalarını əhatə edirdi: iqtisadi, siyasi, mədəni reklam, müxtə-lif xidmətlər haqqında elanlar və sair. Məsələn, müəllimin çubuqla şagirdi cəzalandırmasının təsvir edilməsi-məktəbin rəmzi idi. Müasir şəhərlərdə olduğu kimi, o zamanlar da mehmanxanalar, tavernalar, şərab meyxanaları reklam edilirdi. Bir qayda olaraq tavernanı lövhəcik və sarmaşıq, yaxud gavalı əkilməsi reklam edirdi. Lövhəcikdən savayı binaların üzərində göstərici yazılar mövcud idi.

Aralıq dənizi ökələri ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəlif məzmunda yazılmış lövhələr, Qədim Romada qladitorların döyüşləri haqqında elanlar, Pompey şəhərində divarlara siyasi xadimləri tərifləyən yazı mətnləri reklamın təkcə şifahi deyil, həmçinin yazılı formasının da qədimdən mövcud olmasını bir daha təstiq edir.

Reklamın ən qədim nümunələrindən biri kimi Qahirənin arxeoloji muzeyində qorunub saxlanılan və üzərində təxminən aşağıdakı məzmunda sözlər yazılan daşı hesab etmək olar: “Mən-Krit adasından olan Rinos Allahların iradəsi ilə yuxunu yozuram”. Bu ekspanentin yaşı 2,5 min ildir.

Qədim Misirdə papirusdan satışla bağlı əldə edilən xəbərlər və divar afişaları hazırlamaqdan ötrü istifadə edirdilər. Siyasi və kommersiya təşviqat xarakterli məlumatlara xüsusilə qədim Pompey şəhərinin dağıntılarında görünmüşdür. Misir papirusundan hazırlanmış ilk reklam elanı Londonda saxlanılır. Müasir dövrə qədər Afrika, Asiya və eləcə də Cənubi Amerikanın bir çox yerlərində təsadüf olunan divar və qaya üzərində olan ticarət reklamı xarakterli rəsmlər reklamın qədim formalarının başqa bir təzahür formasıdır. Divarı rəngləmə adətinin tarixi isə bizim eradan 4000 il öncə Hindistanda daşı rəngləmə sənətinə dayandığını əks etdirir. Tarixi mənbələrə istinad edərək demək olar ki, bilbordlar daha qədim reklam vasitələrindən biridir.

Reklamın digər erkən növü damğa idi. Sənətkarlar öz malları, xüsusilə dulusçuluq məmulatları üzərində damğa vuraraq, bir növ, onu reklam edirdilər. Sahibkarın nüfuzu haqqında məlumatlar yayıldıqca, alıcılar onun damğası olan malı axtarmağa başladılar. Hazırda bu məqsədlər üçün əmtəə nişanı və marka adlarından istifadə olunur.

Məlumdur ki, “Reklam” latınca “reclamo” və fransızca “reclamare” sözündən götürülmüş “çağırıram”, “qışqırıram” mənalarını bildirir. Reklam-əmtəələrin (məhsulların, məmulatların, ideyaların və eləcə də xidmətlərin) istehlak xarakte-ristikası və müxtəlif xidmət növləri barəsində informasiyadır (məlumatdır). Həmçinin fərdi müəssisəni (firmanı, şirkəti, təşkilatı və idarəni), ədəbiyyat və incəsənət əsərini və b. tanıtmaq məqsədi ilə onlar barəsində məlumatların (informasiyaların) geniş yayılmasıdır. XVII əsrin başlanğıcında T.Renodo (Fransa) və U.Kekston (İngiltərə) ilk dəfə olaraq çap reklamını, 1611-ci ildə isə Londonda U.Kon və A.Qori dünyada ilk dəfə olaraq reklam bürosunu yaratmışlar. Reklamın kütləvi yayılması Quttenberqin çap maşınını ixtira etməsindən sonra baş verdi. Doğrudur bu illərdə reklam-dizayn fəaliyyətinə geniş fikir verilmirdi. Sonralar isə fotoaparat cıhazının kəşf edilməsi reklam-dizayn işlərinin geniş vüsət almasına gətirib çıxardı.

Orta əsrlərdə şəhərlərin genişləndiyi bir vaxtda əhalinin çox hissəsi oxuya bilmədiyindən insanlar öz ticarəti əlaqəli dəyirmançı, çəkməçi, dəmirçi və dərziçini təmsil edən kostyum, ayaqqabı, papaq, brilliant, saat, şam, nal və hətta un kisəsi kimi rəmzlərdən istifadə edirdilər. Adətən meyvə və tərəvəz şəhər meydanlarında arabalarda ya da furqonlarda satılırdı və bu zaman satıcılar alıcıların rahat olmaları üçün onların harda olduğunu elan edən küçə carçılarına müraciət edirdilər.



Yüklə 73,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin