Bəxtiyar Tuncay Hülakü Xanın Suriya Əyyubilərindən Sultan əl-Melikün-Nəsirə göndərdiyi yarlıq



Yüklə 1,08 Mb.
səhifə9/10
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110971
1   2   3   4   5   6   7   8   9   10
Hülakü Xanın tamğası
İsfahan yaxınlığındakı Yeni Culfa şəhərindəki Xilaskar Məsih kilsəsindən saxlanılan 1248-ci il tarixli bir əlyazmasında tatrların, günahlarından ötrü xristian xalqın üzərinə göndərildikləri belə ifadə edilməkdədir: “Şimal-Şərqdən vəhşi görünüşlü yabancı xalq gəldi. Torkom və Agarın soyları olaraq tanınan bu xalq, müqəddəs katalikos Nersesin öngördüyü kimi, günahlarımızın cəzası olaraq, Tanrı tərəfindən üzərimizə göndərildi” (Galstyan A. G., 2005, s. 91).

Erməni katolikosu Partsırpetli Konstantinin 1251-ci il tarixli “Nəsihət məktubu” adlandırılan və tatar xanlarından söz açılan məktubu da maraqlıdır. Orada deyilir “Zira, xanların qəlbi Tanrının əlindədir və O, bütün dünyanı xanın idarəsinə verdiyi və bundan belə verməyə davam edəcəkdir” (Galstyan A. G., 2005, s. 89)

Harput şəhrindəki İncildə yazılı bir xatırə qeydi də bu şəkildədir: “Qriqoryan təqviminə görə, 685-ci (1236) ildə Tanrının qəzəbinə uğradıq. Doğudan vəhşi, qəddar, xunxar insanlar gəldi” (Galstyan A. G., 2005, s. 85).

Bənzr yanaşma ilə Matteus Parisiensisin “Chronica Maiora” adlı əsərində də rastlaşmaqdayıq. Əsərdə tatarların hücumu xristianların işlədikləri günahların nəticəsi kimi gözdən keçirilir və onların uğurlarından Tanrının istəyi kimi bəhs edilməkdədir. Tatarlar “Tanrının dəyənyii, Tanrının qəzəbinin qılıncı” adlandırılır (Altay Tayfun Özcan, 2012, s. 449-450).

Məsələyə bu cür baxışa təkcə dövrün xristian salnaməçilərinin deyil, müsəlman salnaməçilərinin də sahib olduğunu yazan Tolga Ersoy bildiri ki, “Bu anlayış sadece Ortaçağ Hıristiyan tarih yazıcılığı ile sınırlı olmayıp, dönemdaşı İslâm tarih yazıcılığında da ortak olan bir anlayıştır. İbnü’l-Esîr, Moğolların insanların kalbine soktukları korkunun kökenini ilahî bir kaynakta olduğunu düşünmektedir. Alâaddin Ata Melik el-Cüveynî ise diğer İslâm devletleri tarafından mağlûp edilememiş bir gücün Moğollar tarafından yok edilmesine şahit olur. Tarihçi, Alamut kalesinin Moğollar tarafından ele geçirilmesini ve İsmailî tarikatının gücünü kaybetmesini ilahî bir planın parçası olarak telâkki etmektedir. Allah’ın ilahî adaletinin insanlar tarafından kolay anlaşılamayacak bir yol ile gerçekleşmesi olarak görür ve Cengiz Han’ın yükselmesinin arkasındaki ilahî planın bu netice ile birlikte değerlendirildiğinde anlaşılabileceğini düşünür. İslâm tarih yazımında tarihin itici gücünün temelde Tanrısal irade olduğu düşünülmektedir. Ancak bu anlayışla çelişmeyecek biçimde İslâm tarihçileri siyâsî ve iktisâdî faktörlere de belli bir yer verirler (Tolga Ersoy, 2013, s. 369-370).


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin