Bəxtiyar Tuncay Hülakü Xanın Suriya Əyyubilərindən Sultan əl-Melikün-Nəsirə göndərdiyi yarlıq



Yüklə 1,08 Mb.
səhifə1/10
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110971
  1   2   3   4   5   6   7   8   9   10

Bəxtiyar Tuncay

Hülakü Xanın Suriya Əyyubilərindən Sultan əl-Melikün-Nəsirə göndərdiyi yarlıq

Çingizoğulları dövründən dövrümüzədək yetişmiş yarlıqlardan biri tarixə Azərbaycan Elxanlılar Ulusunun qurucusu kimi düşmüş Hülakü Xana (هولاكو خان) aiddir. Onun 1217-ci ildə doğulduğu, Çingiz Xanın nəvəsi, Mengü Xan və Hubilay Xanın  qardaşı olduğu məlumdur. Eyni zamanda o da məlumdur ki, Hülakü Xan 1255-ci ildə Orta Şərqin fəthini bitirmək məqsədi ilə uluğ xan (xaqan) olan qardaşı Mengü xan tərəfindən bölgəyə göndərilmişdi.

Mengü xan 1251-ci ildən Uluq Ulusun (Turanın) xaqan olar-almaz, Hülakü Xanı Cənub-Qərbi Asiyanın ərazilərini Uluq Ulus dövlətinə qatmaq üçün dövrünüm ən böyük tatar ordusunun rəhbərliyinə gətirdi. Xaqanın əmri ilə bütün tatar döyüşçülərinin üçdə ikisi Hülakü Xanın ixtiyarına verildi  və o bu ordu ilə yürüşə çıxdı. Məqsəd lorları, İsmaililəri (xaşxaşiləri) tabe etmək, bundan sonra İrak, Suriya və Misiri ələ keçirmək idi. Bu barədə qərar 1253-cü ildə keçirilən kurultayda alınmışdı. Qurultayın qərarı ile Hülakü qarşısında bu vəzifələri yerinə yetirmək idi. Xaqan Mengü Xan digər qardaşı Hubilayı da eyni amaçla Çinə göndərmişdi. Cüveyniyə görə, Mengü, qardaşı Hülakünün hərəkətlərindən onun xarakterində var olan “dünyanı yönətmək yetənəyini” sezmiş və onda sadəcə “dünya fatehlərində” ola biləcək xüsusiyyətlərin olduğunu görmüşdü (Murat Tural, 2017, s. 22).

Hülakü xan lorları asanlıqla məğlub etdi, xaşxaşilərin əlində olan Ələmutu döyüşmədən təslim aldı. 1257-ci ilin noyabrında üzünü Bağdada, daha sonra isə Suriyaya sarı tutdu.

Qeyd edək ki, Çingizoğulları dövründə aid ən əski sənədlərdən biri də Hülakü Xan tərəfindən, Mengü Xanın adından Suriya Əyyubilərindən Sultan əl-Melikün-Nəsirə göndərilən, dövrümüzədək ərəb dilinə tərcümədə yetişən yarlıqdır. Bu yarlıq haqqında məlumatı İslam aləmində “Əbül Fərəc” və “İbnül-İbrî” adları altında tanınan XIII əsr suryani tarixçisi Qreqorius Bar Hebraeusun “Târîx-i Müxtəsərid-Düvəl (Ebü’l-Ferec İbnü’l-İbri, 1941) adlı əsərindən almış oluruq. Sözügedən əsərin suryanicə variantı “Chronicon Syriacum” (Gregorius Bar Hebraeus, 1890) adlanmaqdadır.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin