1.3. XX əsrdən sonra reklamın inkişafı
Müasir reklam erası XX əsrin əvvəllərindən başlayır. 1904-1940-cı illərdə Albert Lasker isteklakçıya malın alınması səbəblərini izah edən reklam tətbiq edir. 1905-ci ildə Con E.Kennedi reklamı “nəşrin üzərində malın verilməsi bacarığı” kimi müəyyən edir. 1905-1930-cu illərdə Klod Xopkins poçt üzrə sifarişlər üçün reklam üzərində elmi nəzarəti kəşf edir. 1906-cı ildə “Yeyinti məhsullarının və dərmanların keyfiyyəti haqqında” Qanun qəbul edilir. 1912-ci ildə “Doğru reklam” hərəkatına başlanır. 1914-cü ildə Federal ticarət komissiyasının yaradılması haqqında Qanun qəbul edilir.
1917-ci ildə ildə Amerika Reklam Agentlikləri Assosasiyası (ARAA) yaradılır. 1918-ci ildə Stenli və Elen Rezon ticarət markasının yaradılması və sosial statusa təsir üzrə qəbulları işləyib hazırlayır. 1923-cüildə “Yuonq & Rubikam” agentliyi yaranır. 1930-cu ildə komersiya radiosu jurnalları üstələyir və aparıcı informasiya vasitəsinə çevrilir. 1932-ci ildə Con Kepls poçtla göndərilən mətnlərə və başlıqlara elmi metodları tətbiq edir. 1940-cı ildə Klayd Bidel alqı-satqı qəbullarını işləyib hazırlayıb.
1950-ci illərdə televizor reklamın mühüm yayıcısına çevrilir.
1950-ci illərdə Rosser Rivs Unikal kommersiya təkliflərini (UKT) işləyib hazırlayır.
1960-cı illər reklama yaradıcı yanaşma dovrü kimi səciyyələnir. Belə ki, həmin ildə Leo Barnet ticarət markalarına simvol personajlarını yaradır və reklama həqiqi dramatiklik gətirir, Devid Ogilvi tədqiqatlara əsaslanan imic reklamını və süjet tarixlərini işləyib hazırlayır. Bill (Uilyam) Bernbax inandırma sənətində öz fikrini toplayırdı.
Reklamda məsuliyyət erası dövrü 1980-2000-ci illəri əhatə edir. 1980-2000-ci illər isə inteqrasiyalı marketinq kommunikasiyası, interaktiv texnologiyanın artımı, marketinq münasibətləri, əmtəələrin müştərilərin tələblərinə kütləvi surətdə uy-ğunlaşması dövrüdür.
Beləliklə, XIX əsrdə reklam bütün inkişaf etmiş kapitalist ölkələrinin müasir həyat tərzinin üzvi hissəsi olur.
Qeyd etmək olar ki, Rusiyada da reklam işi inkişaf etmiş və çiçəklənmişdir.
XIX əsrdə Rusiyada nəşriyyat reklamı sürətlə inkişaf edir, eyni zamanda qəzet və jurnalların reklamı güclü inkişaf etməyə başlayır. “Torqovlya”, “Torqovlya jizn”, “Delovoy Biznesmen” kimi xüsusi reklam jurnalları, “Komissioner”, “Sputnik pokupatelya”, “Kommerçeskiy yarmoroçnıy spravoçnıy listok” və sair xüsusi reklam qəzetləri nəşr edilirdi.
Reklamın dərc edilməsi Sovet hökumətinin və yerli fəhlə, əsgər və kəndli deputatları sovetinin müstəqil hüququ kimi elan olundu. 1918-ci ildə Rusiya Xalq Komissarları Soveti öz dekreti ilə sovet çap nəşrlərində reklam elanlarının yerləşməsi üçün bütün şəxslərdən və idarələrdən bu reklam elanlarının mərkəzləşdirilmiş sürətdə qəbul edilməsini bütün poçt-teleqraf idarələrində nəzərdə tutmuşdu. Lakin vətəndaş müharibəsi və onun ardınca baş verən quraqlıq reklam fəaliyyətinin təbii olaraq dayandırılmasına gətirib çıxardı və ticarət reklamını praktiki olaraq heçə endirdi.
1925-ci ildo Parisdə beynəlxalq bədii-sənaye sərgisində Rusiyanın reklam ustalarının işləri təmsil olunurdu. Reklam fəhlə və qulluqçular arasında əlaqənin yaradılması üsullarından biri kimi nəzərdən keçirilirdi. Jurnalistlərin, yazıçıların, şairlə-rin və rəssamların ən yaxşı yaradıcı qüvvələri dövlət reklam fəaliyyətinə cəlb olunurdu. Məsələn, V.V.Mayakovski elanlar üçün 100-dən artıq şer mətni yazmışdır.
Lakin tezliklə sovet ideologiyası bu həyat sferasına da toxundu. Reklam sosializmə yabançı bır hadisə kimi elan olan olundu və 30-cu illərin sonundan 60-cı ilərin əəvvəllərinə qədər onu “dünya imperializmin yolunu azmış qızı” adlandırırdılar.
Bazar iqtisadiyyatına keçid Rusiyada reklam fəaliyyətinin təşkilində böyük dəyişiklərə gətirib çıxardı. Nazirlik və idarələrin mərkəzləşdirilmiş reklam xidmətləri dağıdıldı, yeni reklam təşkilatları və müəssisələri reklam informasiya agentliklə-rinə və reklam firmalarına çevrildi ki, burada əsasən səhmdar mülkiyyətçi üstünlük təşkil edirdi.
XX-ci əsrin sonlarında Rusiyada agentliklərin sayı 1000-dən artıq idi və reklam bazarlarının dövriyyəsi milyardlarla rubl təşkil edirdi.
Xarici ölkələrdə reklam fəaliyyəti son illər geniş vüsət almışdır. Ötən əsrin 80-ci illərinin ortalarında etibarən İsveçrənin “Svoç” saat firması İspaniya bazarından özlərinin yapon rəqiblərini sıxışdırmaq ideyasını əsas götürərək qeyri-adi reklam ilə potensial alıcıların diqqətini özlərinə tərəf çəkmək qərarına gəldilər.
1985-ci ilin noyabr ayında Madridin Kastelyarno prospektində olan göydələn binaların birində açılmış siferblatın aşağıdan yuxarıya doğru ölçüsü 162 metrə çatırdı.
Siferblatın diametri 20 m, dəqiqə ölçənin ölçüsü-7 m, saniyə ölçənin ölçüsü-5,6 m təşkil edirdi. Firmanın fikrincə bu, reklam üçün nəzərdə tutulan dünyada ən iri saatdır.
Nyu-Yorkun Medison avenyu küçəsi amerikalıların əksəriyyətinə məlumdur, belə ki, bu mərkəzi küçədə 30000 adamın işlədiyi ABŞ-ın bir sıra reklam agentliklərinin mənzil-qərargahı yerləşir. Lakin ABŞ-da 6000-dən artıq reklam agentliklərinin əksəriyyəti Nyu-Yorkdan kənarda yerləşir. ABŞ-da heç olmazsa bir reklam agenti olmayan şəhərlər çox azdır. 1978-ci ildə ABŞ-ın 7 ən iri reklam şirkətlərinə aid idi: “C.Uolter Tomson”, “Makkann Erikson”, “Yanq end Rubi-kam”, “Ogilvi end Meyter”, “BBDO”, “Ted Beyts” və “Leo Bernet”.
Dünyada ən iri reklam şirkəti Yaponiyada yerləşir və “Lensu” adlanır.
Azərbaycanda həqiqi reklamın yaranması, təkamülü və inkişafı əsasən XX əsrin sonlarına və XXI əsrin əvvəlinə təsadüf edilir.
Beləliklə, reklamın yaranma tarixi və onun inkişaf mərhələləri sübut edir ki, reklam heç də hamar, rəvan yolla yox, daş-kəsəkli, çətin yollarla inkişaf etmiş və ona münasibət həmişə birmənalı olmamışdır. Lakin bazar iqtisadiyyatının vacib ünsürlərindən biri kimi reklamın şübhəsiz ki, bəşər cəmiyyətinin sivil yollarla inkişafında rolu və əhəmiyyəti danılmazdır.
Dostları ilə paylaş: |